Məhkəmə qərarları › İş №e-2(008)-6305/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-6305/2024

20.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-6305/2024 20.11.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sabunçu Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı «pul tələbinə» dair iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********17586 İPHONE 14 PRO MAX markalı telefon üçün 4653 (dörd min altı yüz əlli üç) manat ödənilməmiş hissə, 1006 (min altı) manat dəbbə; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********82065 XİAOMİ REDMİ NOTE 11 markalı telefon üçün 123 (yüz iyirmi üç) manat ödənilməmiş hissə, 36 (otuz altı) manat dəbbə pulu; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, KOMBİ HOFFMANN üçün 241.08 (iki yüz qırx bir manat səkkiz qəpik) manat ödənilməmiş hissə, 71.92 (yetmiş bir manat doxsan iki qəpik) manat dəbbə borcu, ümumilikdə 6131 manat borc, 81.31 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 6.07.2023-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, tarixli müqavilələrə əsasən, İmei kod **********17586 İPHONE 14 PRO MAX markalı telefon, İmei kod **********82065 XİAOMİ REDMİ NOTE 11 markalı telefon, KOMBİ HOFFMANN almış və nəticədə 6131 (altı min yüz otuz bir) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 4653 (dörd min altı yüz əlli üç) manat (18 ay x 258.5 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********17586 İPHONE 14 PRO MAX markalı telefon üçün ümumilikdə, 5659 (beş min altı yüz əlli doqquz)manat olmaqla ondan, 4653 (dörd min altı yüz əlli üç) manat ödənilməmiş hissə, 1006 (min altı) manat dəbbə; cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 741 (yeddi yüz qırx bir) manat (12 ay x 61.75 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********82065 XİAOMİ REDMİ NOTE 11 markalı telefon üçün ümumilikdə, 159 (yüz əlli doqquz) manat olmaqla ondan, 123 (yüz iyirmi üç) manat ödənilməmiş hissə,36 (otuz altı) manat dəbbə; cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 970.08 (doqquz yüz yetmiş manat səkkiz qəpik) manat (12 ay x 80.84 manat + 0 manat ilkin ödəniş) olan KOMBİ HOFFMANNüçün ümumilikdə, 313 (üç yüz on üç) manat olmaqla ondan, 241.08 (iki yüz qırx bir mnat səkkiz qəpik) manat ödənilməmiş hissə, 71.92 (yetmiş bir manat doxsan iki qəpik) manat dəbbə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1347 manat təşkil edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli müqavilənin surətindən müəyyən olunur ki, Cavabdeh "xxxx" MMC-dən İmei kod **********17586 İPHONE 14 PRO MAX markalı telefon almış, onun dəyərini hissə-hissə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. -"xxxx" MMC tərəfindən verilmiş 12 avqust 2024-cü il tarixli maliyyə cədvəlindən müəyyən edilir ki, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən Cavabdeh "xxxx" MMC-dən alqı-satqı qiyməti 4653 manat olan İmei kod **********17586 İPHONE 14 PRO MAX markalı telefon üçün cəmi ödədiyi məbləğ 0 manat, ödənilməmiş əsas borcu 4653 manat, dəbbə borcu 1006 manat olmaqla, ümumi ödənilməmiş borcu 5659 (beş min altı yüz əlli doqquz) manat təşkil edir; -xx.xx.2023-cü il tarixli ödəniş cədvəlindən görünür ki, İmei kod **********17586 İPHONE 14 PRO MAX markalı telefon üçün aylıq ödəniş məbləği 258,5 manat təşkil edir. - xx.xx.2022-ci il tarixli müqavilənin surətindən müəyyən olunur ki, Cavabdeh "xxxx" MMC-dən İmei kod **********82065 XİAOMİ REDMİ NOTE 11 markalı telefon almış, onun dəyərini hissə-hissə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. -"xxxx" MMC tərəfindən verilmiş 12 avqust 2024-cü il tarixli maliyyə cədvəlindən müəyyən edilir ki, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən Cavabdeh "xxxx" MMC-dən alqı-satqı qiyməti 741 manat olan İmei kod **********82065 XİAOMİ REDMİ NOTE 11 markalı telefon üçün cəmi ödədiyi məbləğ 618 manat, ödənilməmiş əsas borcu 123 manat, dəbbə borcu 36 manat olmaqla, ümumi ödənilməmiş borcu 159 (bir yüz əlli doqquz) manat təşkil edir; -24 avqust 2024-cü il tarixli ödəniş cədvəlindən görünür ki, İmei kod **********82065 XİAOMİ REDMİ NOTE 11 markalı telefon üçün aylıq ödəniş məbləği 61,75 manat təşkil edir. -xx.xx.2022-ci il tarixli müqavilənin surətindən müəyyən olunur ki, Cavabdeh "xxxx" MMC-dən KOMBİ HOFFMANN almış, onun dəyərini hissə-hissə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. -"xxxx" MMC tərəfindən verilmiş 12 avqust 2024-cü il tarixli maliyyə cədvəlindən müəyyən edilir ki, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən Cavabdeh "xxxx" MMC-dən alqı-satqı qiyməti 970,08 manat olan KOMBİ HOFFMANN üçün cəmi ödədiyi məbləğ 729 manat, ödənilməmiş əsas borcu 241,08 manat, dəbbə borcu 71,92 manat olmaqla, ümumi ödənilməmiş borcu 313 (üç yüz on üç) manat təşkil edir; -xx.xx.2022-ci il tarixli ödəniş cədvəlindən görünür ki, KOMBİ HOFFMANN aylıq ödəniş məbləği 80,84 manat təşkil edir. -"xxxx" MMC-dən tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, cavabdeh müqavilənin şərtlərini pozaraq, müqavilədə göstərilən vaxt və qaydaya əməl etmədiyi üçün tərəflər arasında bağlanmış müqavilənin şərtinə uyğun olaraq əlavə peniya hesablanmışdır. Hesablanmış peniya məbləğini qısa zamanda ödəmədiyi halda aidiyyatı üzrə dövlət qurumuna müraciət olunacağı barədə xəbərdar edilmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisəyə nisyə alqı-satqı müqaviləsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin, 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata kecirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göründüyü kimi, Cavabdeh xx.xx.2023-cü il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu sazişlə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da sazişin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, bu səbəbdən onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, yaranan borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsas borca münasibətdə təmin edilməli, Cavabdeh 5017,08 (beş min on yeddi manat səkkiz qəpik) manat ödənilməmiş hissə tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462-ci maddəsinin tələbinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə işin hallarını nəzərə alaraq, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 100 manat, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 10 manat, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 20 manat, cəmi 130 manat məbləğində dəbbə tutulmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yəni iddia tələbi qismən təmin olduğu halda hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 81,31 manat dövlət rüsumunun əvəzi qismən, yəni 71.47 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-1, 284-5, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli müqavilə üzrə 4653 (dörd min altı yüz əlli üç) manat əsas borc, 100 (bir yüz) manat cərimə borcu, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 123 (bir yüz iyirmi üç) manat əsas borc, 10 (on) manat cərimə borcu; xx.xx.2022-ci il tarixli müqavilə üzrə 241,08 (iki yüz qırx bir manat səkkiz qəpik) manat əsas borc, 20 (iyirmi) manat cərimə borcu olmaqla, cəmi 5147.08 (beş min bir yüz qırx yeddi manat səkkiz qəpik)) manat borcun və 71.47 (yetmiş bir manat qırx yeddi qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar