Məhkəmə qərarları › İş №e-2(008)-5336/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-5336/2025

07.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-5336/2025 07.10.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2 qızının katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək: xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, zəmanət + 1 İL xidməti, X5 13 komputer üçün 3046.08 (üç min qırx altı manat, 08 qəpik) manat ödənilməmiş hissə, 304.61 (üç yüz dörd manat, 61 qəpik) manat dəbbə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, Paket XXXL xidməti, Apple 20w Usb-C Adapter, İmei Kodu **********61104 İPHONE 15 Pro Max markalı telefon üçün, 2266 (iki min iki yüz altmış altı) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum 23.6 (iyirmi üç manat, 60 qəpik) manat, 226.60 (iki yüz iyirmi altı manat, 60 qəpik)manat dəbbə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, Paket XXL xidməti , Plyonka İstehsali 2 ədəd, İMEİ KODU **********31556 Oppo Reno 11 F markalı telefon almışüçün 600.40 (altı yüz manat, 40 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum 23.6 (iyirmi üç manat, 60 qəpik) manat, 60.04 (altmış manat, 04 qəpik) manat dəbbə, ümumilikdə 6550.93 manat borc, 85.51 manat ödənilmiş dövlət rüsumu Cavabdehalınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən, ZƏMANƏT + 1 İL xidməti, X5 13komputer, PAKET XXXL xidməti, Apple 20w Usb-C Adapter, İmei Kodu **********61104 İPHONE 15 PRO MAX markalı telefon , PAKET XXL xidməti , PLYONKAİSTEHSALİ 2 ədəd, İMEİ KODU **********31556 OPPO RENO 11 F markalı telefon almışvə nəticədə 6550.93 (altı min beş yüz əlli manat, 93 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 4171.26 (dörd min yüz yetmiş bir manat, 26 qəpik) manat (18 ay x 215.07 manat + 300 manat ilkin ödəniş) olan Zəmanət + 1 il xidməti, X5 13 Komputer üçün ümumilikdə, 3350.69 (üç min üç yüz əlli manat, 69 qəpik) manat olmaqla ondan, 3046.08(üç min qırx altı manat, 08 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 304.61 (üç yüz dörd manat, 61 qəpik) manat dəbbə. xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 3710 (üç min yeddi yüz on) manat (12 ay x 309 manat + 2 manat ilkin ödəniş) olan Paket XXXL Xidməti, Apple 20w Usb-C Adapter, İmei Kodu **********61104 İphone 15 Pro Max markalı telefon üçün ümumilikdə, 2516.20 (iki min beş yüz on altı manat, 20 qəpik) manat olmaqla ondan, 2266(iki min iki yüz altmış altı) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum 23.6 (iyirmi üç manat, 60 qəpik) manat, müştəriyə güzəşt olunaraq 226.60 (iki yüz iyirmi altı manat, 60 qəpik) manat dəbbə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1108.44(min yüz səkkiz manat, 44 qəpik) manat (18 ay x 61.58 manat + 0 manat ilkin ödəniş) X6 Xidməti, Plyonka istehsalı 2 Ədəd, İmei Kodu **********31556 Oppo Reno 11 F markalı telefon almaq üçün ümumilikdə, 684.04 (altı yüz səksən dörd manat, 04 qəpik) manat olmaqla ondan, 600.40 (altı yüz manat, 40 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum 23.6 (iyirmi üç manat, 60 qəpik) manat, müştəriyə güzəşt olunaraq 60.04 (altmış manat, 04 qəpik) manat dəbbə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 3077.22 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. İddiaçının nümayəndəsi məhkəməyə elektron ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehlərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır (sənədlər iş materiallarına əlavə edilmişdir). İddiaçı cavabdehə: xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 3952.2 manat olan X5 13 komputer və 219 manat məbləğində Zəmanət + 1 il Xidməti; xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 3500 olan İPHONE 15 PRO MAX markalı telefon; qiyməti 60 olan APPLE 20W USB-C ADAPTER, qiyməti 149.99 olan PAKET XXXL xidməti; xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 968.4 manat olan OPPO RENO 11 F markalı telefon, qiyməti 119.99 olan PAKET XXXL xidməti, qiyməti 9.99 olan iki ədəd PLYONKA İstehsalı satmışdır. İş materiallarında olan maliyyə arayışına əsasən cavabdehin iddiaçıya üç müqavilə üzrə 5912.48 manat əsas, 591.25 manat dəbbə pulu, ümumilikdə 6550,93 manat borcu yaranmışdır. Borcun ödənilməsinə dair cavabdehə bildiriş göndərilmişdir. Hazırda iddiaçı 6550.93 manat borcun cavabdehdən tutulmasını istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin qismən qanuni və əsaslı olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Beləliklə, iş materialları ilə təsdiq olunmuşdur ki, cavabdeh iddiaçı ilə aralarında bağlanmış müqavilələrin şərtlərini pozmuş, müqavilələr ilə müəyyən olunmuş qaydada ödənişlər etməmiş, nəticədə iddiaçıya borcu yaranmış və bununla da cavabdeh müqavilələr üzrə üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Məhkəmə hesab edir ki, iddia əsas borcun tutulması hissəsində tam təmin olunmalıdır. İddianın cərimənin tutulması hissəsinə gəldikdə isə məhkəmə həmin hissədə iddianın qismən təmin olunmasını əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə iddiaçı tərəfindən cərimənin 591.25 manat məbləğində hesablanmasının yüksək olmasını nəzərə alaraq hesab edir ki, cavabdehlərdən iddiaçı tərəfindən hesablanmış qeyd olunan cərimə məbləğinin 10 %-i həcmində, yəni 56 manat məbləğində cərimə pulu tutulmasını ağlabatan və ədalətli hesab edir. Eləcə də, məhkəmə hesab edir ki, iddiaçının İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsumun tələb edilməsi hissəsində təmin edilməməlidir.Belə ki, bu haqda hər hansı qəbz və ya ödəniş tapşırığı iş materiallarında yoxdur. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə üç müqavilə üzrə 5912.48 manat ödənilməmiş hissə, 56 manat dəbbə, cəmi 5968.48 manat borc tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən, yəni 5968.48 manat hissədə təmin edildiyindən, 79.69 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalı, 5.82 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən X5 13 komputer və Zəmanət + 1 il Xidməti 3046.08 manat ödənilməmiş hissə, 30 manat dəbbə pulu, xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, İphone 15 PRO MAX markalı telefon, Apple 20W USB-C Adapter, Paket XXXL xidməti üçün 2266 manat ödənilməmiş hissə, 20 manat dəbbə pulu, xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, Oppo Reno 11 F markalı telefon, Paket XXXL xidməti, iki ədəd Plyonka İstehsalı üçün 600.40 manat ödənilməmiş hissə, 6 manat dəbbə pulu, cəmi 5912.48 manat ödənilməmiş hissə, 56 manat dəbbə, cəmi 5968.48 manat borc və 79.69 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş 5.82 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi təqdim edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fuad Babaşov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar