Məhkəmə qərarları › İş №e-2(008)-5369/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-5369/2025

25.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(008)-5369/2025 25.02.2026 BAKI ŞƏHƏRI SABUNÇU RAYON MƏHKƏMƏSI Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, Iddiaçı “xxxx” MMC-nin nümayəndəsi X2 iştiarkıilə, İddiaçı “xxxx” MMC-nin cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sabunçu Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» MMC cavabdeh Cavabdeh qarşı «pul tələbinə» dair iddia ərizəsi ilə müraciət edərək, ##.##.2024-ci il tarixli müqaviləyə əsasən, Paltaryuyan Electrolux, Soba Hoffmann, Plitə Hoffmann, Matras - Standart, Sky - Genc - Tumba, Sky - Genc - Dolab - 3 Qapili, Sky - Genc - Carpayi – bazalı 3307 manat (üç min üç yüz yeddi) manat ödənilməmiş hissə, 330.70 (üç yüz otuz manat, yetmiş qəpik) manat dəbbə, ##.##.2024-ci il tarixli müqaviləsinə əsasən, toster philips, paltarqurudan magnarosa, çaydan philips, X1,ətçəkən hoffman,naspirator samsung, blender panasonik üçün 1251.50 (min iki yüz əlli bir manat, əlli qəpik) manat ödənilməmiş hissə, 125.15 (yüz iyirmi beş manat, on beş qəpik) manat dəbbə, ümumilikdə 5014.35 manat borc, 70.15 manat ödənilmiş dövlət rüsumu cavabdeh Cavabdeh alınaraq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı «xxxx» MMC iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə, «xxxx» MMC arasında bağlanmış ##.##.2024-ci il, ##.##.2024-ci il tarixli müqavilələrə əsasən, Paltaryuyan Electrolux, Sobahoffmann, Aspirator Hoffmann, Plitə Hoffmann, Matras - Standart, Skygenc - Tumba, Sky - Genc - Dolab - 3 Qapili, Sky - Genc - Carpayi - Bazali, Toster Philips, Paltarqurudamagna Rosa, Çaydan Philipəs, ətçəkən Hoffman, X1, Aspirator Samsung, Blender Panasonic almış və nəticədə 5014.35(beş min on dörd manat, 35 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə ##.##.2024-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 3804.96 (üç min səkkiz yüz dörd manat, 96 qəp) manat (24 ay x 158.54 manat + 0 manat ilkin ödəniş) paltaryuyan electrolux, soba Hoffmann, aspirator hoffmann, plitə hoffmann, matras - standart, sky - genc - tumba, sky - gencdolab - 3 qapili, sky - genc - carpayi - bazüaçlüin ümumilikdə,3637.70 (üç min alti yüz otuz yeddi manat, 70 qəp) manat olmaqla ondan, 3307 (üç min üç yüz yeddi) manat ödənilməmiş hissə, güzəşt olunaraq 330.70 (üç üyz otuz manat, 70 qəp) manat dəbbə; ##.##.2024-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1433.76 (min dörd yüz otuz üç manat,76 qəp) manat (24 ay x 59.74 manat + 0 manat ilkin ödəniş) Toster Philips, X3, Çaydan Philips, X1, ətçəkən hoffmann, aspirator samsung, blender panasonik üçün ümumilikdə, 1376.65 (min üç yüz yetmiş altı manat, 65 qəp) manat olmaqla ondan, 1251.50 (min iki yüz əlli bir manat, 50 qəp) manat ödənilməmiş hissə, güzəşt olunaraq 125.15 (yüz iyirmi beş manat, 15 qəp) manat dəbbə miqdarında borc yaranmışdır. Cavabdeh ##.##.2024-ci il tarixli müqaviləsinə əsasən, aspirator hoffmanndan ##.##.2024-cü il tarixində imtina etmiş və məhsul 192.96 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin ##.##.2024-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 305 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 192.96 manat, ümumilikdə, 497.96 manat təşkil edir. Cavabdehin cəmi ödədiyi məbləğ 680.18 manat təşkil edir. Məhkəmə iclasında iştirak edən “xxxx” MMC-nin nümayəndəsi iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, lakin cavabdeh məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan ##.##.2024-cü il tarixli müqavilənin surətindən müəyyən olunur ki, Cavabdeh «xxxx» MMC-dən Paltaryuyan Electrolux, Soba Hoffmann, Plitə Hoffmann, Matras - Standart, Sky - Genc - Tumba, Sky - Genc - Dolab - 3 Qapili, Sky - Genc - Carpayi – bazal olan məhsulları almış, onun dəyərini hissə-hissə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. -##.##.2024-cü il tarixli ödəniş cədvəlindən görünür ki, Paltaryuyan Electrolux, Soba Hoffmann, Plitə Hoffmann, Matras - Standart, Sky - Genc - Tumba, Sky - Genc - Dolab - 3 Qapili, Sky - Genc - Carpayi – bazalı olan məhsullar 24 müddətinə, aylıq ödəniş məbləği 158,54 manat təşkil edir. -##.##.2024-cü il tarixli müqavilənin surətindən müəyyən olunur ki, Cavabdeh «xxxx» MMCdən toster philips, paltarqurudan magnarosa, çaydan philips, X1,ətçəkən hoffman,naspirator samsung, blender panasonik almış, onun dəyərini hissə-hissə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. -##.##.2023-cü il tarixli ödəniş cədvəlindən görünür ki, toster philips, paltarqurudan magnarosa, çaydan philips, X1,ətçəkən hoffman,naspirator samsung, blender panasonik üçün 24 ay olmaqla, aylıq ödəniş məbləği 59,74 manat təşkil edir. -«xxxx» MMC tərəfindən verilmiş 08 iyul 2025-ci il tarixli maliyyə cədvəlindən müəyyən edilir ki, ##.##.2024-cü il tarixli müqaviləyə əsasən Cavabdeh «xxxx» MMC-dən alqı-satqı qiyməti 3804,96 manat olan Paltaryuyan Electrolux, Soba Hoffmann, Plitə Hoffmann, Matras - Standart, Sky - Genc - Tumba, Sky - Genc - Dolab - 3 Qapili, Sky - Genc - Carpayi – bazalı üçün cəmi ödədiyi məbləğ 497,96 manat, ödənilməmiş əsas borcu 3307 manat, dəbbə borcu 330,7 manat olmaqla, ümumi ödənilməmiş borcu 3637,7 manat, ##.##.2024-cü il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1433,76 manat olan toster philips, paltarqurudan magnarosa, çaydan philips, X1,ətçəkən hoffman,aspirator samsung, blender panasonik üçün cəmi ödədiyi məbləğ 182,26 manat, ödənilməmiş əsas borcu 1251,5 manat, dəbbə borcu 125,15 manat olmaqla, ümumi ödənilməmiş borcu 1376.65 manat olduğu müəyyən edilir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2026ci il tarixli *-**-**/*-*/****/**** nömrəli məlumatdan görünür ki, iş üzrə zəruri sənədlər təqdim edilmədiyindən ekspertizanın keçirilməsindən imtina edilmişdir. ##.##.2025-ci il tarixli ******** nömrəli qəbzdən görünür ki, iddiaçı tərəf 70,15 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisəyə nisyə alqı-satqı müqaviləsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin, 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata kecirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göründüyü kimi, cavabdeh Cavabdeh ##.##.2024-cü il, ##.##.2024-cü il tarixli müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmişlər, iddiaçıya olan borcunu sazişlə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da sazişin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, bu səbəbdən onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, yaranan borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462-ci maddəsinin tələbinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yəni iddia tələbi təmin olduğu halda hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 70,15 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-1, 284-5, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh Cavabdeh ##.##.2024-cü il tarixli müqavilə üzrə 3307 manat (üç min üç yüz yeddi) manat ödənilməmiş hissə, 330.70 (üç yüz otuz manat, yetmiş qəpik) manat dəbbə pulu, ##.##.2024-cü il tarixli müqavilə üzrə 1251.50 (bir min iki yüz əlli bir manat, əlli qəpik) manat ödənilməmiş hissə, 125.15 (yüz iyirmi beş manat, on beş qəpik) manat dəbbə pulu, hər iki müqavilə üzrə cəmi 5014,35 (beş min on dörd manat otuz beş qəpik) manat borc, 70,15 (yetmiş manat on beş qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı «xxxx» MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar