Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(008)-6183/2023 31.08.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Əmlak X2 və Reyestri Publik Hüquqi Şəxsi və Bakı şəhəri 24 saylı notariat ofisi olmaqla mirasın əmlakın qəbul edilməsi faktının, əmlak üzərində payların müəyyən edilməsi və naturada bölünməsi tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Əmlak X2 və Reyestri Publik Hüquqi Şəxsi və Bakı şəhəri 24 saylı notariat ofisi olmaqla mirasın əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi və paylara bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə, iddia ərizəsini nəzərdən keçirib hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər birlikdə geri qaytarılmalıdır. Belə ki, ərizəçi bir-biri ilə əlaqəsi olmayan bir neçə tələbi birləşdirmişdir. Qanunvericiliklə xüsusi icraat qaydasında baxılmalı olduğu halda iddia ərizəsindən də göründüyü kimi iddiaçılar iddia icraatı qaydasında məhkəməyə müraciət edərək mirasın qəbul edilməsi faktının müəyyən edilməsini məhkəmədən xahiş edirlər. Eyni zamanda mirasın qəbul edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi məsələsi öz həllini tapmamış payların bölünməsi ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət edilmiş, həmçinin iddia ərizəsində cavabdeh barədə məlumatlar qeyd olunmamışdır. Bu kimi tələblərə qanunvericiliyin tələbinə uyğun olaraq öncə xüsusi icraat qaydasında baxılmaqla fakt müəyyən edilməli, sonradan pay bölgüsü ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.1.1. hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında; 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.9. mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin; 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsasən, hesab edir ki, ərizə geri qaytarılmalı və ərizəçiyə izah edilməlidir ki, göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə bilər. Məhkəmə, həmçinin Mülki Prosessual Məcəllənin 114.1.3-cü maddəsinə əsasən qeyd edir ki, ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149, 152, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Əmlak X2 və Reyestri Publik Hüquqi Şəxsi və Bakı şəhəri 24 saylı notariat ofisi olmaqla mirasın əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi və paylara bölünməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçılara geri qaytarılsın. İddiaçılara izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. X1 tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu özünə qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şəbnur Qədirova
Məhkəmə qərarları › İş №e-2(008)-6183/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №e-2(008)-6183/2023
31.08.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver