Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(008)-5754/2024 12.08.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, “Elektron məhkəmə” informasiya sistemindən əldə olunmuş məlumata əsasən İddiaçı ünvan 1 ünvanında qeydiyyatda olduğu və cavabdeh "xxxx" ASC-nin hüquqi ünvanının ünvan 2mişdir. İddia ərizəsindən göründüyü kimi İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 76 ünvanında yerləşən bağ evini 2021-ci il tarixində almış və 2023-cü ildə işıq xəttinin çəkilməsi üçün müraciət edərkən, hasara bitişik bir sayğacın olduğu qeyd edilmiş və bu elektrik sayğacı üzrə 1310.727 AZN, 10.02AZN və 115.06 AZN məbləğində borc yazılmışdır. Bu sayğac və sayğac üzrə borclar Şamxal Quliyev adlı şəxsə aid edilir. Qeyd edir ki, bu bağ evini başqa şəxsdən almış və qeyd olunan əmlakın alınması zamanı mövcud olan hər hansı elektrik sayğacı borcu ona açıqlanmamış və ya borc adına köçürülməmişdir. Bununla yanaşı sayğac üzrə elektrik xətti qoşulmamış və sayğac üzrə elektrik enerjisi istifadə edilməmiş, ümumiyyətlə bu bağ evində illərlə yaşayış olmamış və sayğac üzrə ünvan belə qeyd edilən ünvanda fərqlidir. Azərişıq ASC-nin abunə haqqında illər üzrə hesabatında da bunu aydınlıqla görmək olar. Sənəddə göstərildiyi kimi, borclar onun əmlakın sahibi olduğu dövrdən daha öncə yaranmış, ünvanda sayğac olduğu üçün yenisinin quraşdırılmasına Azərişıq ASC tərəfindən etiraz verilmişdir və bu sayğacın adına keçirilməsi üçün bütün borcların ödənilməsi tələb olunur. Göründüyü kimi elekrtik sayğacının quraşdırıldığı ev ünvan 4 ünvanında yerləşsə də, hazırda Şamxal Quliyevin adınadır. Hazırkı tərəflər arasında elektrik enerjisinin verilməsinə dair müqavilə bağlanmamış və bu hal iş materialları ilə müəyyən olunmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 35.1. Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 35.2. Hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. 36.9. İstehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, məhkəmə, hesab edir ki, iddiaçı istehlakçıdır, Binəqədi rayonunda qeydiyyatda olmaqla orda yaşayır, onunla müqavilə bağlanmamışdır. İddiaçı istehlakçı olaraq Binəqədi rayonunda yaşadığından, tərəflər arasında müqavilə bağlanmadığından, cavabdehin hüquqi ünvanı Nəsimi rayonu olduğundan, iddia ərizəsi geri qaytarılmalı və iddiaçıya hazırkı tələblə bağlı seçməsinə görə ərazi aidiyyəti üzrə Bakı Şəhəri Binəqədi Rayon və ya Nəsimi Rayon Məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.5.-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə, həmçinin Mülki Prosessual Məcəllənin 114.1.3-cü maddəsinə əsasən qeyd edir ki, ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, hazırkı iddia tələbi ilə bağlı, o, seçməsinə görə ərazi aidiyyəti üzrə Bakı Şəhəri Binəqədi Rayon və ya Nəsimi Rayon Məhkəməsinə müraciət edə bilər. İddiaçı tərəfindən ödənilmiş 34.35 manat (qəbzin nömrəsi **********) məbləğində dövlət rüsumu özünə qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şəbnur Qədirova
Məhkəmə qərarları › İş №e-2(008)-5754/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №e-2(008)-5754/2024
12.08.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver