Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-5716/2024 03.10.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X3 qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İmei kod **********50948 İPHONE 13 PRO MAX markalı telefon üçün 1225.80 (min iki yüz iyirmi beş manat səksən qəpik) manat ödənilməmiş hissə, 122.20 (yüz iyirmi iki manat iyirmi qəpik) manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, PALTARYUYAN LG üçün 314.32 (üç yüz on dörd manat otuz iki qəpik) manat ödənilməmiş hissə, 31.68 (otu bir manat altmış səkkiz qəpik) manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İmei kod **********37216 İPHONE 12 MİNİ markalı telefon, APPLE ADAPTER üçün 310.92 (üç yüz on manat doxsan iki qəpik) manat ödənilməmiş hissə, 31.08 (otuz bir manat səkkiz qəpik) manat cərimə, cəmi 2036 (iki min otuz altı) manat məbləğində pulun və 40,36 (qırx manat, otuz altı qəpik) manat dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələbi onunla əsaslandırmışdır ki, cavabdeh ilə, "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İmei kod **********50948 İPHONE 13 PRO MAX markalı telefon, PALTARYUYAN LG, İmei kod **********37216 İPHONE 12 MİNİ markalı telefon, APPLE ADAPTER üçün 2036 (iki min otuz altı) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 3510.60 (üç min beş yüz on manat altmış qəpik) manat (12 ay x 222.8 manat + 837 manat ilkin ödəniş) İmei kod **********50948 İPHONE 13 PRO MAX markalı telefon üçün ümumilikdə, 1348 (min üç yüz qırx səkkiz) manat olmaqla ondan, 1225.80 (min iki yüz iyirmi beş manat səksən qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 122.20 (yüz iyirmi iki manat iyirmi qəpik) manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1231.92 (min iki yüz otuz bir manat doxsan iki qəpik) manat (18 ay x 68.44 manat + 0 manat ilkin ödəniş) PALTARYUYAN LG üçün ümumilikdə, 346 (üç yüz qırx altı) olmaqla ondan, 314.32 (üç yüz on dörd manat otuz iki qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 31.68 (otu bir manat altmış səkkiz qəpik) manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2340.22 (iki min üç yüz qırx manat iyirmi iki qəpik) manat (17 ay x 137.66 manat + 0 manat ilkin ödəniş) İmei kod **********37216 İPHONE 12 MİNİ markalı telefon, APPLE ADAPTER üçün ümumilikdə, 342 (üç yüz qırx iki) manat olmaqla ondan, 310.92 (üç yüz on manat doxsan iki qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 31.08 (otuz bir manat səkkiz qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 5231.70 manat təşkil edir. Cavabdeh 16 avqust 2024-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, e-2(008)- 5716/2024 nömrəli iş üzrə sadələşdirilmiş icraat qaydasında olan işin iddia icraatına keçirilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-5716/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadına əsasən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında borcun tutulması” tələbinə dair kiçik iddia ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbinin məzmununa uyğun izahat verərək, tələbin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinin qəbul etdiyini və borcu hissə-hissə ödəməyə razı olduğunu bildirmişdir. İş materiallarında olan xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli müqavilələr və onlara əlavələrdən görünür ki, Cavabdeh "xxxx" MMC-dən qiyməti 3510.6 manat olan İmei kod **********50948 İPHONE 13 PRO MAX markalı telefonu, ayda 222,8 manat ödəmək şərti ilə 12 ay müddətinə; qiyməti 1231.92 manat olan olan PALTARYUYAN LG-ni ayda 68,44 manat ödəmək şərti ilə 18 ay müddətinə; qiyməti 2340.22 manat olan İmei kod **********37216 İPHONE 12 MİNİ markalı telefonu, APPLE ADAPTERİ ayda 137,66 manat ödəmək şərti ilə 17 ay müddətinə almışdır. "xxxx" MMC tərəfindən verilmiş 16 iyul 2024-cü il tarixli maliyyə cədvəlindən müəyyən edilir ki, cavabdehin həmin tarixədək iddiaçıya xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli müqavilələr üzrə cəmi 2036 (iki min otuz altı) manat məbləğində borcu vardır. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli bildirişin surətindən görünür ki, Cavabdeh borca görə öhdəliklərin icrasının həyata keçirməsi qanunla müəyyən olunmuş qaydada tələb olunmuşdur. Müqavilə üzrə öhdəliklərini icra etmədiyi təqdirdə qanunla müəyyən olunmuş qaydada məhkəməyə müraciyət ediləcəyi barədə xəbərdar edilmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisəyə nisyə alqı-satqı müqaviləsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin, 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata kecirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göründüyü kimi, Cavabdeh xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi lazımı qaydada icra etməmiş, iddiaçıya olan borcunu sazişlə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da sazişin şərtlərini pozduğundan, cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehlik daşımalı olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, yaranan borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462-ci maddəsinin tələbinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 1225.80 (min iki yüz iyirmi beş manat səksən qəpik) manat ödənilməmiş hissə, 122.20 (yüz iyirmi iki manat iyirmi qəpik) manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 314.32 (üç yüz on dörd manat otuz iki qəpik) manat ödənilməmiş hissə, 31.68 (otuz bir manat altmış səkkiz qəpik) manat cərimə; xx.xx.2022-ci il tarixli müqavilə üzrə 310.92 (üç yüz on manat doxsan iki qəpik) manat ödənilməmiş hissə, 31.08 (otuz bir manat səkkiz qəpik) manat cərimə, cəmi 2036 (iki min otuz altı) məbləğində pulun və 40,36 (qırx manat otuz altı qəpik) manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 1225.80 (min iki yüz iyirmi beş manat səksən qəpik) manat ödənilməmiş hissə, 122.20 (yüz iyirmi iki manat iyirmi qəpik) manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 314.32 (üç yüz on dörd manat otuz iki qəpik) manat ödənilməmiş hissə, 31.68 (otu bir manat altmış səkkiz qəpik) manat cərimə; xx.xx.2022-ci il tarixli müqavilə üzrə 310.92 (üç yüz on manat doxsan iki qəpik) manat ödənilməmiş hissə, 31.08 (otuz bir manat səkkiz qəpik) manat cərimə, cəmi 2036 (iki min otuz altı) məbləğində pulun və 40,36 (qırx manat otuz altı qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev
Məhkəmə qərarları › İş №e-2(008)-5716/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-5716/2024
03.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver