Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-550/2023 04.07.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehlər X4, X7, X30, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 iştirakı ilə, İddiaçı cavabdehlər Bakı şəhəri 9 saylı notariat ofisinə, X8, X12, X33 və X10 qarşı, X3 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində göstərildiyi “miras əmlakı faktiki qəbul etmə faktının müəyyən edilməsi, payının tanınması və s.” tələblərinə dair iddiaları üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Bakı şəhəri 9 saylı notariat ofisinə, X8, X12, X33 və X10 qarşı, X3 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində göstərildiyi “miras əmlakı faktiki qəbul etmə faktının müəyyən edilməsi, payının tanınması və s.” tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh 9 saylı notariat ofisinin miras əmlakı faktiki qəbul etməsi ilə əlaqədar ona vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi tələbindən imtinasının, hərəkət və hərəkətsizliyinin qanunsuz hesab edilməsi, atası X23 xx.xx.1986-cı ildə vəfatından sonra, ondan miras qalmış Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi ünvanında yerləşən, ümumi ərazisi 0,25 ha olan 556 saylı bağ torpaq sahəsini vərəsə olaraq faktiki qəbul etməsi faktının müəyyən edilməsi və həmin mirasın 1/5 hissəsinə pay hüququ tanınmaqla, ona vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi vəzifəsinin 9 saylı notariat ofisinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki, İddiaçı onun anasıdır (anası səhhəti ilə əlaqədar məhkəmə iclaslarında şəxsən iştirak edə bilmir). Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi ünvanında yerləşən ümumi ərazisi 0,25 ha olan, 556 saylı bağ torpaq sahəsi anasının xx.xx.1986-cı ildə vəfat etmiş atası X28 ayrılıb verilmiş və həmin ərazi dövlət reyestrində babasının adına qeydiyyata alınmışdır. Bu barədə reyestrdən ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli çıxarış mövcuddur. Anası atasının sağlığından - 1975-ci ildən həmin torpaq sahəsində inşa edilmiş fərdi evdə yaşayır. Bu barədə də Pirşağı qəsəbəsi, inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilən arayışı var. Anası, X23 vəfatından sonra, ondan miras qalmış Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, ünvanında yerləşən, ümumi ərazisi 0,25 ha olan, 556 saylı bağ torpaq sahəsini faktiki qəbul edən beş vərəsədən biridir. Belə ki, yuxarıda qeyd etdiyi kimi, hələ atasının (mirasqoyanın) sağlığından hazırkı miras torpaq sahəsində inşa edilmiş fərdi tikilidə yaşayır, kommunal xərcləri ödəyir, atasının vəfatından sonra da bunu davam etdirir və bu və digər formada, qanunun tələb etdiyi qaydada, yəni miras əmlakı idarə etməyə faktiki başlamaqla, mirası qəbul etdiyini aşkar nümayiş etdirir. Notariat ofisinə müraciət edərək atasının vəfat etməsi ilə əlaqədar, vərəsəlik işinin açılmasını və ondan miras qalmış, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, ünvanında yerləşən ümumi ərazisi 0,25 ha olan, 556 saylı bağ torpaq sahəsinin ümumi ərazisinin 1/5 hissəsinə vərəsə payının müəyyən edilməsi və həmin pay hissəyə dair ona vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin təmin olunmasını xahiş etmişdir. Ərizəsinə atanın ölməsi faktını təsdiq edən sənədin surəti, doğum haqqında şəhadətnamənin surəti, miras əmlak ərazidə yerləşən, ona məxsus fərdi tikilidə yaşadığına dair nümayəndəliyin arayışının surəti, onu aidiyyəti yerlərdə təmsil etməsi üçün özünün adına verdiyi etibarnaməmin surəti əlavə edilmişdir. Eləcə də, ərizədə mirası faktiki qəbul edən digər dörd vərəsə - X16, X15, X20, (X5 münasibətdə tranmissiya), X45 haqqında məlumatlar göstərmişdir. 9 saylı notariat ofisindən isə ona bildirilmişdir ki, digər vərəsələrin müraciəti əsasında vərəsəlik işi açılmış və həmin vərəsələr, eləcə də onun tərəfindən təqdim edilmiş sənədlər notariat ofisində araşdırılaraq müəyyən edilmişdir ki, miras qoyanın əmlakının qəbulu ilə əlaqədar qanunla müəyyənləşdirilmiş müddət müraciət edən vərəsələr tərəfindən buraxılmış və ona görə də “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 40-cı maddəsinin tələbi, eləcə də Azərbaycan Respublikasında Notariat hərəkətlərinin aparılması haqqında təlimatın 102-ci və 107-ci bəndləri rəhbər tutularaq tələbindən notariat hərəkətinin aparılmasından imtina edildiyi barədə xx.xx.2022-ci il tarixli, 1373 saylı qərar qəbul edilmişdir. Bir daha bildirir ki, anası 1975-ci il tarixdən bu günə kimi atasından miras qalmış həmin torpaq sahəsində inşa edilmiş fərdi evdə yaşayır və atası vəfat etdikdən sonra ondan miras qalmış torpaq sahəsini, əraziyə faktiki sahiblik edərək vərəsə olaraq qəbul etmişdir. Göstərilənlərə əsasən, nümayəndə iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş cavabdeh X20 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, İddiaçı vərəsə olaraq qəbul etmir. Vərəsələrin sayı dörddür – özü, İradə Kazımova, Həbib Quliyev və Sevda Kazımova. Belə ki, bacısı Azilə 1970-ci ildə ərə getməklə ata evini tərk etmişdir. Bundan başqa, Azilənin oğlu, onun qızı ilə evlənmişdir. Azilə kürəkəninin də evini satdıqdan sonra məcbur qalıb qızı və kürəkəni onun evinə sığınmışlar. O, ümumiyyətlə İddiaçı bacı kimi “silmiş” və onu vərəsə kimi qəbul etmir. Odur ki, cavabdeh iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh X15, məhkəmə iclasında iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, İddiaçı vərəsə sayıla bilməz. Belə ki, ataları X34 ölümü ərəfəsində analarına qulluq etməməsi səbəbindən, Aziləyə evdən pay çatmamalı olduğunu bildirmişdir. Bundan başqa, Azilə onları döymüş, bacısının barmaqlarını sındırmışdır. Buna görə də, onun ruhi xəstə olması qənaətindədir. Onlar, yəni dörd vərəsə və ailələri sözügedən evdə yaşayırlar. Anaları hələ öz sağlığında Aziləni bağa buraxmamışdır. Qeyd olunan səbəblərdən Aziləni vərəsə kimi qəbul etmir və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş cavabdeh X45 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, o, X5 çatası pay üzrə vərəsədir, digər cavabdehlərin izahatlarında göstərdiklərini təsdiq etdi və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən 0,32 hektar torpaq sahəsi olan 310 nömrəli bağ sahəsi xx.xx.1961-ci il tarixli müqavilə əsasında atası X28 ayrılmışdır. Bakı şəhəri İcraiyyə Komitəsinin xx.xx.1962-ci il tarixli qərarına əsasən bağ sahəsinin yalnız 0,25 ha hissəsini icarədarın istifadəsinə verilmişdir. 5631 nömrəli müqavilə əsasında ayrılmış bağ sahəsinə dair tərtib edilmiş 1973-cü il tarixli cizgi və aktda bağ sahəsinin nömrəsi 310/556 kimi qeyd edilmişdir. Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi 556 saylı bağ sahəsi xüsusi mülkiyyət olmaqla daşınmaz əmlakın dövlət reyestrində **********46 nömrə ilə, X23 adına tam pay olmaqla xx.xx.2021-ci ildə ********** nömrə ilə qeydiyyata alınmışdır. xx.xx.1927-ci ildə anadan olmuş və xx.xx.1986-cı ildə vəfat etmiş X23 xx.xx.1925-ci ildə anadan olmuş və xx.xx.2003-cü ildə vəfat etmiş Dürü Xeyrəbad qızı ilə nikahı xx.xx.1950-ci ildə 706 nömrə ilə qeyd edilmişdir. Həmin nikahdan- xx.xx.1950-ci il təvəllüdlü Kazımova (Quliyeva) Nazilə Abdulağa qızı, xx.xx.1952-ci il təvəllüdlü Kazımova (Rəhimova) Azilə Əbdülağa qızı, xx.xx.1953-cü il təvəllüdlü X17, xx.xx.1956-cı il təvəllüdlü Kazımova (Əliyeva) Pikəxanım Əbdülağa qızı, xx.xx.1959-cu il təvəllüdlü X18, xx.xx.1966-cı il təvəllüdlü X22 doğulmuşdur. İddia ərizəsində qeyd olunan tələb yəni cavabdeh 9 saylı notariat ofisinin, miras əmlakı İddiaçı faktiki qəbul etməsi ilə əlaqədar qeyd edir ki, iddiaçı atası X28 ayrılmış bağ sahəsində nə evi, nədə hər hansı bir tikilisi olmuşdur. O, atasına məxsus torpağı idarə etməmişdir. Daşınmaz Əmlakın Reyestri Xidmətinin xx.xx.2021-ci il məlumatına əsasən həmin torpaq boş ərazi olmuşdur. İddiaçının iddia ərizəsində göstərdiyi tikili və idarə etdiyi torpaq daşınmaz əmlakın reyestrində qeydiyyata alınmış eskiz sənədində atasına məxsus torpağın yanında qonşu ərazi sayılır. Lakin məhkəməyə müraciətini biləndən sonra iddiaçı atasına məxsus həmin torpaq sahəsinin çox hissəsini tam hasara almış, atasına məxsus torpaqda ölkə vətəndaşı olmayan, ölkədən 1992-ci ildə çıxan övladına ev tikir. Altı övlad olmalarına baxmayaraq, iddia ərizəsində iddiaçı 1/5 pay bölgüsü yazaraq onu vərəsə kimi daxil etməmişdir. Çünkü onun payını zəbt edərək adıçəkilən əraziyə onu buraxmır. O, ataları ölən günə kimi onun yaşadığı ünvanda, yəni ünvan 1yatda olmuşdur. Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti başçısının Balaxanı qəsəbəsi üzrə nümayəndəliyinin xx.xx.2021-ci il tarixli, 1085 nömrəli arayışına əsasən Əliyeva (Kazımova) Pikəxanım Əbdülağa qızı xx.xx.1956-cı ildən xx.xx.1994-cü ilə kimi P.Məmmədov küçəsi ev 6-da qeydiyyatda olmaqla yaşamışdır. Atasının vəfatından sonra başı qarışıq olmuş, mirasın qəbul edilmə müddətini üzürsüz səbəbdən ötürmüşdür. Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi 556 saylı bağ sahəsində onun da evi olmuş, evin üç otağı, iri şüşəbəndi olmuşdur. Hətta uşaqları 1990-cı ildə məktəbə məhz həmin bağdan getmişlər. Sonradan aralarında münaqişə yarandığından oradan məcburi çıxarılmışdır. Bir müddət keçəndən sonra qardaşı X20 onun xəbəri olmadan evini sökərək evinin özülü saxlanılmaqla özünə yeni ikimərtəbəli ev tikmişdir. Bu hadisədən xəbər tutanda və etiraz edəndə ona bildirmişlər ki, ona atalarının adına olan və qanun üzrə ona düşən yerdən torpaq ayrılmışdır. Mütəmadi olaraq hər il yay aylarında faktiki yaşadığı evdən həmin bağdakı evə gedib qalmışdır. 2021-ci ilin iyun ayında bağa gedərkən X20, X45, X16, X18 və İddiaçı ondan gizlin bağ sahəsini öz aralarında, öz marağlarına uyğun bölərək hasara aldıqlarını görmüşdür. Onu kobudcasına oradan uzaqlaşdırmışlar. Bundan sonra o, notariat ofisinə vərəsəlik üçün müraciət edəcəyini bildirərək, müvafiq sənədləri toplamağa başlamışdır. Hesab edir ki, bir vərəsə kimi həmin bağ sahəsindən ona da pay çatmalıdır. Cavabdehlər Bakı şəhəri 9 saylı notariat ofisi və X16 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, gəlməmişlər və bu barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in müvafiq maddələrinin tələblərinə əsasən, işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclası zamanı tədqiq edilmiş: - İİ-ЖГ 498502 seriya nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X34 və Düri Xeyirabat xx.xx.1950-ci ildə nikaha daxil olmuşlar. - Bakı şəhəri Sabunçu (Lenin) rayonu VVAQ şöbəsi tərəfindən verilmiş İİİ-ЖГ 334677 seriya nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X34 xx.xx.1986-cı ildə vəfat etmişdir. - Dövlət Notariat Arxivinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri Sabunçu rayonu ərazisində fəaliyyət göstərən 4 saylı notariat ofisi tərəfindən arxivə təhvil verilmiş 1987-2010-cu, 16 saylı dövlət notariat ofisi tərəfindən arxivə təhvil verilmiş 1988- 2010-cu, 17 saylı dövlət notariat ofisi tərəfindən arxivə təhvil verilmiş 1987-2010-cu illərə, 39 saylı dövlət notariat ofisi tərəfindən arxivə təhvil verilmiş 1993-2009-cu illərə dair vərəsəlik işlərinə və “elektron notariat” informasiya sistemində ola vəsiyyətnamələrə baxış keçirilərkən X24 hər hansı miras əmlakına dair vərəsəlik işi, həmçinin vəsiyyətnamənin qoyulması barədə məlumat aşkar edilməmişdir. - Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən 556 saylı bağ sahəsinin 0,25 ha torpaq sahəsi xx.xx.2021-ci ildə X23 adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır. - Bakı şəhəri 9 saylı notariat ofisinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, miras qoyanın əmlakının qəbulu ilə əlaqədar qanunla müəyyənləşdirilmiş müddət buraxıldığı üçün notariat hərəkətinin aparılmasının qanunvericiliyin tələblərinə zidd olması səbəbindən, İddiaçı notariat hərəkətlərin aparılmasından imtina edilmişdir. - АЗ-1450917 seriya nömrəli doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, İddiaçı X23 qızıdır. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin məhkəmə sorğusuna xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən 206a (310) nömrəli bağ sahəsinin istifadəyə verilməsinə dair keçmiş Bağlar Təsərrüfatının inkişafı və İstismarı Birliyi ilə X34 arasında xx.xx.1961-ci il tarixli, 5631 nömrəli müqavilə bağlanılmışdır. Arxiv qovluğunda mövcud olan 1973-cü il tarixli cizgidə və aktda bağ sahəsinin yerli nömrəsi 310/556 olmuşdur. Daha sonra xx.xx.1961-ci il tarixli, 5631 nömrəli müqavilə əsasında ünvan 2 ünvanında yerləşən 0.25 hektar torpaq sahəsi xx.xx.2021-ci ildə X23 adına qeydiyyata alınmışdır, hazırda adındadır. - Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Balaxanı qəsəbəsi üzrə nümayəndəliyinin xx.xx.2021-ci il tarixli arayışından məlum olur ki, ünvan 3 ünvanında X34 vəfat edən günə kimi, arvadı Düri Xeyrabat qızı vəfat edən günə kimi, qızı X13 1950-ci ildən 1978-ci ilə kimi, İddiaçı 1952-ci ildən 1975-ci ilə kimi, qızı X17 1953-cü ildən 1986-cı ilə kimi, qızı X6 1956-cı ildən 1994-cü ilə kimi, X15 1959-cu ildən 1986-cı ilə kimi qeydiyyatda olmuş və yaşamışlar. Hazırda həmin ünvanda oğlu X20 1987-ci ildən, gəlini X2 1997-ci ildən, nəvəsi X26 1997-ci ildən və nəvəsi X27 1997-ci ildən qeydiyyatdadır və yaşayırlar. - Doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X13, İddiaçı, X1 Pikəxanım Əbdülağa qızı, X15, X7 ataları X34, anaları isə Düri Xeyrabat qızıdır. - Bakı şəhəri Sabunçu rayonu VVAQ şöbəsi tərəfindən xx.xx.1970-ci ildə verilmiş nikah haqqında şəhadətnamənin surətindən məlum olur ki, X13 və X19 xx.xx.1970-ci ildə nikaha daxil olmuşlar. -Bakı şəhəri, Nizami rayon VVADQ şöbəsi tərəfindən xx.xx.2004-cü il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Düri Xeyrabat qızı xx.xx.2003-cü ildə ölmüşdür. - İ-ЖГ 320540 seriya nömrəli doğum haqqında şəhadətnamənin surətindən aydın olur ki, X30 anası X14, atası X11r. - Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2010-cu il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.2010-cu ildə ölmüşdür. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən olunmuşdur ki, sahəsi 0.25 ha olan Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi ünvanında yerləşən 556 saylı bağ sahəsi X23 adına xx.xx.2021-ci tarixdə qeydiyyata alınmış, özü isə xx.xx.1986-cı il tarixdə vəfat etmişdir. İddiaçı atasından miras qalmış həmin əmlaka dair Bakı şəhəri 9 saylı notariat ofisinə müraciət etsə də, qanunvericiliklə müəyyən edilmiş müddətin ötürülməsi səbəbindən, notariat hərəkətinin aparılmasından imtina edilmişdir. Hazırda iddiaçı həmin torpaq sahəsini faktiki qəbul etdiyini iddia edib, bu faktın təsdiq edilməsini və ona münasibətdə 1/5 pay hüqunun tanınmasını məhkəmədən xahiş edir. Lakin iddianın əsaslı olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1243.1 və 1243.2-ci maddələrinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. «G.Q şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu xx.xx.2014- cü il tarixli Qərarında qeyd etmişdir ki, “Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun”. Məhkəmə, eyni zamanda, Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda göstərilən Qərarını nəzərə alaraq, hesab edir ki, mirasın faktiki qəbulu əmlaka faktiki sahiblikdən savayı, əmlakı faktiki idarə etməyə yönələn hərəkətlərlə də müəyyən edilir. İddiaçı atasından qalmış mirası faktiki qəbul etmədiyi kimi, həmin əmlakı faktiki idarə etməyə yönələn hərəkətlərlə də qəbul etməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Bu səbəbdən, məhkəmə iddianın təmin edilməsi üçün hüquqi əsaslar müəyyən etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Sübutetmə yükünə görə, hazırkı işdə miras əmlakı faktiki qəbul etdiyini sübuta yetirmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin məhkəmə baxışı zamanı iddiaçı həmin halı mötəbər və təkzibolumaz dəlillərlə sübuta yetirə bilməmiş, cavabdehlərin izahatları ilə həmin hal inkar olunmuşdur. Bu baxımdan da, iddia əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, qanunvericiliyin tələbini və iddianın təmin edilmədiyini nəzərə alaraq hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənlərə olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı cavabdehlər Bakı şəhəri 9 saylı notariat ofisinə, X8, X12, X33 və X10 qarşı, X3 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində göstərildiyi “miras əmlakı faktiki qəbul etmə faktının müəyyən edilməsi, payının tanınması və s.” tələblərinə dair iddiaları təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №e-2(008)-550/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-550/2023
04.07.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver