Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-592/2024 16.02.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 5.000 (beş min) manat pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı 2017-ci ildən etibarən "xxxx" MMC ("xxxx" MMC) ilə bağlanılmış müqavilə əsasında ünvan 1 ünvanında yerləşən Bakıxanov Filialının rəhbəri kimi fəaliyyət göstərir. Onun əri X6 da onunla birlikdə həmin ofisdə çalışır. O, əsasən kosmetika, parfumeriya, təmizləyici vasitələr və sair malların satışı və çatdırılması ilə məşğul olur. Bununla yanaşı o, bir müddət onlayn şəkildə vatsap şəbəkəsi vasitəsi ilə yalnız tanıdığı adamlara hissə-hissə ödəmək şərtilə nisyə qızıl-zinət əşyalarının satışı da həyata keçirmişdir. İddiaçı cavabdehi 2011-ci ildən etibarən qonşu kimi tanıyır. Belə ki, iddiaçının əri Sədi Muradov ilə Cavabdeh əri Teymur bir-birlərini 1995-ci ildən etibarən tanımışlar. İddiaçı 2011-ci ildə S.Muradovla ailə qurduqdan sonra cavabdehi qonşu kimi və qadın salonu işlədən Firuzə adı ilə tanımağa başlamış və aralarında normal münasibətlər olmuşdur. Cavabdehi ümumiyyətlə hamı Firuzə adı ilə tanımış və çağırmışdır. Sonradan iddiaçı firmaya üzv yazılarkən onun həqiqi adının Hürzət olduğunu bilmişdir. İddiaçı əvvəllər tanıdığı bir neçə şəxslə ‘‘lotoreya", yəni iştirak edən üzvlərdən hər ay biri yığılan pulları götürmək şərtilə oyun oynamışdır. O, cavabdehin xahişi ilə onu da oynadığı lotoreya oyununa daxil elmiş və cavabdehin iştirakı ilə cəmi üç dəfə lotoreya oynamışlar. Cavabdeh əvvəllər vaxtlı-vaxtında lotoreya ödənişini vermiş və lotoreyadan ona çatacaq pulu götürmüşdür. Cavabdeh 2021-ci ilin oktyabr ayında iddiaçıya evdəki qızılları lombarda girov qoyduğunu və bunu ərindən xəbərsiz etdiyini bildirib, ailəsində problem yaşanmaması üçün müəyyən qızıl-zinət əşyaları hissə-hissə ödəmək şərli ilə ona nisyə verməsini xahiş etmişdir. İddiaçı da cavabdehi uzun illər tandığı və onu etibar etdiyi üçün qızılları 3 ay müddətinə ödəmək şərtilə verməyə razılaşmışdır. Belə ki, cavabdeh iddiaçıdan birinci dəfə xx.xx.2021-ci il tarixində ümumi dəyəri 3.575 manat olan bir ədəd 750 əyyarlı 10.95 qramlıq boyunbağı (foto 1), bir ədəd 750 əyyarlı 12.02 qramlıq boyunbağı (foto 2), bir ədəd 750 əyyarlı 6.45 qramlqıq boyunbağı (foto 3), bir cüt 750 əyyarlı 7.05 qramlıq sırğa (foto), daha sonra xx.xx.2021-ci il tarixində isə ümumi dəyəri 2449 manat olan bir dəst “Ayətəl-kürsi” yazısı olan 585 əyyarlı 3.7 qramlıq boyunbağı və 2.15 qramlıq bilərzik (foto 5,6), bir ədəd 585 əyyarılı 4.7 qramlıq üzük (foto 7), bir ədəd 585 əyyarlı 7.58 qramlıq üzük (foto 8), iki ədəd 585 əyyarlı 8.67 qramlıq və 2.02 qramlıq boyunbağı (foto 9, 10) ümumilikdə 6000 manat dəyərində qızıl-zinət əşyalarını götürmüşdür. Cavabdeh üç ay ərzində iddiaçıya heç bir ödəniş etməmişdir. İddiaçı cavabdehdən pulunun ödənilməsini tələb etdikdə o, ailəsində narazılığın olduğunu, əvvəlki kimi pul qazanmadığını, ona görə borcunu verə bilmədiyini deyib, götürdüyü qızılların pulunu qaytara bilməsi üçün onu da lotoreyaya qoşmağını xahiş etmişdir. İddiaçı da 2022ci ilin yanvar ayında cavabdehi ona olan borcunu qaytarması üçün 10 nəfərin iştirak etdiyi və aylıq 500 manatdan oynadıqları lotoreyaya qoşmuşdur. Cavabdeh üçüncü ayda pulu götürüb iddiaçıya verməli idi. Lakin bir müddət sonra bir neçə dəfə müxtəlif şəxslər iddiaçının ofisinə gələrək cavabdehin onlara borcunun olduğunu, onlara lotoreya oynadığını və lotoreyadan götürəcəyi pulla onların borcunu qaytaracağını bildirdiyini söyləmiş, ona görə də iddiaçı ilə həmin vaxt oynadıqları lotoreyadan cavabdehə çatacaq pulun onlara verilməsini istəmişlər. İddiaçı isə onlara cavabdehin ona da borclu olduğunu və məhz onun borcunu vermək üçün həmin lotoreyanı oynadığını bildirmişdir. Bundan sonra iddiaçı cavabdehin onu yenə aldatdığına, çox adama borclu olduğuna, həmin lotoreyadan götürəcəyi pulu iddiaçıya verməyəcəyinə və üçüncü ayın pulunu götürdükdən sonra qalan iştirakçıların pulunu da verə bilməyəcəyinə əmin olmuşdur. Ona görə iddiaçı cavabdehlə görüşüb bu barədə onunla danışdıqda, o, etiraf edərək əslində niyyətinin həmin lotoreyadan əldə edəcəyi pul ilə başqalarına olan borcunu ödəmək olduğunu, daha sonra isə guya iddiaçının borcunu ödəyəcəyini bildirsə də, iddiaçı buna etiraz edərək cavabdehlə daha lotoreya oynamayacağını ona bildirmişdir. Onlar ödənilmiş əvvəlki iki ayın lotoreya pulunu (1000 manat) cavabdehin borcundan çıxmağı, yerdə qalan 5.000 manat borcun isə cavabdeh tərəfindən 2022-ci ilin mart ayına kimi qaytarılmağına razılaşmışlar. Cavabdeh borcu tez vaxtda ödəyəcəyinə söz verməyinə baxmayaraq, müxtəlif bəhanələrlə pulu verməkdən yayınmışdır. Bütün bunları təsdiq edəcək şahidlər və digər sübutlar da mövcuddur. Hətta iddiaçı və onun əri Sədi cavabdehin əri Teymurla bu barədə dəfələrlə danışmış, Teymur isə arvadının bu borcundan xəbərsiz olduğunu, onları aldatdığını, arvadının əvəzinə pul ödəməyəcəyini bildirib, polisə şikayət etməyi məsləhət görmüşdür. Bundan sonra iddiaçı Sabunçu rayon Polis İdarəsinə şikayət etmişdir. Sabunçu RPİ-nin İstintaq Şöbəsində araşdırma zamanı cavabdeh ilkin izahatında həqiqətən iddiaçıdan nisyə müxtəlif qızıl-zinət əşyaları götürdüyünü, müəyyən məbləği ödəsə də qalan borcu ödəyə bilmədiyini etiraf etmişdir. İstintaq Şöbəsinin 30 iyul 2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı əsasında cinayət işinin başlanması rədd edilmiş, iddiaçıya mülki qaydada məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmiş və əlavə olaraq bildirmişdir ki, cavabdeh borcunun tam ödənilməsini qeyd etsə də, ödədiyini məbləğin borc məbləğinə mütənasib olmadığını, bu səbəbdən də cavadehin izahatının həqiqətə uyğun olmadığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək ona verilən suallara cavab olaraq bildirmişdir ki, onun ilə Məmmədova Hürzat arasında bir neçə dəfə lotariya oyunu oynamışlar. Əvvəlki ödənişlərin heç birində problem yaranmadığı üçün o cavabdehə etibar etmişdir. Cavabdeh ona öz qızıl əşyalarını lombartdan götürməli olduğunu bildirmişdir, lakin pulu olmadığından onun satdığı əşyaların dəyərini ödəyəcəyi sözü verərək, onua məxsus olan qızılları götürərək lombarta qoymuşdur ki, pulu götürərək öz qızıllarını lombartdan götürsün ki, evində söz-söhbət olmasın. Belə ki, cavabdehin ona bildirdiyiniə görə o, öz qızıllarını ərindən xəbərsiz lombarta qoymuşdur. Daha sonra cavbdeh pulu ödəmədiyindən ondan xahiş etmişdir ki, lotariya oynasınlarki, lotariyadan gələn pulu o özü götürsün və beləcə Məmmədova Hürzatın ona olan 6000 manat borcu bağlasın. Beləliklə, o ilk iki ayın pulunu yəni 1000 manatı götürmüşdür. Daha sonra başqabaşqa adamlar onun mağazasına gələrək Hürzatın ona borcu olduğunu bildirmiş, lotariyadan gələn pulu onalara verilməsini tələb etdikdə artıq o qorxmuşdur ki, üçüncü ay cavabdehin pul götürmə vaxtıdır, o pulu götürdükdən sonra digər ayları ödəməyəcəkdir. Buna görədə o cavabdehin oyundan çıxartmışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, o iddiaçı ilə bir neçə dəfə lotariya oynamışdır. İddiaçının ona lotariyadan 500 manat, 800 manat və 1000 manat borcu olmuşdur. O öz borcunu qaytarmaq üçün onu böyük sunmalı, aylıq 500 manatlıq lotariyaya qoşmuşdur. İlk iki ayın pulunu iddiaçı onun yerinə özü qoymuşdur ki, ona olan 1000 manat borcunu ödəsin. Lakin sonradan bildirmişdir ki, yoldaşı lotariya oynamağa qoymadığından onu lotariyadan kənarlaşdırmışdır. Onlar arasında qzıllar ilə bağlı mübahisə olmuşdur. Belə ki, iddiaçı ona üç dəfə 12, 12 və 8 qramlıq qızıl vermişdir ki, ona olan borcunu qızıllı bağlasın. Qızılları harada satmaq lazım olduğunu da ona elə iddiaçı bildirmişdir. Onlar arasında qızılın qramını 70 manat ilə razılaşmışlar. Sonra qızılı iddiaçının məsləhət bildiyi yerdə satmışdır. Qızılın qramını orada 50 manata satmışdır. Təxminən o qızılın satışından 2400 manat pul əldə etmişdir. Həmin puldan 350 manat, 350 manat və 250 manat iddiaçıya pul qaytarmışdır. Onun pulla bağlı olan borcunun və onun iddiaçıya qaytardığı pullar arasında olan qarışığlıq məhz onun riyazi savadsızlığından baş vermişdir. O hesab edir ki, artıq iddiaçının ona borcu qalmamışdır. Qalsa belə 50 və ya 100 manat ola bilər. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək iddiaya etiraz ərizəsinə uyğun izahat verərək, cavabdehin riyazi savadının olmaması səbəbindən hesablamaları yanlış dediyini, iddiaçının ona borcu olduğunu, onun cavabdehə borcu olmadığını bildirmişdir. Qızıllarda məhz cavabdehə iddiaçının ona olan borcunun bağlanması səbəbindən verilmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixində iddia ərizəsinə etiraz yazaraq bildirmişdir ki, “İddiaçı cavabdehi 2011-ci ildən etibarən qonşu kimi tanıyır. Belə ki, iddiaçının əri Sədi Muradov ilə Cavabdeh əri Teymur bir-birlərini 1995-ci ildən etibarən tanımışlar. İddiaçı 2011ci ildə S.Muradovla ailə qurduqdan sonra cavabdehi qonşu kimi və qadın salonu işlədən Firuzə adı ilə tanımağa başlamış və aralarında normal münasibətlər olmuşdur. Cavabdehi ümumiyyətlə hamı Firuzə adı ilə tanımış və çağırmışdır. Sonradan iddiaçı firmaya üzv yazılarkən onun həqiqi adının Hürzət olduğunu bilmişdir. İddiaçı əvvəllər tanıdığı bir neçə şəxslə “lotoreya”, yəni iştirak edən üzvlərdən hər ay biri yığılan pulları götürmək şərtilə oyun oynamışdır. O, cavabdehin xahişi ilə onu da oynadığı lotoreya oyununa daxil etmiş və cavabdehin iştirakı ilə cəmi üç dəfə lotoreya oynamışlar. Cavabdeh əvvəllər vaxtlı-vaxtında lotoreya ödənişini vermiş və lotoreyadan ona çatacaq pulu götürmüşdür. Cavabdeh 2021-ci ilin oktyabr ayında iddiaçıya evdəki qızıllarını lombarda girov qoyduğunu və bunu ərindən xəbərsiz etdiyini bildirib, ailəsində problem yaşanmaması üçün müəyyən qızıl-zinət əşyalarını hissə-hissə ödəmək şərti ilə ona nisyə verməsini xahiş etmişdir. İddiaçı da cavabdehi uzun illər tandığı və ona etibar etdiyi üçün qızılları 3 ay müddətinə ödəmək şərtilə verməyə razılaşmışdır. Belə ki, cavabdeh iddiaçıdan birinci dəfə xx.xx.2021-ci il tarixində ümumi dəyəri 3.575 manat olan bir ədəd 750 əyyarlı 10,95 qramlıq boyunbağı (foto 1), bir ədəd 750 əyyarlı 12,02 qramlıq boyunbağı (foto 2), bir ədəd 750 əyyarlı 6,45 qramlıq boyunbağı (foto 3), bir cüt 750 əyyarlı 7,05 qramlıq sırğa (foto 4), daha sonra xx.xx.2021-ci il tarixində isə ümumi dəyəri 2.449 manat olan bir dəst “Ayətəl-kürsi” yazısı olan 585 əyyarlı 3,7 qramlıq boyunbağı və 2,15 qramlıq bilərzik (foto 5, 6), bir ədəd 585 əyyarlı 4,7 qramlıq üzük (foto 7), bir ədəd 585 əyyarlı 7,58 qramlıq üzük (foto 8), ikiədəd 585 əyyarlı 8,67 qramlıq və 2,02 qramlıq boyunbağı (foto 9,10), ümumilikdə 6.000 manat dəyərində qızılzinət əşyaları götürmüşdür. ” və sair. Yəni iddiaçı qeyd edir ki, cavabdehi uzun illərdir, 2011ci ildən etibarən tanıyır. Müvəkkili Cavabdeh bildirdiyinə görə iddiaçı yalan deyir. Onunla görüşü 2018-ci ildə təsadüfən Faberlik kosmetikası aldığı zaman mağazada baş vermiş, söhbət əsnasında qonşu olduqları üzə çıxmışdır. Onunla hər-hansı qızıl alveri olmamışdır və bildiyinə görə Zülfiyyə heç qızıl - zərgərlik işi ilə ümumiyyətlə məşğul olmamışdır. İşlətdiyi mağazada yalnız kosmetika satılır. Digər bir tərəfdən qeyd edilməlidir ki, iddiaçının özünün də bildirdiyi kimi cavabdehlə “lotoreya”, yəni iştirak edən üzvlərdən hər ay birinin yığılan pulları götürmək şərtilə oyun oynamışdır. Bu fakt Sabunçu RPİ İstintaq Şöbəsinin müstəntiqi Musa Məmmədovun “Cinayət İşinin başlanmasının rədd edilməsi haqqında” 31 iyul 2023-cü il tarixli Qərarında da öz əksini tapmışdır. Qərarda da göstərilənlərdən də məlum olur ki iddiaçı ilə cavabdeh 2021-ci ilin may ayından 350 manatdan (7 nəfər) aylıq lotoreya oynamağa başlamışlar. İş üzrə Cavabdeh avqust, sentyabr və oktyabr ayının pulunu cəmi- 1050 manat (özü daxil) götürməli idi. Əlavə olaraq Zülfiyyə ilə 2021-ci ilin avqust ayından 15 günlük 100 manatdan, 1 həftəlik 50 manatdan 2 yerə lotoreya oynamışdır və Zülfiyyənin ona köhnə lotoreyalardan 800 və 500 manat verəcəyi olmuşdur. Qərarda da göstərilir ki Zülfiyyə lotoreyaya qoşduğu digər şəxslərin də pulunu 2021-ci ci ilin sentyabr ayından sonra gecikdirməyə başlamışdır. Cavabdeh hesab edir ki Zülifiyyə avqust ayında Türkiyə Respublikasına istirahətə getdiyindən görünür orada xeyli miqdar xərcə düşmüşdür. Zülfiyyə ona çatacaq avqust, sentyabr aylarının pulunu verməyib onu aylıq 500 manatdan lotoreyaya qoşacağına vəd verib əvvəlki alacağı lotoreya pullarını da onun aylıq ödənişinə hesablamış və o lotoreya pulunu 2021-ci ilin oktyabr ayının 28-də verəcəyini vəd etmişdir. Lakin 2021-ci ilin oktyabr ayının əvvəlində Zülfiyə Cavabdeh kimi qoyulmuş Hürzətə bildirmişdir ki, lotoreya dayanıb və əvəzində ona qızıl-zinət əşyalarından sırğa, üzük, qolbaq, boyunbağını üç dəfəyə hissə-hissə vermişdir. Hansısa səbəbdən iddiaçı bütün bunları əri Sədidən gizlətmiş, əri mağazaya daxil olduğu anda guya özünü kosmetika satırmış kimi göstərmişdir. Faktlardan da göründüyü kimi iddiaçı özü Cavabdeh riyazi savadsızlığından istifadə edib aldatmış və pullarını mənimsəmişdir. İddiaçının özünün də bildirdiyi kimi lotoreyaya Cavabdeh o qoşmuşdur. Lotoreya pulları iddiaçıda yığılmışdır. İddia ərizəsində qeyd edilir ki, “İddiaçı da 2022-ci ilin yanvar ayında cavabdehi ona olan borcunu qaytarması üçün 10 nəfərin iştirak etdiyi və aylıq 500 manatdan oynadıqları lotoreyaya qoşmuşdur.” Ərizənin mürəkkəb məğzinə aydınlıq gətirəndə belə çıxır ki, iddiaçı lotoreyanın pulunu cavabdehin verməyəcəyindən ehtiyat eliyib ona yekun yığılmış məbləği verməmişdir. Yaxşı əgər qızıllara görə cavabdehin ona borcu var idisə nəyə görə ümumi məbləği 5000 manat edən yekun pulu özü borcun əvəzinə götürməmiş (lotoreya yığanın iddiaçının özü olduğu nəzərə alınmalıdır), həmçinin hansı səbəbdən vaxtlı-vaxtında ödəniş edən adamın lotoreyasını dayandırmışdır anlaşılmır. İddiaçı etiraf edir ki, Cavabdeh 1000 manatını vermişdir. Qeyd edilən səbəblərdən cinayət işinin başlanılması rədd edilmişdir. Qarşı tərəf heç bir tutarlı əsas və sübut gətirmədən müvəkkilini cinayət əməli törətməkdə ittiham etmiş və sonra isə belə əsassız bir iddia irəli sürmüşdür. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, qərarın təsviri hissəsində göstərilənələrə əsasən X5 barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cavabdeh ilkin izahat verərək bildirmişdir ki, o, İddiaçı qonşu kimi tanıyırmış və sonradan 2018-ci ildən etibarən onun icarə əsasında işlətdiyi “Faberlic” şirkətinin Bakıxanov filialından kosmetika malları alırmış. Həmin ərəfədə Zülfiyyə ilə yaxın münasibətləri yaranmışdır, onunla müxtəlif məbləğlərdə lotoreya oynamışdır. O, bacısı Elyanura xəstə olduğundan, o özünə məxsus qızıl-zinət əşyalarını da lombarda qoymuşdur. Həmin lombarda qoyduğu qızılları çıxartmaq üçün lotoreya oynamışlar. O, lotoreyaya qoşduğu şəxslərin də pulunu Zülfiyyə 2021-ci ilin oktyabr ayından sonra gecikdirməyə başlamışdır, sonra isə Zülfiyyə şirkət tərəfindən Türkiyəyə göndərilmişdir. O, bir müddət sonra Zülfiyyədən lotoreyanı tələb etdikdə bunun əvəzində Zülfiyyə ona satdığı qızıl-zinət əşyalarından sırğa, üzük, qolbaq, boyunbağını hissə-hissə vermişdir ki, getsin lotoreya oynayanlara versin və öz pulunu da götürsün. O, İddiaçı lotoreya oynayıb ödəmək şərti ilə 2021 -ci ilin əvvəlində birinci dəfə təxminən 12 qramlıq, ikinci dəfə 12 qramlıq və sonuncu dəfə 8 qramlıq qızıl-zinət əşyaları, qızıl sep, sırğalar, “Ayətəl-kürsi” yazısı olan sep, qızıl üzükləri 5000 manatlıq nisyə alaraq Bakıxanov qəsəbəsində başqa qızıl-zinət alış verişi ilə məşğul olan dükana satmış və ilkin ödəniş olaraq 350 manat, 350 manat və sonda 250 manat Zülfiyyəyə pul ödəmişdir. Lakin, onun lotoreya pulunu Zülfiyyə vermədiyi üçün qalan pulu ödəyə bilməmişdir, çünki, Zülfiyyə ona köhnə lotoreyadan 800 manat, digər lotoreyadan 500 manat, 1000 manat isə sonuncu lotoreyadan ona ödəməli imiş. xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cavabdeh yenidən izahat verərək bildirmişdir ki, o, İddiaçı qonşu kimi tanıdıqdan sonra 2018-ci ildən etibarən onun icarə əsasında işlətdiyi “Faberlic” şirkətinin Bakıxanov filialından kosmetika malları alırmış. Həmin ərəfədə Zülfiyyə ilə yaxın münasibətləri yaranmış, onunla 2021-ci ilin may ayından 350 manatdan aylıq lotoreya oynamağa başlamışlar, o avqust və sentyabr aylarının və oktyabr ayının pulunu 1050 manat almalı imiş, bundan başqa, Zülfiyyə ilə 2021 -ci ilin avqust ayından 15 günlük 100 manatdan, 1 həftəlik 50 manatdan 2 yerə lotoreya oynamışdır və Zülfiyyənin ona köhnə lotoreyalardan 800 və 500 manat verəcəyi olmuşdur. Onun bacısı Elyanura xəstə olduğundan o özünə məxsus qızıl-zinət əşyalarını da lombarda qoymuşdur. Həmin lombarda qoyduğu qızılları çıxartmaq üçün lotoreya oynamışdır. O lotoreyaya qoşduğu şəxslərin də pulunu Zülfiyyə 2021-ci ilin sentyabr ayından sonra gecikdirməyə başlamışdır. Zülfiyyə onu aylıq 500 manatdan lotoreyaya qoşacağına vəd verib əvvəlki alacağı lotoreya pullarını da onun aylıq ödənişinə hesablamış və o lotoreya pulunu 2021-ci ilin oktyabr ayının 28-də götürməli imiş. Lakin 2021-ci ilin oktyabr ayının əvvəlində Zülfiyə ona bildirmişdir ki, lotoreya dayanıb və əvəzində ona satdığı qızıl-zinət əşyalarından sırğa, üzük, qolbaq, boyunbağını hissə- hissə vermişdir. Belə ki, onun lotoreya oynamağına görə Zülfiyyədən ümumilikdə 2350 manat verəcəyi olmuş və İddiaçı ona qızılları verəndə özü xahiş etmişdir ki, qızıl-zinət əşyalarının 350 manat ilkin ödənişini ona versin, qalan pulu isə öz lotoreya pullarına hesablasın və ona borcu bağlansın. İddiaçı ilə lotoreya oynamış, lakin o ona lotoreya pullarını ödəyə bilmədiyi üçün əvəzində 2021-ci ilin oktyabr ayının əvvəlində birinci dəfə təxminən 12 qramlıq, ikinci dəfə 12 qramlıq və sonuncu dəfə 8 qramlıq qızıl-zinət əşyaları: qızıl sep, sırğalar, “Ayətəlkürsi” yazısı olan sep, qızıl üzükləri satmaq üçün vermişdir və o qızıl-zinət əşyalarını Zülfiyyənin yönəltməsi ilə onun iş yerinin yanında Bakıxanov qəsəbəsində qızıl dükanına hər qramı lom qiymətinə satıb 12 qramlıq qızıllara görə iki dəfə 350 manat, 8 qramlıq qızılları isə satanda Zülfiyyəyə 250 manat ilkin ödənişləri etmişdir, qızıl satışından qalan puldan öz 2350 manat puluna hesablayıb verdiyi pulu götürmüşdür. İlkin izahatında 5000 manat dəyərində İddiaçı qızıl-zinət əşyalarını nisyə olaraq aldığını hüquqi və riyazi savadı olmadığından 32 qramlıq qızıl-zinət əşyalarının qiymətini düzgün hesablamamış, çünki həmin qızıllar satılarkən lom qiymətinə qat-qat aşağı dəyərdə qiymətləndirilmişdir. Bu səbəbdən hal-hazırda onun İddiaçı heç bir məbləğdə borcu yoxdur. Mülki iş matriallarına iddiaçı tərəfindən sübut qismində təqdim edilmiş səs yazsında iddiaçının həyat yoldaşı cavabdehin həyat yoldaşından pulu tələb etmiş, cavabdeh isə pulu müstəntiqə vermiş olduğunu bildirmişdir. Məhkəmə iclasına iddiaçı tərəfində şahid qismində dəvət edilmiş X1 izahat verərək bildirmişdir ki, o iddiaçıdan mal aldığı üçün iddiaçını tanıdığını, cavabdehi isə tanımadığını bildirmişdir. O iddiaçıdan qızıl alamaq üçün mağazaya gələn zaman cavabdeh olan Hürzət xanım oğlu ilə mağazadan çıxdığını görmüşdür. Zülfiyyə xanım qızılları Hürzət xanıma verdiyini bildirmişdir. Lakin o özü Zülfiyyə xanımı Hürzət xanıma qızıl verdiyini görməmişdir. Məhkəmə iclasına iddiaçı tərəfində şahid qismində dəvət edilmiş X6 iddiaçının əri olduğunu bildirmiş, cavabdehi isə məhlə adamı kimi tanıdığını bildirmişdir. O bildirmişdir ki, Hürzət xanım ilə onun yoldaşı ilə dəfələrlə lotariya oynamışdır. Hürzət xanımın onun yoldaşına olan borcunu o hər zaman Hürzət xanımın oğlundan tələb etmişdir. Onun məlumatı yoxdur ki, cavabdehin iddiaçıya nə qədər, nə ilə bağlı borcu vardır. Məbləğ olaraq yalnız 6000 manat borcu olduğu bildiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (pullu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə pulludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən pullu kreditora dəymiş zərərin əvəzini ödəməyə pulludur; 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş pullu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, pullu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 601-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin, 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2- 600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən pul müqaviləsinə görə, iştirakçılardan biri (pul verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (pul alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (pul alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində pul verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə mülki iş matriallarına sübut qismində əlavə edilmiş cavabdeh X3 Sabunçu Rayon Pİ-nin İstintaq şöbəsində vermiş olduğu ilkin izahatından məlum olur ki, Cavabdeh iddiaçıdan 5000 manat məbləğində dəyərləndirilən qızıl və ziynət əşyalarını almışdır. İddiaçı məhkəməyə izahat verərək onun cavabdehə vemiş olduğu qızıl ziynət əşylarının dəyərinin 6000 manat olduğunu bildirsədə bu halı təsdiq edə bilməmişdir. İşin mübahisə olunmayan halı ondan ibarətdir ki, cavabdeh həmin qızıl ziynət əşyalarının dəyərinin 1000 manat olan hissəsini iddiaçıya iki dəfə lotariya ödənişi formasında qaytarmışdır. Cavabdeh daha sonra Sabunçu Rayon Pİ-nin İstintaq şöbəsində, habelə məhkəmə iclaslarında iddiaçıdan 5000 manat məbləğində dəyərləndirilən qızıl-ziynət əşyalarını iddiaçının ona olan borcu səbəbində almış olduğunu bildirsədə, bu halı təsdiq edə bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh X2 4000 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə onuda qeyd etməyi zərurui hesab edir ki, iddiaçı tərəfin məhkəməyə sübut qismində təqdim edilən səs yazısına və şahid ifadələrinə hüquqi qiymət verərək qeyd edir ki, sözügedən səs yazısı və şahid ifadələri mülki iş üzrə hər hansı bir halı müəyyən etməmişdir. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 107, 115, 119, 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 4000 (dörd min) manat məbləğində pul və 60 (altmış) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №e-2(008)-592/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-592/2024
16.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver