Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-4832/2024 03.09.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3 qızının katibliyi ilə, İddiaçı MMC cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 Taptıq qızına qarşı “alqı-satqı ” müqaviləsi üzrə yaranmış borc məbləğinin qaytarılması barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 Taptıq qızına qarşı “alqı-satqı ” müqaviləsi üzrə yaranmış borc məbləğinin qaytarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 426,83 (dord yüz iyirmi altı dollar səksən üç sent) ABŞ dolları əsas və 107 (bir yüz yeddi) ABŞ dolları cərimə və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 Taptıq qızından müştərək qaydada tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh2 ilə xx.xx.2024-cü il tarixdə bağlanmış HHA 19221 nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən, iddiaçı cavabdehə satış qiyməti 512 ABŞ dolları olan (ümumi məbləğ 512 ABŞ dolları) «Aplle i phone 11 64 gb white» markalı 1 (bir) ədəd mobil telefonu ödəniş qrafıkinə əsasən nisyə satmışdır. Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 Taptıq qızı ilə xx.xx.2024-cü il tarixdə bağlanmış HHA 19231 nömrəli nisiyə alqı-satqı müqaviləsinə xx.xx.2024 tarixində zamin durmuşdur. Cavabdeh ilə iddiaçı arasında həmin müqavilə bağlandıqdan sonra cavabdeh ilkin olaraq 47 ABŞ dolları ödəniş gününə olan məzənnə üzrə manatla, xx.xx.2024-cü il tarixdə 38,17 ABŞ dolları ödəniş gününə olan məzənnə üzrə manatla ödəmişdir. Ödəmə qrafiki üzrə ödəməli olan pul məbləğini ödəməmiş və bununlada müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Həmin müqavilənin 3.5-ci bəndinə əsasən alıcı ödəniş gecikdirildiyi məcmu borcun 1%-i həcmində «satıcı» nın xeyrinə faiz ödəyir. Qanunvericiliyin tələblərinə əsasən iddiaçı tərəfindən cavabdehə alınmış əmlak təhvil verilmiş və borcu onunla bağlanmış alqı-satqı müqaviləsinə əsasən qalan 426,83 ABŞ dolları məbləğində borcunu hissə-hissə 12 ay müddətində ödəməli idi. Lakin cavabdeh üzərinə düşən öhdəliyi lazımınca və vaxtında icra etməmiş və bununlada onun hal-hazırki vaxta ödənilməmiş 426,83 ABŞ dolları məbləğində borcu yaranmışdır. xx.xx.2024-cü il tarixdə "xxxx" MMC-nin baş mühasibi Ağamirzəyeva M. məhkəməyə xx/xx-18899 nömrəli maliyyə arayışı göndərərək, xx.xx.2024-cü il tarixdə borclu tərəfindən 70,46 ABŞ dolları ödəniş edildiyini hazırda cavabdehlərin əsas və faiz borclarının cəmi 463,37 ABŞ dolları borcu qaldığını bildirmişdir. İddiaçı MMC-nin direktoru Nümayəndə məhkəməyə elektron ərizə ünvanlayaraq məhkəmə iclasını iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini, iddia tələbini müdafiə etdiklərini və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 Taptıq qızı məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan xx.xx.2024-cü il HHA 19231 nömrəli Nisyə alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 12 ay müddətinə satış qiyməti 512 ABŞ dolları «Aplle i phone 11 64 gb white» markalı 1 (bir) ədəd mobil telefon nisyə almışdır. İş materiallarından görünür ki, kredit vəsaitinin təminatı olaraq zamin Cavabdeh3 Taptıq qızı ilə xx.xx.2024-cü il tarixli HHA19231 nömrəli Zaminlik müqaviləsi bağlanmışdır. Zamin Cavabdeh3 Taptıq qızı cavabdehin öhdəliyini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürərək iddiaçı qarşısında cavabdehlə birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, kredit vəsaitinin təminatı olaraq zamin Cavabdeh4 ilə xx.xx.2024-cü il tarixli HHA19231 nömrəli Zaminlik müqaviləsi bağlanmışdır. Zamin Cavabdeh4 cavabdehin öhdəliyini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürərək iddiaçı qarşısında cavabdehlə birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, X2 müqaviləyə əsasən, 426.83 ABŞ dolları əsas borc və 107 ABŞ dolları cərimə cəmi 533.83 ABŞ dolları olmuş xx.xx.2024-cü il tarixdə borclu 70.46 ABŞ dolları ödəniş etdiyindən hazırda borcu 463.37 ABŞ dolları təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; Həmin Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Sadalanan qanunvericilik aktı normalarına və xüsusatlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh2 müqavilə əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh müqavilə əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Həmçinin Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 Taptıq qızı Cavabdeh2 öhdəliklərinə zamin durmuş və zaminlik müqaviləsinə əsasən borclu ilə eyni məsuliyyət daşıyır və borcu ödəmək barədə öz üzərinə öhdəlik götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zamin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısı eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə tutulmalı olan əsas məbləğə diqqət edərək qeyd edir ki, iddia tələbi əsas hissədə tam təmin edilməlidir. Belə ki, tərəflər arasında xx.xx.2024-cü il tarixində 12 ay müddətinə HHA 19231 nömrəli kredit müqaviləsi bağlanmış, hazırda qeyd olunan müqavilə qüvvədə olduğundan, öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər əsas məbləğinin hesablanmasını məhkəmə əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum Qərarına əsasən Kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, MM-in 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Məhkəmə işin hallarını, yəni Cavabdeh2 tərəfindən götürülən kredit məbləğini, kreditin verilmə tarixini və müqavilənin bitmə tarixini müqayisə edərək, həmçinin aparılmış ödənişləri, cərimə məbləği təyin edilərkən tənasüblük qorunmuşdur, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmaqla, hesablanmış cavabdehlərdən cərimə olaraq 107 (bir yüz yeddi) ABŞ dolları məbləğində pul tutulmalıdır. Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi təmin olduğundan, ödənilmiş dövlət rüsumuda təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Mülki-Prosessual Məcəlləsinin 88ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 Taptıq qızından müştərək qaydada 463,37 (dörd yüz altımış üç ABŞ dolları otuz yeddi sent) ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun olaraq manatla tutulsun) borc, 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev
Məhkəmə qərarları › İş №e-2(008)-4832/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-4832/2024
03.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver