Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-4666/2025 14.08.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Mirzəliyev Ruslan Əsəd qızı, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixinə yaranmış xx.xx.2024-cü il tarixli ********* nömrəli Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 106,40 manat əsas, 15,90 manat cərimə, cəmi 122,30 manat borc, xx.xx.2023-cü il tarixli ********* nömrəli Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 307,20 manat əsas, 46 manat cərimə, cəmi 353,20 manat borc, xx.xx.2023-cü il tarixli ********* nömrəli Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 121,90 manat əsas, 18,20 manat cərimə, cəmi 140,10 manat borc, xx.xx.2024-cü il tarixli ********* nömrəli Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 115,90 manat əsas, 17,30 manat cərimə, cəmi 133,20 manat borc, ümumilikdə dörd müqavilə üzrə 651,40 manat əsas, 97,40 manat cərimə, 748,80 manat cəmi borcun və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh "xxxx" MMC ilə bağladığı xx.xx.2024cü il tarixli ********* nömrəli nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu aldığı Xiaomi markalımobil telefona görə 12 ay ödəniş cədvəli üzrə hər ay 37 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. Cavabdeh "xxxx" MMC ilə bağladığı xx.xx.2023-cü il tarixli ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu aldığı Samsung markalımobil telefon, aksesuarlara görə 18 ay ödəniş cədvəli üzrə hər ay 40 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. Cavabdeh "xxxx" MMC ilə bağladığı xx.xx.2023-cü il tarixli ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu aldığı Samsung markalı mobil telefona görə 18 ay ödəniş cədvəli üzrə hər ay 18 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. Cavabdeh "xxxx" MMC ilə bağladığı xx.xx.2024-cü il tarixli ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu aldığı Qulaqcığa görə 18 ay ödəniş cədvəli üzrə hər ay 9 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilə şərtlərini pozaraq, xx.xx.2024-cü il tarixli ********* nömrəli müqavilə üzrə sonuncu dəfə xx.xx.2024-cü il tarixində 37 manat, xx.xx.2023-cü il tarixli ********* nömrəli müqavilə üzrə sonuncu dəfə xx.xx.2024-cü il tarixində 40 manat, xx.xx.2023-cü il tarixli ********* nömrəli müqavilə üzrə sonuncu dəfə xx.xx.2024-cü il tarixində 18 manat, xx.xx.2024-cü il tarixli ********* nömrəli müqavilə üzrə isə xx.xx.2024cü il tarixdə 9 manat ödəniş etmişdir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu ödəməkdən boyun qaçırır. Nisyə alqı-satqı müqaviləsinin №1 nömrəli əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1 (bir) % dərəcsəi ilə (minumum 50 qəpik) gündəlik dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Cavabdehin xx.xx.2024-cü il tarixli ********* nömrəli müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı 159 manat təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90 %-i tərəfimizdən güzəşt edilmişdir və cavabdeh tərəfindən cərimə məbləğinin 10 %-i yəni 15,90 manat İddiaçı MMC-yə ödənilməlidir. Cavabdehin xx.xx.2023-cü il tarixli ********* nömrəli müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı 460 manat təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90 %-i tərəfimizdən güzəşt edilmişdir və cavabdeh tərəfindən cərimə məbləğinin 10 %-i yəni 46 manat İddiaçı MMC-yə ödənilməlidir. Cavabdehin xx.xx.2023-cü il tarixli ********* nömrəli müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı 182 manat təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90 %-i tərəfimizdən güzəşt edilmişdir və cavabdeh tərəfindən cərimə məbləğinin 10 %-i yəni 18,20 manat İddiaçı MMC-yə ödənilməlidir. Cavabdehin xx.xx.2024-cü il tarixli ********* nömrəli müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı 173 manat təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90 %-i tərəfimizdən güzəşt edilmişdir və cavabdeh tərəfindən cərimə məbləğinin 10 %-i yəni 17,30 manat İddiaçı MMC-yə ödənilməlidir. Beləliklə, cavabdehin xx.xx.2025-ci il tarixədək "xxxx"-ə olan borcu iki müqavilə üzrə 651,40 manat əsas, 97,40 manat cərimə, 748,80 manat borc təşkil etmişdir. Məhkəmə tərəfindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Cavabdeh rəsmi qaydada göndərilmiş və bildirişi aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri (elektron qaydada verildikdə “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq) məhkəməyə təqdim etmək təklif edilmişdir. Göstərilən müddət ərzində Cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz və ona əlavə olunmuş sənədlər məhkəməyə daxil olmamışdır. İş materiallarını araşdırıb, iş üzrə təqdim olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edirəm ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İş materiallarından görünür ki, hazırkı iddia üzrə iddianın qiyməti 748,80 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 284-2-ci maddəsinə əsasən, kiçik iddialara dair işlərdə ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir. 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü və 284-6.1-ci maddələrinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. İş materiallarından görünür ki Cavabdeh "xxxx" MMC ilə bağladığı xx.xx.2024-cü il tarixli ********* nömrəli nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu aldığı Xiaomi markalımobil telefona görə 12 ay ödəniş cədvəli üzrə hər ay 37 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. Cavabdeh "xxxx" MMC ilə bağladığı xx.xx.2023-cü il tarixli ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu aldığı Samsung markalımobil telefon, aksesuarlara görə 18 ay ödəniş cədvəli üzrə hər ay 40 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. Cavabdeh "xxxx" MMC ilə bağladığı xx.xx.2023-cü il tarixli ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu aldığı Samsung markalı mobil telefona görə 18 ay ödəniş cədvəli üzrə hər ay 18 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. Cavabdeh "xxxx" MMC ilə bağladığı xx.xx.2024-cü il tarixli ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu aldığı Qulaqcığa görə 18 ay ödəniş cədvəli üzrə hər ay 9 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin "xxxx" MMC-yə dörd müqavilə üzrə 651,40 manat əsas, 97,40 manat cərimə, 748,80 manat cəmi borcuvardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 433.1-ci maddəsinə əsasən, borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 600.1-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini tələb edə bilər. Qətnaməni iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəməyə təqdim olunmuş sübutlarla əsaslandırıraq hesab edirəm ki, iddia təmin edilməli, Cavabdeh "xxxx" MMC-nin xeyrinə xx.xx.2024-cü il tarixli ********* nömrəli Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 106,40 manat əsas, 15,90 manat cərimə, cəmi 122,30 manat borc, xx.xx.2023-cü il tarixli ********* nömrəli Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 307,20 manat əsas, 46 manat cərimə, cəmi 353,20 manat borc, xx.xx.2023-cü il tarixli ********* nömrəli Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 121,90 manat əsas, 18,20 manat cərimə, cəmi 140,10 manat borc, xx.xx.2024-cü il tarixli ********* nömrəli Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 115,90 manat əsas, 17,30 manat cərimə, cəmi 133,20 manat borc, ümumilikdə dörd müqavilə üzrə 651,40 manat əsas, 97,40 manat cərimə, 748,80 manat borc, həmçinin 30 manat dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1%-i məbləğində dövlət rüsumu tutulur. Göstərilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216- 220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə xx.xx.2024-cü il tarixli ********* nömrəli Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 106,40 (bir yüz altı manat qırx qəpik) manat əsas, 15,90 (on beş doxsan qəpik) manat cərimə, cəmi 122,30 (bir yüz iyirmi iki manat otuz qəpik) manat borc, xx.xx.2023-cü il tarixli ********* nömrəli Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 307,20 (üç yüz yeddi manat iyirmi qəpik) manat əsas, 46 (qırx altı) manat cərimə, cəmi 353,20 (üç yüz əlli üç manat iyirmi qəpik) manat borc, xx.xx.2023-cü il tarixli ********* nömrəli Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 121,90 (bir yüz iyirmi bir manat doxsan qəpik) manat əsas, 18,20 (on səkkiz manat iyirmi qəpik) manat cərimə, cəmi 140,10 (bir yüz qırx manat on qəpik) manat borc, xx.xx.2024-cü il tarixli ********* nömrəli Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 115,90 (bir yüz on beş manat doxsan qəpik) manat əsas, 17,30 (on yeddi manat otuz qəpik) manat cərimə, cəmi 133,20 (bir yüz otuz üç manat iyirmi qəpik) manat borc, ümumilikdə dörd müqavilə üzrə 651,40 (altı yüz əlli bir manat qırx qəpik) manat əsas, 97,40 (doxsan yeddi manat qırx qəpik) manat cərimə, 748,80 (yeddi yüz qırx səkkiz manat səksən qəpik) manat məbləğində borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev
Məhkəmə qərarları › İş №e-2(008)-4666/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-4666/2025
14.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver