Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-5223/2023 17.08.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Cəfərli Nilufər Arif qızı, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “borc tələbi” barədə iddia ərizəsi üzrə mülki işə iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “borc tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən subasma hadisəsi nəticəsində verilmiş 356.30 (üç yüz əlli altı manat otuz qəpik) manat sığorta ödənişinin və 30.40 (otuz manat qırx qəpik) manat dövlət rüsumunun, cəmi 386.70 (üç yüz səksən altı manat yetmiş qəpik) manat məbəğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “İpoteka predmeti olan əmlakın sığortası” növü üzrə sığortalanmış Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Axundov küç, ev 40/6, 31 saylı mənzilə xx.xx.2022-ci il tarixində subasma hadisəsi nəticəsində maddi zərər dəymişdir. Belə ki, yuxarıda qeyd olunan hadisə ilə bağlı Sabunçu rayonu 86 saylı MKİS nümayəndələrinin tərtib etdiyi xx.xx.2022ci il tarixli arayışa əsasən, subasma hadisəsinin baş verməsinə səbəb kimi həmin mənzilin üst mərtəbələrində yerləşən Cavabdeh mülkiyyətində olan 35 nömrəli mənzilində su xətlərində baş vermiş nasazlıq göstərilmişdir. Beləliklə, yuxarıda göstərilmiş X2 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Axundov küç, ev 40/6, 31 saylı mənzilə su axması nəticəsində ona məxsus mənzilin dəhlizin tavanı və divar kağızlarına, mətbəxin divar kağızlarına, tavanına və mətbəx mebelinə 509,00 (beş yüz doqquz) manat məbləğində zərər dəymiş və ƏS22027 saylı sığorta ödənişi aktına əsasən "xxxx" ASC tərəfindən əmlak 70% dəyərində sığortalandığına görə 356.30 (üç yüz əlli altı manat, otuz qəpik) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. İpoteka Predmeti olan əmlakın siğortası şəhadətnaməsindən görünür ki, X1 mülkiyyətində olan ünvan 1 ünvanındakı mənzil xx.xx.2022-xx.xx.2025-ci il tarixədək Meqa Siğorta ASC-də siğortalanmışdır. xx.xx.2022-ci il tarixli aktın surətindən görünür ki, Axundov küçəsi 40/6 saylı evin 31 saylı mənzilin sahibi X1 şikayət ərizəsinə əsasən ona məxsus mənzilə baxış keçirilərən məlum olmuşdur ki, oktyabr ayının əvvəllərində Cavabdeh Yəhyə oğluna məxsus 35 saylı mənzildən 31 saylə mənzilin dəhlizinə və mətbəxinə su axıntısı olmuşdur. xx.xx.2022-ci il tarixli ƏS 20027 nömrəli soğorta ödənişinə dair aktın surətindən görünür ki, xx.xx.2022-ci il tarixli baş vermiş subasma hadisəsi zamanı X1 mülkiyyətində olan ünvan 1 ünvanındakı mənzilə 509 manat zərər dəymişdir. Dəymiş zərərin 356.30 manat olan hissəsi Meqa Siğorta tərəfindən zərərdəyən şəxsə dənilməsi qərara alınmışdır. xx.xx.2022-ci il tarixli ödəniş tapşırığın görünür ki, Meqa Şiğorta ASC tərəfindən X3 356.30 (üç yüz əlli altı manat otuz qəpik) manat pul ödənmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936.1-ci maddəsinə uyğun olaraq, "Subroqasiya hüququ 936.6-cı rıaddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə gorə məsuliyyət daşıyan üçüncü əxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək üququdur." Həmin məcəllənin 936.2-ci maddəsinə görə, "faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini dəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişi vermiş sığortaçıya Subroqasiya aydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir". Həmin Məcəllənin 1096-cı maddəsinə (mülki hüquq pozuntuları (deliktlər) anlayışı) əsasən mülki hüququ ozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər urulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyinin normalarını pozan) əməldir (hərəkət və a hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097-ci maddəsinə (mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları) əsasən mülki üquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1114-cü maddəsinə (zərər vurmuş şəxsə reqres hüququ) əsasən başqa şəxsin (qulluq, ənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı iqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz mıiqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə (zərərin əvəzinin ödənilməsi) əsasən, zərərin vəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini ələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə utulmasın. Beləliklə mülki iş matriallarıan əlavə edilmiş sənədlərdən məlum olur ki, xx.xx.2022-ci il tarixdəbaş vermiş hadisə zamanı iddiaçı təşkilatda siğortalı oolan əmlaka Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanaov qəsəbsəi R.Axundov küçəsi ev 40/6 mənzil 35 dən su axması nəticəsində siğortalı əlan əmlaka 509* manat məbləğində zərər dəymişdir. Qeyd edilən zərərin 356.30 manat olan hissəsi iddiaçı tərəfindən şiğortalı əmlakın mülkiyyətçisinə öddənilmiş olduğundan iddiaçının zərər vurulan əmlakın sahibə qarşı subroqaydasında pul tələb etmək hüququ yaranmış olduğundan iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir; 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119, 284-5 və 284.6-cı maddələrini rəhbər tutaraq Bütün yuxarıda göstərilənləri və MPM-nin 284-2, 284-3,284-5, 284-6-cı və MM-nin 21, 385.1, 430.1, 448.1, 936.1, 36.2, 936.6, 1096, 1097, 1114-cü maddələrini rəhbər tutaraq,məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 356.30 (üç yüz əlli altı manat otuz qəpik) manat sığorta ödənişi və 30.40(otuz manat qırx qəpik) manat dövlət rüsumunun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №e-2(008)-5223/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-5223/2023
17.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver