Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-6340/2025 05.12.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, Mehtiyev Əli Fikrət oğlunun katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2 oğlunun iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 6412 manat məbləğində pul vəsaitinin və 84,12 manat məbləğində dövlət rüsumunun tutularaq, ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, cavabdeh ilə, "xxxx" MMC arasında bağlanmış xx.xx.2025-cü il və xx.xx.2025-ci il tarixli müqavilələrə əsasən İMEİ KODU **********87556 İPHONE 16 PRO MAX markalı telefon, QİZİL ZƏMANƏT ULTRA 1 İL XİDMƏTİ, PLAYSTATİON 5 SLİM oyun konsolu almış və nəticədə 6412 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 4575,52 manat (24 ay x 180,23 manat + 250 manat ilkin ödəniş) olan İMEİ KODU **********87556 İPHONE 16 PRO MAX markalı telefon, QİZİL ZƏMANƏT ULTRA 1 İL XİDMƏTİ üçün ümumilikdə, 4781,67 manat olmaqla ondan, 4325,52 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.60 manat rüsum, güzəşt olunaraq 432,55 manat dəbbə; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1482,12 manat (18 ay x 82,34 manat + 0 manat ilkin ödəniş) olan PLAYSTATİON 5 SLİM oyun konsolu üçün ümumilikdə, 1630,33 manat olmaqla ondan, 1482,12 manat ödənilməmiş hissə, güzəşt olunaraq 148,21 manat dəbbə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 250 manat təşkil edir. Ödəniş cədvəlinin 2ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2025-cü il və xx.xx.2025-ci il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan “əşyaların təhvil-təslim” aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə olan telefon danışığı, həmçinin göndərilmiş xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması və üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. İş materiallarına əlavə olunmuş 25 avqust 2025-ci il tarixli arayışdan görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh telefonun açılıb-bağlanması xidmətinə görə İnnovativ Layihələr Mərkəzinə 23,60 manat pul ödənilmişdir. İş materiallarına əlavə olunmuş 25 avqust 2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh iddiaçıya ümumilikdə 6412 manat borcu mövcuddur. İş materiallarına əlavə olunmuş 75797795 nömrəli, xx.xx.2025-ci il tarixli qəbzə əsasən 84,12 manat məbləğində rüsum iddia ərizəsini Sabunçu Rayon Məhkəməsinə təqdim etmək üçün dövlət büdcəsinə ödənilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliklərin icrasını vaxtında yerinə yetirməmişdir. Məhkəmə iclasında iştirak edən "xxxx" MMC-nin nümayəndəsi X1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740.1-ci maddənin tələbinə görə isə, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Məhkəmə araşdırması nəticəsində iddiaçının nümayəndəsinin vermiş olduğu izahatını, iş materiallarına əlavə edilmiş sənədləri araşdırıaraq, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, xx.xx.2025-ci il tarixli müqavilə üçün 4325,52 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.60 manat rüsum, güzəşt olunaraq 432,55 manat dəbbə, ümumilikdə 4781,67 manat, xx.xx.2025-ci il tarixli müqavilə üçün 1482,12 manat ödənilməmiş hissə, güzəşt olunaraq 148,21 manat dəbbə pulu, ümumilikdə, 1630,33 manat, iki müqavilə üzrə 6412 manat məbləğində borc Cavabdeh tutularaq, "xxxx" MMC-ə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsini 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə görə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin qeyd edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 84,12 manat dövlət rüsumu cavabdehdən tutularaq, iddiaçıya ödənilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanları və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT E T D İ: İddia tələbi təmin edilsin. xx.xx.2025-ci il tarixli müqavilə üçün 4325,52 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.60 manat rüsum və 432,55 manat dəbbə ümumilikdə 4781,67 manat; xx.xx.2025-ci il tarixli müqavilə üçün 1482,12 manat ödənilməmiş hissə və 148,21 manat dəbbə pulu ümumilikdə, 1630,33 manat cəmi iki müqavilə üzrə 6412 manat məbləğində borc və 84,12 manat dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq, iddiaçı "xxxx" MMC-ə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev
Məhkəmə qərarları › İş №e-2(008)-6340/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-6340/2025
05.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver