Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(008)-5550/2025 29.07.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı Sabunçu rayon Məhkəməsinin hakimi X1, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh avtomobil satışına dair qədlər arasındakı fərq şəklində vurulmuş zərərin əvəzi olaraq 9840 (doqquz min səkkiz yüz qırx) manat, real olaraq təmir üçün çəkilmiş xərc olan 1987.84 (min doqquz yüz səksən yeddi manat, səksən dörd qəpik) və inzibati xəta tənbehi üzrə cərimələr 157 (bir yüz əlli yeddi) olmaqla, ümumilikdə 11.984.84 (on bir min doqquz yüz səksən dörd manat, səksən dörd qəpik) manat məbləğində pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 35.1-ci maddəsinə əsasən qanunda başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Çünki “Elektron Məhkəmə” informasiya sisteminin məlumatlarından məlum olur ki, Cavabdeh qeydiyyat ünvanı Ağdam rayonu, Nəmirli Ərazi Dairəsi, Şotlanlı kəndidir. Həmin ünvan isə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ərazi yurisdiksiyasına aid deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyatı üzrə məhkəməyə müraciət etməyə mane olmur. Hazırkı işin cavabdehin qeydiyyatda olduğu ünvana uyğun olaraq Kəlbəcər rayon Məhkəməsində baxılmalı olmasını nəzərə alaraq hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya aidiyyəti üzrə müvafiq məhkəməyə müraciət etmək hüququ və iddia ərizəsinin qaytarılmasının ümumi qaydada ikinci dəfə müvafiq məhkəməyə müraciət etməyə mane olmaması izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 268-269-cu maddələrini rəhbər tutaraq, QƏRAR VERDİM: İddiaçı MMC-nin Cavabdeh qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qatarılsın. ********** saylı qəbzə əsasən ödənilmiş 125.96 manat dövlət rüsumu iddiaçıya qaytarılsın. İddiaçıya izah edilsin ki, ərazi aidiyyəti üzrə Ağdam Rayon Məhkəməsinə müraciət etmək hüququ var və iddia ərizəsinin qaytarılması ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan, həmin qərardad tərəflərə rəsmi qaydada verildikdən (“elektron kabinet”lərinə yerləşdirildikdən) sonra 10 gün müddətində (elektron formada) Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Museyib Bayramov
Məhkəmə qərarları › İş №e-2(008)-5550/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №e-2(008)-5550/2025
29.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver