Məhkəmə qərarları › İş №e-2(008)-5531/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №e-2(008)-5531/2023

14.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(008)-5531/2023 14.11.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh X2 qarşı pul tələbinə dair iddiası üzrə mülk işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh X2 qarşı sadələşdirilmiş icraat qaydasında iddia verilərək iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2022-ci il tarixli-300032 saylı alqı-satqı müqaviləsi üzrə 270 AZN, xx.xx.2022-ci il tarixli-300033 saylı alqı-satqı müqaviləsi üzrə 350 AZN, 620 AZN əsas 269 AZN ümumilikdə 889 AZN borcun və 30 AZN ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edilmişdir. İddia tələbi aydın olmadığından məhkəmə sadələşdirilmiş icraatdan iddia icraatına keçirilməsi barədə xx.xx.2023-cü il tarixli qərardad qəbul etmişdir. xx.xx.2023 və xx.xx.2023-cü il tarixə təyin edilən məhkəmə hazırlıq iclaslarında iddiaçı nümayəndəsinin iştirakını təmin etməmişdir. xx.xx.2023-cü il tarixdə iddiaçının elektron kabinetinə məktub yerləşdrilərək xx.xx.2023-cü il tarixədək iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin təqdim edilməsi tələb olunmuş, dəqiqləşdirilmiş iddia tələbinin göstərilən tarixədək məhkəməyə təqdim edilmədiyi təqdirdə iddia ərizəsinin Azərbaycan Respublikası MPM-nin 259.0.12-ci maddəsinə əsasən baxılmamış saxalanılacağı barədə xəbərdarlıq edilmişdir. xx.xx.2023-cü il tarixə təyin edilən məhkəmə hazırlıq iclasında iddiaçı iştirak etməmiş, dəqiqləşdirilmiş iddia tələbi ilə ərizə təqdim etməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin: 259.0.12-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda iddia ərizəsi baxılmamış saxlanılır. 263.2-ci maddəsinə əsasən məhkəmə iş üzrə icraatı dayandırdıqda, icraata xitam verdikdə, iddianı baxılmamış saxladıqda, habelə bu Məcəllə ilə nəzərdə tutulmuş digər hallarda qərardad çıxarır. 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı MMC-nin cavabdeh X2 qarşı pul tələbi barədə tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 (on) gün müddətində Sabunçu rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar