Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-5594/2023 14.09.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Cəfərli Nilufər Arif qızı, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «pul tələbi» barədə iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı «pul tələbinə» dair iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən İMEİ KODU **********12201 SAMSUNG GALAXY A02 MARKALİ TELEFON üçün 185.5 (yüz səksən beş manat əlli qəpik) manat ödənilməmiş hissə, 18.5 (on səkkiz manat əlli qəpik) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, İMEİ KODU **********56175 REALME C21 MARKALİ TELEFON üçün 219.3 (iki yüz on doqquz manat otuz qəpik) manat ödənilməmiş hissə, 21.7 (iyirmi bir manat yetmiş qəpik) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən İMEİ KOD **********48221 SAMSUNG GALAXY A12 MARKALİ TELEFON,AKAMİ JAM CASE 4D GLASS üçün 312.6 (üç yüz on iki manat altmış qəpik) manat ödənilməmiş hissə, 31.4 (otuz bir manat qırx qəpik) manat cərimə pulu olmaqla, cəmi 789 (yeddi yüz səksən doqquz) manat məbləğində pulun və 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə "xxxx" MMC arasında xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixdə bağlanmış müqavilələrə əsasən, cavabdeh İMEİ KODU **********12201 SAMSUNG GALAXY A02 MARKALİ TELEFON, İMEİ KODU **********56175 REALME C21 MARKALİ TELEFON , İMEİ KOD **********48221 SAMSUNG GALAXY A12 MARKALİ TELEFON,AKAMİ JAM CASE 4D GLASS almış, nəticədə onun 789 (yeddi yüz səksən doqquz) manat borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 533.96 (beş yüz otuz üç manat doxsan altı qəpik) manat təşkil edir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. İş materiallarında olan xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli müqavilələrin surətindən müəyyən olunur ki, Cavabdeh "xxxx" MMC-dən İMEİ KODU **********12201 SAMSUNG GALAXY A02 MARKALİ TELEFON, İMEİ KODU **********56175 REALME C21 MARKALİ TELEFON, İMEİ KOD **********48221 SAMSUNG GALAXY A12 MARKALİ TELEFON,AKAMİ JAM CASE 4D GLASS almış, onların dəyərini hissə-hissə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. -"xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-ci il tarixli maliyyə cədvəlindən müəyyən edilir ki, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən Cavabdeh "xxxx" MMC-dən alqı-satqı qiyməti 318 (üç yüz on səkkiz) manat olan İMEİ KOD **********31122 SAMSUNG GALAXY A02 MARKALİ TELEFON üçün cəmi ödədiyi məbləğ 132.5 (yüz otuz iki manat əlli qəpik) manat, ödənilməmiş əsas borcu 185.50 manat, cərimə borcu 18.5 (on səkkiz manat əlli qəpik) manat; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 396 (üç yüz doxsan altı) manat olan İMEİ KODU **********56175 REALME C21 MARKALİ TELEFON üçün cəmi ödədiyi məbləğ 176.7 (yüz yetmiş altı manat yetmiş qəpik) manat, ödənilməmiş əsas borc 219.3 (iki yüz on doqquz manat otuz qəpik) manat ödənilməmiş hissə, 21.7 (iyirmi bir manat yetmiş qəpik) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 537.36 (beş yüz otuz yeddi manat otuz altı qəpik) manat olan İMEİ KOD **********48221 SAMSUNG GALAXY A12 MARKALİ TELEFON, AKAMİ JAM CASE 4D GLASSüçün cəmi ödədiyi məbləğ 224.76 (iki yüz iyirmi dörd manat yetmiş altı qəpik) manat, ödənilməmiş əsas borc 312.6 (üç yüz on iki manat altmış qəpik) manat, cərimə borcu 31.4 (otuz bir manat qırx qəpik) manat olmaqla, ümumi ödənilməmiş borcu 789 (yeddi yüz səksən doqquz) manat təşkil edir; -xx.xx.2021-ci il tarixli ödəniş cədvəlindən görünür ki, İMEİ KOD **********31122 SAMSUNG GALAXY A02 MARKALİ TELEFON üçün aylıq ödəniş məbləği 26.5 (iyirmi altı manat əlli qəpik) manat; xx.xx.2021-ci il tarixli ödəniş cədvəlinə əsasən İMEİ KODU **********56175 REALME C21 MARKALİ TELEFON nin aylıq ödəniş22 (iyirmi iki ) manat; xx.xx.2021-ci il tarixli ödəniş cədvəlinə əsasən İMEİ KOD **********48221 SAMSUNG GALAXY A12 MARKALİ TELEFON, AKAMİ JAM CASE 4D GLASSüçün aylıq ödəniş məbləği 44.78(qırx dörd manat yetmiş səkkiz qəpik) manat təşkil edir. -"xxxx" MMC-dən tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, cavabdeh, müqavilənin şərtlərini pozaraq, müqavilədə göstərilən vaxt və qaydaya əməl etmədiyi üçün tərəflər arasında bağlanmış müqavilənin şərtinə uyğun olaraq əlavə peniya hesablanmışdır. Hesblanmış peniya məbləğini qısa zamanda ödəmədiyi halda aidiyyatı üzrə dövlət qurumuna müraciət olunacağı barədə xəbərdar edilmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisəyə nisyə alqı-satqı müqaviləsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin, 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2- 600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata kecirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 438.5-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. Göründüyü kimi, Cavabdeh xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixli müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu sazişlə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da sazişin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, bu səbəbdən onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, yaranan əsas borcu və cərimə borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 234-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. 234-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 234-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir; 234-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər; 234-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 ( otuz ) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 234-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119, 2234-5 və 2234.6-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 185.5 (bir yüz səksən beş manat əlli qəpik) manat ödənilməmiş hissə, 18.5 (on səkkiz manat əlli qəpik) manat cərimə borcu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 219.3 (iki yüz on doqquz manat otuz qəpik) manat ödənilməmiş hissə, 21.7 (iyirmi bir manat yetmiş qəpik) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 312.6 (üç yüz on iki manat altmış qəpik) manat ödənilməmiş hissə, 31.4 (otuz bir manat qırx qəpik) manat cərimə pulu olmaqla, cəmi 789 (yeddi yüz səksən doqquz) manat məbləğində pul və 30 (otuz) manat dövlət rüsumu "xxxx" MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada alındığı gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Cəfərli Nilufər
Məhkəmə qərarları › İş №e-2(008)-5594/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-5594/2023
14.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver