Məhkəmə qərarları › İş №e-2(008)-5940/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-5940/2025

02.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-5940/2025 02.10.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Mirzəliyev Ruslan Əsəd oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun ödənilməsi tələbinə dair” iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********60513 İPHONE 15 PRO, PAKET XXXL xidməti üçün, 2279.26 (iki min iki yüz yetmiş doqquz manat, iyirmi altı qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, altmış qəpik) manat rüsum, 227.93 (iki yüz iyirmi yeddi manat, doxsan üç qəpik) manat cərimə; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********66314 İPHONE 14 PRO, PAKET XXXL xidməti üçün, 1111.06 (bir min yüz on bir manat, altı qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.60 (iyirmi üç manat, altmış qəpik) manat rüsum, 111.11 (yüz on bir manat, on bir qəpik) manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********89690 OPPO A78, PAKET XL xidməti üçün 314.95 (üç yüz on dörd manat, doxsan beş qəpik) manat ödənilməmiş hissə, 31.50 (otuz bir manat, əlli qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 4123 (dörd min yüz iyirmi üç) manat borc və 61.23 (altmış bir manat iyirmi üç qəpik) manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2023-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən, İmei kod **********60513 İPHONE 15 PRO, PAKET XXXL xidməti, İmei kod **********66314 İPHONE 14 PRO, PAKET XXXL xidməti, İmei kod **********89690 OPPO A78, PAKET XL xidməti almış və nəticədə 4123 (dörd min yüz iyirmi üç) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1141.28 (bir min yüz qırx bir manat, iyirmi səkkiz qəpik) manat (18 ay x 190.03 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********60513 İPHONE 15 PRO, PAKET XXXL xidməti üçün ümumilikdə, 2530.79 (iki min beş yüz otuz manat, yetmiş doqquz qəpik) manat olmaqla ondan, 2279.26 (iki min iki yüz yetmiş doqquz manat, iyirmi altı qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.60 (iyirmi üç manat, altmış qəpik) manat rüsum, müştəriyə güzəşt olunaraq 227.93 (iki yüz iyirmi yeddi manat, doxsan üç qəpik) manat cərimə; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 3802.86 (üç min səkkiz yüz iki manat, səksən altı qəpik) manat (18 ay x 211.27 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********66314 İPHONE 14 PRO, PAKET XXXL xidməti üçün ümumilikdə, 1245.77 (bir min iki yüz qırx beş manat, yetmiş yeddi qəpik) manat olmaqla ondan, 1111.06 (bir min yüz on bir manat, altı qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.60 (iyirmi üç manat, altmış qəpik) manat rüsum, müştəriyə güzəşt olunaraq 111.11 (yüz on bir manat, on bir qəpik) manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 709.92 (yeddi yüz doqquz manat, doxsan iki qəpik) manat (18 ay x 39.44 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********89690 OPPO A78, PAKET XL xidməti üçün ümumilikdə, 346.45 (üç yüz qırx altı manat, qırx beş qəpik) manat olmaqla ondan, 314.95 (üç yüz on dörd manat, doxsan beş qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 31.50 (otuz bir manat, əlli qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 4228.05 manat təşkil edir. Məhkəmə tərəfindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Cavabdeh rəsmi qaydada göndərilmiş və bildirişi aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri (elektron qaydada verildikdə “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq) məhkəməyə təqdim etmək təklif edilmişdir. Göstərilən müddət ərzində Cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz və ona əlavə olunmuş sənədlər məhkəməyə daxil olmamışdır. İş materiallarını araşdırıb, iş üzrə təqdim olunmuş sübutlara məcmu halında qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 284-2-ci maddəsinə əsasən, kiçik iddialara dair işlərdə ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir. 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü və 284-6.1-ci maddələrinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli müqavilə və ona əlavədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən qiyməti 1141,28 manat, İmei kod **********60513 İPHONE 15 PRO, PAKET XXXL xidmətini ayda 190.03 manat ödəmək şərti ilə 18 ay müddətinə almışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli müqavilə və ona əlavədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən qiyməti 3802,86 manat, İmei kod **********66314 İPHONE 14 PRO, PAKET XXXL xidmətini ayda 211.27 manat ödəmək şərti ilə 18 ay müddətinə almışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli müqavilə və ona əlavədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən qiyməti 709,92 manat, İmei kod **********89690 OPPO A78, PAKET XL xidmətini ayda 39.44 manat ödəmək şərti ilə 18 ay müddətinə almışdır. İş materiallarında olan 21 iyul 2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin həmin tarixədək iddiaçıya xx.xx.2024-cü il, xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixli müqavilələr üzrə 4123 (dörd min yüz iyirmi üç) manat məbləğində borcu vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 433.1-ci maddəsinə əsasən, borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 600.1-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini tələb edə bilər. Göründüyü kimi cavabdeh müqavilələr üzrə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu sazişlə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da sazişin şərtlərini pozmuşdur. Məhkəmə iddiaçı tərəfindən tələb edilən xx.xx.2024-cü il, xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixli müqavilələr üzrə əsas borcu nəzərdən keçirib hesab edir ki, iddia tələbi bu hissədə əsaslıdır. Məhkəmə iddiaçı tərəfindən hesablanan cərimələrin cavabdeh borcuna görə tənasübsüz surətdə yüksək hesablanması qənaətinə gələrək qeyd edir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidirlər. Əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. (MM-nin 458.1-ci mad.) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının xeyrinə cəriməyə görə cavabdehdən xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 22,70 (iyirmi iki manat yetmiş qəpik) manat dəbbə pulu, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 11,10 (on bir manat on qəpik) manat dəbbə pulu və xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 3,10 (üç manat on qəpik) tutulmalıdır. Məhkəmə qətnaməni iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəməyə təqdim olunmuş sübutlarla əsaslandırıraq hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli müqavilə üzrə 2279.26 (iki min iki yüz yetmiş doqquz manat, iyirmi altı qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.60 (iyirmi üç manat, altmış qəpik) manat rüsum, 22,70 (iyirmi iki manat yetmiş qəpik) manat cərimə; xx.xx.2023-cü il tarixli müqavilə üzrə 1111.06 (bir min yüz on bir manat, altı qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.60 (iyirmi üç manat, altmış qəpik) manat rüsum, 11,10 (on bir manat on qəpik) manat cərimə; xx.xx.2024-cü il tarixli müqavilə üzrə 314.95 (üç yüz on dörd manat, doxsan beş qəpik) manat ödənilməmiş hissə, 3,10 (üç manat on qəpik) manat cərimə borcu olmaqla, cəmi 3789,37 (üç min yeddi yüz səksən doqquz manat otuz yeddi qəpik) manat tutulmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, dövlət rüsumunun ödənilməsi hissəsində də qismən təmin edilərək 57.89 (əlli yeddi manat səksən doqquz qəpik) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1%-i məbləğində dövlət rüsumu tutulur. Göstərilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216- 220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə xx.xx.2024-cü il tarixli müqavilə üzrə 2279.26 (iki min iki yüz yetmiş doqquz manat, iyirmi altı qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.60 (iyirmi üç manat, altmış qəpik) manat rüsum, 22,70 (iyirmi iki manat yetmiş qəpik) manat cərimə; xx.xx.2023-cü il tarixli müqavilə üzrə 1111.06 (bir min yüz on bir manat, altı qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.60 (iyirmi üç manat, altmış qəpik) manat rüsum, 11,10 (on bir manat on qəpik) manat cərimə; xx.xx.2024-cü il tarixli müqavilə üzrə 314.95 (üç yüz on dörd manat, doxsan beş qəpik) manat ödənilməmiş hissə, 3,10 (üç manat on qəpik) manat cərimə borcu olmaqla, cəmi 3789,37 (üç min yeddi yüz səksən doqquz manat otuz yeddi qəpik) manat məbləğində borc və 57.89 (əlli yeddi manat səksən doqquz qəpik) manat ödənilmiş dövlət rüsumu tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar