Məhkəmə qərarları › İş №e-2(008)-5346/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-5346/2025

07.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-5346/2025 07.10.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 qızının katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2025-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KODU **********54879 İphone 15 PRO MAX markalı telefon üçün 3633.10(üç min altı yüz otuz üç manat, 10 qəp) manat ödənilməmiş hissə, 363.31(üç yüz altmış üç manat, 31 qəpik) manat dəbbə pulu; xx.xx.2024-ci il tarixli müqaviləsinə əsasən, Paltaryuyan Toshiba üçün 1266.60 (min iki yüz altmış altı manat, 60 qəp) manat ödənilməmiş hissə, 126.66 (yüz iyirmi altı manat, 66 qəp) manat dəbbə pulu; xx.xx.2024-ci il tarixli müqaviləsinə əsasən, Tozsoran Philips üçün 338.40(üç yüz otuz səkkiz manat, 40 qəpik) manat ödənilməmiş hissə, 33.84(otuz üç manat, 84 qəpik) manat dəbbə pulu; xx.xx.2025-ci il tarixli müqaviləsinə əsasən, Schafer Goldish Ç.K.B.TKM -72 PRüÇçün 148.80 (yüz qırx səkkiz manat, 80 qəpik) manat ödənilməmiş hissə, 14.88 (on dörd manat, 88 qəpik) manat dəbbə Ümumilikdə 5925.59 manat borc və 79.26 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2025-ci il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2025-ci il tarixlərindəki müqavilələrə əsasən İMEİ KODU **********54879 İPHONE 15 PRO MAX markalı telefon, Paltaryuyan Toshiba, Tozsoran Philips, Schafer Goldish Ç.K.B.TKM -72 PRÇ almış və nəticədə 5925.59 (beş min doqquz yüz iyirmi beş manat, 59 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 3847.14 (üç min səkkiz yüz qırx yeddi manat, 14 qəp) manat (18 ay x 213.73 manat + 0 manat ilkin ödəniş) olan İMEİ KODU **********54879 İphone 15 PRO MAX markalı telefon üçün ümumilikdə 3996.41(üç min doqquz yüz doxsan altı manat, 41 qəpik) manat olmaqla ondan, 3633.10 (üç min altı yüz otuz üç manat, 10 qəp) manat ödənilməmiş hissə, 363.31(üç yüz altmış üç manat, 31 qəpik) manat dəbbə pulu; xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1482.96(min dörd yüz səksən iki manat, 96 qəpik) manat (24 ay x 61.79 manat + 0 manat ilkin ödəniş) olan Paltaryuyan Toshiba üçün 1393.26(min üç yüz doxsan üç manat, 26 qəpik) manat olmaqla ondan 1266.60 (min iki yüz altmış altı manat, 60 qəp) manat ödənilməmiş hissə, 126.66(yüz iyirmi altı manat, 66 qəp) manat dəbbə pulu; xx.xx.2024-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 420.48 (dörd yüz iyirmi manat, 48 qəp) manat (18 ay x 23.36 manat + 0 manat ilkin ödəniş) olan Tozsoran Philips üçün 372.24(üç yüz yetmiş iki manat, 24 qəpik) manat olmaqla ondan 338.40(üç yüz otuz səkkiz manat, 40 qəpik) manat ödənilməmiş hissə, 33.84(otuz üç manat, 84 qəpik) manat dəbbə pulu; xx.xx.2025-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 308.40 (üç yüz səkkiz manat, 40 qəpik) manat (6 ay x 37.40 manat + 84 manat ilkin ödəniş) Schafer Goldish Ç.K.B.TKM -72 PRüÇçün 163.68 (yüz altmış üç manat, 68qəpik) manat olmaqla ondan 148.80(yüz qırx səkkiz manat, 80 qəpik) manat ödənilməmiş hissə, 14.88 (on dörd manat, 88 qəpik) manat dəbbə pulu miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 672.08 manat təşkil edir. Cavabdehlə aralarında xx.xx.2025-ci il, xx.xx.2024-ci il, xx.xx.2024-ci il, xx.xx.2025-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə olan telefon danışığı, həmçinin göndərilmiş xx.xx.2025-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. İddiaçının nümayəndəsi məhkəməyə elektron ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehlərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır (sənədlər iş materiallarına əlavə edilmişdir). İddiaçı cavabdehə: xx.xx.2025-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 3139.99 manat olan İphone 15 PRO MAX markalı telefon və 18.99 manat məbləğində Ödəniş təminatı xidməti; xx.xx.2025-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1464 olan Paltaryuyan Toshiba; qiyməti 18.99 olan Ödəniş təminatı xidməti; xx.xx.2025-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 401.4 manat olan Tozsoran Philips, 18.99 manat məbləğində Ödəniş təminatı xidməti xx.xx.2025-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 279.99 manat olan Tozsoran Philips satmışdır. İş materiallarında olan maliyyə arayışına əsasən cavabdehin iddiaçıya dörd müqavilə üzrə 5386.9 manat əsas, 538.69 manat dəbbə, ümumilikdə 5925.59 manat borcu yaranmışdır. Borcun ödənilməsinə dair cavabdehə bildiriş göndərilmişdir. Hazırda iddiaçı 5925.59 manat borcun cavabdehdən tutulmasını istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin qismən qanuni və əsaslı olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Beləliklə, iş materialları ilə təsdiq olunmuşdur ki, cavabdeh iddiaçı ilə aralarında bağlanmış müqavilənin şərtlərini pozmuş, müqavilə ilə müəyyən olunmuş qaydada ödənişlər etməmiş, nəticədə iddiaçıya borcu yaranmış və bununla da cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Məhkəmə hesab edir ki, iddia əsas borcun tutulması hissəsində tam təmin olunmalıdır. İddianın cərimənin tutulması hissəsinə gəldikdə isə məhkəmə həmin hissədə iddianın qismən təmin olunmasını əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə iddiaçı tərəfindən cərimənin 538.69 manat məbləğində hesablanmasının yüksək olmasını nəzərə alaraq hesab edir ki, cavabdehlərdən iddiaçı tərəfindən hesablanmış qeyd olunan cərimə məbləğinin 10 %-i həcmində, yəni 52 manat məbləğində cərimə pulu tutulmasını ağlabatan və ədalətli hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə dörd müqavilə üzrə 5386.9 manat ödənilməmiş hissə, 52 manat dəbbə, cəmi 5438.9 manat borc tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia 5436.9 manat hissədə təmin edildiyindən, 74.37 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalı, 4.89 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2025-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KODU **********54879 İphone 15 PRO MAX markalı telefon üçün 3633.10 manat ödənilməmiş hissə, 36 manat dəbbə pulu; xx.xx.2024-ci il tarixli müqaviləsinə əsasən, Paltaryuyan Toshiba üçün 1266.60 manat ödənilməmiş hissə, 12 manat dəbbə pulu; xx.xx.2024-ci il tarixli müqaviləsinə əsasən, Tozsoran Philips üçün 338.40 manat, ödənilməmiş hissə, 3 manat dəbbə pulu; xx.xx.2025-ci il tarixli müqaviləsinə əsasən, Schafer Goldish Ç.K.B.TKM -72 PRÇ üçün 148.80 manat ödənilməmiş hissə, 1 manat dəbbə pulu cəmi 5386.9 manat ödənilməmiş hissə, 52 manat dəbbə, ümumilikdə cəmi 5438.9 manat borc və 74.37 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş 4.89 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi təqdim edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fuad Babaşov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar