Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-579/2024 16.01.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh X4 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sabunçu Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC cavabdeh X4 qarşı «pul tələbinə» dair iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən X11, Mouse, Acer kompüter, Sleeve kompüter çantası üçün 2960.36 (iki min doqquz yüz altmış manat otuz altı qəpik) manat ödənilməmiş hissə, 918.64 (doqquz yüz on səkkiz manat altmış dörd qəpik) manat dəbbə; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, LG LED TV üçün, 1050 (bir min əlli) manat ödənilməmiş hissə, 315 (üç yüz on beş) manat dəbbə, xx.xx.2022-ci ci il tarixli müqaviləsinə əsasən ətçəkən Panasonic, Mikser Kenwood, Termopot Panasonic, Çaynik Hoffmann üçün 558.6 (beş yüz əlli səkkiz manat altmış qəpik) manat ödənilməmiş hissə, 167.4 (yüz altmış yeddi manat qırx qəpik) manat dəbbə; xx.xx.2021-ci ci il tarixli müqaviləsinə əsasən İmei kod **********21347 XİAOMİ POCO M3 markalı telefon üçün 292.31 (iki yüz doxsan iki manat otuz bir qəpik) manat ödənilməmiş hissə, 86.49 (səksən altı manat qırx doqquz qəpik) manat dəbbə; xx.xx.2021-ci ci il tarixli müqaviləsinə əsasən İmei kod **********25039 X10 9 PRO markalı telefon üçün 215.38 (iki yüz on beş manat otuz səkkiz qəpik) manat ödənilməmiş hissə, 64.82 (altmış dörd manat səksən iki qəpik) manat dəbbə pullu ümumilikdə 6629 manat borc, 86.29 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, X11, Mouse, ACER kompüter, SLEEVE kompüter çantası, LG LED TV, Ətçəkən Panasonic, Mikser Kenwood, Termopot Panasonic, Çaynik Hoffmann, İmei kod **********21347 Xıaomı Poco M3 markalı telefon, İmei kod **********25039 X9 9 Pro markalı telefon almış və nəticədə 6629 (altı min altı yüz iyirmi doqquz) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 3860.36 (üç min səkkiz yüz altmış manat otuz altı qəpik) manat (9 ay x 340.04 manat + 800 manat ilkin ödəniş) olan X11, MOUSE, ACER kompüter, SLEEVE kompüter çantası üçün ümumilikdə, 3879 (üç min səkkiz yüz yetmiş doqquz) manat olmaqla ondan, 2960.36 (iki min doqquz yüz altmış manat otuz altı qəpik) manat ödənilməmiş hissə, 918.64 (doqquz yüz on səkkiz manat altmış dörd qəpik) manat dəbbə; cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1050 (bir min əlli) manat (3 ay x 350 manat + 0 manat ilkin ödəniş) olan LG LED TV üçün ümumilikdə, 1365 (bir min üç yüz altmış beş) manat olmaqla ondan, 1050 (bir min əlli) manat ödənilməmiş hissə, 315 (üç yüz on beş) manat dəbbə; cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 958.6 (doqquz yüz dili səkkiz manat altmış qəpik) manat (6 ay x 93.1 manat + 400 manat ilkin ödəniş) olan Ətçəkən Panasonic, Mikser Kenwood, Termopot Panasonic, Çaynik Hoffmann üçün ümumilikdə, 726 (yeddi yüz iyirmi altı) manat olmaqla ondan, 558.6 (beş yüz əlli səkkiz manat altmış qəpik) manat ödənilməmiş hissə, 167.4 (yüz altmış yeddi manat qırx qəpik) manat dəbbə; cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 440.04 (dörd yüz qırx manat dörd qəpik) manat (12 ay x 36.67 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********21347 XİAOMİ POCO M3 markalı telefon üçün ümumilikdə 378.8 (üç yüz yemiş səkkiz manat səksən qəpik) manat olmaqla ondan, 292.31 (iki yüz doxsan iki manat otuz bir qəpik) manat ödənilməmiş hissə, 86.49 (səksən altı manat qırx doqquz qəpik) manat dəbbə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 873.6 (səkkiz yüz yetmiş üç manat altmış qəpik) manat (12 ay x 72.8 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********25039 X10 9 PRO markalı telefon üçün ümumilikdə 280.2 (iki yüz səksən manat iyirmi qəpik) manat olmaqla ondan, 215.38 (iki yüz on beş manat otuz səkkiz qəpik) manat ödənilməmiş hissə, 64.82 (alltmış dörd manat səksən iki qəpik) manat dəbbə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2105.95 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdiyi xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələbinin əsaslığını və əmlakın dəyərini sübut sənədlər: tərəflər arasında bağlanılmış müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhviltəslim aktı və ödəniş cədvəlindən ibarətdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia tələbinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmış cavabdeh X5 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli müqavilənin surətindən müəyyən olunur ki, X5 "xxxx" MMC-dən X11, Mouse, ACER komputer, Sleeve kompüter almış, onların dəyərini hissə-hissə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. -xx.xx.2022-ci il tarixli müqavilənin surətindən müəyyən olunur ki, X5 "xxxx" MMCdən LG LED TV almış, onun dəyərini hissə-hissə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. -xx.xx.2022-ci il tarixli müqavilənin surətindən müəyyən olunur ki, X5 "xxxx" MMCdən ətçəkən Panasonic, Mikser, Kenwood, Termopot Panasonic, Çaynik Hoffman almış, onun dəyərini hissə-hissə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. -xx.xx.2021-ci il tarixli müqavilənin surətindən müəyyən olunur ki, X5 "xxxx" MMCdən Xiaomi Poco M3 markalı telefon almış, onun dəyərini hissə-hissə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. -xx.xx.2021-ci il tarixli müqavilənin surətindən müəyyən olunur ki, X5 "xxxx" MMCdən X10 9 Pro telefon almış, onun dəyərini hissə-hissə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. -"xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli maliyyə cədvəlindən müəyyən edilir ki, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən X5 "xxxx" MMC-dən alqısatqı qiyməti 3860.36 manat olan X11, Mouse, ACER kompüter, SEELVE komputer çantası üçün ödənilməmiş əsas borcu 2960.36 manat, dəbbə borcu 918.64 manat olmaqla, ümumi ödənilməmiş borcu 3879 manat, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən X5 "xxxx" MMC-dən alqı-satqı qiyməti 1050 manat olan LG LED TV üçün ödənilməmiş əsas borcu 1050 manat, dəbbə borcu 315 manat olmaqla, ümumi ödənilməmiş borcu 1365 manat, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən X5 "xxxx" MMC-dən alqı-satqı qiyməti 958.6 manat olan Ətçəkən Panasonic, Mikser Kenwood, Termopot Panasonic, Çaynik Hoffman üçün ödənilməmiş əsas borcu 558.6 manat, dəbbə borcu 167.4 manat olmaqla, ümumi ödənilməmiş borcu 728 manat, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən X5 "xxxx" MMC-dən alqı-satqı qiyməti 440.04 manat olan Xiaomi Poco üçün ödənilməmiş əsas borcu 292.31 manat, dəbbə borcu 86.49 manat olmaqla, ümumi ödənilməmiş borcu 378.8 manat, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən X5 "xxxx" MMC-dən alqı-satqı qiyməti 873.6 manat olan X8 9 Pro üçün ödənilməmiş əsas borcu 873.6 manat, dəbbə borcu 215.38 manat olmaqla, ümumi ödənilməmiş borcu 64.82 manat, ümumi ödənilməmiş borcu 280.2 manat, ümumilikdə 6629 manat təşkil edir; - "xxxx" MMC-dən tərəfindən X4 ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, cavabdeh müqavilənin şərtlərini pozaraq, müqavilədə göstərilən vaxt və qaydaya əməl etmədiyi üçün tərəflər arasında bağlanmış müqavilənin şərtinə uyğun olaraq əlavə peniya hesablanmışdır. Hesablanmış peniya məbləğini qısa zamanda ödəmədiyi halda aidiyyatı üzrə dövlət qurumuna müraciət olunacağı barədə xəbərdar edilmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisəyə nisyə alqı-satqı müqaviləsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin, 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata kecirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göründüyü kimi, cavabdeh X5 xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu sazişlə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da sazişin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, bu səbəbdən onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, yaranan borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsas borca münasibətdə təmin edilməli, cavabdeh X2 ödənilməmiş hissə tam tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462-ci maddəsinin tələbinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə işin hallarını nəzərə alaraq, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 100 manat məbləğində dəbbə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 50 manat, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 50 manat, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 20 manat, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 20 manat tutulmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yəni iddia tələbi qismən təmin olduğu halda hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 86.29 manat dövlət rüsumunun əvəzi qismən, yəni 73,17 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-1, 284-5, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh X2 xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, X11, Mouse, Acer kompüter, Sleeve kompüter çantası üçün 2960.36 (iki min doqquz yüz altmış manat otuz altı qəpik) manat ödənilməmiş hissə, 100 (yüz) manat dəbbə pulu; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, LG LED TV üçün 1050 (bir min əlli) manat ödənilməmiş hissə, 50 (əlli) manat dəbbə pulu, xx.xx.2022-ci ci il tarixli müqaviləsinə əsasən, Ətçəkən Panasonic, Mikser Kenwood, Termopot Panasonic, Çaynik Hoffmann üçün 558.6 (beş yüz əlli səkkiz manat altmış qəpik) manat ödənilməmiş hissə, 50 (əlli) manat dəbbə pulu; xx.xx.2021-ci ci il tarixli müqaviləsinə əsasən, İmei kod **********21347 XİAOMİ POCO M3 markalı telefon üçün 292.31 (iki yüz doxsan iki manat otuz bir qəpik) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat dəbbə pulu; xx.xx.2021-ci ci il tarixli müqaviləsinə əsasən, İmei kod **********25039 X10 9 PRO markalı telefon üçün 215.38 (iki yüz on beş manat otuz səkkiz qəpik) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat dəbbə pulu olmaqla ümumilikdə 5316.65 (beş min üç yüz on altı manat altmış beş qəpik) manat pul və 73.17 (yetmiş üç manat on yeddi qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq “ABC TELECOM" Məhdud Məsıılivyəili Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №e-2(008)-579/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-579/2024
16.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver