Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-5486/2025 14.10.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3 qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı “təbii qazdan istifadəyə görə əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən təbii qazdan istifadəyə görə hesablanmış 1036 (bir min otuz altı) manat 80 (səksən) qəpik məbləğində borcun **********20000 saylı abonent kodundan silinməsi, pozulmuş hüquqlarının bərpası ilə bağlı çəkdiyi xərcin - 300 manat məbləğində pulun Cavabdehndən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşayır. Həmin ünvanda təbii qazdan istifadəyə görə abonent istifadəçisidir. Abonent kodu **********20000-dir. Sayğac isə küçədə quraşdırılıb və xüsusi mühafizə olunmur. xx.xx.2022-ci ildə ünvanına quraşdırılmış sayğacı onun iştirakı və məlumatı olmadan çıxarılmış, əvəzində mexaniki sayğac quraşdırmışlar. Bununla bağlı həmin tarixdə akt tərtib edilmişdir. Ona əsassız olaraq borc yazıldığı məlum olmuşdur. Bunun səbəbini araşdırmaq üçün cavabdeh təşkilata müraciət etmişdir. Müraciəti əsasında ona cavabdeh təşkilat tərəfindən müvafiq sənədlər təqdim edilmişdir. Belə ki, xx.xx.2022-ci il tarixli, akt № MSK-29/1710-02463-1 saylı aktla müəyyən edilir ki, iddiaçının ünvanından çıxarılmış sayğac 25 iyul 2022-ci il tarixdə dövlət yoxlamasından keçirilmiş və yoxlamanın nəticəsi olaraq göstərilmişdir ki, sayğaca baxış keçirildi. Sayğacdan geriyə axın verdikdə hesablama mexanizmi geriyə işləyir. Sayğac Alarm-5 rejiminə düşmür. Göstəricilər arasında fərq mövcuddur. Daxilinə baxış keçirildi, məlum oldu ki, elektron hissəyə impuls ötürən dişli çarxın dişləri kəsilib. Mexaniki hissədə göstərici çarxların biri digərinə ötürücülüyü yapışqan maddə ilə saxlanılıb. Sayğacın yaddaş arxivi oxundu. Sayğacda xx.xx.2019-cu il tarixdə Alarm-1 rejimi aşkar olundu. Sayğac istismara yararsızdır. İddiaçı barəsində “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ”xx.xx.2022-ci il tarixli ******* saylı akt tərtib edilmişdir. Akta əsasən, laboratoriya aktına istinad edilməklə dəymiş ziyanın hesablanması göstərilmişdir. Bu əsasla iddiaçıya 1036,80 manat borc yazılmışdır. Dəymiş ziyanın bərpasına dair tələbnamədə xx.xx.2022-ci il tarixli akta istinad edilmişdir. Halbuki, bəhsi keçən aktdan iddiaçının xəbəri olmayıb və yalnız cavabdeh təşkilata müraciət etdikdən sonra bu barədə məlumat əldə edib. Sayğac xüsusi mühafizə altında olmayıb, küçədə quraşdırılıb. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin12 may 2011-ci il tarixli Qərarının 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Tərtib edilmiş akt nəticəsində iddiaçıya 1036,80 manat borc yazılmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 izahatında iddia tələbinə etiraz edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Hazırki işin faktiki halları aşağıdakılardır (sənədlər iş materiallarına əlavə edilmişdir). İş materiallarında olan Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2022-ci il tarixli aktın surətindən görünür ki, **********20000 nömrəli abonent İddiaçı məxsus sayğacın elektron hissəsinə impuls ötürən dişli çarxın dişləri kəsilib. Mexaniki hissədə göstərici çarxlarının biri digərinə ötürücülüyü yapışqan maddə ilə saxlanılıb. xx.xx.2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2022-ci il tarixli ******* nömrəli akta əsəsan itirilmiş qaz sərfiyyatının həcminin 8640 m3 olması hesablanmışdır. **********20000 nömrəli abonent İddiaçı məxsus saldodan görünür ki, abonentə qalıq və aktlara əsasən 2022-ci ilin avqust ayı tarixində 1036,80 manat borc hesablanmışdır. İşdə olan MSK-29\1710-02463-1 saylı 29 iyul 2025-ci il tarixli qaz sayğacının yoxlanılması barədə aktın surətindən görünür ki, sayğaca baxış keçirilmiş, sayğacdan geriyə axın verdikdə hesablama mexanizmi geriyə işlədiyi, sayğacın Alarm-5 rejiminə düşmədiyi, göstəricilər arasında fərqin olduğu, daxilinə baxış keçirildikdə, elektron hissəyə impuls ötürən dişli çarxın dişlərinin kəsildiyi, mexaniki hissədə göstərici çarxların birinin digərinə ötürücülüyünün yapışqan maddə ilə saxlanıldığı, sayğacın yaddaş arxivinin oxunduğu, sayğacda xx.xx.2019-cu il tarixdə Alarm-1 rejiminin aşkar olunduğu, sayğacın istismara yararsız olduğu müəyyən edilmişdir. Məhkəməyə təqdim edilmiş ödəniş qəbzindən məlum olur ki, İddiaçı tərəfindən Bakı şəhəri 7 saylı Vəkil Bürosu vasitəsilə Nümayəndə 300 manat ödəniş etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, sayğaca keçirilmiş baxış zamanı iddiaçıya məxsus 1602Az**********05 zavod nömrəli sayğacın sayğacın elektron hissəsinə impuls ötürən dişli çarxın dişləri kəsilməsi və mexaniki hissədə göstərici çarxlarının biri digərinə ötürücülüyünün yapışqan maddə ilə saxlanılması və bunun əsasında itirilmiş qazın həcminin 8640 kub metr hesablanaraq dəymiş zərərin 1036,80 manat hesablandığı müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, sayğacın elektron hissəsinə impuls ötürən dişli çarxın dişləri kəsilməsi və mexaniki hissədə göstərici çarxlarının biri digərinə ötürücülüyünün yapışqan maddə ilə saxlanılması və bunun məhz iddiaçının təqsiri üzündən baş verməsi iş materialları ilə öz təsdiqini tapmadığı üçün məhkəmə qanunvericiliyin “istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyin qaz paylayıcısının üzərinə düşməsi” tələbini nəzərə alaraq hesab edir ki, silinməsi tələb edilən 1036,80 manat məbləğin silinməsi hissəsində iddia tələbi təmin edilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməklə saldoda iddiaçıya 2022-ci ilin avqust ayı üzrə hesablanmış 1036,80 manat borc onun hesabından silinməlidir. Həmçinin məhkəmə ağlabatanlıq psinsipindən çıxış edərək hesab edir ki, iddiaçının pozulmuş hüquqlarının bərpası ilə bağlı çəkdiyi xərc olan 300 manatın Cavabdehndən tutularaq iddiaçıya ödənilməsinə dair hissədə iddia tələbi qismən təmin edilməli və pozulmuş hüquqlarının bərpası ilə bağlı çəkdiyi xərcin əvəzi olaraq 200 manat Cavabdehndən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nın 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən evin **********0000 №-li abonent kodundan 1036,80 manat borc silinsin. Vəkil üçün ödənilmiş xərcin əvəzi olaraq 200 manat Azəriqaz” İstehsalat Birliyindən tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədikdə, təqdim edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fuad Babaşov
Məhkəmə qərarları › İş №e-2(008)-5486/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-5486/2025
14.10.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver