Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-4969/2022 11.10.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X3, İddiaçının nümayəndəsi X1 iştirakları ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək: xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən İmei kodu **********46802 iPhone Xs markalı telefon üçün 448.4 manat ödənilməmiş hissə, 150 manat dəbbə, xx.xx.2019-ci il tarixli müqaviləsinə əsasən İmei kodu **********61293 İPhone Xs markalı telefon üçün 1800.2 manat ödənilməmiş hissə 537.9 dəbbə, xx.xx.2019-ci il tarixli müqaviləsinə əsasən Samsung Soyuducu üçün 809.7 manat ödənilməmiş hissə, 247.3 manat dəbbə xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən İmei kodu **********83404 iPhone Xs markalı telefon üçün 2409.3 manat ödənilməmiş hissə, 739.2 manat dəbbə Ümumilikdə 7142 manat borc və 91.42 manat ödənilmiş dövlət rüsumu olmaqla, Cavabdeh alınaraq "ABC TELECOM” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh. "xxxx" MMC ilə xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il tarixli müqavilələrinə əsasən İmei kodu **********46802 iPhone Xs markalı telefon, İmei kodu **********61293 iPhone Xs markalı telefon, Samsung Soyu ducu , İmei kodu **********83404 iPhone Xs markalı telefon almış və nəticədə 7142 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə: xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 3133 manat İmei kodu **********46802 iPhone Xs markalı telefon üçün ümumilikdə 598.4 manat olmaqla ondan 448.4 manat ödənilməmiş hissə, 150 manat dəbbə borcu; xx.xx.2019-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 3156 manat İmei kodu **********61293 iPhone Xs markalı telefon üçün ümumilikdə 2338.1 manat olmaqla ondan 1800.2 manat ödənilməmiş hissə, 537.9 manat dəbbə borcu; xx.xx.2019-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 1352 manat Samsung Soyuducu üçün ümumilikdə 1057.2 manat olmaqla ondan 809.7 manat ödənilməmiş hissə, 247.3 manat dəbbə borcu; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 3168 manat İmei kodu **********83404 iPhone Xs markalı telefon üçün ümumilikdə 3148.5 manat olmaqla ondan 2409.3 manat ödənilməmiş hissə, 739.2 manat dəbbə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 5341.4 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa. müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, Müştərinin ödədiyi məbləğin 50%-nə qədər hissəsi penya ödənilməsinə yönəldilə bilər. Cavabdehlə bağlanılmış xx.xx.2019-cu il, xx.xx.2019-ci il, xx.xx.2019-ci il və xx.xx.2019-cu il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə olan telefon danışığı, həmçinin xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehlərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Hazırki işin faktiki halları aşağıdakılardır (sənədlər iş materiallarına əlavə edilmişdir). İddiaçı cavabdehə: xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 3133 manat İmei kodu **********46802 iPhone Xs markalı telefon; xx.xx.2019-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 3156 manat İmei kodu **********61293 iPhone Xs markalı telefon; xx.xx.2019-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 1352 manat Samsung Soyuducu; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 3168 manat İmei kodu **********83404 iPhone Xs markalı telefon satmışdır. İş materiallarında olan maliyyə aryışına əsasən cavabdehin iddiçıya dörd müqavilə üzrə 5467,6 manat əsas, 1674.4 manat dəbbə, ümumilikdə 7142 manat borcu yaranmışdır. Borcun ödənilməsinə dair cavabdehə bildiriş göndərilmişdir. Hazırda iddiaçı 7142 manat borcun cavabdehdən tutulmasın istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin qismən qanuni və əsaslı olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir. Beləliklə, iş materialları ilə təsdiq olunmuşdur ki, cavabdeh iddiaçı ilə aralarında bağlanmış müqavilənin şərtlərini pozmuş, müqavilə ilə müəyyən olunmuş qaydada ödənişlər etməmiş, nəticədə iddiaçıya borcu yaranmış və bununla da cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Məhkəmə hesab edir ki, iddia əsas borcun tutulması hissəsində tam təmin olunmalıdır. İddianın cərimənin tutulması hissəsinə gəldikdə isə məhkəmə həmin hissədə iddianın qismən təmin olunmasını əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə iddiaçı tərəfindən cərimənin 1674.4 manat məbləğində hesablanmasının yüksək olmasını nəzərə alaraq hesab edir ki, cavabdehlərdən iddiaçı tərəfindən hesablanmış qeyd olunan cərimə məbləğinin 10 %-i həcmində, yəni 167 manat məbləğində cərimə pulu tutulmasını ağlabatan və ədalətli hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən İmei kodu **********46802 iPhone Xs markalı telefon üçün 448.4 manat ödənilməmiş hissə, xx.xx.2019-ci il tarixli müqaviləsinə əsasən İmei kodu **********61293 İPhone Xs markalı telefon üçün 1800.2 manat ödənilməmiş hissə, xx.xx.2019-ci il tarixli müqaviləsinə əsasən Samsung Soyuducu üçün 809.7 manat ödənilməmiş hissə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən İmei kodu **********83404 iPhone Xs markalı telefon üçün 2409.3 manat ödənilməmiş hissə, cəmi 5467,6 manat ödənilməmiş hissə və 167 manat dəbbə, cəmi 5634,6 manat borc və 91.42 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №e-2(008)-4969/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-4969/2022
11.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver