Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(008)-5149/2023 22.08.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakimi Əsədova Tahirə Əlif qızının sədrliyi, Məhkəmə iclas katibi X1, Cavabdeh iştirakları ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən İmei kodu **********09831 X3 8T markalı telefon üçün 372 manat ödənilməmiş hissə, 37 manat cərimə pulu borcu, ümumilikdə 409 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" MMC ilə xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən İmei kodu **********09831 X3 8T markalı telefon almış və nəticədə 409 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 1805,6 manat olan əşya üçün 409 manat olmaqla, ondan 372 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 37 manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1433,6 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərərək borclu müqavilə üzrə öhdəliyi yerinə yetirdiyi üçün, işin baxılmamış saxlanılaraq iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin, dövlət rüsumu ilə birlikdə geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh işə mahiyyəti üzrə baxılmasını tələb etmədi. Cavabdeh izahatında bildirdi ki, adıçəkilən borc onun borcu deyil. Onun yaxın tanışları Novruzova (hazırda Əliyeva) Əminə Əjdər qızı və onun keçmiş əri Novruzov Cəfər "xxxx" MMCdən uşaqlarına telefon almaq istədiklərini, lakin Yevlax rayonunda qeydiyyatda olduqlarından buna edə bilmədikləri bildirmiş, həmin telefonların cavabdehin adına rəsmiləşdirməyi xahiş etmiş, cavabdeh onlara kömək məqsədilə müqaviləni öz adına rəsmiləşdirmiş, Əminə ilə Cəfər telefonları seçmişdilər. Lakin onlar bir dəfə 100 manat ödəmiş və sonradan qalan borcu ödəməkdən imtina etmişdilər. Cavabdeh məcburən 1333 manatı özü ödəmişdir. O, telefonları bağlatdırmış, buna baxmayaraq borc yenə də onun üstündə qalmışdır. İddia məhkəmə veriləndən sonra 440 manatı iddiaçıya ödəmiş. Lakin bundan sonra "xxxx" MMC-də ona əlavə olaraq 87,8 manat ödətdirmişdilər. O, artıq yorulduğundan, istənilən hər bir məbləği ödəməyə razı olmuşdur. Lakin, hazırda tərəfindən Novruzova (Əliyeva) Əminə Əjdər qızına qarşı hazırlanmış iddianı verəcək Yevlax rayon Məhkəməsinə, onda bütün sübutlar var (telefon səs yazmaları və sair). İddianın baxılmamış saxlanılmasına etiraz etmir. Məhkəmə, cavabdehin izahatını dinləyərək, ərizəni və iş materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan "xxxx" MMC ilə cavabdeh arasında bağlanmış xx.xx.2020ci il tarixli müqavilədən görünür ki, iddiaçı İmei kodu **********09831 X3 8T markalı telefon cavabdehə satmış və ödəniş cədvəli tərtib edilmişdir. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin "xxxx" MMC-yə aralarında bağlanmış xx.xx.2020-ci il tarixli, 1805,6 manat dəyərində olan müqavilə üzrə 1433,6 manat ödəniş edilmiş, 409 manat borc qalmışdır. İş materiallarında olan "xxxx" MMC tərəfindən cavabdehə ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, cavabdeh borc barədə xəbərdar edilmiş, borcun ödənilməsi ondan tələb edilmiş və əks təqdirdə aidiyyəti üzrə Dövlət qurumuna müraciət ediləcəyi bildirilmişdir. "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş arayışdan görünür ki, Cavabdeh 440 manat (409 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu) ödənişi etmişdir . Azərbaycan Respublikasının MPM-nin: 259.0.11-ci maddəsinə müvafiq olaraq, iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır; 263.2-ci maddəsinə əsasən məhkəmə iş üzrə icraatı dayandırdıqda, icraata xitam verdikdə, iddianı baxılmamış saxladıqda, habelə bu Məcəllə ilə nəzərdə tutulmuş digər hallarda qərardad çıxarır. 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Lakin, məhkəmə hesab edir ki, cavabdeh artıq dövlət rüsumunu iddiaçıya ödədiyindən, iddiaçı həmin dövlət rüsumunun qaytarılmasını tələb edə bilməz. Məhkəmə hesba edir ki, həmin rüsumun istənilmə hüququ artıq cavabdehə keçmişdir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Ərizə təmin olunsun. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı 409 manat borc, 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə iddia ərizəsi baxılmamış saxlanılsın, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər (dövlət rüsumuna aid sənəddən başqa) geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Sabunçu rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №e-2(008)-5149/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №e-2(008)-5149/2023
22.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver