Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-4810/2025 26.09.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, iddiaçının nümayəndəsi vəkil Nümayəndə iştirakı ilə İddiaçı Cavabdehnə qarşı "təbii qazdan istifadəyə görə əsassız hesablanmış 20119,88 manat borcun silinməsi" barədə iddiasına dair mülki işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı "təbii qazdan istifadəyə görə əsassız hesablanmış 20119,88 manat borcun silinməsi" barədə iddia ərizəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı öz tələbini belə əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır. Həmin ünvan üzrə abonent kodu xx.xx.1990-cu ildə vəfat etmiş qayınatası X1 adınadır. Abonent koduna yüksək məbləğdə borc yazıldığına görə o, cavabdehə müraciət etmiş, həmin müraciət əsasında aşağıdakı aktlar təqdim edilmişdir: 1) xx.xx.2017-ci il tarixli ******* nömrəli akt; 2) xx.xx.2017-ci il tarixli ******* nömrəli akt; 3) xx.xx.2019-cu il tarixli ******* nömrəli akt. Abonent saldosundan həmçinin məlum olmuşdur ki: 1) 2017-ci ilin dekabr ayında 415,80 manat; 2) 2018-ci ilin yanvar ayında 823,80 manat; 3) 2018-ci ilin fevral ayında 284,40 manat; 4) 2018-ci ilin oktyabr ayında 799,20 manat; 5) 2019-cu ilin yanvar ayında 426,60 manat; 6) 2019-cu ilin mart ayında 133,20 manat; 7) 2019-cu ilin aprel ayında 133,20 manat; 8) 2019-cu ilin iyun ayında 64,80 manat; 9) 2019-cu ilin iyul ayında 32,40 manat; 10) 2019-cu ilin avqust ayında 32,40 manat; 11) 2019-cu ilin sentyabr ayında 32,40 manat; 12) 2019-cu ilin oktyabr ayında 32,40 manat; 13) 2019-cu ilin noyabr ayında 133,20 manat; 14) 2019-cu ilin dekabr ayında 295,20 manat; 15) 2020-ci ilin yanvar ayında 295,20 manat; 16) 2020-ci ilin fevral ayında 295,20 manat; 17) 2020-ci ilin mart ayında 157,40 manat; 18) 2021-ci ilin yanvar ayında 885,60 manat; 19) 2021-ci ilin oktyabr ayında 1188 manat; 20) 2021-ci ilin noyabr ayında 540 manat; 21) 2021-ci ilin dekabr ayında 540 manat; 22) 2022-ci ilin yanvar ayında 540 manat; 23) 2022-ci ilin mart ayında 1080 manat; 24) 2022-ci ilin aprel ayında 540 manat; 25) 2022-ci ilin may ayında 298,08 manat; 26) 2022-ci ilin iyun ayında 298,08 manat; 27) 2022-ci ilin avqust ayında 725,76 manat; 28) 2022-ci ilin sentyabr ayında 362,88 manat; 29) 2022-ci ilin oktyabr ayında 483,84 manat; 30) 2022-ci ilin noyabr ayında 604,80 manat; 31) 2022-ci ilin dekabr ayında 734,40 manat; 32) 2023-cü ilin yanvar ayında 734,40 manat; 33) 2023-cü ilin fevral ayında 734,40 manat; 34) 2023-cü ilin aprel ayında 1468,80 manat; 35) 2023-cü ilin may ayında 362,88 manat; 36) 2023-cü ilin iyun ayında 362,88 manat; 37) 2023-cüilin iyul ayında 181,44 manat; 38) 2023-cü ilin avqust ayında 181,44 manat; 39) 2023-cü ilin sentyabr ayında 181,44 manat; 40) 2023-cü ilin oktyabr ayında 241,92 manat; 41) 2023-cü ilin noyabr ayında 302,40 manat; 42) 2023-cü ilin dekabr ayında 302,40 manat; 43) 2024-cü ilin aprel ayında 302,40 manat; 44) 2024-cü ilin fevral ayında 367,20 manat; 45) 2024-cü ilin mart ayında 367,20 manat; 46) 2024-cü ilin may ayında 415,80 manat; 47) 2025-ci ilin fevral ayında 207,36 manat borc hesablanmışdır. O, həmin aktlarla razı deyil. Aktlarda təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edildiyi qeyd olunsa da, cavabdeh tərəfindən qazın verilməsi dayandırılmamışdır. Aktlar tərtib edilərkən hər hansı müdaxilənin olub-olmaması müəyyən edilməmiş və hal şahidlərinin iştirakı təmin edilməmişdir. Bundan başqa, həmin aktlar vəfat etmiş şəxsin adına yazılmışdır, itirilmiş təbii qazın dəyəri hesablanarkən hər hansı normativ hüquqi akta və ya qaydalara istinad edilməmişdir. Sayğaca baxış keçirilərkən istehlakçının iştirakı təmin edilməmiş, aktın surəti iddiaçıya təqdim edilməmişdir. Cavabdeh xx.xx.2025-ci ildə məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixli ******* nömrəli akt üzrə istehlakçının təqsiri MN1276782 nömrəli inzibati tənbeh vermə haqqında qərarla təsdiq edilmişdir. Bundan başqa, abonent kodu X1 adınadır, iddiaçının isə qeyd olunan ünvanda yaşadığını və kommunal xidmətlərdən istifadə etdiyini təsdiq edən arayış yoxdur. İddiaçı X1 hüquqi varisi olduğunu və miras qəbul etməsini təsdiq edən vərəsəlik şəhadətnaməsi də mövcud deyil. Ona görə iddiaçının hazırkı iddia tələbi ilə bağlı məhkəməyə müraciət etmək üçün subyektiv hüququ yoxdur. Göstərilən dəlillər iddia ərizəsinin rədd edilməsi üçün əsasdır. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi vəkil Nümayəndə iddianı müdafiə edərək bildirmişdir ki, iddiaçı ünvan 2 ünvanında yaşayır, həmin ünvanda təbii qazdan istifadə edir. Bu fakt təqdim edilmiş müvafiq arayışla təsdiq olunur. Həmin ünvan üzrə abonent kodu xx.xx.1990-cu ildə vəfat etmiş X1 adınadır. İddiaçının göstərilən ünvanda təbii qazdan istifadə etməsi və bununla əlaqədar yaranmış mübahisə ilə bağlı vərəsəlik işinin açılmasına zərurət yoxdur. İddiaçı abonent kodunda yüksək məbləğdə borcun yarandığını gördükdən sonra cavabdeh təşkilata müraciət etmiş, oradan müvafiq sənədlər əldə etmişdir. Həmin sənədlərdən mərhum qayınatası barəsində 2017-2024-cü illər ərzində təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar tərtib olunmuş və dəymiş ziyan hesablanmışdır. Göstərilən aktlarda iddiaçı tərəfindən təbii qazdan qeyri-qanuni istifadə etməsi qeyd olunsa da, qanunvericiliyin tələbindən irəli gələrək qazın verilməsi dayandırılmış olmalı, həmçinin, müvafiq aktın bir nüsxəsi iddiaçıya təqdim olunmalı idi. Lakin cavabdeh tərəfindən qazın verilməsi dayandırılmamış, aktlar barədə İddiaçı məlumat verilməmişdir. İddiaçı özü Cavabdehnə müraciət etdikdən sonra ona aktlar təqdim olunmuşdur. Bundan başqa, xx.xx.2022-ci ildən sonra tərtib olunmuş aktlara münasibətdə bildirir ki, qanunvericiliyə edilmiş dəyişikliklərə görə təbii qazdan qeyri-qanuni istifadə olunduqda müvafiq akt tərtib olunmalı, bu barədə Energetika Nazirliyinə və hüquq-mühafizə orqanlarına müraciət olunmalı idi. Cavabdeh tərəfindən təqdim edilmiş inzibati tənbeh vermə haqqında qərar məhkəmə baxışı zamanı təqdim edildiyindən hesab edir ki, sübut kimi qəbul edilməməlidir. Qəbul edilməsi halında isə həmin qərarın məhz 2024cü ilin oktyabr ayı üzrə aktı ehtiva edir, əvvəlki aktlara əsasən hesablanmış borca aidiyyəti yoxdur. İnzibati tənbeh vermə haqqında qərar barəsində iddiaçıya məlumat verilməmişdir. Bundan başqa cavabdeh tərəfindən bir neçə akt təqdim olunmamışdır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Əsaslandırıcı hissə: Aşağıdakı hallara görə məhkəmə iddianı qismən əsaslı hesab edir. Müəyyən edildi ki, İddiaçı Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı qəsəbəsi Ağaverdiyev küçəsində yerləşən 19 nömrəli evdə qeydiyyatda olsa da, o, 1977-ci ildə ailə həyatı quraraq Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı qəsəbəsi Ağaverdiyev küçəsində yerləşən 4A nömrəli evə gəlin köçmüş və bu vaxtadək həmin ünvanda daimi olaraq yaşayır. Həmin evin **********10000 nömrəli abonent kodu iddiaçının qayınatası X3 adınadır. Sonuncu xx.xx.1990-cı ildə vəfat etmişdir. Göstərilən abonent kodu ilə bağlı Cavabdeh işçiləri tərəfindən 2017-2025-ci illər ərzində çoxsaylı "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt"lar tərtib edilmiş, nəticədə cəmi 20119,88 manat borc hesablanmışdır. İşdə olan İİİ-ЖГ seriyalı 490919 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.1990-cı ildə vəfat etmişdir. İşdə olan İ-ЖГ seriyalı 452150 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X4 ilə Zəmilə Dadaşbala qızı arasında xx.xx.1977-ci il nikah bağlanmışdır. İşdə olan xx.xx.2017-ci il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt"dan görünür ki, abonent təbii qazdan sayğacdan kənar qeyriqanuni istifadə edir. İşdə olan xx.xx.2017-ci il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt"dan görünür ki, abonent təbii qazdan sayğacdan kənar qeyriqanuni istifadə edir. İşdə olan xx.xx.2018-ci il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt"dan görünür ki, abonent təbii qazdan sayğacdan kənar qeyriqanuni istifadə edir. İşdə olan xx.xx.2018-ci il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt"dan görünür ki, abonent təbii qazdan sayğacdan kənar qeyriqanuni istifadə edir. İşdə olan xx.xx.2019-cu il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt"dan görünür ki, abonent təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edir. İşdə olan xx.xx.2019-cu il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt"dan görünür ki, abonent təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edir. İşdə olan xx.xx.2019-cu il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt"dan görünür ki, abonent təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edir. İşdə olan xx.xx.2019-cu il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt"dan görünür ki, abonent təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edir. İşdə olan xx.xx.2019-cu il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt"dan görünür ki, abonent təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edir. İşdə olan xx.xx.2019-cu il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt"dan görünür ki, abonent təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edir. İşdə olan xx.xx.2019-cu il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt"dan görünür ki, abonent təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edir. İşdə olan xx.xx.2019-cu il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt"dan görünür ki, abonent təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edir. İşdə olan xx.xx.2019-cu il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt"dan görünür ki, abonent təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edir. İşdə olan xx.xx.2019-cu il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt"dan görünür ki, abonent təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edir. İşdə olan xx.xx.2019-cu il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt"dan görünür ki, abonent qeyri-qanuni təbii qazdan istifadə edir. İşdə olan xx.xx.2020-ci il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt"dan görünür ki, abonent təbii qazdan sayğacdan kənar qeyriqanuni istifadə edir. İşdə olan xx.xx.2020-ci il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt"dan görünür ki, abonent təbii qazdan sayğacdan kənar qeyriqanuni istifadə edir. İşdə olan xx.xx.2021-ci il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt"dan görünür ki, abonent təbii qazdan sayğacdan kənar qeyriqanuni istifadə edir. İşdə olan xx.xx.2021-ci il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt"dan görünür ki, abonent təbii qazdan sayğacdan kənar qeyriqanuni istifadə edir. İşdə olan xx.xx.2021-ci il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt"dan görünür ki, abonent təbii qazdan sayğacdan kənar qeyriqanuni istifadə edir. İşdə olan xx.xx.2021-ci il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt"dan görünür ki, abonent təbii qazdan sayğacdan kənar qeyriqanuni istifadə edir. İşdə olan xx.xx.2022-ci il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt"dan görünür ki, abonent təbii qazdan sayğacdan kənar qeyriqanuni istifadə edir. İşdə olan xx.xx.2022-ci il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt"dan görünür ki, abonent təbii qazdan sayğacdan kənar qeyriqanuni istifadə edir. İşdə olan xx.xx.2022-ci il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt"dan görünür ki, abonent təbii qazdan sayğacdan kənar qeyriqanuni istifadə edir. İşdə olan xx.xx.2022-ci il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt"dan görünür ki, abonent təbii qazdan sayğacdan kənar qeyriqanuni istifadə edir. İşdə olan xx.xx.2022-ci il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt"dan görünür ki, abonent təbii qazdan sayğacdan kənar qeyriqanuni istifadə edir. İşdə olan xx.xx.2022-ci il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt"dan görünür ki, abonent təbii qazdan sayğacdan kənar qeyriqanuni istifadə edir. İşdə olan xx.xx.2022-ci il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt"dan görünür ki, abonent təbii qazdan sayğacdan kənar qeyriqanuni istifadə edir. İşdə olan xx.xx.2022-ci il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt"dan görünür ki, abonent təbii qazdan sayğacdan kənar qeyriqanuni istifadə edir. İşdə olan xx.xx.2022-ci il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt"dan görünür ki, abonent təbii qazdan sayğacdan kənar qeyriqanuni istifadə edir. İşdə olan xx.xx.2022-ci il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt"dan görünür ki, abonent təbii qazdan sayğacdan kənar qeyriqanuni istifadə edir. İşdə olan xx.xx.2023-cü il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt"dan görünür ki, abonent təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edir. İşdə olan xx.xx.2023-cü il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt"dan görünür ki, abonent təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edir. İşdə olan xx.xx.2023-cü il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt"dan görünür ki, abonent təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edir. İşdə olan xx.xx.2023-cü il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt"dan görünür ki, abonent təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edir. İşdə olan xx.xx.2023-cü il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt"dan görünür ki, abonent təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edir. İşdə olan xx.xx.2023-cü il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt"dan görünür ki, abonent təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edir. İşdə olan xx.xx.2023-cü il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt"dan görünür ki, abonent təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edir. İşdə olan xx.xx.2023-cü il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt"dan görünür ki, abonent təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edir. İşdə olan xx.xx.2023-cü il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt"dan görünür ki, abonent təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edir. İşdə olan xx.xx.2023-cü il tarixli 04120247 nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt"dan görünür ki, abonent təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edir. İşdə olan xx.xx.2023-cü il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt"dan görünür ki, abonent təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edir. İşdə olan xx.xx.2024-cü il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt"dan görünür ki, abonent təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edir. İşdə olan xx.xx.2024-cü il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt"dan görünür ki, abonent təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edir. İşdə olan xx.xx.2024-cü il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt"dan görünür ki, abonent təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edir. İşdə olan Bakı Şəhəri Sabunçu Rayonu Kürdəxanı Bələdiyyəsinin xx.xx.2025-ci il tarixli 102 nömrəli arayışından görünür ki, xx.xx.1957-ci il təvəllüdlü İddiaçı 1977-ci ildə ailə həyatı quraraq ünvan 2 ünvanına gəlin köçmüş və bu vaxtadək həmin ünvanda daimi olaraq yaşayır. İşdə olan "Abonentin saldosu"ndan görünür ki, cavabdeh tərəfindən ünvan 2 ünvanı üzrə **********10000 nömrəli abonent koduna aktlar əsasında 2017-ci ilin iyul ayı üzrə 117 manat, dekabr ayı üzrə 415,80 manat, 2018-ci ilin yanvar ayı üzrə 823,80 manat, fevral ayı üzrə 284,40 manat, oktyabr ayı üzrə 799,20 manat, 2019-cu ilin yanvar ayı üzrə 426,60 manat, fevral ayı üzrə 133,20 manat, mart ayı üzrə 133,20 manat, aprel ayı üzrə 133,20 manat, iyun ayı üzrə 64,80 manat, iyul ayı üzrə 32,40 manat, avqust ayı üzrə 32,40 manat, sentyabr ayı üzrə 32,40 manat, oktyabr ayı üzrə 32,40 manat, noyabr ayı üzrə 133,20 manat, dekabr ayı üzrə 295,20 manat, 2020-ci ilin yanvar ayı üzrə 295,20 manat, fevral ayı üzrə 295,50 manat, mart ayı üzrə 157,40 manat, 2021-ci ilin yanvar ayı üzrə 885,60 manat, oktyabr ayı üzrə 1188 manat, noyabr ayı üzrə 540 manat, dekabr ayı üzrə 540 manat, 2022-ci ilin yanvar ayı üzrə 540 manat, mart ayı üzrə 1080 manat, aprel ayı üzrə 540 manat, may ayı üzrə 298,08 manat, iyun ayı üzrə 298,08 manat, avqust ayı üzrə 725,76 manat, sentyabr ayı üzrə 362,88 manat, oktyabr ayı üzrə 483,84 manat, noyabr ayı üzrə 604,80 manat, dekabr ayı üzrə 734,40 manat, 2023-cü ilin yanvar ayı üzrə 734,40 manat, fevral ayı üzrə 734,40 manat, aprel ayı üzrə 1468,80 manat, may ayı üzrə 362,88 manat, iyun ayı üzrə 362,88 manat, iyul ayı üzrə 181,41 manat, avqust ayı üzrə 181,41 manat, sentyabr ayı üzrə 181,41 manat, oktyabr ayı üzrə 241,92 manat, noyabr ayı üzrə 302,40 manat, dekabr ayı üzrə 302,40 manat, 2024-cü ilin yanvar ayı üzrə 302,40 manat, fevral ayı üzrə 367,20 manat, mart ayı üzrə 367,20 manat, may ayı üzrə 362,88 manat, 2025-ci ilin fevral ayı üzrə 207,36 manat borc hesablanmışdır. İşdə olan xx.xx.2025-ci il tarixli MN ******* nömrəli "İnzibati tənbeh vermə haqqında qərar"dan görünür ki, xx.xx.2025-ci ildə iddiaçı tərəfindən yaşadığı ünvanda sayğacdan kənar qazpaylayıcı şəbəkəyə qoşularaq 261 manat məbləğində təbii qazın talanması faktı aşkarlanmış, nəticədə iddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə 100 manat cərimə edilmişdir. Məhkəmə ilk növbədə təbii qazdan qanunsuz istifadəyə görə tərtib edilmiş xx.xx.2017-ci, xx.xx.2017-ci, xx.xx.2018-ci, xx.xx.2018-ci, xx.xx.2019-cu, xx.xx.2019cu, xx.xx.2019-cu, xx.xx.2019-cu, xx.xx.2019-cu, xx.xx.2019-cu, xx.xx.2019-cu, xx.xx.2019-cu, xx.xx.2019-cu, xx.xx.2019-cu, xx.xx.2019-cu, xx.xx.2020-ci, xx.xx.2020ci, xx.xx.2020-ci, xx.xx.2021-ci, xx.xx.2021-ci, xx.xx.2021-ci, xx.xx.2021-ci, xx.xx.2022ci, xx.xx.2022-ci, xx.xx.2022-ci il tarixli aktlara münasibət bildirməyi zəruri hesab edir. Həmin aktlar xx.xx.2017-ci ildən xx.xx.2022-ci ilədək olan müddətdə tərtib olunmuşdur. "Qaz təchizatı haqqında" Azərbaycan Respublikası Qanununun tələbinə görə, qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir (11-ci maddənin 6-cı hissəsi). Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları"nın aktların tərtib olunduğu zaman qüvvədə olmuş redaksiyasına əsasən, qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir (1.3-cü bənd). İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir (1.4cü bənd). Özbaşına qaz qurğularının quraşdırılmasını həyata keçirmək istehlakçılara qadağandır (3.4.1-ci bənd). Qaz paylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qaz paylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir (6.5 - 6.7-ci bəndlər). Sadalanan aktların tərtibi zamanı istehlakçı X3 iştirak etdiyi, lakin aktı imzalamaqdan imtina etdiyi qeyd olunmuşdur. Həmin şəxsin iddiaçının qayınatası olduğu, xx.xx.1990-cı ildə vəfat etdiyi müəyyən edilmişdir. Bundan məhkəmə belə nəticəyə gəlir ki, aktlar mübahisəli ünvana faktiki olaraq baxış keçirilmədən tərtib olunmuşdur. Sayğaca olan yoxlamalar həqiqətən keçirilmiş olsa idi, X3 vəfat etdiyi məlum olar və aktlarda həqiqətə uyğun olmayan məlumatlar qeyd olunmazdı. Eyni zamanda, məhkəmə bunu da qeyd edir ki, Cavabdeh iddiaçının qaz paylayıcı şəbəkəyə qanunsuz qoşulduğunu aşkar etdikdə, qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı olduğu halda, məhkəməyə cavabdehin bunu etməsi barədə heç bir sübut təqdim olunmamışdır. Bundan başqa, Cavabdeh sadalanan aktlar üzrə iddiaçıya hissə-hissə hesabladığı cəmi 20119,88 manat məbləğində borcu ondan tələb etməli olduğu halda, hal-hazıradək bunu etməmiş və məhkəməyə müvafiq iddia verməmişdir. Digər tərəfdən, xx.xx.2019-cu il tarixli ******* nömrəli aktda abonentin qazdan qeyri-qanuni istifadə etdiyi göstərilsə də, bu qanunsuzluğun nədən ibarət olması göstərilməmişdir. Bu isə həmin akt əsasında abonentə borc hesablanmasını, ümumiyyətlə, istisna edir. Beləliklə, məhkəmə bu qənaətə gəldi ki, cavabdeh tərəfindən xx.xx.2017-ci ildən xx.xx.2022-ci ilədək olan müddət ərzində tərtib edilmiş "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt"lar əsasında iddiaçıya 8735,60 manat məbləğində borcun hesablanması əsaslı olmamışdır. Ona görə də iddia həmin borcun silinməsi hissəsində təmin edilməlidir. Məhkəmə təbii qazdan qanunsuz istifadəyə görə tərtib edilmiş xx.xx.2022-ci, xx.xx.2022-ci, xx.xx.2022-ci, xx.xx.2022-ci, xx.xx.2022-ci, xx.xx.2022-ci, xx.xx.2022-ci, xx.xx.2023-cü, xx.xx.2023-cü, xx.xx.2023-cü, xx.xx.2023-cü, xx.xx.2023-cü, xx.xx.2023-cü, xx.xx.2023-cü, xx.xx.2023-cü, xx.xx.2023-cü, xx.xx.2023-cü, xx.xx.2023-cü, xx.xx.2024-cü, xx.xx.2024-cü il tarixli aktlara münasibətdə aşağıdakıları bildirməyi zəruri hesab edir. "Qaz təchizatı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının xx.xx.2022-ci il tarixli 486-VİQD nömrəli Qanununun 1.4.5-ci maddəsinə əsasən, "Qaz təchizatı haqqında" Azərbaycan Respublikasının Qanununa aşağıdakı məzmunda 13.8-1-ci maddə əlavə edilmişdir: "Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş Qazdan istifadə qaydaları ilə tənzimlənir." Qeyd olunan maddə xx.xx.2022-ci ildən qüvvəyə minmişdir. Maddənin məzmunundan da aydın olduğu kimi, qeyd edilən tarixdən sonra qaz paylayıcısı tərəfindən qaz xəttinə qanunsuz qoşulma halları aşkar edildikdə bu barədə akt tərtib edilməli və həmin aktın bir nüsxəsi barəsində akt tərtib edilmiş şəxsə, bir nüsxəsi isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (İnzibati Xətalar Məcəlləsinin 282-1-ci maddəsinə əsasən az miqdarda, yəni 5000 manatdan yuxarı olmayan məbləğdə ziyan vurulduqda), cinayət tərkibinin əlamətləri olduqda isə (Cinayət Məcəlləsinin 189-1.1-ci maddəsinə əsasən vurulmuş ziyan 5000 manatdan yuxarı olduqda) cinayət təqibi orqanına təqdim edilməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istahlakçıdan tələb etməlidir. Sonradan analoji norma Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə qaydaları"nın 6.5-ci bəndində də müəyyən edilmiş və həmin norma yeni redaksiyada verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinin tələblərinə görə, qanuna və ya digər normativ hüquqi akta əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə qeyd edir ki, xx.xx.2022-ci ildən etibarən istehlakçının sayğaca müdaxilə, habelə qaz xəttinə qanunsuz qoşulması ilə bağlı təqsirinin müvafiq icra hakimiyyəti orqanının və ya məhkəmənin qərarı ilə təsdiq edilməsi barədə sübutların iş materiallarında olmaması artıq iddia tələblərinin əsaslı olub-olmamasına qiymət verilməsi üçün kifayət edir. Lakin əgər istehlakçı məhkəmə icraatı zamanı sayğaca müdaxilə etməsini və ya qaz xəttinə qanunsuz qoşulmasını etiraf edirsə, o zaman iddianın istehlakçının təqsirinin müvafiq icra hakimiyyəti orqanının və ya məhkəmənin qərarı ilə təsdiq edilməsi barədə sübutların iş materiallarında olmaması əsası ilə rədd olunması prosessual qanunvericiliyin tələbləri ilə də uzlaşmır. Belə olan halda, iddia tələbinə müvafiq akta əsasən hesablanmış əlavə sərfiyyatın məbləğinin qanunvericiliyin tələblərinə uyğunluğu baxımından hüquqi qiymət verilə bilər. Bununla yanaşı, tələb bir neçə akt üzrə borcun silinməsinə və ya tutulmasına yönəlmişsə, qətnamənin nəticə hissəsində hər bir akt üzrə silinməli və ya tutulmalı olan məbləğlər ayrıca göstərilməlidir. Bu hal hüquqi müəyyənlik baxımından xüsusi əhəmiyyət kəsb edir. İşdən görünür ki, xx.xx.2022-ci ildən xx.xx.2024-cü ilədək müddət ərzində olan aktlar "Qaz təchizatı haqqında" Azərbaycan Respublikası Qanununun 13.8-1-ci maddəsinin artıq qüvvədə olduğu zaman tərtib edilmişdir. Belə olan halda, İddiaçı qazdan istifadə qaydalarını pozmasında təqsirinin müvafiq icra hakimiyyəti orqanının və ya məhkəmənin qərarı ilə təsdiq edilməsi barədə sübutlar məhkəməyə təqdim edilməlidir. Lakin "Azəriqaz" İB məhkəməyə belə bir sübut təqdim edə bilməmişdir. Digər tərəfdən, iddiaçı tərəfindən qaz xəttinə qanunsuz qoşulması etiraf edilməmişdir. Ona görə də məhkəmə bu qənaətə gəldi ki, xx.xx.2022-ci, xx.xx.2022-ci, xx.xx.2022-ci, xx.xx.2022-ci, xx.xx.2022-ci, xx.xx.2022-ci, xx.xx.2022-ci, xx.xx.2023-cü, xx.xx.2023cü, xx.xx.2023-cü, xx.xx.2023-cü, xx.xx.2023-cü, xx.xx.2023-cü, xx.xx.2023-cü, xx.xx.2023-cü, xx.xx.2023-cü, xx.xx.2023-cü, xx.xx.2023-cü, xx.xx.2024-cü və xx.xx.2024-cü il tarixli aktlar İddiaçı 9736,12 manat məbləğində pulun tutulmasına əsas vermir. Bu səbəbdən iddia həmin hissədə təmin edilməlidir. "Azəriqaz" İB tərəfindən 2025-ci ilin fevral ayı üzrə tərtib edilmiş akta münasibətdə məhkəmə bildirir ki, təqdim olunmuş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli "İnzibati tənbeh vermə haqqında qərar"la iddiaçının yaşadığı ünvanda sayğacdan kənar qazpaylayıcı şəbəkəyə qoşularaq 261 manat məbləğində təbii qazın talaması faktı təsdiq olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törətdilməsində təqsirli bilinməsinə görə 100 manat cərimə edilmişdir. Belə olan halda məhkəmə "Azəriqaz" İB tərəfindən 2025-ci ilin fevral ayı üzrə tərtib edilmiş aktı və onun əsasında hesablanmış 207,36 manat borcu əsaslı, iddianı bu hissədə rədd edilməli olduğunu hesab edir. Bundan başqa məlum olmuşdur ki, 2017-ci ilin dekabr ayı, 2018-ci ilin oktyabr ayı, 2020-ci ilin mart ayı, 2024-cü ilin fevral ayı və 2024-cü ilin aprel ayı üzrə aktlar məhkəməyə təqdim olunmamışdır. Həmin aktların tədqiq etmək mümkün olmasa da, abonentin saldosundan aktlar əsasında hesablanmış borcların "qalıq və aktlar" qrafasında olduğu görünür. Məhkəmə hesab edir ki, həmin borcların əsaslılığı sübuta yetirilməmişdir. Ona görə iddia bu hissədə də təmin edilməli, 2017-ci ilin dekabr ayı, 2018-ci ilin oktyabr ayı, 2020-ci ilin mart ayı, 2024-cü ilin fevral ayı və 2024-cü ilin aprel ayı üzrə hesablanmış 1440,8 borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.6-cı maddəsinə görə, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər də işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. ″Dövlət rüsumu haqqında″ Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə görə, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda ödənilməli olan dövlət rüsumunun məbləği 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi təşkil edir. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azaddırlar. Hazırkı iddia istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verildiyinə görə iddiaçı tərəfindən dövlət rüsumu ödənilməsə də, ödənilməli olan dövlət rüsumu 150,36 manat təşkil edir. Bundan başqa, iddiaçı tərəfindən vəkilə etdiyi kömək üçün 300 manat məbləğində pul ödənilmişdir. Cəmi 20119,88 manat məbləğində iddianın 19912,52 manat hissəsi (98,96 faizi) təmin olunduğuna görə dövlət rüsumunun 98,96 faizi, yəni 148,80 manatı cavabdehə aid edilməli və həmin məbləğ ondan alınaraq dövlət büdcəsinə ödənilməli, iddiaçı isə dövlət rüsumunu ödəməkdən azad edildiyinə görə qalan 1,56 manat məbləğ ona aid edilməməlidir. İddiaçı tərəfindən vəkilə ödənilmiş 300 manat pulun da 98,96 faizi, yəni 296,88 manatı cavabdehdən alınaraq iddiaçıya qaytarılmalı, qalan 3,22 manatı iddiaçıya aid edilməlidir. Nəticə hissəsi: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən **********10000 nömrəli abonent koduna xx.xx.2017-ci il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt" üzrə hesablanmış 117 manat, 2017-ci ilin dekabr ayında tərtib edilmiş "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt" üzrə hesablanmış 415,80 manat, xx.xx.2018-ci il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt" üzrə hesablanmış 823,80 manat, xx.xx.2018-ci il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt" üzrə hesablanmış 284,40 manat, 2018-ci ilin oktyabr ayında tərtib edilmiş "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt" üzrə hesablanmış 799,20 manat, xx.xx.2019-cu il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt" üzrə hesablanmış 426,60 manat, xx.xx.2019-cu il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt" üzrə hesablanmış 133,20 manat, xx.xx.2019-cu il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt" üzrə hesablanmış 133,20 manat, xx.xx.2019-cu il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt" üzrə hesablanmış 133,20 manat, xx.xx.2019-cu il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt" üzrə hesablanmış 64,80 manat, xx.xx.2019-cu il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt" üzrə hesablanmış 32,40 manat, xx.xx.2019-cu il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt" üzrə hesablanmış 32,40 manat, xx.xx.2019-cu il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt" üzrə hesablanmış 32,40 manat, xx.xx.2019-cu il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt" üzrə hesablanmış 32,40 manat, xx.xx.2019-cu il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt" üzrə hesablanmış 133,20 manat, xx.xx.2019-cu il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt" üzrə hesablanmış 295,20 manat, xx.xx.2020-ci il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt" üzrə hesablanmış 295,20 manat, xx.xx.2020-ci il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt" üzrə hesablanmış 295,20 manat, xx.xx.2020-ci il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt" üzrə hesablanmış 157,40 manat, xx.xx.2021-ci il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt" üzrə hesablanmış 885,60 manat, xx.xx.2021-ci il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt" üzrə hesablanmış 1188 manat, xx.xx.2021-ci il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt" üzrə hesablanmış 540 manat, xx.xx.2021-ci il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt" üzrə hesablanmış 540 manat, xx.xx.2022-ci il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt" üzrə hesablanmış 540 manat, xx.xx.2022-ci il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt" üzrə hesablanmış 1080 manat, xx.xx.2022-ci il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt" üzrə hesablanmış 540 manat, xx.xx.2022-ci il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt" üzrə hesablanmış 298,08 manat, xx.xx.2022-ci il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt" üzrə hesablanmış 298,08 manat, xx.xx.2022-ci il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt" üzrə hesablanmış 725,76 manat, xx.xx.2022-ci il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt" üzrə hesablanmış 362,88 manat, xx.xx.2022-ci il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt" üzrə hesablanmış 483,84 manat, xx.xx.2022-ci il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt" üzrə hesablanmış 604,80 manat, xx.xx.2022-ci il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt" üzrə hesablanmış 734,40 manat, xx.xx.2023-cü il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt" üzrə hesablanmış 734,40 manat, xx.xx.2023-cü il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt" üzrə hesablanmış 734,40 manat, xx.xx.2023-cü il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt" üzrə hesablanmış 1468,80 manat, xx.xx.2023cü il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt" üzrə hesablanmış 362,88 manat, xx.xx.2023-cü il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt" üzrə hesablanmış 362,88 manat, xx.xx.2023-cü il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt" üzrə hesablanmış 181,44 manat, xx.xx.2023-cü il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt" üzrə hesablanmış 181,44 manat, xx.xx.2023-cü il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt" üzrə hesablanmış 181,44 manat, xx.xx.2023-cü il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt" üzrə hesablanmış 241,92 manat, xx.xx.2023-cü il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt" üzrə hesablanmış 302,40 manat, xx.xx.2023-cü il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt" üzrə hesablanmış 302,40 manat, 2024-cü ilin fevral ayında tərtib edilmiş "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt" üzrə hesablanmış 302,40 manat, xx.xx.2024-cü il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt" üzrə hesablanmış 367,20 manat, 2024-cü ilin aprel ayında tərtib edilmiş "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt" üzrə hesablanmış 367,20 manat, xx.xx.2024-cü il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt" üzrə hesablanmış 362,88 manat, cəmi 19912,52 manat məbləğində borc silinsin. İddia qalan hissədə rədd edilsin. Cavabdehndən 148,80 manat məbləğində dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. Hüquqi yardıma görə iddiaçı tərəfindən ödənilmiş 300 manat məbləğində pulun 296,88 manat hissəsi Cavabdehndən alınaraq İddiaçı ödənilsin. Həmin pulun qalan 3,22 manat hissəsi iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Apellyasiya şikayətinin məhkəməyə göndərilməsi "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməlidir. X10.
Məhkəmə qərarları › İş №e-2(008)-4810/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-4810/2025
26.09.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver