Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-5568/2024 06.09.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi X1, iddiaçı "xxxx" MMCnin Cavabdeh qarşı "xx.xx.2024-cü il tarixinə yaranmış xx.xx.2023-cü il tarixli ********* nömrəli müqavilə üzrə 21,9 manat əsas borcun və 3,2 manat dəbbə pulunun, xx.xx.2023-cü il tarixli ********* nömrəli müqavilə üzrə 30,4 manat əsas borcun və 4,5 manat dəbbə pulunun, xx.xx.2023-cü tarixli ********* nömrəli müqavilə üzrə 82,4 manat əsas borcun və 12,3 manat dəbbə pulunun, cəmi 154,7 manat və 30 manat məbləğində dövlət rüsumunun tutulması" barədə kiçik iddiasına dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı qarşı "xx.xx.2024-cü il tarixinə yaranmış xx.xx.2023-cü il tarixli ********* nömrəli müqavilə üzrə 21,9 manat əsas borcun və 3,2 manat dəbbə pulunun, xx.xx.2023-cü il tarixli ********* nömrəli müqavilə üzrə 30,4 manat əsas borcun və 4,5 manat dəbbə pulunun, xx.xx.2023-cü tarixli ********* nömrəli müqavilə üzrə 82,4 manat əsas borcun və 12,3 manat dəbbə pulunun, cəmi 154,7 manat və 30 manat məbləğində dövlət rüsumunun tutulması" barədə iddia ərizəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı həmin tələbini belə əsaslandırmışdır ki, cavabdeh xx.xx.2023-cü il tarixli ********* nömrəli, ********* nömrəli və ********* nömrəli nisyə alqı-satqı müqavilələri ilə üzərinə götürdüyü öhdəlikləri tam icra etməmiş və nəticədə borcu yaranmışdır. Hazırkı iddianın qiyməti beş min manatdan az olduğuna görə məhkəmədə işə sadələşdirilmiş qaydada baxıldı. Məhkəmə tərəfindən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək, iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda, öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməsi ona təklif edilmiş, lakin cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı etiraz verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Əsaslandırıcı hissə: Aşağıdakı hallara görə məhkəmə iddianı əsaslı hesab edir. İşdə olan, iddiaçı "xxxx" MMC və Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli ********* nömrəli "Müddətli (nisyə) alğı-satqı müqaviləsi"ndən görünür ki, cavabdeh iddiaçıdan "Samsung" markalı toz sovurana 12 ay müddətinə hissə-hissə olmaqla cəmi 189,99 manat ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan, iddiaçı "xxxx" MMC və Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli ********* nömrəli "Müddətli (nisyə) alğı-satqı müqaviləsi"ndən görünür ki, cavabdeh iddiaçıdan "Ardesto" markalı ət çəkən maşın alaraq 12 ay müddətinə hissə-hissə olmaqla cəmi 129,99 manat ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan, iddiaçı "xxxx" MMC və Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli ********* saylı "Müddətli (nisyə) alğı-satqı müqaviləsi"ndən görünür ki, cavabdeh iddiaçıdan "Taube" markalı elektrik soba və 1 qulaqçıq alaraq 12 ay müddətinə hissə-hissə olmaqla cəmi 334,98 manat ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh iddiaçı "xxxx" MMC-yə xx.xx.2023-cü il tarixli ********* nömrəli müqavilə üzrə ödənişi 189,9 manat olmuş, əsas borcu 21,9 manat, cərimə borcu 32 manat, cəmi borcu 53,90 manat təşkil edir. İşdə olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh iddiaçı "xxxx" MMC-yə xx.xx.2023-cü il tarixli ********* nömrəli müqavilə üzrə ödənişi 129,9 manat olmuş, əsas borcu 30,4 manat, cərimə borcu 45 manat, cəmi borcu 75,40 manat təşkil edir. İşdə olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh iddiaçı "xxxx" MMC-yə xx.xx.2023-cü il tarixli ********* nömrəli müqavilə üzrə ödənişi 334,9 manat olmuş, əsas borcu 82,4 manat, cərimə borcu 12,3 manat, cəmi borcu 205,40 manat təşkil edir. İşdə olan "Xəbərdarlıq"dan görünür ki, iddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi təklif edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsində deyilir ki, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən, alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə görə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə- hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsinə görə isə, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Müəyyən edilir ki, iddiaçının cavabdehə xx.xx.2023-cü il tarixli ********* nömrəli müqavilə üzrə 21,9 manat əsas, 32 manat cərimə, xx.xx.2023-cü il tarixli ********* nömrəli müqavilə üzrə 82,4 manat əsas, 123 manat cərimə, xx.xx.2023-cü il tarixli ********* nömrəli müqavilə üzrə 30,4 manat əsas, 45 manat cərimə borcu yaranmışdır. Cərimə məbləğlərinə 90% güzəşt tətbiq edildikdən sonra iddiaçı tərəfindən cavabdehdən xx.xx.2023-cü il tarixli ********* nömrəli müqavilə üzrə 21,9 manat əsas, 3,2 manat cərimə, xx.xx.2023-cü il tarixli ********* nömrəli müqavilə üzrə 82,4 manat əsas, 12,3 manat cərimə, xx.xx.2023-cü il tarixli ********* nömrəli müqavilə üzrə 30,4 manat əsas, 4,5 manat cərimə borcunun ödənilməsi tələb edilir. Məhkəmə yuxarıda sadalanan maddi hüquq normalarına əsaslanaraq bu qənaətə gəlir ki, iddiaçı cavabdehə nisyə satılmış malların dəyərini, eləcə də ödənilməsi gecikdirilmiş məbləğə görə cərimə pulunu tələb etməkdə haqlıdır. Ona görə də iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdən görünür ki, iddiaçı tərəfindən xx.xx.2024-cü ildə ********** nömrəli mədaxil qəbzi ilə 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyi üçün məhkəmə xərcləri cavabdehə aid edilməli, həmin məbləğ ondan alınaraq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli ********* nömrəli müqavilə üzrə 21,9 manat əsas, 3,2 manat cərimə, xx.xx.2023-cü il tarixli ********* nömrəli müqavilə üzrə 82,4 manat əsas, 12,3 manat cərimə, xx.xx.2023-cü il tarixli ********* nömrəli müqavilə üzrə 30,4 manat əsas, 4,5 manat cərimə, 30 manat məbləğində dövlət rüsumu, cəmi 184,7 manat məbləğində pul alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Apellyasiya şikayətinin məhkəməyə göndərilməsi "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməlidir. X3.
Məhkəmə qərarları › İş №e-2(008)-5568/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-5568/2024
06.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver