Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-5136/2024 19.09.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X7 qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh İB-nin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı Cavabdeh İB-nə qarşı “əssasız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-nə qarşı “əssasız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbini təmin edərək Cavabdeh tərəfindən **********00000 nömrəli abonent kodu üzrə təbii qazdan istifadəyə görə əsassız hesablanmış 13276,28 (on üç min iki yüz yetmiş altı manat, iyirmi səkkiz qəpik) manat məbləğində borcun silinməsi; pozulmuş hüquqlarının bərpası ilə bağlı çəkdiyi xərcin 300 manat məbləğində pulun Cavabdehndən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələbi onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda qeydiyyatda olsa da, ünvan 2 ünvanında yaşayır. Həmin ünvanda abonent kodu mərhum qaynatası X1 adınadır Abonent kodu **********00000-dir. Qaynatası xx.xx.1980-ci il tarixdə vəfat etmişdir. Bu yaxınlarda abonent kodu üzrə qaynatasının adına yüksək məbləğdə borc yazılmasının şahidi olmuş və bunun səbəbini araşdırmaq üçün cavabdeh təşkilata müraciət etmişdir. Müraciəti əsasında ona cavabdeh təşkilat tərəfindən müvafiq sənədlər təqdim edilmişdir. Ona təqdim edilmiş sənədlərə əsasən, mərhum qaynatası barəsində “Təbii X5nın pozulması” haqqında aktlar tərtib edilmişdir. Həmin aktlar əsasında: xx.xx.2016-cı il tarixli, 080678 saylı akt əsasında 172,80 manat; xx.xx.2018-ci il tarixli, ******* nömrəli akt əsasında 647,40 manat; xx.xx.2018-ci il tarixli, ******* nömrəli akt əsasında 214 manat; xx.xx.2018-ci il tarixli, ******* nömrəli akt əsasında 194,40 manat; xx.xx.2018-ci il tarixli, ******* nömrəli akt əsasında 291,60 manat; xx.xx.2018-ci il tarixli, ******* nömrəli akt əsasında 91,20 manat; xx.xx.2019-cu il tarixli, ******* nömrəli akt əsasında 133,20 manat; xx.xx.2019-cu il tarixli, ******* nömrəli akt əsasında 133,20 manat; xx.xx.2019-cu il tarixli, ******* nömrəli akt əsasında 133,20 manat; xx.xx.2019-cu il tarixli, ******* nömrəli akt əsasında 142,20 manat; xx.xx.2019-cu il tarixli, ******* nömrəli akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli, ******* nömrəli akt əsasında 32,40 manat; xx.xx.2019-cu il tarixli, ******* nömrəli akt əsasında 32,40 manat; xx.xx.2019-cu il tarixli, ******* nömrəli akt əsasında 32,40 manat; xx.xx.2019-cu il tarixli, ******* nömrəli akt əsasında 32,40 manat; xx.xx.2019-cu il tarixli, ******* nömrəli akt əsasında 32,40 manat; xx.xx.2019-cu il tarixli, ******* nömrəli akt əsasında 32,40 manat; xx.xx.2019-cu il tarixli, ******* nömrəli akt əsasında 295,20 manat; xx.xx.2020-ci il tarixli, ******* nömrəli akt əsasında 295,20 manat; xx.xx.2020-ci il tarixli, ******* nömrəli akt əsasında 295,20 manat; xx.xx.2020-ci il tarixli, ******* nömrəli akt əsasında 177,10 manat; xx.xx.2020-ci il tarixli, ******* nömrəli akt əsasında 312,50 manat, xx.xx.2020-ci il tarixli, ******* nömrəli akt əsasında 194,40 manat; xx.xx.2020-ci il tarixli, ******* nömrəli akt əsasında 194,40 manat; xx.xx.2020-ci il tarixli, ******* nömrəli akt əsasında 194,40 manat; xx.xx.2020-ci il tarixli, ******* nömrəli akt əsasında 194,40 manat; xx.xx.2020-ci il tarixli, ******* nömrəli akt əsasında 194,40 manat; xx.xx.2020-ci il tarixli, ******* nömrəli akt əsasında 590,40 manat; xx.xx.2021-ci il tarixli, ******* nömrəli akt əsasında 396 manat; xx.xx.2021-ci il tarixli, ******* nömrəli akt əsasında 396 manat; xx.xx.2021-ci il tarixli, ******* nömrəli akt əsasında 396 manat; xx.xx.2021-ci il tarixli, ******* nömrəli akt əsasında 396 manat; xx.xx.2021-ci il tarixli, ******* nömrəli akt əsasında 194,40 manat; xx.xx.2021-ci il tarixli, ******* nömrəli akt əsasında 194,40 manat; xx.xx.2021-ci il tarixli, ******* nömrəli akt əsasında 194,40 manat; xx.xx.2021-ci il tarixli, ******* nömrəli akt əsasında 194,40 manat, xx.xx.2021-ci il tarixli, ******* nömrəli akt əsasında 295,20 manat; xx.xx.2021-ci il tarixli, ******* nömrəli akt əsasında 396 manat; xx.xx.2021-ci il tarixli ******* nömrəli akt əsasında 518,40 manat; xx.xx.2021-ci il tarixli, ******* nömrəli akt əsasında 540 manat; xx.xx.2022-ci il tarixli ******* nömrəli akt əsasında 540 manat; xx.xx.2022-ci il tarixli, ******* nömrəli akt əsasında 1080 manat; xx.xx.2022-ci il tarixli, ******* nömrəli akt əsasında 540 manat;xx.xx.2022-ci il tarixli, ******* nömrəli akt əsasında 298,08 manat; xx.xx.2022-ci il tarixli, ******* nömrəli akt əsasında 298,08 manat; xx.xx.2022-ci il tarixli, ******* nömrəli akt əsasında 362,88 manat; xx.xx.2022-ci il tarixli akt əsasında 362,88 manat. Həmin aktlara əsasən, guya mənzildə təbii qazdan sayğacsız qeyri-qanuni istifadə aşkarlanmışdır. Həmin aktlar əsasında, dəymiş ziyanın hesablanması göstərilmişdir. Lakin həmin aktlarla razı deyil. Çünki həmin aktlar tamamilə əsassızdır. Belə ki, cavabdeh əgər 2016-2021-ci illərdə təbii qazdan sayğacsız qaz xəttindən qeyri-qanuni istifadə halını aşkar etmişdirsə, bəs niyə görə bu qanunsuzluğun qarşısını almaq üçün təbii qazın verilməsini dayandırmırdı. Çünki, “Qazdan istifadə Qaydalan”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli Qərarının 6.5-ci bəndinə görə, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Göründüyü kimi, qanunvericilik imperativ qaydada qazpaylayıcısının üzərinə qazın verilməsini dayandırılması vəzifəsi qoymuşdur. Həmin aktlar tərtib edilərkən hər hansı bir müdaxilənin olub-olmaması müəyyən edilməmiş və hal şahidlərinin iştirakı təmin edilməmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsini müdafiə edərək bildirmişdir ki, iddiaçı Kürdəxanı qəsəbəsi, H.Hacıyev küçəsi, ev 31 ünvanında yaşayır və təbii qazdan istifadə olunur. Həmin ünvanda sayğac mərhum qaynatası X1 adınadır. İddiaçının qaynatası 1980-ci ildə vəfat etmişdir. Vətəndaşın qayınatasının barəsində 47 akt tərtib edilmişdir. 2016-2022-ci ili əhatə edir. Lakin biz bu əsasla razı deyillər. Belə ki, “X5”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli Qərarının 6.5-ci bəndinə görə, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Belə bir hal aşkar edilməmişdir. Əgər iddiaçı tərəfindən qoşulma halı varsa belə bir sübut, video varsa cavabdeh tərəfindən təqdim edilməlidir. Həmin aktlar tərtib edilərkən hər hansı bir müdaxilənin olub-olmaması müəyyən edilməmiş və hal şahidlərinin iştirakı təmin edilməmişdir. İddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh İB-nin nümayəndəsi X6 iddianı qəbul etməyərək, məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia təmin edilməlidir. - Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.1980-ci il tarixdə vəfat etmişdir. - Cavabdeh İB-nin əməkdaşları tərəfindən təbii qazın istifadə qaydalarının pozulması haqqında xx.xx.2016-cı il tarixli, 080678 nömrəli akt; xx.xx.2018-ci il tarixli, ******* nömrəli akt; xx.xx.2018-ci il tarixli, ******* nömrəli akt; xx.xx.2018-ci il tarixli, ******* nömrəli akt; xx.xx.2018-ci il tarixli, ******* nömrəli akt; xx.xx.2018-ci il tarixli, ******* nömrəli akt; xx.xx.2019-cu il tarixli, ******* nömrəli akt; xx.xx.2019-cu il tarixli, ******* nömrəli akt; xx.xx.2019-cu il tarixli, ******* nömrəli akt; xx.xx.2019-cu il tarixli, ******* nömrəli akt; xx.xx.2019-cu il tarixli, ******* nömrəli akt, xx.xx.2019-cu il tarixli, ******* nömrəli akt; xx.xx.2019-cu il tarixli, ******* nömrəli akt; xx.xx.2019-cu il tarixli, ******* nömrəli akt; xx.xx.2019-cu il tarixli, ******* nömrəli akt; xx.xx.2019-cu il tarixli, ******* nömrəli akt; xx.xx.2019-cu il tarixli, ******* nömrəli akt; xx.xx.2019-cu il tarixli, ******* nömrəli akt; xx.xx.2020-ci il tarixli, ******* nömrəli akt; xx.xx.2020-ci il tarixli, ******* nömrəli akt; xx.xx.2020-ci il tarixli, ******* nömrəli akt; xx.xx.2020-ci il tarixli, ******* nömrəli akt, xx.xx.2020-ci il tarixli, ******* nömrəli akt; xx.xx.2020-ci il tarixli, ******* nömrəli akt; xx.xx.2020-ci il tarixli, ******* nömrəli akt; xx.xx.2020-ci il tarixli, ******* nömrəli akt; xx.xx.2020-ci il tarixli, ******* nömrəli akt; xx.xx.2020-ci il tarixli, ******* nömrəli akt; xx.xx.2021-ci il tarixli, ******* nömrəli akt; xx.xx.2021-ci il tarixli, ******* nömrəli akt; xx.xx.2021-ci il tarixli, ******* nömrəli akt; xx.xx.2021-ci il tarixli, ******* nömrəli akt; xx.xx.2021-ci il tarixli, ******* nömrəli akt; xx.xx.2021-ci il tarixli, ******* nömrəli akt; xx.xx.2021-ci il tarixli, ******* nömrəli akt; xx.xx.2021-ci il tarixli, ******* nömrəli akt, xx.xx.2021-ci il tarixli, ******* nömrəli akt; xx.xx.2021-ci il tarixli, ******* nömrəli akt; xx.xx.2021-ci il tarixli ******* nömrəli akt; xx.xx.2021-ci il tarixli, ******* nömrəli akt; xx.xx.2022-ci il tarixli ******* nömrəli akt; xx.xx.2022-ci il tarixli, ******* nömrəli akt; xx.xx.2022-ci il tarixli, ******* nömrəli akt;xx.xx.2022-ci il tarixli, ******* nömrəli akt; xx.xx.2022-ci il tarixli, ******* nömrəli akt; xx.xx.2022-ci il tarixli, ******* nömrəli akt; xx.xx.2022-ci il tarixli, ******* nömrəli akt tərtib olunmuşdur. Məhkəmə iş üzrə “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 6.2ci maddəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X5”nın 6.5-6.7-ci bəndlərinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Dəymiş ziyan olaraq hesablanmış 13276,28 (on üç min iki yüz yetmiş altı manat, iyirmi səkkiz qəpik) manatla bağlı məhkəmə hesab edir ki, Cavabdeh İB əməkdaşları bu aktların yazılmasına suni şəkildə şərait yaratmışdır. Azəriqaz İB-nin əməkdaşları tərəfindən abonent barəsində təbii X5nın pozulması barədə aktlar tərtib olunmuş, aktın heç biri abonent tərəfindən imzalanmamışdır. Təbii X5 pozulması aşkar olunduğu halda, abonentin qaz təchizatı dayandırılmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “X5” na əsasən cavabdeh təşkilat üzərinə düşən vəzifələri icra etmədən, öz imkanlarından və səlahiyyətlərindən istifadə etməklə kənar xətdən istifadə etməyin qarşısını almadan, faktiki abonentə kənar xətt üçün şərait yaratmaqla hər ay akt tərtib etmişdir. Belə ki, abonent barədində təbii qazın talanmasına görə dəfələrlə akt tərtib olunsa da, təqsirli şəxsin təbii qazın talanması və ondan istifadə qaydalarının pozulmasına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsinində vətəndaşların və vəzifəli şəxslərin məsuliyyəti nəzərdə tutulmuş olmasına baxmayaraq, hazırki iddia üzerə Cavabdeh İB tərəfindən məlum aktlar əsasında çoxsaylı kənar qoşulmalar nəticəsində qanunsuz qazdan istifadə ilə əlaqədar müvafiq hüquq-mühafizə orqanlarına şikayət edilib-edilməməsi, edilməmişdirsə hansı səbəblərə görə edilməməsi, edilmişdirsə həmin şikayətin nəticəsi barədə cavabdeh tərəfindən hər hansı bir sübut təqdim olunmamışdır. Qanun tələbindən də göründüyü kimi, yoxlayıcı tərəfindən qanusuz qoşulma halı aşkar edildiyi halda inzibati xəta haqqında iş üzrə icraata başlanılması ilə bağlı məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana müraciət edilməli olduğu halda heç bir tədbir görülməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-cı maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Məhkəmə hesab edir ki, aktlar üzrə hesablanmış bu məbləğ Cavabdeh İB əməkdaşlarının təqsiri üzündən yaranmışdır. Belə ki, qanunvericiliyin də tələbinə uyğun olaraq əgər ki, vətəndaşın qanunsuz qoşulma halı aşkar edilmişdirsə bu barədə müvafiq olaraq inzibati orqana xəbər verilməklə kənar xət dərhal qaynaqla ayrılmalı idi. Lakin iş materiallarından göründüyü kimi buna əməl olunmayaraq hər ay göstərilən ünvana Cavabdeh İB əməkdaşları gəlib gəlməməsi də məlum olmadan akt tərtib edilərək eyni görüntünü əks etdirən fotoşəkillər əlavə edilməklə kifayətlənmişlər. Məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, Cavabdeh İB tərəfindən **********00000 abonent kodu üzrə əsassız hesablanmış 13276,28 (on üç min iki yüz yetmiş altı manat, iyirmi səkkiz qəpik) manat borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır Belə ki, vəkil xərci olaraq pul vəsaitinin tutulması hissəsində iddia tələbi təmin edilərək, cavabdehdən 300 manat pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh İB tərəfindən **********00000 abonent kodu üzrə əsassız hesablanmış 13276,28 (on üç min iki yüz yetmiş altı manat, iyirmi səkkiz qəpik) manat borc silinsin. İddiaçının pozulmuş hüquqlarının bərpası ilə bağlı çəkdiyi xərcin 300 manat məbləğində pulun Cavabdeh İB-dən tutularaq İddiaçı ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev.
Məhkəmə qərarları › İş №e-2(008)-5136/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-5136/2024
19.09.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver