Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-5574/2024 03.09.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Cəfərli Nilufər Arif qızı, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «pul tələbi» barədə iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı «pul tələbinə» dair iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, 2 ədəd Relaks-Yataq-Tumba, Relaksyataq-4 qapılı dolab, Relaks-Yataq-Truma, Matras,Relaks-Yataq-Carpayı, Çaynik Hoffman üçün 1772.64 (min yeddi yüz yetmiş iki manat altmış dörd qəpik) manat ödənilməmiş hissə, 177.36 (yüz yetmiş yeddi manat otuz altı qəpik) manat cərimə; xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən Gree kondisioner üçün 859.23 (səkkiz yüz əlli doqquz manat iyirmi üç qəpik) manat ödənilməmiş hissə, 85.77 (səksən beş manat yetmiş yeddi qəpik) manat cərimə; xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən İmei kod **********20080 X1 markalı telefon üçün 798.01 (yeddi yüz doxsan səkkiz manat bir qəpik) manat ödənilməmiş hissə, 79.99 (yetmiş doqquz manat doxsan doqquz qəpik) manat cərimə; xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən,Paltaryuyan Hoffmann üçün 209.08 (iki yüz doqquz manat səkkiz qəpik) manat ödənilməmiş hissə, 20.92 (iyirmi manat doxsan iki qəpik) manat cərimə olmaqla, ümumilikdə 4003 (dörd min üç manat) manat borc və 60.03 (altmış manat üç qəpik) manat ödənilmiş dövlət rüsumu olmaqla, Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-ci il, xx.xx.2023-ci il, xx.xx.2023-ci il və xx.xx.2023-ci il tarixli müqavilələrinə əsasən, Xiaomi Poco M3 Pro markalı telefon, Gree kondisioner, İmei kod **********20080 X1 markalı telefon və Samsung Galaxy A32 markalı telefon almış və nəticədə 4003 (dörd min üç manat) manat borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2254.84 manat təşkil edir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə iş materiallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-ci il tarixli müqavilənin surətindən müəyyən olunur ki, Cavabdeh "xxxx" MMC-dən 2 ədəd Relaks-Yataq-Tumba,Relaks-yataq-4 qapılı dolab,Relaks-Yataq-Truma,Matras,Relaks-Yataq-Carpayı,Çaynik Hoffman , xx.xx.2023-ci il tarixli müqavilə ilə Gree kondisioner, xx.xx.2023-ci il tarixli müqavilə ilə İmei kod **********20080 X1 markalı telefon, xx.xx.2023-ci il tarixli müqavilə ilə Paltaryuyan Hoffmann almış və onların dəyərini ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür; -"xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-ci il tarixli maliyyə cədvəlindən müəyyən edilir ki, xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC-dən alqı-satqı qiyməti 2331.36 manat olan 2 ədəd Relaks-Yataq-Tumba,Relaks-yataq-4 qapılı dolab,Relaks- Yataq-Truma,Matras,Relaks-Yataq-Carpayı,Çaynik Hoffman üçün cəmi ödənilən məbləğ 558.72 manat, ödənilməmiş əsas borc 1772.64 (min yeddi yüz yetmiş iki manat altmış dörd qəpik) manat, cərimə borcu 177.36 (yüz yetmiş yeddi manat otuz altı qəpik) manat olmaqla, ümumi ödənilməmiş borc cəmi 1950 manat; xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1145.04 manat olan Gree kondisioner üçün cəmi ödənilən məbləğ 285.81 manat, ödənilməmiş əsas borc 859.23 (səkkiz yüz əlli doqquz manat iyirmi üç qəpik) manat, cərimə borcu 85.77 (səksən beş manat yetmiş yeddi qəpik) manat olmaqla, ümumi ödənilməmiş borc cəmi 945 manat; xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC-dən alqı-satqı qiyməti 1796.94 manat olan İmei kod **********20080 X1 markalı telefon üçün cəmi ödənilən məbləğ 998.93 manat, ödənilməmiş əsas borc 798.01 (yeddi yüz doxsan səkkiz manat bir qəpik) manat, cərimə borcu 79.99 (yetmiş doqquz manat doxsan doqquz qəpik) manat olmaqla, ümumi ödənilməmiş borc cəmi 878 manat; xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC-dən alqı-satqı qiyməti 620.46 manat olan Samsung Galaxy A32 markalı telefon üçün cəmi ödənilən məbləğ 411.38 manat, ödənilməmiş əsas borc 209.08 (iki yüz doqquz manat səkkiz qəpik) manat, cərimə borcu 20.92 (iyirmi manat doxsan iki qəpik) manat olmaqla, ümumi ödənilməmiş borc cəmi 230 manat, cəmi 4003 (dörd min üç manat) manat təşkil edir. -xx.xx.2023-ci il tarixli ödəniş cədvəlindən görünür ki, 2 ədəd Relaks-Yataq- Tumba,Relaks-yataq-4 qapılı dolab,Relaks-Yataq-Truma,Matras,Relaks-Yataq- Carpayı,Çaynik Hoffman nın aylıq ödəniş məbləği 97.14 manat; xx.xx.2023-ci il tarixli ödəniş cədvəlindən görünür ki, Gree kondisionerin aylıq ödənişi 47.71 manat; xx.xx.2023ci il tarixli ödəniş cədvəlindən görünür ki, İmei kod **********20080 X1 markalı telefonnın aylıq ödənişi 99.83 manat; xx.xx.2023-ci il tarixli ödəniş cədvəlindən görünür ki, Samsung Galaxy A32 markalı telefonun aylıq ödənişi 34.47 manat təşkil edir. -"xxxx" MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-ci il tarixli məktubdan görünür ki, cavabdeh, müqavilənin şərtlərini pozaraq, müqavilədə göstərilən vaxt və qaydaya əməl etmədiyi üçün tərəflər arasında bağlanmış müqavilənin şərtinə uyğun olaraq əlavə peniya hesablanmışdır. Hesblanmış peniya məbləğini qısa zamanda ödəmədiyi halda aidiyyatı üzrə dövlət qurumuna müraciət olunacağı barədə xəbərdar edilmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisəyə nisyə alqı-satqı müqaviləsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin, 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2- 600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata kecirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. Göründüyü kimi, Cavabdeh xx.xx.2023, xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-ci il tarixli müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu sazişlə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da sazişin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, bu səbəbdən onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, yaranan əsas borcu və cərimə borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir; 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119, 284-5 və 284.6-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən 1772.64 (min yeddi yüz yetmiş iki manat altmış dörd qəpik) manat ödənilməmiş hissə borcu, 177.36 (yüz yetmiş yeddi manat otuz altı qəpik) manat cərimə borcu, xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən 859.23 (səkkiz yüz əlli doqquz manat iyirmi üç qəpik) manat ödənilməmiş hissə, 85.77 (səksən beş manat yetmiş yeddi qəpik) manat cərimə borcu, xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən 798.01 (yeddi yüz doxsan səkkiz manat bir qəpik) manat ödənilməmiş hissə, 79.99 (yetmiş doqquz manat doxsan doqquz qəpik) manat cərimə borcu, xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən 209.08 (iki yüz doqquz manat səkkiz qəpik) manat ödənilməmiş hissə, 20.92 (iyirmi manat doxsan iki qəpik) manat cərimə borcu olmaqla, cəmi 4003 (dört min üç) manat məbləğində pul və 60.03 (altmış manat üç qəpik) manat dövlət rüsumu "xxxx" MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada alındığı gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №e-2(008)-5574/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-5574/2024
03.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver