Məhkəmə qərarları › İş №e-2(008)-5015/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-5015/2024

28.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-5015/2024 28.10.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X13 iştirakı ilə, Ərizəçi X12 maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi qeyd edilməklə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi X16 maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi qeyd edilməklə ərizə ilə (dəqiqləşdirilmiş tələblə) məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Bakı şəhər İcra Hakmiyyəti Başçısı Aparatının Abadlaşdırma və X8 Departamenti X11 və İstismarı Birliyi tərəfindən Ləhiş ərazisindəki 4307 №-li bağın istifadəyə verilməsi haqqında 9894 №-li 30 avqust 2004-cü il tarixli müqavilənin Ağa X2 məxsus olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, o, Rəşidova (Ağa Hüseynzadə) X17 yeganə qanun üzrə vərəsəsi olaraq Bakı İnzibati məhkəməsinə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivi, 4304 ünvanında yerləşən 0,12 hektardan ibarət bağ sahəsi və onun üzərində yerləşən fərdi yaşyış evi üzərində Ərizəçi mülkiyyət hüququnun tanınmasına və həmin mülkiyyət hüququnun qeydiyyata alınmasına dair Çıxarışın təqdim edilməsi öhdəliyinin Cavebdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbinə dair 2-1(112)-3372/2024 №-li iş Bakı İnzibati Məhkəməsində Aysev Almazovanın icraatında olmuşdur. Sözügedən iş üzrə cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək təqdim edilən müqavilədə hüquq sahibinin ata adı Ağa İbrahim deyil, İbrahim olaraq qeyd olunduğundan iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. AR Ədliyyə Nazirliyinin 39 saylı Notariat Ofisinin DƏDRX-ə ünvanlanmış 05 may 2023-cü il tarixli məktubundan görünür ki, 4304 nömrəli Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş ərazisi, 4304 nömrəli bağ sahəsi ünvanında yerləşən 0.12 ha torpaq sahəsi məhz X4 məxsus olmuşdur. Ərizəçi X12 nümayəndəsi (vəkili) Vəkil məhkəməyə elektron ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə, iş materaillarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır (adları çəkilən sənədlər iş materiallarına əlavə edilmişdir). Ərizəçi X16 xx.xx.1941-ci il tarixdə Bakı şəhərində doğulmuşdur, ünvan 3 ünvanında qeydiyyatdadır (elektron məhkəmə sistemindən əldə edilmiş məlumat). Ərizəçi X16 xx.xx.1987-ci il tarixdə Ağa X5 ilə nikahını bağlamış, nikah bağlanandan sonra arvadın soyadı Rəşidova olmuşdur. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakmiyyəti Başçısı Aparatının Abadlaşdırma və X8 Departamenti X11 və İstismarı Birliyi ilə X26 ilə Ləhiş ərazisindəki 0,12 hektardan ibarət 4304 №-li bağ sahəsinə dair xx.xx.1990-cı il tarixdə 9894 №-li müqavilə bağlanmışdır. Onun ölümündən Ağa X5 X11 və İstismarı Birliyinə müraciət edərək mərhumun ailə üzvlərinin razılığı əsasında həmin torpaq sahəsinin onun adına rəsmiləşdirilməsini xahiş etmişdir. X10 arvadı X6 Təsərrüfatının İnkişafı və İstismarı Birliyinə müraciət edərək bağ sahəsinin Ağa X1 adına rəsmiləşdirilməsini xahiş etmiş, digər ailə üzvləri X20, X24, X21, X22 həmin sahənin Ağa X1 adına rəsmiləşdirilməsinə etiraz emədiklərini bildirmişlər. Həmin torpaq sahəsinin rəsmiləşdirilməsi üçün Ağa X1 adına Bakı şəçhəri Sabunçu RİH tərəfindən pasport qeydiyyatında olanla barədə arayış verilmişdir (forma № 3). Azərbaycan Respublikası Bakı şəhər İcra Hakmiyyəti Başçısı Aparatının Abadlaşdırma və X8 Departamenti X11 və İstismarı Birliyi tərəfindən Ləhiş ərazisindəki 4304 №-li bağın istifadəyə verilməsi haqqında 9894 №-li 30 avqust 2004-cü il tarixli müqaviləyə əsasən Bakı şəhəri. Sabunçu rayonunun Ləhiş ərazisində 0,12 ha torpaq sahəsi 10 il müddətinə X3 istifadəsinə verilmişdir. Göründüyü kimi, bütün müraciətlərdə «Ağa X5» göstərilməsinə baxmayaraq müqavilədə ad «X7» qeyd edilmişdir. Ərizəçi X16 xx.xx.2012-ci il tarixdə arvadı X4 ölümündən sonra onun vərəsəsi kimi tanınmış və ona xx.xx.2012-ci və xx.xx.2013-cü il tarixli Qanun üzrə vərəsəlik haqqında şəhadətnamələrə əsasən müvafiq olaraq bank hesabında olan əmanət və 543,2 kv metrdən ibarət olan qeyri-yaşayış sahəsindən ibarət olan miras əmlaklar qalmışdır. Bundan sonra ərizəçi X16 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək həmin əmlaka dair onun mülkiyyət hüququnun tanınmasını istəmiş, sonuncu iddia ərizəsinə etiraz verərək müqavilədəki adla miras qoyanın adlarının fərqli olduğunu billdirmişdir. Hazırda ərizəçi Ləhiş ərazisindəki 4307 №-li bağın istifadəyə verilməsi haqqında 9894 №-li 30 avqust 2004-cü il tarixli müqavilənin Ağa X2 məxsus olması faktının təsdiq edilməsini istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə ərizənin əsaslı olduğu nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.5-ci maddəsinə əsasən isə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli 03 saylı Qərarının: 1.2-ci bəndi ilə müəyyən edilmişdir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 1.4-cü bəndi ilə müəyyən edilmişdir ki, lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. 1.6-cı bəndi ilə müəyyən edilmişdir ki, məhkəmələrə izah edilir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsi). Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPMnin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmamış saxlamalıdır. 1.7-ci bəndi ilə müəyyən edilmişdir ki, hakim hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında ərizəni qəbul edərkən bu faktın müəyyən edilməsinin məhkəmənin səlahiyyətinə aid olub-olmamasını və ərizəçinin belə ərizə ilə məhkəməyə müraciət etmək hüququnun mövcudluğunu yoxlamalı, həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğunu aydınlaşdırmalı, lazımi sənədlərin alına bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü, həmçinin müəyyənləşdirilməsi xahiş edilən faktı təsdiq edən sübutların təqdim olunmasını ərizəçiyə təklif etməli, hazırlıq mərhələsində hakim işə baxılmasında maraqlı olan şəxsləri və müvafiq orqanları müəyyən etməli, onların və ərizəçinin məhkəmə iclasında iştirakını təmin etməlidir. Nəzərə alınmalıdır ki, maraqlı şəxslər qismində hüquqlarına aid məsələ həll edilən fiziki və hüquqi şəxslər və ya qətnamənin qanuni qüvvəyə minməsi ilə müvafiq hərəkətləri yerinə yetirmək vəzifəsi yaranan fiziki və hüquqi şəxslər cəlb edilirlər. 6-cı bəndi ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Qeyd edildiyi kimi, sənəddə göstərilən adla ərizəçinin şəxsiyyət vəsiqəsindənki ad üs-üstə düşmür, həmin sənədlər hüquqmüəyyənedici sənədlərdir, ərizəçi təşkilatına özünə müraciət etmiş, təşkilat olnu məhkəməyə yönləndirmişdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, bütiün sənədlərdə «Ağa X5» göstərilməsinə baxmayaraq, X11 və İstismarı Birliyi onun adının səhvən «X7» qeyd etmiş, göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti vardır və ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyi üçün ərizə təmin olunmalı, Ləhiş ərazisindəki 4307 №-li bağın istifadəyə verilməsi haqqında 9894 №-li 30 avqust 2004-cü il tarixli müqavilənin Ağa X2 məxsus olması faktı təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: Ərizə təmin edilsin. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakmiyyəti Başçısı Aparatının Abadlaşdırma və X8 Departamenti X11 və İstismarı Birliyi tərəfindən Ləhiş ərazisindəki 4307 №-li bağın istifadəyə verilməsi haqqında 9894 №-li 30 avqust 2004-cü il tarixli müqavilənin Ağa X2 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən 1 ay müddətində Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar