Məhkəmə qərarları › İş №e-2(008)-5426/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-5426/2025

19.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-5426/2025 19.11.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X4 Seyfəddin oğlunun sədrliyi X7 qızının katibliyi iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı kirayə müqaviləsinin ləğvi yaşayış sahəsinin təhvil verilməsi və maddi ziyan tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı kirayə müqaviləsinin ləğvi yaşayış sahəsinin təhvil verilməsi və maddi ziyan tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, cavabdeh ilə iddiaçı arasında bağlanmış 4 noyabr 2024-cü il tarixli kirayə müqaviləsi ləğv edilməsi, iddiaçıya məxsus ünvan 1 ünvanının cavabdeh və onun ailə üzvləri tərəfindən boşaldılaraq iddiaçıya təhvil verilməsi, cavabdeh tərəfindən 4390 manat ödənilməmiş kirayə haqqı, komunal xidmətlər üzrə toplanmış borcu 280 manat, su borcu 37 manat, işıq borcu 23 manat 30 qəpik və ödənilmiş dövlət rüsumu 67,3 manatın cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Aşıq Alı küçəsi, giriş 42, mərtəbə 9, mənzil 3 iddiaçının mülkiyyətindədir (çıxarış əlavə olunur). Qeyd olunan mənzil iddiaçının nümayəndəsi X1 vasitəsi ilə 23-24 may 2024-cü il tarixdə Cavabdeh (Ş/V:AA*******, FİN xxxxxxx, doğum tarixi xx.xx.1972-ci il, şəxsiyyət vəsiqəsi ASAN-4 xidməti tərəfindən xx.xx.2019-cu il tarixdə verilib) faktiki kirayə verilmişdir. Tərəflər arasında 4 noyar 2024-cü il tarixdə kirayə müqaviləsi 4 saylı Bakı Asan xidmət mərkəzində notariat ofisinin xüsusi notariusu X2 tərəfindən təsdiq edilmişdir. Kirayə verilən zaman mənzil tam təmirli vəziyyətdə olub bütün mebel və avadanlıqlar təsis olunmuş (yəni saz vəziyyətdə) su, işıq, qaz kommunal xidmət üzrə borc olmamışdır. Kirayə məbləği qarşılıqlı razılaşmaya əsasən 650 (altı yüzəlli) manat müəyyən edilmişdir. Kirayəçi cavabdeh kirayə müqaviləsi üzrə ayda 650 (altı yüz əlli) manat ödəməli olduğu halda 2024-cü ilin may ayından bu günə kimi iyul ayında130 manat, sentyabr ayında-400 manat, noyabr ayında-250 manat ödəmişdir. Cavabdeh kirayə haqqını vaxtında və düzgün ödəmədiyindən ona xx.xx.2025-ci il tarixdə xəbərdarlıq məktubu göndərilmişdir. Bundan sonra yanvar ayında 350 manat, mart ayında 650 manat,aprelayıında 650 manat, may ayında 550 manat pul ödəmişdir. Bir müddət əvvəl məlum olmuşdur ki, cavabdeh və onun ailə üzvləri yaşayış üçün nəzərdə tutulan mənzili qeyri-yaşayış kimi istifadə edərək qanunsuz sahibkarlıq fəaliyyət ilə məşğul olurlar. Cavabdeh kirayə müqaviləsinin şərtlərini kobud sürətdə pozduğundan mövcud iddia tələbini irəli sürülür . Sonradan iddiaçı iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə müraciət edərək, cavabdeh ilə iddiaçı arasında bağlanmış 4 noyabr 2024-cü il tarixli kirayə müqaviləsi ləğv edilməsi, iddiaçıya məxsus ünvan 1 ünvanda olan mətbəx mebeli (saz vəziyyətdə) 1 ədəd, yataq dəsti (saz vəziyyətdə) 1 ədəd, airfel kombi istilik sistemi (saz vəziyyətdə) 1 ədəd, qaz sobası (mətbəx üçün saz vəziyyətdə) 1 ədəd, qab yuma çanağı (saz vəziyyətdə) 1 ədəd, əl-üz yuma mebeli/güzgü (sanitar qovşaq saz vəziyyətdə) 2/2 ədəd, unitaz (saz vəziyyətdə) 2 ədəd, duş (saz vəziyyətdə) 2 ədəd, Paltar dolabı (dəhlizdə və yataq otağında saz vəziyyətdə) 2 ədəd, lüsturlar (saz vəziyyətdə) 6 ədəd, damofon (saz vəziyyətdə) 1 ədəd, Pərdələr (zal, valideyn və uşaq otağı, mətbəx) (saz vəziyyətdə) 5 ədəd, Kondisioner (AUX 40 kv/m-lik) (saz vəziyyətdə) 1 ədəd, Kondisioner (Arçelik 40 kv/m-lik) saz vəziyyətdə) 1 ədəd və uşaq mebel dəsti (saz vəziyyətdə) cavabdeh tərəfindən iddiaçıya qaytarılmaqla, digər əşyaları boşaldılaraq təhvil verilməsi, ödənilməmiş kirayə haqqı 2025-ci ilin noyabr ayın 5-ə kimi müqavilənin bitmə gününə) 3458,3 manat, binanın komunal (lift, mühafizə, zibil və s.) pulu oktyabr 2024-dən oktyabr 2025-dək 457.6 manat, sudan istifadəyə görə borc 30 manat və ödənilmiş dövlət rüsumu 67,3 manat, ümumilikdə 4.013,2 manat cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının iddia tələbinin dəqiqləşməsi barədə xahişini mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessul Məcəlləsinin 53-cü maddəsində qeyd edilir ki, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə izahatında kommunal borcları tələb etmədiklərini bildirdi və 4 noyar 2024-cü il tarixli kirayə müqaviləsi ləğv edilməsi, iddiaçıya məxsus ünvan 1 ünvanda olan mətbəx mebeli (saz vəziyyətdə) 1 ədəd, yataq dəsti (saz vəziyyətdə) 1 ədəd, airfel kombi istilik sistemi (saz vəziyyətdə) 1 ədəd, qaz sobası (mətbəx üçün saz vəziyyətdə) 1 ədəd, qab yuma çanağı (saz vəziyyətdə) 1 ədəd, əl-üz yuma mebeli/güzgü (sanitar qovşaq saz vəziyyətdə) 2/2 ədəd, unitaz (saz vəziyyətdə) 2 ədəd, duş (saz vəziyyətdə) 2 ədəd, Paltar dolabı (dəhlizdə və yataq otağında saz vəziyyətdə) 2 ədəd, lüsturlar (saz vəziyyətdə) 6 ədəd, damofon (saz vəziyyətdə) 1 ədəd, Pərdələr (zal, valideyn və uşaq otağı, mətbəx) (saz vəziyyətdə) 5 ədəd, Kondisioner (AUX 40 kv/m-lik) (saz vəziyyətdə) 1 ədəd, Kondisioner (Arçelik 40 kv/m-lik) saz vəziyyətdə) 1 ədəd və uşaq mebel dəsti (saz vəziyyətdə) cavabdeh tərəfindən iddiaçıya qaytarılmaqla, digər əşyaları boşaldılaraq təhvil verilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etmədiyini bildirərək, izahatında qeyd etdi ki, o, kommunal xərclər üçün hər ay 35 manat olmaqla, ödəniş etməliydi. İddia ərizəsində 12 ay üzrə 420 manat hesablansa da, o, kommunal xərclərdən 3 ay üzrə 105 manat ödəniş etmişdir. May ayından kirayə haqqını ödəmir. Yerdə qalan pulu da ödəməyəcək. Həmçinin mənzilin ona verilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2024-cü il tarixli çıxarışın surətindən görünür ki, ünvan 2 İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş, 4 saylı Bakı “Asan Xidmət” mərkəzi notariat ofisində bağlanmış xx.xx.2024-cü il tarixli kirayə müqaviləsinə əsasən ünvan 2 ünvanda yerləşən 87,97 kv.metr olan mənzil İddiaçı tərəfindən Cavabdeh kirayə verilmişdir. Həmin müqavilənin 3 və 5-ci bəndinə əsasən, kirayə müqaviləsinin müddəti xx.xx.2025-ci il tarixədək müəyyən edilir. Kirayəyə verilən sahənin istifadəsinə görə kirayəyə götürən Cavabdeh kirayəyə verən İddiaçı aylıq 650 manat kirayə haqqı ödəyir. Həmin müqavilənin 12-ci bəndinə əsasən, yəni kirayə müqaviləsinə əsasən, kommunal xidmətlərdən (qaz, istilik, elektrik, su, kanalizasiya və telefon abunə) istifadə edilməsinə görə haqqlar, habelə şəhərlərarası və ödənişli telefon danışıqları haqqı, o cümlədən əlavə vergi haqqları kirayəçi tərəfindən ödənilir. İş materiallarında olan yaşayış sahəsi və avadanlıqların təhvil-təslimi barədə xx.xx.2024-cü il tarixli müqavilənin surətindən görünür ki, Cavabdeh, İddiaçı kirayə yaşamaq üçün müqavilə əsasında evi və evdəki mətbəx mebeli (saz vəziyyətdə) 1 ədəd, yataq dəsti (saz vəziyyətdə) 1 ədəd, airfel kombi istilik sistemi (saz vəziyyətdə) 1 ədəd, qaz sobası (mətbəx üçün saz vəziyyətdə) 1 ədəd, qab yuma çanağı (saz vəziyyətdə) 1 ədəd, əl-üz yuma mebeli/güzgü (sanitar qovşaq saz vəziyyətdə) 2/2 ədəd, unitaz (saz vəziyyətdə) 2 ədəd, duş (saz vəziyyətdə) 2 ədəd, Paltar dolabı (dəhlizdə və yataq otağında saz vəziyyətdə) 2 ədəd, lüsturlar (saz vəziyyətdə) 6 ədəd, damofon (saz vəziyyətdə) 1 ədəd, Pərdələr (zal, valideyn və uşaq otağı, mətbəx) (saz vəziyyətdə) 5 ədəd, Kondisioner (AUX 40 kv/m-lik) (saz vəziyyətdə) 1 ədəd, Kondisioner (Arçelik 40 kv/m-lik) saz vəziyyətdə) 1 ədəd və uşaq mebel dəsti (saz vəziyyətdə) - əşyaları təhvil almışdır. Aparılmış məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2024-cü il tarixdə notarial qaydada kirayə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh xx.xx.2025-ci il tarixədək ünvan 2 ünvanda yerləşən 87,97 kv.metr olan mənzili kirayə götürmüşdür. Həmçinin həmin müqaviləyə əsasən kommunal xidmətlərdən (qaz, istilik, elektrik, su, kanalizasiya və telefon abunə) istifadə edilməsinə görə haqqlar, habelə şəhərlərarası və ödənişli telefon danışıqları haqqı, o cümlədən əlavə vergi haqqları kirayəçi tərəfindən ödənilir. Sonuncu məhkəmə iclasında cavabdeh may ayından kirayə haqqını ödəmədiyini etiraf etmişdir. Göründüyü kimi, tərəflər arasında bağlanmış kirayə müqaviləsi üzrə öhdəliklərin cavabdeh tərəfindən tam icra edilməməsi işin materialları və tərəflərin izahatları ilə təsdiq olunur. Odur ki, məhkəmə hesab edir ki, kirayə müqaviləsi üzrə ödənilməmiş kirayə haqqını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 675-ci maddəsinə əsasən, əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin “əmlak kirayəsi” başlıqlı 33-cü fəslində yer alan 685.2-ci maddəsinə görə, kirayəyə verən xəbərdarlıq müddətini gözləmədən kirayə müqaviləsini kirayəçi iki ardıcıl müddət üçün kirayə haqqının və ya onun xeyli hissəsinin ödənilməsini gecikdirdikdə; ikidən çox müddət üçün iki aylıq əmlak kirayəsi haqqının məbləğinə çatan məbləğdə əmlak kirayəsi haqqının ödənilməsini gecikdirdikdə ləğv edə bilər. Qeyd edilən Məcəllənin 685.3-cü maddəsinə əsasən, bu Məcəllənin 685.2-ci maddəsinə uyğun olaraq müqavilə ləğv edilənədək kirayəyə verən təmin edilərsə, müqavilənin ləğvi istisna edilir. Əgər kirayəçi qarşılıqlı əvəzləşdirmə çərçivəsində öz borcundan azad edilərsə və müqavilənin ləğvi bəyan edildikdən dərhal sonra borcunun ləğvini elan edərsə, müqavilənin ləğvi etibarsız olur. Həmin Məcəllənin 692.2.1-ci maddəsinə əsasən, kirayəçi müqavilə öhdəliklərinin pozulmasında təqsirli olduqda Kirayəyə verənin kirayə hüquq münasibətlərinə xitam vermək arzusu əsaslı sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh kirayə müqaviləsi üzrə aylıq ödənişlərinin ödənilməsi barədə öhdəliklərini tam və vaxtında icra etmədiyindən, ödənilməmiş 3458 manat məbləğində kirayə haqqı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin tərəflər arasında bağlanmış kirayə müqaviləsinin ləğv edilməsi hissəsi ilə bağlı qeyd edir ki, iddiaçının tələbin bu hissədən imtina etdiyini və müqavilənin vaxtının bitdiyini nəzərə alaraq, həmin hissəyə münasibət bildirmir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının hazırki iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. ünvan 1 ünvanda olan mətbəx mebeli (saz vəziyyətdə) 1 ədəd, yataq dəsti (saz vəziyyətdə) 1 ədəd, airfel kombi istilik sistemi (saz vəziyyətdə) 1 ədəd, qaz sobası (mətbəx üçün saz vəziyyətdə) 1 ədəd, qab yuma çanağı (saz vəziyyətdə) 1 ədəd, əl-üz yuma mebeli/güzgü (sanitar qovşaq saz vəziyyətdə) 2/2 ədəd, unitaz (saz vəziyyətdə) 2 ədəd, duş (saz vəziyyətdə) 2 ədəd, Paltar dolabı (dəhlizdə və yataq otağında saz vəziyyətdə) 2 ədəd, lüsturlar (saz vəziyyətdə) 6 ədəd, damofon (saz vəziyyətdə) 1 ədəd, Pərdələr (zal, valideyn və uşaq otağı, mətbəx) (saz vəziyyətdə) 5 ədəd, Kondisioner (AUX 40 kv/m-lik) (saz vəziyyətdə) 1 ədəd, Kondisioner (Arçelik 40 kv/m-lik) saz vəziyyətdə) 1 ədəd və uşaq mebel dəsti (saz vəziyyətdə) Cavabdeh tərəfindən iddiaçıya qaytarılmaqla, digər əşyaları boşaldılaraq İddiaçı təhvil verilsin. Cavabdeh 3458 manat məbləğində kirayə haqqı (üç min dörd yüz əlli səkkiz) manat məbləğində pul alınaraq İddiaçı verilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X5

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar