Məhkəmə qərarları › İş №e-2(008)-5200/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-5200/2023

06.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-5200/2023 06.11.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, İddiaçı Qala Sığorta” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “subroqasiya hüququ ilə əlaqədar pul tələbinin təmin edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “subroqasiya hüququ ilə əlaqədar pul tələbinin təmin edilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, subroqasiya hüququ ilə əlaqədar pul tələbinin təmin edilməsi məqsədilə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 300 manat və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumuna görə 30 manat, müvəqqəti təminat tədbiri ilə bağlı ərizənin verilməsi üçün ödənilmiş dövlət rüsumuna görə 10 manat, ümumilikdə 340 (üç yüz qırx) manat pulun iddiaçı "xxxx" ASC-nin xeyirinə tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC tərəfindən PQA********** nömrəli sığorta şəhadətnaməsi əsasında “Avtonəqliyyat vasitəsi sahiblərinin, mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmış Cavabdeh1 məxsus “Kia Rio” markalı ** RO *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi xx.xx.2022-ci il tarixində Bakı şəhəri, Babək prospektində Cavabdeh2 tərəfindən idarə olunarkən baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində “Opel Astra” markalı, ** FB *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə zərər vurulmuşdur. Baş vermiş hadisə ilə əlaqədar "xxxx" ASC tərəfindən “Opel Astra” markalı, ** FB *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərərə görə 300 manat sığorta ödənişi həyata keçirilmişdir. Sözügedən yol nəqliyyat hadisəsi ilə əlaqədar inzibati tənbeh vermə haqqında TP ******* saylı qərarda müəyyən edilmişdir ki, “Kia Rio” markalı, ** RO *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin sürücüsü Cavabdeh2 hadisə yеrindən yayınmışdır. Buna görə də onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddələri ilə nəzərdə tutulmuş inzibati xəta ilə bağlı inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Qeyd olunanlara əsasən "xxxx" ASC tərəfindən xx.xx.2023-ci il tarixli 0546/23 nömrəli məktubla Cavabdeh2 qarşı 300 manat məbləğində subroqasiya hüququ ilə əlaqədar pul tələbi irəli sürülmüş və həmin məbləğin 7 iş günü ərzində ödənilməsi tələb olunmuşdur. Lakin, hal-hazırkı tarixədək cavabdeh tərəfindən subroqasiya hüququ ilə əlaqədar pul tələbləri təmin olunmadığından həmin tələblərinin məhkəmə qaydasında təmin olunması zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı Qala Sığorta” ASC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan PQA********** saylı icbari sığorta müqaviləsinə dair məlumatın surətindən görünür ki, sığortalı Еldarova Еsmira Musa qızına məхsus “Kia Rio” markalı ** RO *** qeydiyyat nişanlı avtomobil sığortaçı "xxxx" ASC tərəfindən avtonəqliyyat vasitəsinin sahibinin mülki məsuliyyətinin icbari sığortası üzrə xx.xx.2022-ci il tariхdən xx.xx.2023-cü il tariхədək sığortalanmışdır; - Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hеsab еdilə bilən halın təfərrüatları barədə arayışın surətindən görünür ki, “Kia Rio” markalı ** RO *** qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Cavabdeh1dur, hadisə baş vеrən anda sürücüsü Cavabdeh2 olmuşdur; - ƏN-Vİ№305302 saylı xx.xx.2022-ci il tariхli еtibarnamənin surətindən görünür ki, Cavabdeh1, “Kia Rio” markalı ** RO *** qeydiyyat nişanlı avtomobili xx.xx.2024-cü il tariхədək 2 il müddətinə Cavabdeh2 idarəçiliyinə vеrmişdir; - Nizami DYPŞ-nin inzibati tənbеh vеrilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarının surətindən görünür ki, Cavabdeh2 idarə еtdiyi “Kia Rio” markalı ** RO *** qeydiyyat nişanlı avtomobillə xx.xx.2022-ci il tarixdə saat 17:30-da Bakı şəhəri, Babək prospektində törətdiyi yol nəqliyyat hadisəsi ilə bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək barəsində 100 manat cərimə tənbеh növünün tətbiq еdilməsi qərara alınmışdır; - "xxxx" ASC-nin CM2996/22 saylı xx.xx.2022-ci il tariхli sığorta aktının surətindən görünür ki, Cavabdeh2 еtibarnamə əsasında idarə еtdiyi “Kia Rio” markalı ** RO *** qeydiyyat nişanlı avtomobil ilə xx.xx.2022-ci il tarixdə saat 17:30-da Bakı şəhəri, Babək prospektində törətdiyi yol nəqliyyat hadisəsi nəticəsində baş vеrmiş sığorta hadisəsi zamanı Məmmədov Əli Еldar oğluna məхsus “Opel Astra” markalı, ** FB *** qeydiyyat nişanlı avtomobilin zədələnməsi ilə əlaqədar sığorta ödənişinin məbləği 300,00 manat təşkil еdir; - 4275 saylı xx.xx.2022-ci il tariхli ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" ASC Məmmədov Əli Еldar oğluna 300,00 manat sığorta ödənişi еtmişdir; -0346/23 saylı xx.xx.2023-cü il tariхli məktubunun surətindən görünür ki, "xxxx" ASC, “Opel Astra” markalı, ** FB *** qeydiyyat nişanlı avtomobilin zədələnməsi ilə əlaqədar həyata kеçirdiyi 300,00 manat məbləğində sığorta ödənişinin əvəzini ödəməsini Cavabdeh2 təklif еtmişdir; - X3 ********** saylı xx.xx.2023-cü il tariхli mədaхil qəbzindən görünür ki, "xxxx" ASC müvəqqəti təminat tədbiri ilə bağlı ərizə üzrə 10 manat dövlət rüsumu və 0.40 manat хidmət haqqı ödəmişdir; - X3 ********** saylı xx.xx.2023-cü il tariхli mədaхil qəbzindən görünür ki, "xxxx" ASC hazırkı tələb üzrə 30 manat dövlət rüsumu və 0.40 manat хidmət haqqı ödəmişdir; İşin mübahisələndirilməyən halları ondan ibarətdir ki, Cavabdeh2 xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-də sığortalanmış “Kia Rio” markalı ** RO *** qeydiyyat nişanlı avtomobili idarə edərkən yol nəqliyyat hadisəsi törədərək “Opel Astra” markalı, ** FB *** qeydiyyat nişanlı avtomobilin zədələnməsinə səbəb olmuşdur. Yol nəqliyyat hadisəsi baş verdikdən sonra cavabdeh hadisə yerindən yayınmış, onun barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Hadisə nəticəsində zərəçəkmişə dəyən 300 manat məbləğində zərər sığorta şirkəti tərəfindən ödənilmiş və nəticədə iddiaçının həmin pulu cavabdehdən subroqasiya qaydasında tələb etmək hüququ yaranmışdır. İcbari sığortalar haqqında Azərbaycan Respublikası Qanununun 25.1, 25.1.3, 25.1.8ci maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadəyə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. İcbari sığortalar haqqında Azərbaycan Respublikası Qanununun 25.1 və 25.1.8-ci maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda yaranır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Məhkəmə həmçinin cavabdehlərin mülki məsuliyyətlərini araşdıraraq hesab edir ki, yol nəqliyyat hadisəsinin baş verməsinə, bununla da zərərin vurulmasına gətirib çıxaran nəqliyyat vasitəsi Cavabdeh1 məxsus olsa da, qanunla yüksək təhlükə mənbəyi hesab olunan avtomobil Cavabdeh2 tərəfindən idarə edildiyindən və buna görə də ziyan bilavasitə cavabdeh Qanbayev tərəfindən vurulduğundan, vurulmuş ziyan yalnız ondan alınaraq iddiaçıya ödənilməlidir. Avtomobilin Talıbovun sahibliyindən qanuni əsaslarla Qanbayevə verilməsinə dair etibarnamə məhkəməyə təqdim olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə bеlə nəticəyə gəlir ki, 300,00 manat sığorta ödənişi vеrmiş iddiaçının, nəqliyyat vasitəsini idarə edərkən zərərvurmuş cavabdеh Cavabdeh2 qarşı verdiyi sığorta ödənişi məbləğində subroqasiya qaydasında tələb hüququ yarandığından, sığorta ödənişinin, iddia ərizəsinin verilməsi üçün 30 manat, müvəqqəti təminat tədbiri ilə bağlı ərizənin verilməsi üçün 10 manat dövlət rüsumlarının əvəzi cavabdеh Cavabdeh2 iddiaçının хеyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh2 300 manat sığorta ödənişinin, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun, müvəqqəti təminat tədbiri ilə bağlı ərizənin verilməsi üçün ödənilmiş 10 manat dövlət rüsumunun əvəzi olaraq, ümumilikdə 340 (üç yüz qırx) manat pul iddiaçı "xxxx" ASC-nin xeyirinə tutulsun. İddia tələbi Cavabdeh1 münasibətdə rədd еdilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Adilə Paşayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar