Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(008)-5464/2024 03.09.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh2 və 4 saylı Bakı "ASAN Xidmət" mərkəzində notariat ofisinə qarşı "4 saylı Bakı "ASAN Xidmət" mərkəzində notariat ofisi tərəfindən Cavabdeh2 verilmiş xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və miras əmlakda payların müəyyən edilməsi" barədə iddiasına dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2 və 4 saylı Bakı "ASAN Xidmət" mərkəzində notariat ofisinə qarşı "4 saylı Bakı "ASAN Xidmət" mərkəzində notariat ofisi tərəfindən Cavabdeh2 verilmiş xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və miras əmlakda payların müəyyən edilməsi" barədə iddia ərizəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. İş üzrə məhkəmənin hazırlıq iclası xx.xx.2024-cü ilə təyin edilmiş, lakin xx.xx.2024-cü ildə iddiaçının nümayəndəsi Vəkil məhkəməyə ərizə verərək, işin hazırkı mərhələsində hüquqi şərait imkan vermədiyi üçün, həmçinin cavabdehlə danışıqlar aparılaraq tərəflər arasında barışıq əldə edilməsi məqsədilə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsində deyilir ki, bu Məcəllənin 254, 255, 261.0.1 - 261.0.3 və 261.0.6 - 261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 114.1.3-cü maddəsinə görə, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. "Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli 3 nömrəli Qərarının 2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Məhkəmə qeyd edir ki, iddiaçının nümayəndəsi xx.xx.2024-cü il tarixli ərizədə iddia ərizəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə uyğun olaraq, baxılmamış saxlanmasını xahiş etsə də, həmin ərizə iddianın davam etdirilməsində artıq iddiaçının marağının olmamasına dəlalət edir, ona görə də iddia ərizəsinin qaytarılması barədə vəsatət kimi qiymətləndirilməlidir. Belə olan halda, iddia ərizəsi iddiaçıya qaytarılmalı, eyni zamanda, İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli **********91 nömrəli mədaxil qəbzi ilə ödənilmiş 100 manat dövlət rüsumu ona qaytarılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh2 və 4 saylı Bakı "ASAN Xidmət" mərkəzində notariat ofisinə qarşı "4 saylı Bakı "ASAN Xidmət" mərkəzində notariat ofisi tərəfindən Cavabdeh2 verilmiş xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və miras əmlakda payların müəyyən edilməsi" barədə iddia ərizəsi geri qaytarılsın. İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli **********91 nömrəli mədaxil qəbzi ilə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ona qaytarılsın. Qərardaddan onun rəsmi qaydada təqdim olunduğu gündən 10 gün müddətində "Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. X3.
Məhkəmə qərarları › İş №e-2(008)-5464/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №e-2(008)-5464/2024
03.09.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver