Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-5927/2024 24.09.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Paşayeva Adilə Adil qızı, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1981-ci ildə doğulmuş Cavabdeh xx.xx.2018-ci il tarixli, 28K4686336 saylı borc müqaviləsinə əsasən 366 manat əsas borc, müqavilə üzrə hesablanmış 100 manat cərimə borcu, xx.xx.2018-ci il, 28K4664495 saylı nisyə borc müqaviləsinə əsasən 234 manat əsas borc, müqavilə üzrə hesablanmış 100 manat cərimə borcu, xx.xx.2018-ci il tarixli, 28K4665088 saylı borc müqaviləsinə əsasən 343 manat əsas borc, müqavilə üzrə hesablanmış 100 manat hesablanmış 100 manat cərimə borcu və 33 manat məbləğində ödənilmiş dövlət rüsumunun cəmi 1276 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı MMC-nın hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iş üzrə Cavabdeh 15 ay müdətinə xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı MMC-dən dəyəri 919 manat olan məişət avadanlığı əldə edib. Cavabdehin müqavilə üzrə ödənişlər etdikdən sonra kreditora 366 manat borcu qalıb və 100 manat cərimə borcu yaranıb. Əlavə olaraq Cavabdeh 12 ay müdətinə xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı MMC-dən dəyəri 498 manat olan məişət avadanlığı əldə edib. Cavabdehin müqavilə üzrə ödənişlər etdikdən sonra kreditora 234 manat borcu qalıb və 100 manat cərimə borcu yaranıb. Bundan başqa Cavabdeh 12 ay müdətinə xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı MMCdən dəyəri 637 manat olan məişət avadanlığı əldə edib. Cavabdehin müqavilə üzrə ödənişlər etdikdən sonra kreditora 343 manat borcu qalıb və 100 manat cərimə borcu yaranıb. Odur ki, cavabdehdən xx.xx.2018-ci il tarixli, 28K4686336 borc müqaviləsinə əsasən 366 manat əsas borc, müqavilə üzrə hesablanmış 100 manat cərimə borcu, xx.xx.2018-ci il, 28K4664495 saylı nisyə borc müqaviləsinə əsasən 234 manat əsas borc, müqavilə üzrə hesablanmış 100 manat cərimə borcu, xx.xx.2018-ci il tarixli, 28K4665088 saylı borc müqaviləsinə əsasən 343 manat əsas borc, müqavilə üzrə hesablanmış 100 manat hesablanmış 100 manat cərimə borcu və 33 manat məbləğində ödənilmiş dövlət rüsumunun cəmi 1276 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını zəruridir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli 28K4686336 nömrəli müqavilənin sürətindən görünür ki, Cavabdeh 919 manat pul məbləğində məişət avadanlığını əldə etmiş, onun 4 manat məbləğini ilkin ödəniş etmiş və qalan 915 manat məbləği 15 ay müddətinə aylıq 61 manat olmaqla İddiaçı-yə ödəməyi öz öhdəsinə götürmüşdü. -xx.xx.2018-ci il tarixli 28K4664495 nömrəli müqavilənin sürətindən görünür ki, Cavabdeh 498 manat məbləğində məişət avadanlığını əldə etmiş, onun 30 manat məbləğini ilkin ödəniş etmiş və qalan 468 manat məbləğini 12 ay müddətində aylıq 39 manat olmaqla İddiaçı-yə ödəməyi öz öhdəsinə götürmüşdü. -xx.xx.2018-ci il tarixli 28K4665088 nömrəli müqavilənin sürətindən görünür ki, Cavabdeh 637 manat məbləğində məişət avadanlığını əldə etmiş, onun 49 manat məbləğini ilkin ödəniş etmiş və qalan 588 manat məbləğini 12 ay müddətində aylıq 49 manat olmaqla İddiaçı-yə ödəməyi öz öhdəsinə götürmüşdü. -xx.xx.2023-cü il tarixli 1792 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2018-ci il tarixində bağlanmış 28K4686336 saylı müqavilə üzrə ödənilməmiş 366 manat, xx.xx.2018-ci il tarixində bağlanmış 28K4664495 saylı müqavilə üzrə ödənilməmiş 234 manat, xx.xx.2018-ci il tarixli 28K4665088 saylı müqavilə üzrə ödənilməmiş 343 manat olmaqla ümumilikdə 943 manat əsas(qalıq) borcu vardır. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisəyə nisyə alqı-satqı müqaviləsinin müddəaları tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisəyə nisyə alqı-satqı müqaviləsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin, 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2- 600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Belə ki, həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata kecirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; Göründüyü kimi, Cavabdeh xx.xx.2018-ci il tarixli, xx.xx.2018-ci il tarixli, xx.xx.2018ci il tarixli müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da müqavilə şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, bu səbəbdən onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Lakin, iddia tələbi cərimə hissəsində təmin edilmir. Çünki cərimənin tutulması ya qanun, ya da müqqaviləyə əsaslanmalıdır. Tərəflər arasında cərimə ödənilməsi razlaşdırılmamışdır. Ona görə də iddiaçının belə bir tələb hüququ yaranmayıb. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir; 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 284-5 və 284.6-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2018-ci il tarixli 28K4686336 saylı borc müqaviləsinə əsasən 366 (üç yüz altmış altı) manat əsas borc, xx.xx.2018-ci il 28K4664495 saylı nisyə borc müqaviləsinə əsasən 234 (iki yüz otuz dörd) manat əsas borc, xx.xx.2018-ci il tarixli 28K4665088 saylı borc müqaviləsinə əsasən 343 (üç yüz qırx üç) manat əsas borc 33 (otuz üç) manat məbləğində dövlət rüsumu, cəmi 976 (doqquz yüz yetmiş altı) manat İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamə qalan hissədə təmin olunmasın. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Adilə Paşayeva
Məhkəmə qərarları › İş №e-2(008)-5927/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-5927/2024
24.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver