Məhkəmə qərarları › İş №e-2(008)-5599/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-5599/2025

15.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-5599/2025 15.10.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 qızının katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “subroqasiya qaydasında pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsi ilə (dəqiqləşdirilmiş ərizə) məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh2və Cavabdeh1 müştərək qaydada 360,00 (üç yüz altmış) manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 30,00 (otuz) manat dövlət rüsumunun "xxxx" ASCnin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixində, saat 18:20 radələrində Bakı şəhəri, Maştağa qəsəbəsi ərazisində Cavabdeh2 məxsus, Cavabdeh1 tərəfindən idarə edilən və PXA********** saylı sığorta şəhadətnaməsi ilə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış “VAZ 21074” markalı, **-MH-*** dövlət qeydiyyat nişanlı avtomobil “Opel Vectra” markalı, **-TL- *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncuya maddi zərər dəymişdir. DYPİ əməkdaşı tərəfindən tərtib edilmişTP5709887saylı qərara əsasən Cavabdeh1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1,332.1-ci maddəsində(nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsinnəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnaməolmadan idarə edilməsinə görə) nəzərdə tutulmuş inzibati xətanı törətməkdətəqsirli olmuşdur. Baş vermişhadisə üzrə “Opel Vectra” markalı, **-TL-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 360,00 (üç yüz altmış) manat məbləğindəmüəyyən edilmişdir. Bununla əlaqədarolaraq, "xxxx" ASC tərəfindən PXA141374/23 saylı sığorta aktı tərtib edilməklə “Opel Vectra” markalı, 10- TL305 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərəgörə 360,00 (üç yüz altmış) manat sığorta ödənişi ödənilmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 hadisə barədə məlumatlı olmadığını, maşını başqa şəxslərə etibar etdiyini, hətta maşının artıq adından çıxarıldığını, tələblə əlaqəsi olmadığından iddianın ona aid hissəsində rədd edilməsini xahiş etmişdir. Digər tərəflər Cavabdeh3 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iddiaçının nümayəndəsi ərizə ilə müraciət edərək iddia tələbinin təmin edilməsini və işə onların iştirakı olmadan baxılmasını xahiş etmiş, cavabdehlər isə bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin izahatını, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən, yəni Cavabdeh3 və Cavabdeh1 münasibətdə təmin edilməlidir. "xxxx" ASC tərəfindən verilmiş şəhadətnamədən görünür ki, PXA********** saylı sığorta müqaviləsinə əsasən sığortalı “VAZ 21074” markalı, **-MH-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil xx.xx.2022-ci il tarixdən – xx.xx.2023-cü il tarixədək əmlaka vurulan zərərə görə 5000 manat məbləğində, sağlamlığa vurulan zərərə görə isə bir şəxs üçün 5000 manat məbləğində "xxxx" ASC-də icbari siğorta növü sığortalanmışıdr. PXA141374 nömrəli sığorta aktından görünür ki, xx.xx.2023-cü il tarixdə saat 18:20 radələrində baş vermiş yolnəqliyyat hadisəsi zamanı “VAZ 21074” markalı, **-MH-*** dövlət qeydiyyat nişanlı avtomobil vasitəsi ilə İsmayıllı Nuru Mahir oğlunun mülkiyyətində olan dövlət qeydiyyat nömrəli avtomobilə "xxxx" MMC tərəfindən təqdim edilən akta əsasən 360 manat məbləğində ziyan dəymişdir. Dəymiş ziyanın İsmayıllı Nuru Mahir oğluna ödənilməsi qərar alınmışdır. Təhvil-Təslim aktına əsasən ödəniş edilmişdir. TP seriyalı, ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh1 xx.xx.2023-cü il tarixdə saat 18:20 radələrində baş vermiş yolnəqliyyat hadisəsinin törədilməsində təqsirli bilinmiş, və İXM-nin 332.1 və 327.1-ci maddəsində nəzərdə tutulmuş 40 manat məbləğində inzibati cərimə edilmişdir. xx.xx.2023-cü il tarixli bildirşin surətində görünür ki, Cavabdeh1 siğorta ödəniş tələb etmişdir. İş materiallarına əlavə edilmiş mədaxil qəbzinin surətindən görünür ki, 30 manat dövlət rüsumu ödənilmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinə əsasən yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmin Qanunun 81-ci maddəsinə əsasən bu Qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-21.3-cü maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 926.3-cü maddəsinə əsasən sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunvericiliyi ilə, könüllü sığortada müvafiq sığorta qaydalarına əsasən bağlanan sığorta müqaviləsi ilə müəyyən edilir. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan - fərdi qəza sığortası müqaviləsində xeyrinə icbari sığorta müqaviləsi bağlanan (sığorta olunanlar kateqoriyasına daxil olan), əmlak sığortası üzrə mülkiyyətində və ya faktiki sahibliyində əmlakı olan və ya mülki məsuliyyət sığortası üzrə bu Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş əsasla müəyyən edilən şəxs sığorta olunan hesab edilir. Həmin Qanunun 6.2-ci maddəsinə əsasən mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi icbari sığortanın təmin edilməsi üçün sığortaçı ilə sığortalı arasında, müvafiq icbari sığorta şəhadətnaməsinin sığortalıya (müvafiq hallarda sığorta olunanlara) verilməsi yolu ilə bağlanan müqavilədir. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən bu Qanunun Xüsusi hissəsində başqa cür müəyyən edilməmişdirsə, icbari sığorta müqaviləsi 1 il müddətinə bağlanılır. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən icbari sığorta şəhadətnaməsi icbari sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən sənəddir. Həmin Qanunun 9.2-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi sığortaçı tərəfindən müvafiq sığorta şəhadətnaməsinin sığortalıya və ya sığorta olunana verilməsi yolu ilə bağlanır. Həmin Qanunun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Həmin Qanunun 25.1.2-cü maddəsinə əsasən Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ Qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması nəticəsində yaranır: İcbari Sığorta Haqqında Azərbaycan Respublikası qanununu 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh2 məxsus olan, etibarnamə ilə idarəetmə hüququ əsasında Cavabdeh3 verilmiş və hadisə zamanı Cavabdeh1 idarəetmə hüququ olmadan idarə etdiyi və “AzSığorta" ASC-də icbari sığorta müqaviləsi ilə sığortalanmış “VAZ 21074” markalı, **- MH-*** dövlət qeydiyyat nişanlı avtomobil vasitəsi ilə yol-nəqliyyat hadisəsi törətmişdir. "xxxx" ASC tərəfindən zərərin əvəzinə İsmayıllı Nuru Mahir oğluna sığorta məbləği olan 360 manat sığorta ödənişi ödənilmişdir. "xxxx" ASC hazırda məhkəməyə müarcət edərək təqsirli sürücüdən, avtomobilin mülkiyyətçisindən və onun səlahiyyətlərini etibar etdiyi şəxsdən sığorta məbləğini geri tələb edir. Məhkəmə ilk növbədə iddia tələbinin cavabdehlər Cavabdeh3 və Cavabdeh1 yönəlmiş hissəsinə münasibət bildirərək qeyd edir ki, hadisəni törədən zaman iddiaçı "xxxx" ASC-də icbari siğorta ilə siğortalı olan avtomobili idarə edən şəxs Cavabdeh1 avtomobili sürücülük hüququ olmadan idarə etdiyindən, iddiaçının zərərçəkmiş şəxsə ödəmiş olduğu 360 manat məbləğində pul vəsaitini Cavabdeh1 və Cavabdeh3 geri tələb etmək hüququ yarandığından iddia tələbi bu hissədə əsaslı olduğundan təmin edilməlidir. Çünki, avtomobil etibarnamə ilə, yəni qanuni əsasla mülkiyyətçi olan Cavabdeh2 Adıgözəl oğlu tərəfindən etibarnamə əsasında sürücülük hüququ ilə Cavabdeh3 idarəçiliyinə verilmiş, adıçəkilən şəxs isə heç bir qanuni əsas olmadan avtomobili Cavabdeh1 qanunsuz sahibliyinə vermiş, sonuncu isə digər avtomobilə maddi ziyan vurmuşdur. Çünki, hazırki işdə etibar edilən Cavabdeh3 həmin avtomobilin digər Cavabdeh1 sahibliyinə hüquqazidd verilməsində təqsirlidir. Buna görə hər iki cavabdeh hazırki işdə zərərin vurulmasına görə məsuliyyət daşıyır. Bundan başqa məhkəmə iddia tələbinin digər cavabdeh avtomobilin mülkiyyətçisi olan Cavabdeh2 yönələn hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi bu hissədə əsaslı olmadığından təmin edilməməlidir. Məhkəmə hesab edir ki, vurulan zərərə görə digər cavabdeh avtomobilin mülkiyyətçisi olan Cavabdeh2 məsuliyyət daşımır. Belə ki, hadisədən əvvəl avtomobilin mülkiyətçisi olan Cavabdeh2 “VAZ 21074” markalı, **-MH-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair Cavabdeh3 sürücülük hüququ olduğu halda avtomobili idarə etmək hüququna dair etibarnamə vermişdir. Lakin Cavabdeh3 idarə etmək məqsəsilə verilmiş avtomobili sürücülük hüququ olmadan Cavabdeh1 idarə etmişdir. Belə vəziyyətdə Mülki Məcəllənin 1108.2-ci maddəsinin göstərişi tətbiq edilməlidir. Həmin maddənin məzmumunda göstərilmişdir ki, yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Belə olan halda Cavabdeh1 sürücülük hüququ olmadan avtomobili qanunsuz olaraq idarə etmişdir. Digər cavabdeh isə Cavabdeh3 isə məhkəmə iclaslarında iştirak etməmiş, sürücünün avtomobili qanunsuz olaraq istifadə etdiyini sübuta yetirmədiyindən onlar müştərək qaydada məsuliyyət daşıyırlar. Odur ki, iddia tələbi avtomobilin mülkiyyətçisinə münasibətdə təmin edilməməlidir. Bundan baqşa məhkəmə iddia tələbinin dövlət rüsumun ödənilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi yalnız cavabdehlər Cavabdeh3 və Cavabdeh1 münasibətdə təmin edildiyindən mülki iş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu da onlara aid edilməlidir. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada 360 manat məbləğində pul və 30 manat dövlət rüsumu iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. İddia tələbi digər Cavabdeh2 münasibətdə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar