Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-492/2025 17.01.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Mamedova Ləman Rizvan qızının katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən MARVİN - GENC - BAZALİ - ÇARPAYİ, 2 ədəd MATRAS – GOLDLİNE üçün 1352.03 (min üç yüz əlli iki manat üç qəpik) manat ödənilməmiş hissə, 120.97 (yüz iyirmi manat doxsan yeddi qəpik) manat dəbbə; xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən GREE kondisioner üçün 887.98 (səkkiz yüz səksən yeddi manat doxsan səkkiz qəpik) manat ödənilməmiş hissə, 159.02 (yüz əlli doqquz manat iki qəpik) manat dəbbə; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən İmei kod **********54525 XİAOMİ REDMİ 12 markalı telefon üçün 415 (dörd yüz on beş) manat ödənilməmiş hissə, 73 (yetmiş üç) manat dəbbə; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən CANYON kompüter çantası, MOUSE TRUST, WİNDOWS 11 HOME, ACER ASPİRE 3 kompüter, MATRAS – LOTUS üçün 2422.22 (iki min dörd yüz iyirmi iki manat iyirmi iki qəpik) manat ödənilməmiş hissə, 218.78 (iki yüz on səkkiz manat yetmiş səkkiz qəpik) manat dəbbə borcu, ümumilikdə 5649 manat borcun, 76.49 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixli müqavilələrə əsasən MARVİN - GENC - BAZALİ - ÇARPAYİ, 2 ədəd MATRAS - GOLDLİNE , GREE kondisioner, İmei kod **********54525 XİAOMİ REDMİ 12 markalı telefon, CANYON kompüter çantası, MOUSE TRUST, WİNDOWS 11 HOME, ACER ASPİRE 3 kompüter, MATRAS - LOTUS almış və nəticədə 5649 (beş min altı yüz qırx doqquz) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1622.16 (min altı yüz iyirmi iki manat on altı qəpik) manat (24 ay x 67.59 manat + 0 manat ilkin ödəniş) olan MARVİN - GENC - BAZALİ - ÇARPAYİ, 2 ədəd MATRAS - GOLDLİNE üçün ümumilikdə 1473 (min dörd yüz yetmiş üç) manat olmaqla, ondan 1352.03 (min üç yüz əlli iki manat üç qəpik) manat ödənilməmiş hissə, 120.97 (yüz iyirmi manat doxsan yeddi qəpik) manat dəbbə borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1371.6 (min üç yüz yetmiş bir manat almış qəpik) manat (18 ay x 76.2 manat + 0 manat ilkin ödəniş) olan GREE kondisioner üçün ümumilikdə 1047 (min qırx yeddi) manat olmaqla, ondan 887.98 (səkkiz yüz səksən yeddi manat doxsan səkkiz qəpik) manat ödənilməmiş hissə, 159.02 (yüz əlli doqquz manat iki qəpik) manat dəbbə borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 498 (dörd yüz doxsan səkkiz) manat (12 ay x 41.5 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********54525 XİAOMİ REDMİ 12 markalı telefon üçün ümumilikdə 488 (dörd yüz səksən səkkiz) manat olmaqla, ondan 415 (dörd yüz on beş) manat ödənilməmiş hissə, 73 (yetmiş üç) manat dəbbə borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 3291.12 (üç min iki yüz doxsan bir manat on iki qəpik) manat (18 ay x 182.84 manat + 0 manat ilkin ödəniş) olan CANYON kompüter çantası, MOUSE TRUST, WİNDOWS 11 HOME, ACER ASPİRE 3 kompüter, MATRAS – LOTUS üçün ümumilikdə 2641 (iki min altı yüz qırx bir) manat olmaqla, ondan 2422.22 (iki min dörd yüz iyirmi iki manat iyirmi iki qəpik) manat ödənilməmiş hissə, 218.78 (iki yüz on səkkiz manat yetmiş səkkiz qəpik) manat dəbbə borcu yaranmışdır. Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən xx.xx.2023-cü il tarixində MATRAS – LOTUS-dan imtina etmiş və məhsul 567 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin xx.xx.2023-cü il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 301.9 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 567 manat, digər 3 müqavilə üzrə cəmi ödədiyi məbləğ 836.75 manat təşkil edir. Cavabdehlə bağlanmış xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə olan telefon danışığı, həmçinin xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, müştərinin ödədiyi məbləğin 50%-nə qədər hissəsi penya ödənilməsinə yönəldilə bilər. İddiaçının nümayəndəsi Nümayəndə xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Belə olan halda, məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 09644085 saylı müqavilədən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh sahibliyinə və istifadəsinə İmei kodu **********54525 olan XİAOMİ REDMİ 12 markalı telefon verilmişdir. Cavabdeh müqavilə üzrə hesablanmış faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür. - xx.xx.2023-cü il tarixli 09644085 saylı müqavilənin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəlindən görünür ki, Cavabdeh hər ayın 01-dən gec olmayaraq 12 ay müddətində hər ay 41.50 manat ödəniş etməlidir. - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 13982622 saylı müqavilədən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh sahibliyinə və istifadəsinə soyuducu GREE markalı kondisioner verilmişdir. Cavabdeh müqavilə üzrə hesablanmış faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür. - xx.xx.2023-cü il tarixli 13982622 saylı müqavilənin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəlindən görünür ki, Cavabdeh hər ayın 26-dan gec olmayaraq 18 ay müddətində hər ay 76.2 manat ödəniş etməlidir. - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 02715539 saylı müqavilədən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh sahibliyinə və istifadəsinə MARVİN - GENC - BAZALİ - ÇARPAYİ, 2 ədəd MATRAS - GOLDLİNE verilmişdir. Cavabdeh müqavilə üzrə hesablanmış faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür. - xx.xx.2023-cü il tarixli 02715539 saylı müqavilənin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəlindən görünür ki, Cavabdeh hər ayın 20-dən gec olmayaraq 24 ay müddətində hər ay 67.59 manat ödəniş etməlidir. - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 13685578 saylı müqavilədən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh sahibliyinə və istifadəsinə CANYON kompüter çantası, MOUSE TRUST, WİNDOWS 11 HOME, ACER ASPİRE 3 kompüter, MATRAS – LOTUS verilmişdir. Cavabdeh müqavilə üzrə hesablanmış faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür. - xx.xx.2023-cü il tarixli 13685578 saylı müqavilənin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəlindən görünür ki, Cavabdeh hər ayın 15-dən gec olmayaraq 18 ay müddətində hər ay 182.84 manat ödəniş etməlidir. - xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 415 manat ödənilməmiş hissə, 73 manat cərimə olmaqla, cəmi 488 manat; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 887.98 manat ödənilməmiş hissə, 159.02 manat cərimə olmaqla, cəmi 1047 manat; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 1352.03 manat ödənilməmiş hissə, 120.97 manat cərimə olmaqla, cəmi 1473 manat; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 2422.22 manat ödənilməmiş hissə, 218.78 manat cərimə olmaqla, 2641 manat, ümumilikdə isə 5649 manat borcu vardır. - "xxxx" MMC tərəfindən Cavabdeh göndərilmiş xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixli müqavilələrə əsasən cavabdeh istifadəsinə verilmiş “Acer” markalı kompüter, Windows 11, mouse, çanta, 3 ədəd matras, “Marvin” markalı mebel əşyası, “Gree” markalı kondisioner, “Xiaomi” markalı telefon üçün müqavilə üzrə öhdəliklərin icrasını gecikdirmiş, yəni “ödəniş cədvəli”ndə nəzərdə tutulan vaxt və qaydaya əməl etməmişdir. "xxxx" MMC xəbərdarlıqdan irəli gələn öhdəliklərin icrası ilə əlaqədar çağırışa 3 iş günü ərzində riayət olunmadığı təqdirdə, müqavilənin 4.1ci bəndinə əsasən aidiyyəti üzrə məhkəməyə müraciət olunacağını bildirmişdir. - xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, "xxxx" MMC məhkəməyə müraciət etmək üçün 76.49 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinin tələbinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Tərəflər arasında olan müqavilə münasibətlərindən göründüyü kimi, tərəflər əşyanın alınıb-satılması barədə razılığa gəlmişlər. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh müqavilə üzrə iddiaçı qarşısında öhdəlik götürdüyündən və müqavilə üzrə onların risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış əsas borc məbləğini ödəməlidir. Qeyd edilənlərlə müəyyən olundu ki, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixli müqavilələrin şərtlərinə görə Cavabdeh müqavilə üzrə hesablanmış borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, borcun ödənilməsinə dair öhdəliyi lazımi qaydada icra etməmişdir. Bu barədə xəbərdar edilməsinə baxmayaraq, cavabdeh öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Məhkəmə iddianın cərimə borcunun ödənilməsi hissəsini araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən əsaslıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.2-ci maddəsinə görə əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixli 02715539 saylı müqavilə üzrə hesablanmış 120.97 manat cərimə borcunun məbləği azaldılaraq 67.60 manat, xx.xx.2023-cü il tarixli 13982622 saylı müqavilə üzrə hesablanmış 159.02 manat cərimə borcunun məbləği azaldılaraq 44.39 manat, xx.xx.2023-cü il tarixli 09644085 saylı müqavilə üzrə hesablanmış 73 manat cərimə borcunun məbləği azaldılaraq 20.75 manat, xx.xx.2023-cü il tarixli 13685578 saylı müqavilə üzrə hesablanmış 218.78 manat cərimə borcunun məbləği azaldılaraq 121.11 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2023-cü il tarixli 02715539 saylı müqaviləyə əsasən 1352.03 manat ödənilməmiş hissə, 67.60 manat cərimə; xx.xx.2023-cü il tarixli 13982622 saylı müqaviləyə əsasən 887.98 manat ödənilməmiş hissə, 44.39 manat cərimə; xx.xx.2023-cü il tarixli 09644085 saylı müqaviləyə əsasən 415 manat ödənilməmiş hissə, 20.75 manat cərimə; xx.xx.2023-cü il tarixli 13685578 saylı müqaviləyə əsasən 2422.22 manat ödənilməmiş hissə, 121.11 manat cərimə olmaqla, ümumilikdə 5331.08 manat borc və 73.31 manat dövlət rüsumu tutularaq "xxxx" MMC-nə ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli 02715539 saylı müqaviləyə əsasən 1352.03 manat ödənilməmiş hissə, 67.60 manat cərimə; xx.xx.2023-cü il tarixli 13982622 saylı müqaviləyə əsasən 887.98 manat ödənilməmiş hissə, 44.39 manat cərimə; xx.xx.2023-cü il tarixli 09644085 saylı müqaviləyə əsasən 415 manat ödənilməmiş hissə, 20.75 manat cərimə; xx.xx.2023-cü il tarixli 13685578 saylı müqaviləyə əsasən 2422.22 manat ödənilməmiş hissə, 121.11 manat cərimə olmaqla, ümumilikdə 5331.08 manat borc və 73.31 manat dövlət rüsumu tutularaq "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova
Məhkəmə qərarları › İş №e-2(008)-492/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-492/2025
17.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver