Məhkəmə qərarları › İş №e-2(008)-612/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-612/2025

18.03.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-612/2025 18.03.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Mamedova Ləman Rizvan qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, 4 saylı Bakı Cavabdeh2ndə notariat ofisinə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X14, X27, X28, X10, X22, Bakı şəhəri 21 saylı notariat ofisi, X31 və X32 üçüncü şəxs qismində cəlb edilməklə “mirasın qəbul edilməsi müddətinin uzadılması, miras əmlakda payların müəyyən edilməsi, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, müqavilənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və 4 saylı Bakı Cavabdeh2ndə notariat ofisinə qarşı “mirasın qəbul edilməsi müddətinin uzadılması, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və miras əmlakda payların müəyyən olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 47.5 kv.m, yaşayış sahəsi 20.2 kv.m, yardımçı sahəsi 27.3 kv.m olan mənzildən (reyestr nömrəsi **********42-05101-093069, qeydiyyat nömrəsi: **********) ona çatası vərəsəlik payının onun tərəfindən qəbul edilməsi müddətinin uzadılması, 4 saylı Bakı Cavabdeh2ndə notariat ofisi tərəfindən Cavabdeh1 verilmiş xx.xx.2023-cü il tarixli “qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin etibarsız hesab edilməsi və miras əmlakda payların müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 47.5 kv.m, yaşayış sahəsi 20.2 kv.m, yardımçı sahəsi 27.3 kv.m olan mənzil (reyestr nömrəsi **********42-05101-093069, qeydiyyat nömrəsi: **********) xx.xx.2015-ci il tarixdə X29 adına qeydiyyata alınmışdır. xx.xx.2023-cü il tarixdə X39 vəfat etmişdir. “X21” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemindən təqdim edilmiş arayışa əsasən X39 haqqında nikah akt qeydi aşkar edilməmişdir. xx.xx.2023-cü il tarixdə miras qoyan şəxsin bacısı X10 (AZE ********) və qardaşı X22 (AZE ********) Qəbələ regional Cavabdeh2ndə notariat ofisinə yaxınlaşaraq vəfat etmiş qardaşı X23 miras qalmış əmlakdan onlara çatası vərəsəlik payından qardaşları Cavabdeh1 xeyrinə imtina etmişlər. Cavabdehin digər bacısı, yəni o, özünə çatası vərəslik payından imtina etməmiş və bununla bağlı notariat orqanına ərizə ilə müraciət etməmişdir. xx.xx.2023-cü il tarixdə Cavabdeh1 4 saylı Bakı Cavabdeh2ndə notariat ofisinə yaxınlaşaraq mirasın tərkibinə daxil olan ünvan 1 ünvanında yerləşən mənzildən ona çatası hissəyə dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə 4 saylı Bakı Cavabdeh2ndə notariat ofisi tərəfindən Cavabdeh1 “qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə təqdim edilmişdir. Onun miras əmlakın qəbulu barədə ərizə yazmamasının səbəbi isə Cavabdeh1 ona miras əmlakdan pay verilməsi barədə yalan vəd verərək onu aldatması və onun miras əmlakın qəbulu barədə ərizə yazmasına mane olması olmuşdur. Vərəsəlik payı verilmədiyi üçün o, vəfat etmiş qardaşına məxsus olan mənzilin hüquqi statusunu müəyyən etmək üçün hüquqi yardım almış və bununla bağlı müvafiq sorğular verilmişdir. ƏMDX Daşınmaz Əmlakın Dövlət Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli 3-21-3-30/2-27797/2024 saylı arayışdan müəyyən olunmuşdur ki, Bakı şəhəri Nərimanov rayonu Faiq Yusifov küçəsi 45a mənzil 3 Cavabdeh1 adına qeydiyyatdan keçmişdir. 4 saylı Bakı Cavabdeh2 xüsusi notariusu tərəfindən təsdiqlənmiş 2V-792 reyestr nömrəli xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən sözügedən mənzil Cavabdeh1 adına qeydiyyatdan keçmişdir, lakin Bakı şəhəri 21 saylı DNK-nın xx.xx.2023-cü il tarixli 4Ə-1443 reyestr nömrəli alqısatqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. Bundan sonra cavabdehin onu aldatması ona məlum olmuş və özünə çatası vərəsəlik payının qəbul edilməsi məqsədilə 4 saylı Bakı Cavabdeh2ndə notariat ofisinə yaxınlaşaraq miras əmlakın qəbul edilməsi barədə ərizə ilə müraciət etmişdir. Notariat ofisi tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli 2749 saylı məktubla AR MM-nin miras açıldığı vaxt qüvvədə olan 1246-cı maddəsinə əsaslanaraq müəyyən edilmiş müddət ötürüldüyündən imtina edilmişdir. O, vəfat etmiş X29 bacısıdır. O, qanun üzrə vərəsəlik hüququ ilə ona çatası miras payından imtina etməmiş və bununla bağlı hər hansı notariat ofisinə ərizə ilə müraciət etməmişdir. Bununla belə, Cavabdeh1 yuxarıda sadalanan hərəkətləri nəticəsində o, qanun üzrə vərəsəlik zamanı ona çatacaq miras payından məhrum edilmiş və mülkiyyət hüquqları kobud şəkildə pozulmuşdur. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim edərək, Bakı şəhəri 21 saylı DNK-nun xx.xx.2023cü il tarixli 4Ə-1443 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi; həmin müqavilə əsasında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışın ləğv edilməsi; ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 47.5 kv.m, yaşayış sahəsi 20.2 kv.m, yardımçı sahəsi 27.3 kv.m olan mənzildən (reyestr nömrəsi **********42-05101-093069, qeydiyyat nömrəsi: **********) iddiaçıya çatası vərəsəlik payının iddiaçı tərəfindən qəbul edilməsi müddətinin uzadılması; 4 saylı Bakı Cavabdeh2ndə notariat ofisi tərəfindən Cavabdeh1 verilmiş xx.xx.2023-cü il tarixli “qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin etibarsız hesab edilməsi; miras əmlakda payların müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim edərək, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 47.5 kv.m, yaşayış sahəsi 20.2 kv.m, yardımçı sahəsi 27.3 kv.m olan mənzildən (reyestr nömrəsi **********42-05101-093069, qeydiyyat nömrəsi: **********) iddiaçıya çatası vərəsəlik payının iddiaçı tərəfindən qəbul edilməsi müddətinin uzadılması, miras əmlakda payların müəyyən edilməsi; 4 saylı Bakı Cavabdeh2ndə notariat ofisi tərəfindən Cavabdeh1 verilmiş xx.xx.2023-cü il tarixli “qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin etibarsız hesab edilməsi; Bakı şəhəri 21 saylı notariat ofisində bağlanmış xx.xx.2023-cü il tarixli 4Ə-1443 reyestr nömrəli alqı-satqı müqaviləsinin və Bakı şəhəri 21 saylı notariat ofisində bağlanmış xx.xx.2024-cü il tarixli 4Ə-467 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi; həmin müqavilələr əsasında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışların ləğv edilməsi; mümkün olmadığı təqdirdə 35.000 (otuz beş min) manat məbləğində pul vəsaitinin Cavabdeh1 tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, Cavabdeh1 xx.xx.2023-cü il tarixdə Bakı şəhəri 21 saylı notariat ofisində 4Ə- 1443 nömrəli alqı-satqı müqaviləsi ilə mənzili X24 140.000 (yüz qırx min) manata satmışdır. Həmçinin, sənədlərlə müəyyən olunur ki, X31 xx.xx.2024-cü il tarixdə Bakı şəhəri 21 saylı notariat ofisində 4Ə-467 nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsi ilə mənzili X25 bağışlamışdır. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə təqdim edərək, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 47.5 kv.m, yaşayış sahəsi 20.2 kv.m, yardımçı sahəsi 27.3 kv.m olan mənzildən (reyestr nömrəsi **********42-05101-093069, qeydiyyat nömrəsi: **********) iddiaçıya çatası vərəsəlik payının iddiaçı tərəfindən qəbul edilməsi müddətinin uzadılması, miras əmlakda payların müəyyən edilməsi; 4 saylı Bakı Cavabdeh2ndə notariat ofisi tərəfindən Cavabdeh1 verilmiş xx.xx.2023-cü il tarixli “qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin etibarsız hesab edilməsi; Bakı şəhəri 21 saylı notariat ofisində bağlanmış xx.xx.2023-cü il tarixli 4Ə-1443 reyestr nömrəli alqısatqı müqaviləsinin və Bakı şəhəri 21 saylı notariat ofisində bağlanmış xx.xx.2024-cü il tarixli 4Ə-467 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi; həmin müqavilələr əsasında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışların ləğv edilməsi; mümkün olmadığı təqdirdə 1/7 hissədə 20.000 (iyirmi min) manat məbləğində pul vəsaitinin Cavabdeh1 tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak edən Cavabdeh1 və X4 etibarnamə üzrə nümayəndəsi məhkəməyə izahat verərkən onların X14, X27, X28 adlı bacılarının olduğu müəyyən edilmişdir. Hazırkı vərəsəlik mübahisəsi onlara yeni məlum olan şəxslərin də maraqlarına toxunduğundan, hazırkı işə üçüncü şəxs qismində əlavə edilməsi zərurəti yaranmışdır. Həmçinin, X4 etibarnamə üzrə nümayəndəsi məhkəmə iclasında izahat verən zaman iddia tələbində qeyd edilmiş xüsusatları təsdiq edərək bildirmişdir ki, Cavabdeh1 onun təmsil etdiyi şəxsi və digər vərəsələri aldatmış, ona göstərilən etibardan sui-istifadə etmişdir. Belə ki, vərəsələr miras payının Cavabdeh1 mülkiyyətinə keçirilməsinə razı olmamış, onlar yalnız onun həmin mənzildə yaşamasına və istifadəsinə razılıq vermişlər. İş materiallarında olan razılıq sənədlərini də bu niyyətlə imzalamışlar. Lakin Cavabdeh1 onları aldadaraq həmin mənzili özgəninkiləşdirmiş, sonradan təkbaşına sataraq vərəsələrin heç birinə miras payından pay verməmiş, bununla yanaşı mənzili satdığını da onlardan gizlətmişdir. Yalnız bu barədə məhkəmə bildirişini aldıqdan sonra mənzilin satılmasından və Rusifin onları aldatmasından məlumatlı olmuşlar. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə etdi, iddia ərizəsinin və məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh1 iddianı etiraf etmədi və izahatında bildirdi ki, iddia tələbini qəbul etmir və iddiaçıya pay verilməsini istəmir. Ögey-doğma cəmi 9 bacı-qardaş olublar. 2-si ölüb. Şahmərdan qardaşı Ayazdan öncə rəhmətə getmişdir. Qardaşı Ayaz subay ölmüşdür. Məlahət və Allahyardan başqa digər vərəsələr miras paylarından rəsmi imtina etməyib, lakin şifahi şəkildə imtina etmişlər. Bütün vərəsələr əmlakın satılmasına razı idilər. X31 və X25 mübahisəli əmlakla bağlı qardaşının öldüyünü, evin hazırda onun adında olmasını və tərəfindən satıldığını söyləmişdir. Notariusa heç bir vərəsə çağırılmamışdı. Ev 140.000 manata satılıb. Hazırda maddi durumu yaxşı deyil, pay müəyyən edilərsə həmin pulu verə bilməyəcəkdir. Qeyd olunanlara əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən üçüncü şəxs X4 nümayəndəsi Nümayəndə izahatında bildirdi ki, Ayaz rəhmətə gedəndən sonra, bacılar yığılışdı Cavabdeh1 dedilər ki, bu evdə sən yaşa, amma nə vaxt satsan bacıların da məlumatı olsun. Məhkəmədən məktub gələndə bilmişlər ki, həmin ev satılıb. Rusif onun təmsil etdiyi şəxsi və digər vərəsələri aldatmış, ona göstərilən etibardan sui-istifadə etmişdir. Belə ki, vərəsələr miras payının Cavabdeh1 mülkiyyətinə keçirilməsinə razı olmamış, onlar yalnız onun həmin mənzildə yaşamasına və istifadəsinə razılıq vermişlər. İş materiallarında olan razılıq sənədlərini də bu niyyətlə imzalamışlar. Lakin Cavabdeh1 onları aldadaraq həmin mənzili özgəninkiləşdirmiş, sonradan təkbaşına sataraq vərəsələrin heç birinə miras payından pay verməmişdir. Halallıq olsun deyə Rusif mirasdan pay verməli idi. Cavabdehlər 4 saylı Bakı Cavabdeh2ndə notariat ofisinə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə, üçüncü şəxslər X7, X15, X16, X10, X11, Bakı şəhəri 21 saylı notariat ofisinə, X24 və X25 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə cavabdehlər 4 saylı Bakı Cavabdeh2ndə notariat ofisinin və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndələrinin, üçüncü şəxslər X5, X12, X13, X10, X8, Bakı şəhəri 21 saylı notariat ofisinin nümayəndəsinin, X17 və X18 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - 4 saylı Bakı Cavabdeh2ndə notariat ofisində xx.xx.2023-cü il tarixdə rəsmiləşdirilmiş 2V-792 reyestr nömrəli vərəsəlik işindəki: xx.xx.2023-cü il tarixli 2V-792 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X29 vərəsəsi qardaşı Cavabdeh1dur. Şəhadətnamə verilən miras əmlak ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 47.5 kv.m, yaşayış sahəsi 20.2 kv.m, yardımçı sahəsi 27.3 kv.m 1 otaqlı mənzildən ibarətdir. X10 tərəfindən yazılmış və notarial qaydada təsdiq edilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, o, xx.xx.2023-cü il tarixdə vəfat etmiş qardaşı X23 miras qalmış əmlakdan ona düşən vərəsəlik payını qəbul etməmiş, ona çatası vərəsəlik payından qardaşı Cavabdeh1 xeyrinə imtina edir, harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq mirasa iddia etmir və öz vərəsəlik hüquqlarını rəsmiləşdirmək istəmir. Notarius tərəfindən ona izah edildi ki, mirasdan imtina haqqında ərizə geri götürülə bilməz, mirasın bir hissəsindən imtina bütün mirasdan imtinaya bərabər tutulur, adının qanun üzrə vərəsəlik hüquq haqqında şəhadətnaməyə salınmasını istəmir. X22 tərəfindən yazılmış və notarial qaydada təsdiq edilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, o, xx.xx.2023-cü il tarixdə vəfat etmiş qardaşı X23 miras qalmış əmlakdan ona düşən vərəsəlik payını qəbul etməmiş, ona çatası vərəsəlik payından qardaşı Cavabdeh1 xeyrinə imtina edir, harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq mirasa iddia etmir və öz vərəsəlik hüquqlarını rəsmiləşdirmək istəmir. Notarius tərəfindən ona izah edildi ki, mirasdan imtina haqqında ərizə geri götürülə bilməz, mirasın bir hissəsindən imtina bütün mirasdan imtinaya bərabər tutulur, adının qanun üzrə vərəsəlik hüquq haqqında şəhadətnaməyə salınmasını istəmir. AZ-İİ seriyalı 343838 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X39 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölmüşdür. 7 saylı Bakı Cavabdeh2ndə qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışın surətindən görünür ki, “X21” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.1968-ci il təvəllüdlü X33 aid xx.xx.2023-cü ilədək daxil edilmiş bütün X21 üzrə yoxlama aparılmış və nikah haqqında akt qeydi aşkar edilməmişdir. A.İsayev öldüyü xx.xx.2023-cü il tarixədək subay olmuşdur. RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri Nərimanov rayonu Faiq Yusifov küçəsi ev 45a ünvanında yerləşən, ümumi sahəsi 47.5 kv.m, yaşayış sahəsi 20.2 kv.m, yardımçı sahəsi 27.3 kv.m olan 1 otaqlı 3 nömrəli mənzil xx.xx.2015-ci il tarixdə X29 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. “Elektron notariat” X2 vasitəsilə “X21” AQİS-dən çıxarışdan görünür ki, Cavabdeh1 xx.xx.1996-cı il tarixdə doğulmuşdur, atası X40, anası X19r. “Elektron notariat” X2 vasitəsilə “X21” AQİS-dən çıxarışdan görünür ki, X26 xx.xx.1966-cı il tarixdə doğulmuşdur, atası X40, anası X6r. X26 xx.xx.1985-ci il tarixdə Nümayəndə ilə nikah bağlamış, nikah bağlandıqdan sonra Mirzəyeva soyadını qəbul etmişdir. “Elektron notariat” X2 vasitəsilə “X21” AQİS-dən çıxarışdan görünür ki, X40 xx.xx.2004-cü il tarixdə ölmüşdür. “Elektron notariat” X2 vasitəsilə “X21” AQİS-dən çıxarışdan görünür ki, X39 xx.xx.1968-ci il tarixdə doğulmuşdur, atası X40, anası X34r. X39 xx.xx.2023-cü il tarixdə ölmüşdür. “Elektron notariat” X2 vasitəsilə “X21” AQİS-dən çıxarışdan görünür ki, X41 xx.xx.1989-cu il tarixdə ölmüşdür. “Elektron notariat” X2 vasitəsilə “X21” AQİS-dən çıxarışdan görünür ki, X22 xx.xx.1992-ci il tarixdə doğulmuşdur, atası X40, anası X19r. - AЗ seriyalı 783248 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X30 xx.xx.1964-cü il tarixdə doğulmuşdur, atası X42, anası X34r. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, X29 adına Bakı şəhəri Nərimanov rayonu Faiq Yusifov küçəsi 45a mənzil 3 qeydiyyatdan keçmişdir. 4 saylı Bakı Cavabdeh2 notariusu tərəfindən təsdiqlənmiş 2V-792 reyestr nömrəli xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən sözügedən mənzil Cavabdeh1 adına qeydiyyatdan keçmişdir, lakin Bakı şəhəri 21 saylı DNK-nun xx.xx.2023-cü il tarixli 4Ə-1443 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. Cavabdeh1 adına Qəbələ rayonu Kiçik Əmili kəndində yerləşən ümumi birgə payda olan 1.82 ha yaşayış məntəqələrinin torpaq sahəsinə aid ləğv edilmiş DTXK tərəfindən JN-100A nömrəli xx.xx.2005-ci il tarixli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə və həmin kənddə yerləşən birgə payda olan 0.4 ha yaşayış məntəqələrinin torpaq sahəsinə aid ləğv edilmiş DTXK tərəfindən JN-100F nömrəli xx.xx.2005-ci il tarixli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. - 4 saylı Bakı Cavabdeh2ndə notariat ofisi tərəfindən İddiaçı ünvanlanmış 2749 nömrəli xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, «xx.xx.2023-cü il tarixdə vəfat etmiş qardaşınız X29 adına V-275/2023 saylı vərəsəlik işi açılmışdır. Qardaşınız Cavabdeh1 xx.xx.2023-cü il tarixdə reyestrdə 2V-792 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir...Göstərilənlərə əsasən mirasın qəbulu üçün qanunla müəyyən olunmuş müddəti ötürdüyünüzə görə ötürülmüş müddətin bərpası və verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğvi üçün məhkəməyə müraciət etməyiniz tövsiyə olunur». - məhkəmə sorğusu əsasında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təqdim edilmiş: Bakı şəhəri 21 saylı notariat ofisinin xüsusi notariusu X46 tərəfindən təsdiq edilmiş 4Ə-1443 reyestr nömrəli xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 Bakı şəhəri Nərimanov rayonu Faiq Yusifov küçəsi ev 45a ünvanında yerləşən, ümumi sahəsi 47.5 kv.m olan 3 nömrəli mənzili 140.000 manata X1. Bakı şəhəri 21 saylı notariat ofisinin xüsusi notariusu X46 tərəfindən təsdiq edilmiş 4Ə-467 reyestr nömrəli xx.xx.2024-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, X31 Bakı şəhəri Nərimanov rayonu Faiq Yusifov küçəsi ev 45a ünvanında yerləşən, ümumi sahəsi 47.5 kv.m olan 3 nömrəli mənzili (Yeni qaydalarla: AZ 1052, Bakı şəhəri Nərimanov rayonu Faiq Yusifov küçəsi giriş 125 M1 m3) qardaşı X25 bağışlamışdır. - xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. - xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 50 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə, iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edildi ki, miras qoyan X39 xx.xx.2023-cü il tarixdə ölmüşdür. X39 öldüyü xx.xx.2023-cü il tarixədək subay olmuşdur. X29 valideynləri – atası X40 xx.xx.2004-cü il tarixdə, anası X43 isə xx.xx.1989-cu il tarixdə ölmüşdür. Göründüyü kimi miras qoyan X29 birinci növbə vərəsələri ölmüşlər. Miras qoyanın ikinci növbə vərəsələri onun bacı-qardaşları X10, X22, Cavabdeh1, İddiaçı, X14, X27, X28, X9r. Cavabdeh1 və X22 doğma qardaşdırlar (ata Bəxtiyar, ana Qəribə). X39, X10, İddiaçı doğma bacı-qardaşdırlar (ata Bəxtiyar, ana Nəzirə). Miras qoyan iddiaçı ilə doğma bacıqardaş, cavabdehlə isə ögey qardaşdırlar (digər bacı qardaşların doğum haqqında şəhadətnamələri yoxdur). İkinci növbə vərəsələrdən X20 2020-ci ildə ölmüşdür, övladı yoxdur, subay olmuşdur. Digər ikinci növbə vərəsələr isə sağdırlar. Miras əmlak Bakı şəhəri Nərimanov rayonu Faiq Yusifov küçəsi ev 45a ünvanında yerləşən, ümumi sahəsi 47.5 kv.m olan 3 nömrəli mənzildən (Yeni qaydalarla: AZ 1052, Bakı şəhəri Nərimanov rayonu Faiq Yusifov küçəsi giriş 125 M1 m3) ibarətdir. xx.xx.2023-cü il tarixdə miras əmlaka dair Cavabdeh1 adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş və həmin şəhadətnamə əsasında sonuncunun adına çıxarış verilmişdir. xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 Bakı şəhəri Nərimanov rayonu Faiq Yusifov küçəsi ev 45a ünvanında yerləşən, ümumi sahəsi 47.5 kv.m olan 3 nömrəli mənzili 140.000 manata X1. xx.xx.2024-cü il tarixli bağışlanma müqaviləsinə əsasən X31 Bakı şəhəri Nərimanov rayonu Faiq Yusifov küçəsi ev 45a ünvanında yerləşən, ümumi sahəsi 47.5 kv.m olan 3 nömrəli mənzili (Yeni qaydalarla: AZ 1052, Bakı şəhəri Nərimanov rayonu Faiq Yusifov küçəsi giriş 125 M1 m3) qardaşı X25 bağışlamışdır. İddiaçının tələbi ondan ibarətdir ki, sözügedən miras əmlak barədə Cavabdeh1 adına qanun üzrə vərəsəlik hüququ rəsmiləşdirilərkən maddi hüquq normalarının tələbləri pozulmuş, nəticədə isə o, özünə çatası miras payından məhrum edilmişdir. Aşağıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Mübahisəli hüquq münasibətlərinin yarandığı zaman, yəni mirasın açıldığı xx.xx.2023-cü il tarixdə qüvvədə olmuş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.2-ci maddəsinə əsasən ikinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Məhkəmə qeyd edir ki, vərəsəlik hüququnun yaranması miras qoyanın ölümü ilə şərtləndirilir və onun iradəsi nəzərə alınmaqla, hüquqi varisi kimi vəsiyyətnamədə və ya qanunda nəzərdə tutulan hüquqi varislik formasında hüquq və vəzifələr əldə edən şəxs tərəfindən həyata keçirilir. İş üzrə aparılan məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh1, qardaşının özündən başqa ikinci növbə vərəsələri (İddiaçı, X14, X27, X28) olduğunu və onların olduqları yeri bildiyi halda, yalnız özü notariat ofisinə müraciət etmiş, vərəsələrdən X10 və X22 miras paydan onlara çatası hissədən Cavabdeh1 xeyrinə imtina etmiş, digər vərəsələri isə notariusdan gizlətmiş, nəticədə tam olaraq miras əmlaka yiyələnmişdir. Notariat ofisi isə qanunun tələblərini pozaraq, digər vərəsələrin müəyyənləşdirilməsi üçün hər hansı tədbir görməmiş, onları vərəsəliyə çağırmamış, Cavabdeh1 yeganə vərəsə kimi tanıyaraq, adına miras əmlaka dair xx.xx.2023-cü il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir. Halbuki, “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 55-ci maddəsinə əsasən açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir. Notarius həmçinin kütləvi elan verilməsi və ya mətbuatda məlumat dərc edilməsi yolu ilə vərəsələri çağıra bilər. Notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti gecikdirməsinin səbəbi Cavabdeh1 ona miras əmlakdan pay verilməsi barədə yalan vəd verərək onu aldatması və iddiaçının miras əmlakın qəbulu barədə ərizə yazmasına mane olması olmuşdur. Cavabdeh miras əmlaka təkbaşına yiyələnmiş, daha sonra mənzili sataraq dəyərindən iddiaçıya düşən paya uyğun məbləği ona ödəməmişdir. İddiaçı cavabdehin miras əmlaka təkbaşına yiyələndiyini və əmlakı özgəninkiləşdirdiyini bildikdən sonra hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bununla əlaqədar olaraq məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixdə ölmüş X23 qalmış Bakı şəhəri Nərimanov rayonu Faiq Yusifov küçəsi ev 45a ünvanında yerləşən 3 nömrəli mənzilin İddiaçı tərəfindən miras əmlak kimi qəbul edilməsi müddəti uzadılmalıdır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən mirasın qəbul edilməsi müddəti uzadıldığından, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə qismən etibarsız hesab edilməli və iddiaçının miras əmlakda payı müəyyən edilməlidir. Yuxarıda qeyd edildiyi kimi miras qoyanın hazırda sağ olan ikinci növbə vərəsələri yeddi nəfərdir. Bu səbəbdən məhkəmə hesab edir ki, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə qismən (digər vərəsələrin paylarının olması nəzərə alınmaqla) etibarsız hesab edilməli, iddiaçının miras əmlakda payı 1/7 hissədə müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Bundan başqa, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh1 miras əmlaka mülkiyyət hüququ əldə etdikdən sonra həmin əmlakı 140.000 manata X3, sonuncu da həmin əmlakı qardaşı X25 bağışlamışdır və hazırda əmlak X18 mülkiyyətindədir. Məhkəmə hesab edir ki, miras əmlaka dair alqı-satqı və bağışlama müqavilələrinin etibarsız hesab edilməsi və çıxarışların ləğv edilməsi hissəsində iddia tələbi əsassızdır. Belə ki, məhkəmə araşdırması zamanı üçüncü şəxs X17 iddiaçının vərəsə olmasından xəbərdar olması sübut olunmamışdır. Bu səbəbdən miras əmlakı əldə edən X31 vicdanlı əldə edən statusuna malik şəxs olmuşdur. Məhkəmənin qənaətinə görə miras əmlak özgəninləşdirilməklə iddiaçının hüququ pozulsa da, bu pozuntu mübahisəli daşınmaz əmlakın vicdanla əldə etmiş X17 hüquqlarının pozulması hesabına aradan qaldırıla bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 27 oktyabr 2004-cü il tarixli Qərarınında formalaşdırılmış hüquqi mövqeyə əsasən əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o, vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Həmçinin vurğulanmalıdır ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazınının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. ...Əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, miras əmlaka dair bağlanmış alqı-satqı və bağışlama müqavilələri etibarlı hesab edildiyindən, həmin müqavilələr əsasında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışlar ləğv edilməməli, miras əmlakdakı payına uyğun olaraq 20.000 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, cavabdeh Bakı şəhəri Nərimanov rayonu Faiq Yusifov küçəsi ev 45a ünvanında yerləşən 3 nömrəli mənzili 140.000 manata X1. Belə olan halda mənzilin dəyərinin iddiaçının miras payına uyğun hissəsi 20.000 manat (140.000:7) təşkil edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2023-cü il tarixdə ölmüş X23 qalmış Bakı şəhəri Nərimanov rayonu Faiq Yusifov küçəsi ev 45a ünvanında yerləşən 3 nömrəli mənzilin miras əmlak kimi İddiaçı tərəfindən qəbul edilməsi müddəti uzadılmalı, 4 saylı Bakı Cavabdeh2ndə notariat ofisi tərəfindən Cavabdeh1 adına ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 47.5 kv.m, yaşayış sahəsi 20.2 kv.m, yardımçı sahəsi 27.3 kv.m 1 otaqlı mənzilə dair verilmiş xx.xx.2023-cü il tarixli reyestrdə 2V-792 nömrəsi ilə qeydiyyata alınmış “qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə qismən etibarsız hesab edilməli, İddiaçı ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 47.5 kv.m, yaşayış sahəsi 20.2 kv.m, yardımçı sahəsi 27.3 kv.m 1 otaqlı mənzil üzərində 1/7 hissədə miras payı müəyyən edilməli, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 47.5 kv.m, yaşayış sahəsi 20.2 kv.m, yardımçı sahəsi 27.3 kv.m 1 otaqlı mənzilin satışından əldə edilmiş 140.000 (bir yüz qırx min) manat məbləğində pul vəsaitindən İddiaçı miras payına uyğun 20.000 (iyirmi min) manat məbləğində pul vəsaiti Cavabdeh1 tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə rədd edilməli, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2023-cü il tarixdə ölmüş X23 qalmış Bakı şəhəri Nərimanov rayonu Faiq Yusifov küçəsi ev 45a ünvanında yerləşən 3 nömrəli mənzilin miras əmlak kimi İddiaçı tərəfindən qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddət üzürlü hesab edilərək uzadılsın. 4 saylı Bakı Cavabdeh2ndə notariat ofisi tərəfindən Cavabdeh1 adına ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 47.5 kv.m, yaşayış sahəsi 20.2 kv.m, yardımçı sahəsi 27.3 kv.m 1 otaqlı mənzilə dair verilmiş xx.xx.2023-cü il tarixli reyestrdə 2V-792 nömrəsi ilə qeydiyyata alınmış “qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə qismən etibarsız hesab edilsin. İddiaçı ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 47.5 kv.m, yaşayış sahəsi 20.2 kv.m, yardımçı sahəsi 27.3 kv.m 1 otaqlı mənzil üzərində 1/7 hissədə miras payı müəyyən edilsin. ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 47.5 kv.m, yaşayış sahəsi 20.2 kv.m, yardımçı sahəsi 27.3 kv.m 1 otaqlı mənzilin satışından əldə edilmiş 140.000 (bir yüz qırx min) manat məbləğində pul vəsaitindən İddiaçı miras payına uyğun 20.000 (iyirmi min) manat məbləğində pul vəsaiti Cavabdeh1 tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar