Məhkəmə qərarları › İş №e-2(008)-5289/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-5289/2023

26.09.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-5289/2023 26.09.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi, Məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı SOKAR-ın İddiaçı Cavabdeh qarşı neft kəmərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi tələbinə dair iddiası üzrə mülki işə Sabunçu Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı SOKAR-ın İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək SOCAR-ın İddiaçı istismarında olan Sabunçu-Böyükşor DS 200 mm-lik yerüstü neft kəmərinin 2.1-ci km-də, 39 T 0408895; ******* saylı koordinat üzrə, kəmərə paralel va perpendikulyar olmaqla, 1-ci sırada, kəmərdən təqribən 18 metr aralı məsafədə neft boru kəmərinin mühafizə zonasında ünvan 1 ünvanında Cavabdeh tərəfindən fərdi yaşayış evinin, daş hasarın, metal lövhələrdən ibarət çəpərin və həyətyanı sahədə yeni otaq tikilisinin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması, ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının bank hesabına (Kapitalbank Xətai filialı: VÖEN **********, H/h AZ33AİİB ********************, kod: 200071, M/h: AZ37NABZ********************, SWİFT: AİİBAZ2X) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, SOCAR-ın İddiaçı istismarında olan Sabunçu-Böyükşor DS 200 mm-lik yerüstü neft kəmərinin 2.1-ci km- də, 39 T 0408895; ******* saylı koordinat üzrə, kəmərə paralel va perpendikulyar olmaqla, 1-ci sırada, kəmərdən təqribən 18 metr aralı məsafədə neft boru kəmərinin mühafizə zonasında ünvan 1 ünvanında Cavabdeh tərəfindən fərdi yaşayış evi, daş hasar, metal lövhələrdən ibarət çəpər və həyətyani sahədə yeni otaq tikilisi faktları aşkar edilmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə verərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehlərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş İddiaçı əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023-ci il tarixli aktdan görünür ki, xx.xx.2023-cü il tarixdə 6 saylı qarovulun 1-cı ış növbəsində saat 13 28-də 15-16 saylı postların ərazisində (ünvan 1) Sabunçu- Böyukşor DS 200 mm-lık yerüstü neft kəmərinin 2.1-ci km-də, 39 T 0408895, ******* saylı koordinat üzrə, kəmərə paralel va perpendikulyar olmaqla, 1-ci sırada, kəmərdən təqribən 18 metr aralı məsafədə, özünün ev sahibi kimi təqdim edən Coşqun adlı şəxs tərəfindən köhnədən metal lövhələrlə həyətyanı sahəsi çəpərə alınmış içərisində yaşayış olan evin, həyətyanı sahəsində metal lövhələrin arxasında, kəmərə paralel 4 metr uzünlüğündə, 2.4 metr hündürlüyündə hasar, kəmərə perpendikulyar kəmədən uzaqlaşmaqla qoşa daşdan ibarət 16 metr uzunluğunda, 2.4 metr hündürlüyündə arakəsmə divar inşa edilməsi və arxa hissəsində otaq məqsədi ilə 2 mişar daşı hündürlüyündə, 4 hissədə yeni tikinti işlərinin aparılması aşkar edildi. Mühafizə zonası daxilində görülən işlərin qanunazidd olduğu ev sahibinə izah edilərək görülən işin dayandırılması və sökülməsi tələb edildi, lakin o, müxtəlif bəhanələr gətirərək sökməkdən imtina etdi Qeyd olunanlarla əlaqədar görülən işlərə həmçinin əlavə işlərin aparılmamasına dair ev sahibinə yazılı xəbərdarlıq təqdim edildi və faktla bağlı ərazi üzrə icra nümayəndəsi Arif adlı şəxsə saat 12 30-da (***-***-**- **) məlumat verildi, o işdə olmadığını bildirərək sabah əraziyə baxış keçirəcəyini bildirdi xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh izahatında qeyd etmişdir ki, onun inşa etdiyi ev kəmərdən 30 metr məsafədə yerləşir və sağında-solunda evlər inşa edilmişdir. Məhkəmə cavabdehin etirafını nəzərə alaraq iş üzrə ekspertiza təyin olunmasını məqsədə müvafiq hesab etməmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22.2-ci maddəsinə əsasən əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. “Texniki təhlükəsizlik haqqında”Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinin 1-ci bəndinə əsasən əhali və ətraf mühit üçün təhlükə yaradan partlayışyanğın, radioaktiv və ionlaşdırıcı şüa mənbələrinin, zəhərləyici maddələrin əldə olunması, hazırlanması, emalı, daşınması, istifadə edilməsi və ləğvi ilə məşğul olan istehsal, təchizat, nəqliyyat və sosial təyinatlı obyektlər təhlükə potensiallı obyektlər hesab edilir. Həmin Qanunun 3-cü maddəsinin 1-ci bəndinə əsasən texniki təhlükəsizlik tələbləri bu qanunla, Azərbaycan Respublikasının digər normativ-hüquqi aktları ilə, habelə texniki-normativ sənədlərlə müəyyənləşdirilən, mövcud qaydada qəbul olunan və texniki təhlükəsizliyi təmin edən şərtlərdən, qadağalardan, məhdudiyyətlərdən və yerinə yetirilməsi məcburi olan digər tələblərdən ibarətdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər, məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü, vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Həmin Məcəllənin 56-cı maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67-ci maddəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsindəəldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Məhkəmə qeyd edir ki, torpaq sahələrinin özbaşına tutulmasında, torpaq sahələrində qanunsuz tikintinin aparılmasında təqsiri olan şəxslər qanunvericilikdə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. (TM-nin 110-111-ci mad.) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımı icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparılmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Beləliklə, məhkəmə müəyyən etmişdir ki, iddia olunan torpaq sahəsi “SOKAR-ın İddiaçı istismarındadır, həmin torpaq sahəsinə və orada inşa edilmiş tikiliyə cavabdehin hüquqlarını təsdiq edən hər hansı sübut yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin olunduğuna görə iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh alınaraq “SOKAR-ın İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, “SOKAR-ın İddiaçı istismarında olan Sabunçu-Böyükşor DS 200 mm-lik yerüstü neft kəmərinin 2.1-ci km-də, 39 T 0408895; ******* saylı koordinat üzrə, kəmərə paralel va perpendikulyar olmaqla, 1-ci sırada, kəmərdən təqribən 18 metr aralı məsafədə neft boru kəmərinin mühafizə zonasında ünvan 1 ünvanında Cavabdeh tərəfindən fərdi yaşayış evi, daş hasar, metal lövhələrdən ibarət çəpər və həyətyanı sahədə yeni otaq tikilisi cavabdehin hesabına sökülərək ərazidən çıxarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. “SOKAR-ın İddiaçı istismarında olan Sabunçu-Böyükşor DS 200 mm-lik yerüstü neft kəmərinin 2.1-ci km-də, 39 T 0408895; ******* saylı koordinat üzrə, kəmərə paralel va perpendikulyar olmaqla, 1-ci sırada, kəmərdən təqribən 18 metr aralı məsafədə neft boru kəmərinin mühafizə zonasında ünvan 1 ünvanında Cavabdeh tərəfindən fərdi yaşayış evi, daş hasar, metal lövhələrdən ibarət çəpər və həyətyanı sahədə yeni otaq tikilisi cavabdehin hesabına sökülərək ərazidən çıxarılsın. İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh alınaraq “SOKAR-ın İddiaçı bank hesabına (Kapitalbank Xətai filialı: VÖEN **********, H/h AZ33AİİB ********************, kod: 200071, M/h: AZ37NABZ********************, SWİFT: AİİBAZ2X) ödənilsin. Qətnamədən onun rəsmi təqdim edildiyi vaxtdan 1 ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar