Məhkəmə qərarları › İş №e-2(008)-5604/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-5604/2025

28.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-5604/2025 28.11.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X1 Seyfəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3 qızının katibliyi ilə iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "ödənilmiş sığorta ödənişinin subraqasiya qaydasında tələb edilməsi" tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "ödənilmiş sığorta ödənişinin subraqasiya qaydasında tələb edilməsi" tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmə iclaslarını onların iştirakı olmadan keçirərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1102,50 (bir min bir yüz iki manat, əlli qəpik) məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 31,00 (otuz bir) manat dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandığı hallar: İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il saat 17:30 radələrində Bakı şəhəri, Neftçilər prospekti ərazisində Cavabdeh1 məxsus, Cavabdeh2 tərəfindən idarə edilən və tərəfindən PXA********** saylı sığorta şəhadətnaməsi ilə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış “Toyota Prius” markalı, **-FE-*** dövlət qeydiyyat nişanlı avtomobil “Mercedes Benz 190” markalı, **-VA-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncuya maddizərər dəymişdir. DYPİ əməkdaşı tərəfindən tərtib edilmişTP5296581 saylı qərara əsasən Cavabdeh2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.1-ci maddəsində (nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə) nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olmuşdur. Baş vermiş hadisə üzrə “Mercedes Benz 190” markalı, **-VA-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 2205,00 (iki min iki yüz beş) manat məbləğində müəyyən edilmişdir. "xxxx" ASC tərəfindən PXA122863/22 saylı sığorta aktı tərtib edilməklə “Mercedes Benz 190” markalı, **-VA-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 1102,50 (bir min bir yüziki manat, əlli qəpik) manat sığorta ödənişi ödənilmişdir. Tərəflərin mövqeləri İddiaçı "xxxx" ASC ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbini müdafiə etdiyini bildirmiş, işə nümayəndələrinin iştirakı olmadan baxılaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işin materialları -xx.xx.2022-ci il tarixli, PXA122863 nömrəli Sığorta Aktının surətindən görünür ki, sığorta olunmuş “Mercedes Benz 190” markalı, **-VA-*** dövlət nömrə nişanlı avtomobil 55000 manat məbləğində sığorta edilmişdir. Cavabdeh1 “Mercedes Benz 190” markalı, **-VA-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Neftçilər prospektində yol-nəqliyyat hadisəsi törətmişdir. Dəymiş ziyana görə sığorta ödənişinin məbləği 1102.50 manat təşkil edir. -İnzibati xəta haqqında xx.xx.2022-cu il tarixli protokoldan görünür ki, Cavabdeh2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 332.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. -xx.xx.2022-ci il tarixli, PXA********** nömrəli icbari siğorta müqaviləsinə dair məlumatdan görünür ki, Cavabdeh1 siğorta müqaviləsi qüvvədədir. -Auto Box avtomobil servisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 3807 nömrəli qiymətləndirmə aktından görünür ki, “Mercedes Benz 190” markalı, **-VA-*** dövlət nömrə nişanlı avtomobilə 2205 manat məbləğində ziyan dəymişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 883-cü maddəsinə əsasən, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 936.1-ci maddəsinə görə, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. "İcbari sığortalar haqqında" Azərbaycan Respublikası Qanununun: 25.1. Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.1. sığorta hadisəsi inzibati məsuliyyəti istisna edən və ya əməlin cinayət olmasını aradan qaldıran hərəkətlər istisna olmaqla, sığortalının və ya sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsi olduqda; 25.1.3. icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. 58.3–2. Fiziki şəxsin həyatına və ya sağlamlığına zərər vurulduğu hallar istisna olmaqla, sığorta hadisəsinin baş verməsində sığorta olunanla yanaşı, üçüncü şəxsin də təqsiri müəyyənləşdirilərsə, vurulmuş zərərə görə sığorta ödənişi üçüncü şəxsin təqsirinin dərəcəsinə mütənasib məbləğdə azalır. Məhkəmənin mövqeyi: İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Cavabdeh2 məxsus olan və digər Cavabdeh1 tərəfindən idarə olunan nəqliyyat vasitəsi cavabdehin təqsirli hərəkəti nəticəsində “Mercedes Benz 190” markalı, **-VA-*** dövlət nömrə nişanlı avtomobil toqquşaraq sonuncu avtomobilin mülkiyyətçisinə 2205 manat məbləğində ziyan dəymişdir. Göründüyü kimi cavabdehin təqsirli hərəkəti nəticəsində dəymiş 2205 manat ziyanın "İcbari sığortalar haqqında" Azərbaycan Respublikası Qanununun 58.3-2-ci maddəsinin tələbləri nəzərə alınmaqla, yarısı olan 1102,5 manat iddiaçı ödənilmişdir və iddiaçının cavabdehə qarşı həmin pul məbləğinin subroqasiya qaydasında tələb etməyə haqlı olmuşdur. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1102,50 (bir min bir yüz iki manat, əlli qəpik) manat məbləğində pul tutulmalıdır. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə də əsaslı olduğundan təmin edilməlidir və işə baxılması ilə əlaqədar iddiaçının ödədiyi 31 manat dövlət rüsumu cavabdehdən tutularaq, iddiaçıya ödənilsin. Məhkəmə baxışın hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə hissəsi: Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1102,50 (bir min bir yüz iki manat, əlli qəpik) manat məbləğində pul vəsaiti və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 31,00 (otuz bir) manat dövlət rüsumu "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə ("Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X2.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar