Məhkəmə qərarları › İş №e-2(008)-5784/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-5784/2025

25.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-5784/2025 25.09.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Mirzəliyev Ruslan Əsəd oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixinə yaranmış xx.xx.2024-cü il tarixli ********* nömrəli Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 1177.50 manat əsas, 353.20 manat cərimə, cəmi 1530.70 manat borc, xx.xx.2023-cü il tarixli ********* nömrəli Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 629.90 manat əsas, 188.90 manat cərimə, cəmi 818.80 manat borc, xx.xx.2023-cü il tarixli ********* nömrəli Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 398.70 manat əsas, 119.60 manat cərimə, cəmi 518.30 manat borc, xx.xx.2024-cü il tarixli ********* nömrəli Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 1088.50 manat əsas, 326.50 manat cərimə, cəmi 1415 manat borc, xx.xx.2024-cü il tarixli ********* nömrəli Müddətli(Nisyə) alqı-satqı müqaviləsi üzrə 183.90 manat əsas, 55.10 manat cərimə, cəmi 239 manat borc, ümumilikdə beş müqavilə üzrə 3478.50 manat əsas, 1043.30 manat cərimə, 4521.80 manat cəmi borcun və 45.22 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh "xxxx" MMC ilə bağladığı xx.xx.2024cü il tarixli ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu aldığı LG markalı suyuducuya görə 24 ay ödəniş cədvəli üzrə hər ay 63 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. Cavabdeh "xxxx" MMC ilə bağladığı xx.xx.2023-cü il tarixli ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu aldığı LG markalı televizor və qazan dəstinə görə 18 ay ödəniş cədvəli üzrə hər ay 105 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. Cavabdeh "xxxx" MMC ilə bağladığı xx.xx.2023-cü il tarixli ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu aldığı LG markalı paltaryuyan, PHİLİPS markalı təraş aləti və üç ədəd mətbəx əşyasına görə 18 ay ödəniş cədvəli üzrə hər ay 84 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. Cavabdeh "xxxx" MMC ilə bağladığı xx.xx.2024-cü il tarixli ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu aldığı HP markalı noutbuk, DELONGİ markalı kofe aparatı və üç ədəd aksesuara görə 18 ay ödəniş cədvəli üzrə hər ay 122 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. Cavabdeh "xxxx" MMC ilə bağladığı xx.xx.2024-cü il tarixli ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu aldığı TAUBE markalı televizor və qol saatına görə 18 ay ödəniş cədvəli üzrə hər ay 25 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilə şərtlərini pozaraq, xx.xx.2024-cü il tarixli ********* nömrəli müqavilə üzrə sonuncu dəfə xx.xx.2025-ci il tarixində 70 manat, xx.xx.2023-cü il tarixli ********* nömrəli müqavilə üzrə isə xx.xx.2025-ci il tarixdə 1 manat, xx.xx.2023-cü il tarixli ********* nömrəli müqavilə üzrə isə xx.xx.2025-ci il tarixdə 54 manat, xx.xx.2024-cü il tarixli ********* nömrəli müqavilə üzrə isə xx.xx.2025-ci il tarixdə 122 manat, xx.xx.2024-cü il tarixli ********* nömrəli müqavilə üzrə isə xx.xx.2025-ci il tarixdə 25 manat ödəniş etmişdir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu ödəməkdən boyun qaçırır. Nisyə alqı-satqı müqaviləsinin №1 nömrəli əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1 (bir) % dərəcsəi ilə (minumum 50 qəpik) gündəlik dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Cavabdehin xx.xx.2024-cü il tarixli ********* nömrəli müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı 3532 manat təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90 %-i tərəfimizdən güzəşt edilmişdir və cavabdeh tərəfindən cərimə məbləğinin 10 %-i yəni 353,20 manat İddiaçı MMC-yə ödənilməlidir. Cavabdehin xx.xx.2023-cü il tarixli ********* nömrəli müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı 1889 manat təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90 %-i tərəfimizdən güzəşt edilmişdir və cavabdeh tərəfindən cərimə məbləğinin 10 %-i yəni 188,90 manat İddiaçı MMC-yə ödənilməlidir. Cavabdehin xx.xx.2023-cü il tarixli ********* nömrəli müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı 1196 manat təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90 %-i tərəfimizdən güzəşt edilmişdir və cavabdeh tərəfindən cərimə məbləğinin 10 %-i yəni 119,60 manat İddiaçı MMC-yə ödənilməlidir. Cavabdehin xx.xx.2024-cü il tarixli ********* nömrəli müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı 3265 manat təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90 %-i tərəfimizdən güzəşt edilmişdir və cavabdeh tərəfindən cərimə məbləğinin 10 %-i yəni 326,50 manat İddiaçı MMC-yə ödənilməlidir. Cavabdehin xx.xx.2024-cü il tarixli ********* nömrəli müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı 551 manat təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90 %-i tərəfimizdən güzəşt edilmişdir və cavabdeh tərəfindən cərimə məbləğinin 10 %-i yəni 55,10 manat İddiaçı MMC-yə ödənilməlidir. Beləliklə, cavabdehin xx.xx.2025-ci il tarixədək "xxxx"-ə olan borcu iki müqavilə üzrə 3478.50 manat əsas, 1043.30 manat cərimə, 4521.80 manat borc təşkil etmişdir. Məhkəmə tərəfindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Cavabdeh rəsmi qaydada göndərilmiş və bildirişi aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri (elektron qaydada verildikdə “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq) məhkəməyə təqdim etmək təklif edilmişdir. Göstərilən müddət ərzində Cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz və ona əlavə olunmuş sənədlər məhkəməyə daxil olmamışdır. İş materiallarını araşdırıb, iş üzrə təqdim olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edirəm ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 284-2-ci maddəsinə əsasən, kiçik iddialara dair işlərdə ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir. 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü və 284-6.1-ci maddələrinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. İş materiallarında olan Cavabdeh "xxxx" MMC ilə bağladığı xx.xx.2024-cü il tarixli ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu aldığı LG markalı suyuducuya görə 24 ay ödəniş cədvəli üzrə hər ay 63 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. Cavabdeh "xxxx" MMC ilə bağladığı xx.xx.2023-cü il tarixli ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu aldığı LG markalı televizor və qazan dəstinə görə 18 ay ödəniş cədvəli üzrə hər ay 105 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. Cavabdeh "xxxx" MMC ilə bağladığı xx.xx.2023-cü il tarixli ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu aldığı LG markalı paltaryuyan, PHİLİPS markalı təraş aləti və üç ədəd mətbəx əşyasına görə 18 ay ödəniş cədvəli üzrə hər ay 84 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. Cavabdeh "xxxx" MMC ilə bağladığı xx.xx.2024-cü il tarixli ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu aldığı HP markalı noutbuk, DELONGİ markalı kofe aparatı və üç ədəd aksesuara görə 18 ay ödəniş cədvəli üzrə hər ay 122 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. Cavabdeh "xxxx" MMC ilə bağladığı xx.xx.2024-cü il tarixli ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu aldığı TAUBE markalı televizor və qol saatına görə 18 ay ödəniş cədvəli üzrə hər ay 25 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin "xxxx" MMC-yə 3478.50 manat əsas, 1043.30 manat cərimə, 4521.80 manat məbləğində borcu vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 433.1-ci maddəsinə əsasən, borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 600.1-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilirki, tərəflər arasında müqavilədən irəli gələn öhdəlik yaranmışdır. İddiaçı tərəfindən müqavilə üzrə öhdəliklər tam olaraq yerinə yetirilmiş olmasına baxmayaraq, cavabdeh tərəfindən üzərinə düşən öhdəliklər lazımı qaydada icra olunmamışdır. Bununla da kreditor müqavilə bağlanılması zamanı nəzərdə tutulmuş ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. İddiaçı tərəf bildiriş göndərərək cavabdehdən müqavilə üzrə öhdəliyini icrasını tələb etmiş, edilmədiyi təqdirdə öhdəliyin məcburi icrası üçün məhkəməyə müraciət olunacağı barədə məlumatlandırılmışdır. Lakin bildirişin cavabdehə təqdim edildiyi tarixdən Cavabdeh tərəfindən hər hansı bir cavab verilməmişdir. Məhkəmə iddiaçı tərəfindən tələb edilən əsas borcu nəzərdən keçirib hesab edir ki, iddia tələbi bu hissədə əsaslıdır. Məhkəmə iddiaçı tərəfindən hesablanan cərimələrin cavabdeh borcuna görə tənasübsüz surətdə yüksək hesablanması qənaətinə gələrək qeyd edir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidirlər. Əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. (MM-nin 458.1-ci mad.) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının xeyrinə cəriməyə görə cavabdehdən xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 35,30 (otuz beş manat otuz qəpik) manat; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 18,80 (on səkkiz manat səksən qəpik) manat; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 11,90 (on bir manat doxsan qəpik) manat; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 32,60 (otuz iki manat altmış qəpik) manat, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 5,50 (beş manat əlli qəpik) dəbbə pulu tutulmalıdır. Qətnaməni iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəməyə təqdim olunmuş sübutlarla əsaslandırıraq hesab edirəm ki, iddia qismən təmin edilməli, Cavabdeh "xxxx" MMC-nin xeyrinə xx.xx.2024-cü il tarixli ********* nömrəli Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 1177.50 manat əsas, 35,30 manat cərimə, cəmi 1218,80 manat borc, xx.xx.2023-cü il tarixli ********* nömrəli Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 629.90 manat əsas, 18,80 manat cərimə, cəmi 648,70 manat borc, xx.xx.2023-cü il tarixli ********* nömrəli Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 398.70 manat əsas, 11,90 manat cərimə, cəmi 410,60 manat borc, xx.xx.2024-cü il tarixli ********* nömrəli Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 1088.50 manat əsas, 32,60 manat cərimə, cəmi 1121,10 manat borc, xx.xx.2024-cü il tarixli ********* nömrəli Müddətli(Nisyə) alqı-satqı müqaviləsi üzrə 183.90 manat əsas, 5,50 manat cərimə, cəmi 189,40 manat borc, ümumilikdə beş müqavilə üzrə 3478.50 manat əsas, 104,10 manat cərimə, 3582,60 manat məbləğində borc və 45.22 (qırx beş manat iyirmi iki qəpik) manat dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1%-i məbləğində dövlət rüsumu tutulur. Göstərilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216- 220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə xx.xx.2024-cü il tarixli ********* nömrəli Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 1177.50 (bir min yüz yetmiş yeddi manat əlli qəpik) manat əsas, 35,30 (otuz beş manat otuz qəpik) manat cərimə, cəmi 1218,80 (bir min iki yüz on səkkiz manat səksən qəpik) manat borc, xx.xx.2023-cü il tarixli ********* nömrəli Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 629.90 (altı yüz iyirmi doqquz manat doxsan qəpik) manat əsas, 18,80 (on səkkiz manat səksən qəpik) manat cərimə, cəmi 648,70 (altı yüz qırx səkkiz manat yetmiş qəpik) manat borc, xx.xx.2023-cü il tarixli ********* nömrəli Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 398.70 (üç yüz doxsan səkkiz manat yetmiş qəpik) manat əsas, 11,90 (on bir manat doxsan qəpik) manat cərimə, cəmi 410,60 (dörd yüz on manat altmış qəpik) manat borc, xx.xx.2024-cü il tarixli ********* nömrəli Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 1088.50 (bir min səksən səkkiz manat əlli qəpik) manat əsas, 32,60 (otuz iki manat altmış qəpik) manat cərimə, cəmi 1121,10 (bir min yüz iyirmi bir manat on qəpik) manat borc, xx.xx.2024-cü il tarixli ********* nömrəli Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 183.90 (bir yüz səksən üç manat doxsan qəpik) manat əsas, 5,50 (beş manat əlli qəpik) manat cərimə, cəmi 189,40 (bir yüz səksən doqquz manat qırx qəpik) manat borc, ümumilikdə beş müqavilə üzrə 3478.50 (üç min dörd yüz yetmiş səkkiz manat əlli qəpik) manat əsas, 104,10 (bir yüz dörd manat on qəpik) manat cərimə, 3582,60 (üç min beş yüz səksən iki manat altmış qəpik) manat məbləğində borc və 45.22 (qırx beş manat iyirmi iki qəpik) manat ödənilmiş dövlət rüsumu tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar