Məhkəmə qərarları › İş №e-2(008)-616/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-616/2025

08.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-616/2025 08.01.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sabunçu Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, Lenovo kompüter üçün 1663,02 manat ödənilməmiş hissə, 469,98 manat dəbbə pullu; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, Playstation 5, PS5 oyun pultu üçün 1079,84 manat ödənilməmiş hissə, 321,16 manat dəbbə pulu, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, İMEİ kod **********79233 Samsung Galaxy A53 markalı telefon, Samsung charger üçün 960,68 manat ödənilməmiş hissə, 285,32 manat dəbbə pulu; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən Playstation 5, PS5 oyun pultu üçün 859,2 manat ödənilməmiş hissə, 255,8 manat dəbbə pulu; xx.xx.2022ci il tarixli müqaviləyə əsasən İMEİ kod **********36289 Samsung Galaxy A53 markalı telefon üçün 837,44 manat ödənilməmiş hissə, 249,56 manat dəbbə pulu; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən Lenovo İdeapad 3 kompüter, X4 üçün 545,1 manat ödənilməmiş hissə, 163,9 manat dəbbə pulu; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən İMEİ kod **********45314 X5 A7 markalı tablet üçün 521,28 manat ödənilməmiş hissə, 136,72 manat dəbbə pulu; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən Apple watch 7 qol saatı üçün 281,2 manat ödənilməmiş hissə, 63,8 manat dəbbə pulu; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən Apple Airpods 2 üçün 135 manat ödənilməmiş hissə, 40 manat dəbbə pulu olmaqla, ümumilikdə 8869 manat borc və 108,69 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" MMC ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehlə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2021-ci il, xx.xx.2022-ci il tarixli müqavilələrə əsasən cavabdeh Lenovo kompüter, Playstation 5, PS5 oyun pultu, İMEİ kod **********79233 Samsung Galaxy A53 markalı telefon, Playstation 5, PS5 oyun pultu, İMEİ kod **********36289 Samsung Galaxy A53 markalı telefon, Lenovo İdeapad 3 kompüter, X4, İMEİ kod **********45314 X5 A7 markalı tablet, Apple watch 7 qol saatı və Apple Airpods 2 almış və nəticədə 8869 manat borc yaranmışdır. Bu günədək cavabdehə edilmiş müraciətlər bir nəticə verməmişdir. Cavabdeh cəmi 5601,96 manat məbləğində ödəniş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. -İş materiallarında olan xx.xx.2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən Lenovo kompüter; xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsi ilə Playstation 5, PS5 oyun pultu; xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsi ilə İMEİ kod **********79233 Samsung Galaxy A53 markalı telefon, Samsung charger; xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsi Playstation 5, PS5 oyun pultu; xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsi ilə İMEİ kod **********36289 Samsung Galaxy A53 markalı telefon; xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsi Lenovo İdeapad 3 kompüter, X4; xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsi ilə İMEİ kod **********45314 X5 A7 markalı tablet; xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi Apple watch 7 qol saatı; xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsi Apple Airpods 2 qulaqlıq almış və onların dəyərini ödəməyi öhdəsinə götürmüşdür; -"xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə cədvəlindən müəyyən edilir ki, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən Cavabdeh "xxxx" MMC-dən alqı-satqı qiyməti 2263,02 manat olan Lenovo kompüter üçün cəmi ödədiyi məbləğ 600 manat, ödənilməmiş əsas borcu 1663,02 manat, cərimə borcu 469,98 manat olmaqla, cəmi 2133 manat; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən Cavabdeh oğlu "xxxx" MMC-dən alqı-satqı qiyməti 1614,82 manat olan Playstation 5, PS5 oyun pultu üçün cəmi ödədiyi məbləğ 534,98 manat, ödənilməmiş əsas borcu 1079,84 manat, cərimə borcu 321,16 manat olmaqla, cəmi 1401 manat; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən Cavabdeh oğlu "xxxx" MMC-dən alqısatqı qiyməti 1255,16 manat olan İMEİ kod **********79233 Samsung Galaxy A53 markalı telefon, Samsung charger üçün cəmi ödədiyi məbləğ 294,48 manat, ödənilməmiş əsas borcu 960,68 manat, cərimə borcu 285,32 manat olmaqla, cəmi 1246 manat; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən Cavabdeh "xxxx" MMC-dən alqı-satqı qiyməti 1546,8 manat olan Playstation 5, PS5 oyun pultu üçün cəmi ödədiyi məbləğ 687,6 manat, ödənilməmiş əsas borcu 859,2 manat, cərimə borcu 255,8 manat olmaqla, cəmi 1115 manat, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən Cavabdeh "xxxx" MMC-dən alqı-satqı qiyməti 1042,12 manat olan İMEİ kod **********36289 Samsung Galaxy A53 markalı telefon üçün cəmi ödədiyi məbləğ 204,68 manat, ödənilməmiş əsas borcu 837,44 manat, cərimə borcu 249,56 manat olmaqla, cəmi 1087 manat, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən Cavabdeh "xxxx" MMC-dən alqı-satqı qiyməti 2262,36 manat olan Lenovo İdeapad 3 kompüter, X4 üçün cəmi ödədiyi 1717,26 manat, ödənilməmiş əsas borcu 545,1 manat, cərimə borcu 163,9 manat olmaqla, cəmi 709 manat, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən Cavabdeh "xxxx" MMC-dən alqı-satqı qiyməti 730,04 manat olan İMEİ kod **********45314 X5 A7 üçün cəmi ödədiyi 208,76 manat, ödənilməmiş əsas borcu 521,28 manat, cərimə borcu 136,72 manat olmaqla, cəmi 658 manat, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən Cavabdeh "xxxx" MMC-dən alqı-satqı qiyməti 1365,4 manat olan Apple watch 7qol saatı üçün cəmi ödədiyi 1084,2 manat, ödənilməmiş əsas borcu 281,2 manat, cərimə borcu 63,8 manat olmaqla, cəmi 345 manat, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən Cavabdeh "xxxx" MMC-dən alqı-satqı qiyməti 405 manat olan Airpods 2 qulaqlıq üçün cəmi ödədiyi 270 manat, ödənilməmiş əsas borcu 135 manat, cərimə borcu 40 manat olmaqla, cəmi 175 manat, ümumi ödənilməmiş borcu cəmi 8869 manat təşkil edir; -xx.xx.2023-cü il tarixli ödəniş cədvəlindən görünür ki, Lenovo kompüterin aylıq ödəniş məbləği 92,39 manat; xx.xx.2022-ci il tarixli ödəniş cədvəlindən görünür ki, Playstation 5, PS5 oyun pultunun aylıq ödənişi 67,49 manat; xx.xx.2022-ci il tarixli ödəniş cədvəlindən görünür ki, İMEİ kod **********79233 Samsung Galaxy A53 markalı telefon, Samsung chargerin aylıq ödənişi 68,62 manat; xx.xx.2022-ci il tarixli ödəniş cədvəlindən görünür ki, Playstation 5, PS5 oyun pultunun aylıq ödənişi 71,6 manat; xx.xx.2022-ci il tarixli ödəniş cədvəlindən görünür ki, İMEİ kod **********36289 Samsung Galaxy A53 markalı telefonin aylıq ödənişi 52,34 manat; xx.xx.2022-ci il tarixli ödəniş cədvəlindən görünür ki, Lenovo İdeapad 3 kompüter, X4in aylıq ödənişi 109,02 manat; xx.xx.2022-ci il tarixli ödəniş cədvəlindən görünür ki, İMEİ kod **********45314 X5 A7-nin aylıq ödənişi 57,92 manat; xx.xx.2021-ci il tarixli ödəniş cədvəlindən görünür ki, Apple watch 7 qol saatının aylıq ödənişi 70,3 manat, xx.xx.2022-ci il tarixli ödəniş cədvəlindən görünür ki, Airpods 2 qulağlığın aylıq ödənişi 33,75 manat təşkil edir. -"xxxx" MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, cavabdeh, müqavilənin şərtlərini pozaraq, müqavilədə göstərilən vaxt və qaydaya əməl etmədiyi üçün tərəflər arasında bağlanmış müqavilənin şərtinə uyğun olaraq əlavə peniya hesablanmışdır. Hesblanmış peniya məbləğini qısa zamanda ödəmədiyi halda aidiyyatı üzrə dövlət qurumuna müraciət olunacağı barədə xəbərdar edilmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisəyə nisyə alqısatqı müqaviləsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin, 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göründüyü kimi, cavabdeh xx.xx.2023-cü il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixli müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu sazişlə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da sazişin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, bu səbəbdən onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, yaranan borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Məhkəmə cavabdehin müqavilə şərtləri pozulduğuna görə iddiaçı tərəfindən ona hesablanmış Lenovo kompüter üçün 469,98 manat; Playstation 5, PS5 oyun pultu üçün 321,16 manat; İMEİ kod **********79233 Samsung Galaxy A53 markalı telefon, Samsung charger üçün 285,32 manat; Playstation 5, PS5 oyun pultu üçün 255,8 manat; İMEİ kod **********36289 Samsung Galaxy A53 markalı telefon üçün 249,56 manat; Lenovo İdeapad 3 kompüter, X4 üçün 163,9 manat; İMEİ kod **********45314 X5 A7 markalı tablet üçün 136,72 manat; Apple watch 7 qol saatı üçün 63,8 manat; Apple airpods 2 qulaqlıq üçün 40 manat məbləğində cərimələrin tutulmasını ədalətsiz hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462-ci maddəsinin tələbinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə işin hallarını, tərəflərin maddi vəziyyətini nəzərə alaraq, xx.xx.2023cü il tarixli müqavilə üzrə alınmış Lenovo kompüter üçün dəbbə pulunun 160 manat; xx.xx.2022-ci il tarixli müqavilə üzrə alınmış Playstation 5, PS5 oyun pultu üçün dəbbə pulunun 100 manat; xx.xx.2022-ci il tarixli müqavilə əsasında alınmış İMEİ kod **********79233 Samsung Galaxy A53 markalı telefon, Samsung charger üçün dəbbə pulunun 90 manat, xx.xx.2022-ci il tarixli müqavilə üzrə Playstation 5, PS5 oyun pultu üçün dəbbə pulunu 85 manat, xx.xx.2022-ci il tarixli müqavilə üzrə alınmış İMEİ kod **********36289 Samsung Galaxy A53 markalı telefon üçün dəbbə pulunun 80 manat, xx.xx.2022-ci il tarixli müqavilə üzrə Lenovo İdeapad 3 kompüter, X4 üçün dəbbə pulunu 50 manat, xx.xx.2022-ci il tarixli müqavilə üzrə İMEİ kod **********45314 X5 A7 markalı tablet üçün dəbbə pulunu 50 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə Apple watch 7 qol saatı üçün dəbbə pulunu 20 manat, xx.xx.2022-ci il tarixli müqavilə üzrə Apple Airpods 2 qulaqlıq üçün dəbbə pulunu 10 manat məbləğində tutulmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-1, 284-5, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ İddia qismən təmin edilsin Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən Lenovo kompüter üçün 1663 (min altı yüz altmış üç) manat, 02 (iki) qəpik əsas, 160 (yüz altmış) manat məbləğində cərimə borcu; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən Playstation 5, PS5 oyun pultu üçün 1079 (min yetmiş doqquz) manat, 84 (səksən dörd) qəpik əsas, 100 (yüz) manat cərimə borcu; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən İMEİ kod **********79233 Samsung Galaxy A53 markalı telefon, Samsung charger üçün 960 (doqquz yüz altmış) manat, 68 (altmış səkkiz) qəpik əsas, 90 (doxsan) manat cərimə borcu; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən Playstation 5, PS5 oyun pultu üçün 859 (səkkiz yüz əlli doqquz) manat, 20 (iyirmi) qəpik əsas, 85 (səksən beş) manat cərimə borcu; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kod **********36289 Samsung Galaxy A53 markalı telefon üçün 837 (səkkiz yüz otuz yeddi) manat, 44 (qırx dörd) qəpik əsas, 80 (səksən) manat cərimə borcu; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən Lenovo İdeapad 3 kompüter, X4 üçün 545 (beş yüz qırx beş) manat, 10 (on) qəpik əsas, 50 (əlli) manat cərimə borcu, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən İMEİ kod **********45314 X5 A7 markalı tablet üçün 521 (beş yüz iyirmi bir) manat, 28 (iyirmi səkkiz) qəpik əsas, 50 (əlli) manat cərimə borcu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən Apple watch 7 qol saatı üçün 281 (iki yüz səksən bir) manat, 20 (iyirmi) qəpik əsas, 20 (iyirmi) manat cərimə borcu xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən Apple Airpods 2 qulaqlıq üçün üçün 135 (yüz otuz beş) manat əsas, 10 (on) manat cərimə borcu, ümumilikdə 7527 (yeddi min beş yüz iyirmi yeddi) manat, 76 (yetmiş altı) qəpik və 108 (yüz səkkiz) manat, 69 (altmış doqquz) qəpik məbləğində dövlət rüsumunun əvəzi tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Adilə Paşayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar