Məhkəmə qərarları › İş №e-2(008)-4882/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-4882/2025

29.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-4882/2025 29.10.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X2 Seyfəddin oğlunun sədrliyi, Məhkəmə iclas katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “pul və vurulmuş zərər tələbi” barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I. İddia tələbi: İddiaçı MMC-nin Cavabdeh qarşı “pul və vurulmuş zərər tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 13 sentyabr 2023-cü il tarixli MAS-6095 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 06 mart 2025-ci il tarixə 310 manat gecikdirilmiş əsas, 144.70 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 340.46 manat dəbbə pulu, həmçinin lizinq obyekti olan, “Khazar SD” minik markalı, 77- PE-768 dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpası üçün tələb edilən 1818.20 manat, ümumilikdə 2613.36 manat borc və ödənilmiş 46.14 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. II. İddia tələbinin əsaslandığı hallar: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 13 sentyabr 2023-cü il tarixli MAS-6095 saylı “Daxili lizinq” müqaviləsinə əsasən 2021-ci il buraxılışlı, “Khazar SD” minik markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı, qara rəngli avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən lizinq alan illik 18 % hesablanmaqla 42 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 456.54 manat, ümumilikdə isə 19175 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 19175 manatın 14150 manatı əsas məbləğ təşkil edir. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan, “Khazar SD” minik markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobil 06 mart 2025-ci il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmiş və Servis Mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 1818.20 manat məbləğində zərər vurulduğu müəyyən edilmişdir. Eyni zamanda Cavabdeh MAS- 6095 saylı “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 06 mart 2025-ci il tarixə ümumilikdə 795.16 manat məbləğində gecikmə borcu yaranmışdır. Aşağıda göstərilənləri nəzərə alaraq hesab edirik ki, iddiamız qanuni və əsaslı olduğundan təmin edilməlidir. Daxili lizinq müqaviləsi və “Ödəniş cədvəli”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxdında və lazımı qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. III. Tərəflərin izahatları: İddiaçı MMC məhkəməyə ərizə müraciət edərək, baxış iclasının onların iştirakı olmadan baxılmasını və iddia təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasını vaxtı və yeri barədində lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İV. Mülki işin materialları. - Tərəflər arasında bağlanmış MAS-6095 saylı, 13 sentyabr 2023-cü il tarixli “Daxili lizinq” müqaviləsinin surətindən görünür ki, lizinq verən lizinq alanın sifariş etdiyi və bu Lizinq Müqaviləsinin ayrılmaz tərkib hissəsi olan İ saylı Əlavədə göstərilən əmlakı muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini, lizinq alan tərəfindən isə bu Müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməyi öhdəsinə götürür - Tərəflər arasında bağlanmış MAS-6095 saylı, 13 sentyabr 2023-cü il tarixli “Daxili lizinq” müqaviləsinə 3 saylı əlavədən görünür ki, lizinq alan Cavabdeh 42 ay müddətinə 18 faizlə 14.500 manat məbləğində pul üzrə hər 456.54 manat məbləğində lizinq ödənişi ödəməyi öhdəsinə götürmüşdür. - Tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli təslim-təhvil aktından görünür ki, "xxxx" MMC-nin direktoru X1 və Cavabdeh ''Azərmaş'' MMC-nin mülkiyyətində saz vəziyyətdə olan “KHAZAR SD" markalı 77PE768 dövlət qeydiyyat avtomobilin təhvil təslimini aparmışlar. - İddiaçı MMC tərəfindən Cavabdeh göndərilmiş xx.xx.2025-ci il tarixli, 580 nömrəli pretenziya məktubundan görünür ki, cavabdeh, "Daxili Lizinq” müqaviləsinin 9-cu bəndinə əsasən müqavilə birtərəfli qaydada ləğv ediləcəyi, yaranmış borc və dəymiş zərər ödənilmədiyi halda borcun ondan Məhkəmə qaydasında tələb ediləcəyi barədə xəbərdar edilmişdir. - xx.xx.2025-ci il tarixli, 795 nömrəli maliyyə arayışından görünür ki, borclu Cavabdeh MAS-6095 saylı, 13 sentyabr 2023-cü il tarixli “Daxili lizinq” müqaviləsi üzrə 310 manat əsas, 144.7 manat mükafat, 340.46 manat cərimə borcu olmaqla, cəmi 795.16 manat borcu yaranmışdır. V. Mülki işə tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 748-1.1-ci maddəsinə əsasən lizinq verən lizinq obyekti olan əmlakı lizinq alana lizinq müqaviləsinin şərtlərinə və həmin əmlakın təyinatına uyğun halda (vəziyyətdə) təqdim etməlidir. 748-1.8-ci maddəsinə əsasən lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. 748-1.9-cu maddəsinə əsasən lizinq alan lizinq obyektini qaytarmayıbsa və ya vaxtında qaytarmayıbsa, lizinq verənin gecikmə vaxtı üçün ödəniş tələb etmək hüququ vardır. 748-7.1-ci maddəsinə əsasən lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Vİ. Məhkəmənin mövqeyi: Məhkəmə işin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından aşağıdakı mövqe ilə yanaşaraq hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, tərəflər arasında MAS- 6095 saylı, 13 sentyabr 2023-cü il tarixli “Daxili lizinq” müqaviləsi bağlanmış və tərəflər arasında xx.xx.2024-cu il tarixində təslim təhvil aktı bağlanmışdır. Yuxarıda qeyd olunan hüquq normalarından da göründüyü kimi, lizinq verən İddiaçı MMC lizinq obyekti olan “KHAZAR SD" markalı 77PE768 dövlət qeydiyyat avtomobili “Daxili lizinq” müqaviləsinə 3 saylı əlavədə müəyyənləşdirilmiş haqla və müddətə lizinq alan Cavabdeh istifadəsinə verməyi öhdəsinə götürmüş və öz öhdəliyini iş materiallarında olan təslim-təhvil aktından göründüyü kimi icra etmişdir. Lizinq alan isə “Daxili lizinq” müqaviləsinin 4.4-cü bəndində nəzərdə tutulmuş vəzifələri öz üzərinə götürsə də, iş materiallarına əsasən məhkəmə hasil olur ki, o öz vəzifələrinə vicdanlılığın tələb etdiyi tərzdə yanaşmamışdır. Belə ki, lizinq alan müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliklərə zidd olaraq, avtomobili saz vəziyyətdə saxlamamış və bunun nəticəsində avtomobilə 1818.2 manat məbləğində ziyan vurulmuşdur, habelə lizinq alan müqavilənin 4.4.3-cu bəndində nəzərdə tutulmuş lizinq ödənişləri cədvəli ilə müəyyən edilmiş vaxtda və həcmdə lizinq ödənişləri etmək öhdəliyini pozmuşdur və onun ümumilikdə, 795.16 manat məbləğində gecikmə borcu yaranmışdır. Odur ki, məhkəmə borclunun müqavilə üzrə öhdəliklərinə vicdanlılığın tələb etdiyi tərzdə yanaşmayaraq, öhdəliyini lazımınca icra etmədiyini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli və Cavabdeh 13 sentyabr 2023-cü il tarixli MAS-6095 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 06 mart 2025-ci il tarixə 310 manat gecikdirilmiş əsas, 144.70 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 340.46 manat dəbbə pulu, həmçinin lizinq obyekti olan, “Khazar SD” minik markalı, 77- PE-768 dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpası üçün tələb edilən 1818.20 manat, ümumilikdə 2613.36 manat borc İddiaçı MMCə ödənilməlidir. Vİİ. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yəni iddia tələbi təmin olduğu halda hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 46,14 manat dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 13 sentyabr 2023-cü il tarixli MAS-6095 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 06 mart 2025-ci il tarixə 310 manat gecikdirilmiş əsas, 144.70 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 340.46 manat dəbbə pulu, həmçinin lizinq obyekti olan, “Khazar SD” minik markalı, 77- PE-768 dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpası üçün tələb edilən 1818.20 manat olmaqla, ümumilikdə 2613.36 manat borc və ödənilmiş 46.14 manat dövlət rüsumunu İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar