Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-6362/2025 27.10.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Babaşov Fuad Bəhruz oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, SAMSUNG 35W CHARGER, PAKET XXXL xidməti, İMEİ KODU **********47895 SAMSUNG GALAXY S24 ULTRA markalı telefon üçün 1802.13 (min səkkiz yüz iki manat 13 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum23.6 (iyirmi üç manat, 60 qəpik) manat, 180.21 (yüz səksən manat 21 qəpik) manat cərimə. xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, PAKET XXXL xidməti, İMEİ KODU **********65038 İPHONE 13 markalı telefon üçün 764.37 (yeddi yüz altmış dörd manat 37 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum23.6 (iyirmi üç manat, 60 qəpik) manat, 76.44 (yetmiş altı manat 44 qəpik) manat cərimə; xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən, PAKET L XİDMƏTİ, QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti, İMEİ KODU **********80092 SAMSUNG GALAXY A16 markalı telefon almış üçün 648.90 (altı yüz qırx səkkiz manat 90 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum 23.6 (iyirmi üç manat, 60 qəpik) manat, 64.89 (altmış dörd manat 89 qəpik) manat cərimə xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən, PAKET L xidməti üçün 108.98 (yüz səkkiz manat, 98 qəpik) manat ödənilməmiş hissə, 10.90 (on manat, 90 qəpik) manat cərimə olmaqla ümumilikdə 3727.62 manat borc və 57.28 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh rəsmi qaydada bildiriş göndərilmiş, lakin qanunvericiliklə müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaya qarşı etiraz daxil olmamışdır. İş materiallarında olan sübutlara əsasən məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdeh xx.xx.2025-ci il tarixli müqaviləsinə əsasən İMEİ KODU **********32145 SAMSUNG GALAXY A15 markalı telefondan və QİZİL ZƏMANƏT ULTRA 1 İL xidmətindən xx.xx.2025-cü il tarixində imtina etmiş və məhsul 471.96 manat qiymətləndirilərək, borcundan silinmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən müəyyən olunur ki, cavabdehin iddia ərizəsində qeyd olunan müqavilələr üzrə 3727.62 manat borcu vardır. Cavabdehin bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2024-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il tarixli müqavilələr üzrə son ödəniş 2147.60 manat təşkil edir. İş materiallarında olan "xxxx" MMC-nin Cavabdeh ünvanladığı xx.xx.2025-ci il tarixli xəbərdarlığa əsasən məlum olur ki, iddiaçı tərəfindən borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq edilmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 1802.13 manat ödənilməmiş hissə, 18 manat cərimə, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən 764.37 manat ödənilməmiş hissə, 7 manat cərimə, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 648.90 manat ödənilməmiş hissə, 6 manat cərimə, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 108.98 manat ödənilməmiş hissə, 1 manat cərimə olmaqla ümumilikdə 3356.38 manat borc və 53.57 manat ödənilmiş dövlət rüsumu alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Belə ki, iddiaçı müqavilə üzrə öhdəliklərini yerinə yetirdiyi halda, cavabdeh müqavilələr üzrə öhdəliklərini yerinə yetirməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbində göstərilən cərimə məbləğləri tənasübsüz surətdə yüksək hesab olunmalı, buna görə də azaldılaraq ağlabatan miqdarda müəyyən edilməlidir. Eyni zamanda məhkəmə İnnovativ Layihələr Mərkəzinə ödənilməsi qeyd edilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsumun ödənişi ilə bağlı iş materiallarında heç bir rəsmi qəbz olmadığından həmin hissədə iddianın rədd edilməli olması qənaətinə gəlir. AR Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 1802.13 manat ödənilməmiş hissə, 18 manat cərimə, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən 764.37 manat ödənilməmiş hissə, 7 manat cərimə, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 648.90 manat ödənilməmiş hissə, 6 manat cərimə, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 108.98 manat ödənilməmiş hissə, 1 manat cərimə olmaqla ümumilikdə 3356.38 manat borc və 53.57 manat ödənilmiş dövlət rüsumu alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun 3.71 manat dövlət rüsumu iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №e-2(008)-6362/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-6362/2025
27.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver