Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(008)-4654/2025 05.06.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Mahmudova Həqiqət Sahib qızı, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 149.2.2-ci və 149.2.3-cü maddələrinə əsasən, iddia əriəsində iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları), iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələbi göstərilməlidir. Həmin Məcəllənin 50.1, 50.2, 50.3-cü maddələrinə görə, prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. Özünün və ya başqasının mənafeyi naminə iddia qaldırmış fiziki və hüquqi şəxslər, habelə dövlət idarə və təşkilatlarının və ya təsisçisi dövlət və ya dövlət idarəsi, yaxud təşkilatı olan hüquqi şəxslərin müvafiq müraciəti olduğu hallarda dövlət mənafeyinin müdafiəsi üçün iddia qaldırmış prokuror iddiaçılar hesab edilirlər. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Qeyd edilən normaların məzmunundan göründüyü kimi, məhkəmə icraatında iştirak edən tərəflər şəxs (fiziki, yaxud hüquqi) statusuna, habelə hüquq və fəaliyyət qabiliyyətinə malik olmalıdırlar. Yəni, şəxs – hüquqların sahibi olan və öhdəliyini daşıma qabiliyyətinə malik (hüquqi qabiliyyəti) subyektdir. Mülki Məcəllənin 25.2-ci maddəsinə görə, fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Beyinin fəaliyyətinin dayanması ölüm anı sayılır. Odur ki, hər hansı fərd öldükdən sonra hüquqi baxımdan şəxs hesab olunmur və onun tələbin yönəldiyi şəxs (cavabdeh) kimi qeyd olunması MPM-nin 149-cu maddəsinə uyğun deyil. Elektron-məhkəmə informasiya sistemindən əldə edilmiş şəxsiyyət vəsiqəsi məlumatlarından aydın olur ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə ölmüşdür. Belə olan halda, Cavabdeh mülki və mülki prosessual hüquq qabiliyyətinə malik (şəxs) olmadığı üçün iddia ərizəsində onun cavabdeh kimi qeyd olunması iddia ərizəsinin forma və məzmun tələblərinə riayət olunmamasına dəlalət edir. Azərbaycan Respublikası MPM-in 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə görə, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan başqa, iş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixdə ********** saylı ödəniş qəbzinə əsasən iddiaçı tərəfindən iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu Sabunçu Rayon Məhkəməsinin hesabına ödənilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 114.1.2-ci maddəsinə əsasən, həmin Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır; 114.2-ci maddəsinə əsasən, məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Beləliklə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hazırkı qərardadı ilə iddia ərizəsinin icraata qəbul edilmədən geri qaytarılmasını nəzərə alıb hesab edirəm ki, xx.xx.2025-ci il tarixdə ********** saylı ödəniş qəbzinə əsasən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində iddia qaldırılması üçün ödənilmiş 30 məbləğində dövlət rüsumu həmin ödənişi həyata keçirmiş İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə büdcədən geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 152-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. xx.xx.2025-ci il tarixdə ********** saylı ödəniş qəbzinə əsasən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu həmin ödənişi həyata keçirmiş İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə büdcədən geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №e-2(008)-4654/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №e-2(008)-4654/2025
05.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver