Məhkəmə qərarları › İş №e-2(008)-5645/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-5645/2023

14.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-5645/2023 14.09.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Cəfərli Nilufər Arif qızı, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı «pul tələbinə» dair iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən İmei kod **********60335 Samsung Galaxy A21S markalı telefon üçün 248.96 (iki yüz qırx səkkiz manat doxsan altı qəpik) manat ödənilməmiş hissə, 24.04 (iyirmi dörd manat dörd qəpik) manat cərimə, xx.xx.2021ci il tarixli müqaviləyə əsasən İmei kod **********13548 Xiaomi Redmi 9C markalı telefon üçün 264.4 (iki yüz altmış dörd manat qırx qəpik) manat ödənilməmiş hissə, 24.6 (iyirmi dörd manat altmış qəpik) cərimə; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, SAMSUNG A72 COVER üçün 19.2 (on doqquz manat iki qəpik) manat ödənilməmiş hissə, 1.8 (bir manat səksən qəpik) manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, Samsung Galaxy A10 markalı telefon üçün 102 (yüz iki) manat ödənilməmiş hissə, 10 (on) manat cərimə; xx.xx.2021-cu il tarixli müqaviləyə əsasən, Samsung Galaxy A72 üçün 1104.6 (min bir yüz dörd manat altmış qəpik) manat ödənilməmiş hissə, 110.4 (yüz on manat qırx qəpik) manat cərimə olmaqla, ümumilikdə 1892 manat borc və 38.92 (otuz səkkiz manat doxsan iki qəpik) manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli müqavilənin surətindən müəyyən olunur ki, Cavabdeh "xxxx" MMC-dən İmei kod **********60335 Samsung Galaxy A21S markalı telefon, xx.xx.2021-cu il tarixli müqavilə ilə İmei kod **********13548 Xiaomi Redmi 9C markalı telefon, xx.xx.2021-ci il tarixli müqavilə ilə Samsung A72 Cover, xx.xx.2020-ci il tarixli müqavilə ilə Samsung Galaxy A10 markalı telefon və xx.xx.2021-cu il tarixli müqavilə ilə Samsung Galaxy A72 almış və onların dəyərini hissə-hissə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür; -"xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli maliyyə cədvəlindən müəyyən edilir ki, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC-dən alqı-satqı qiyməti 471.2 manat olan İmei kod **********60335 Samsung Galaxy A21S markalı telefon, üçün cəmi ödənilən məbləğ 222.24 manat, ödənilməmiş əsas borc 248.96 (iki yüz qırx səkkiz manat doxsan altı qəpik) manat, cərimə borcu 24.04 (iyirmi dörd manat dörd qəpik) manat olmaqla, ümumi ödənilməmiş borc cəmi 273 manat; xx.xx.2021-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 369.6 manat olan İmei kod **********13548 Xiaomi Redmi 9C markalı telefon üçün cəmi ödənilən məbləğ 123.2 manat, ödənilməmiş əsas borc 264.4 (iki yüz altmış dörd manat qırx qəpik) manat, cərimə borcu 24.6 (iyirmi dörd manat altmış qəpik) olmaqla, ümumi ödənilməmiş borc cəmi 271 manat; xx.xx.2021-cu il tarixli müqaviləyə əsasən "xxxx" MMC-dən alqı-satqı qiyməti 57.6 manat olan SAMSUNG A72 COVER üçün cəmi ödənilən məbləğ 38.4 manat, ödənilməmiş əsas borc 19.2 (on doqquz manat iki qəpik) manat, cərimə borcu 1. 8(bir manat səksən qəpik) manat olmaqla, ümumi ödənilməmiş borc cəmi 21manat; xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMCdən alqı-satqı qiyməti 382.5 manat olan Samsung Galaxy A10 markalı telefon üçün cəmi ödənilən məbləğ 280.5 manat, ödənilməmiş əsas borc 102 (yüz iki) manat, cərimə borcu 10 (on) manat olmaqla, ümumi ödənilməmiş borc cəmi 112 manat; xx.xx.2021-cu il tarixli müqaviləyə əsasən "xxxx" MMC-dən alqı-satqı qiyməti 1627 manat olan Samsung Galaxy A72 üçün cəmi ödənilən məbləğ 1186.94 manat, ödənilməmiş əsas borc 1104.6(min bir yüz dörd manat altmış qəpik)manat, cərimə borcu 110.4(yüz on manat qırx qəpik) manat olmaqla, ümumi ödənilməmiş borc cəmi 1892 manat təşkil edir. - xx.xx.2021-ci il tarixli ödəniş cədvəlindən görünür ki, İmei kod **********60335 Xiaomi Redmi markalı telefon, aylıq ödəniş məbləği 30.80 manat; xx.xx.2021-cu il tarixli müqaviləyə olan ödəniş cədvəlindən görünür ki, Samsung galaxy A21 s markalı telefonun aylıq ödənişi 24.90 manat; xx.xx.2021-cu il tarixli müqaviləyə olan ödəniş cədvəlindən görünür ki, SAMSUNG A72 COVER un aylıq ödənişi 90.40 manat; xx.xx.2020-ci il tarixli müqaviləyə olan ödəniş cədvəlindən görünür ki, Samsung Galaxy A10 markalı telefonin aylıq ödənişi 25.5 manat; xx.xx.2021-cu il tarixli müqaviləyə olan ödəniş cədvəlindən görünür ki, Hoffman Soyuducunun aylıq ödənişi 9.6 manat təşkil edir. -"xxxx" MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, cavabdeh, müqavilənin şərtlərini pozaraq, müqavilədə göstərilən vaxt və qaydaya əməl etmədiyi üçün tərəflər arasında bağlanmış müqavilənin şərtinə uyğun olaraq əlavə peniya hesablanmışdır. Hesblanmış peniya məbləğini qısa zamanda ödəmədiyi halda aidiyyatı üzrə dövlət qurumuna müraciət olunacağı barədə xəbərdar edilmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisəyə nisyə alqı-satqı müqaviləsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin, 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2- 600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Belə ki, həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; Göründüyü kimi, Cavabdeh xx.xx.2021-ci il, xx.xx.2021-cu il tarixli, xx.xx.2021-cu il tarixli, xx.xx.2020-ci il tarixli və xx.xx.2021-cu il tarixli müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu sazişlə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da sazişin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, bu səbəbdən onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, yaranan əsas borcu və cərimə borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir; 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119, 284-5 və 284.6-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə üzrə 248.96 (iki yüz qırx səkkiz manat doxsan altı qəpik) manat ödənilməmiş hissə, 24.04 (iyirmi dörd manat dörd qəpik) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə üzrə 264.4 (iki yüz altmış dörd manat qırx qəpik) manat ödənilməmiş hissə, 24.6 (iyirmi dörd manat altmış qəpik) cərimə; xx.xx.2021-ci il tarixli müqavilə üzrə 19.2 (on doqquz manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 1.8 (bir manat səksən qəpik) manat cərimə; xx.xx.2020-ci il tarixli müqavilə üzrə 102 (bir yüz iki) manat ödənilməmiş hissə, 10 (on) manat cərimə; xx.xx.2021-cu il tarixli müqavilə üzrə 1104.6 (bir min bir yüz dörd manat altmış qəpik) manat ödənilməmiş hissə, 110.4 (bir yüz on manat qırx qəpik) manat cərimə borcuolmaqla, cəmi 1892 (bir min səkkiz yüz doxsan iki) manat borc və 38.92 (otuz səkkiz manat doxsan iki qəpik) manat ödənilmiş dövlət rüsumu "xxxx" MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada alındığı gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəfərli Nilufər

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar