Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-6467/2025 12.11.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Rüstəmova Sürəyya Nazim qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 296,04 manat ödənilməmiş hissə, 29.60 manat cərimə; xx.xx.2025-ci il tarixli müqavilə üzrə 360 manat ödənilməmiş hissə, 36 manat cərimə; xx.xx.2025-ci il tarixli müqavilə üzrə 1074 manat ödənilməmiş hissə, 107,4 manat cərimə; xx.xx.2025-cü il tarixli müqavilə üzrə 1043,4 manat ödənilməmiş hissə, 104,34 manat cərimə; xx.xx.2025-ci il tarixli müqavilə üzrə 957,96 manat ödənilməmiş hissə, 95,80 manat cərimə; xx.xx.2025-ci il tarixli müqavilə üzrə 837.76 manat ödənilməmiş hissə, 83.74 manat cərimə; xx.xx.2025-ci il tarixli müqavilə üzrə, 837.36 manat ödənilməmiş hissə, 83.36 manat cərimə; xx.xx.2025-ci il tarixli müqavilə üzrə 818,4 manat ödənilməmiş hissə, 81.84 manat cərimə; xx.xx.2025-ci il tarixli müqavilə üzrə 649,2 manat ödənilməmiş hissə, 64.92 manat cərimə; xx.xx.2025-ci il tarixli müqavilə üzrə 630,36 manat ödənilməmiş hissə, 63.04 manat cərimə; xx.xx.2025ci il tarixli müqavilə üzrə 602,4 manat ödənilməmiş hissə, 60.24 manat cərimə; xx.xx.2025ci il tarixli müqavilə üzrə 376.44 manat ödənilməmiş hissə, 37.64 manat cərimə olmaqla, ümumilikdə 9331.21 manat borcun və 113.32 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il tarixli nisyə alqı-satqı müqavilələrinə əsasən, cavabdeh imei kodu 51518/64yq05433 olan “X4 SE” markalı mobil telefon, zəmanət + 3 il xidməti ilə, “Epson” markalı printer, “Playstation 5 slim”, zəmanət + 3 il xidməti, “Apple” markalı qol saatı, qızıl zəmanət ultra 3 il xidməti, 2 ədəd qızıl zəmanət ultra 2 il xidməti, imei kodu **********00511 olan “Huawei Nova Y72” markalı mobil telefon, imei kod 56175/64tc00334 “X4 Pro” markalı mobil telefon, zəmanət + 3 il xidməti, “Playstation 5”, zəmanət + 3 il xidməti, “Playstation 5, zəmanət + 3 il xidməti, “Playstation 5”, imei kodu 56178/64sb02976 olan “X4 Pro” markalı mobil telefon, imei kodu 56178/64sb04507 “X4 Pro” markalı mobil telefon, qızıl zəmanət ultra 2 il xidməti, “Apple” markalı airpods Pro qulaqlıq, imei kod 51518/64yq02258 “X4 SE” markalı mobil telefon, zəmanət + 3 il xidməti almış və nəticədə 9331.21 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 496.04 manat (12 ay x 24.67 manat + 200 manat ilkin ödəniş) olan imei kodu 51518/64yq05433 olan “X4 SE” markalı mobil telefon, zəmanət + 3 il xidməti xidməti üçün 325.64 manat olmaqla ondan, 296.04 manat ödənilməmiş hissə, 29.60 manat cərimə pulu; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 495 manat (12 ay x 30 manat + 135 manat ilkin ödəniş) olan “Epson” markalı printer üçün 396 manat olmaqla ondan 360 manat ödənilməmiş hissə, 36 manat cərimə pulu; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alqısatqı qiyməti 1554 manat (12 ay x 89.5 manat + 480 manat ilkin ödəniş) olan “Playstation 5 slim”, zəmanət + 3 il xidməti xidməti üçün 1181.4 manat olmaqla ondan 1074 manat ödənilməmiş hissə, 107.4 manat cərimə pulu; xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1543.4 manat (12 ay x 86.95 manat + 0 manat ilkin ödəniş) olan “Apple” markalı qol saatı, qızıl zəmanət ultra 3 il xidməti üçün 1147.74 manat olmaqla ondan 1043.4 manat ödənilməmiş hissə, 104.34 manat cərimə pulu; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1252.96 xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1252.96 manat (12 ay x 79.83 manat + 295 manat ilkin ödəniş) olan 2 ədəd qızıl zəmanət ultra 2 il xidməti, imei kodu **********00511 olan “Huawei Nova Y72” markalı mobil telefon, imei kod 56175/64tc00334 “X4 Pro” markalı mobil telefon üçün 1053.76 manat olmaqla ondan 957.96 manat ödənilməmiş hissə, 95.80 manat cərimə pulu; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1557.36 bir min beş yüz əlli yeddi manat, 36 qəpik) manat (12 ay x 69.78 manat + 720 manat ilkin ödəniş) olan zəmanət + 3 il xidməti, “Playstation 5” üçün 921.10 manat olmaqla ondan 837.76 manat ödənilməmiş hissə, 83.74 manat cərimə xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alqısatqı qiyməti 1557.36 manat (12 ay x 69.78 manat + 720 manat ilkin ödəniş) olan zəmanət + 3 il xidməti, “Playstation 5” üçün 921.10 manat olmaqla ondan 837.36 manat ödənilməmiş hissə, 83.36 manat cərimə xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alqısatqı qiyməti 1538.4 manat (12 ay x 68.2 manat + 720 manat ilkin ödəniş) olan zəmanət + 3 il xidməti, “Playstation 5” üçün 900.24 manat olmaqla ondan 818.4 manat ödənilməmiş hissə, 81.84 manat cərimə xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 689.2 manat (12 ay x 54.1 manat + 40 manat ilkin ödəniş) olan imei kodu 56178/64sb02976 olan “X4 Pro” markalı mobil telefon üçün 714.12 manat olmaqla ondan 649.2 manat ödənilməmiş hissə, 64.92 manat cərimə xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 845.36 manat (12 ay x 52.53 manat + 215 manat ilkin ödəniş) olan imei kodu 56178/64sb04507 olan “X4 Pro” markalı mobil telefon, qızıl zəmanət ultra 2 il xidməti üçün 693.40 manat olmaqla ondan 630.36 manat ödənilməmiş hissə, 63.04 manat cərimə xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 812.4 manat (12 ay x 50.2 manat + 210 manat ilkin ödəniş) olan “Apple” markalı airpods Pro qulaqlıq üçün 662.64 manat olmaqla ondan 602.4 manat ödənilməmiş hissə, 60.24 manat cərimə xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 496.44 manat (12 ay x 31.37 manat + 120 manat ilkin ödəniş) olan imei kod 51518/64yq02258 “X4 SE” markalı mobil telefon, zəmanət + 3 il xidməti üçün 414.08 manat olmaqla ondan 376.44 manat ödənilməmiş hissə, 37.64 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2450 manat təşkil edir. Cavabdehlə bağlanılmış xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulları tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərilən xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətinin nümayəndəsi X2 məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verib, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsini və iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan nisyə alqı-satqı müqavilələri və onlara əlavələrdən görünür ki, Cavabdeh - xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, imei kodu 51518/64yq05433 olan “X4 SE” markalı mobil telefon, zəmanət + 3 il xidməti xidməti; - xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, “Epson” markalı printer; - xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, “Playstation 5 slim”, zəmanət + 3 il xidməti; - xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən, “Apple” markalı qol saatı, qızıl zəmanət ultra 3 il xidməti; - xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, 2 ədəd qızıl zəmanət ultra 2 il xidməti, imei kodu **********00511 “Huawei Nova Y72” markalı mobil telefon, imei kod 56175/64tc00334 “X4 Pro” markalı mobil telefon; - xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, zəmanət + 3 il xidməti, “Playstation 5”; - xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, zəmanət + 3 il xidməti, “Playstation 5”; - xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, zəmanət + 3 il xidməti, “Playstation 5”; - xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, imei kodu 56178/64sb02976 olan “X4 Pro” markalı mobil telefon; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, imei kodu 56178/64sb04507 olan “X4 Pro” markalı mobil telefon, qızıl zəmanət ultra 2 il xidməti; - xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, “Apple” markalı airpods Pro; - xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, imei kodu 51518/64yq02258 olan “X4 SE” markalı mobil telefon, zəmanət + 3 il xidməti almışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh həmin tarixədək xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, 296.04 manat ödənilməmiş hissə, 29.60 manat cərimə pulu; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, 360 manat ödənilməmiş hissə, 36 manat cərimə pulu; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, 1074 manat ödənilməmiş hissə, 107.4 manat cərimə pulu; xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən, 1043.4 manat ödənilməmiş hissə, 104.34 manat cərimə pulu; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, 957.96 manat ödənilməmiş hissə, 95.80 manat cərimə pulu; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, 837.76 manat ödənilməmiş hissə, 83.74 manat cərimə; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, 837.36 manat ödənilməmiş hissə, 83.36 manat cərimə; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, 818.4 manat ödənilməmiş hissə, 81.84 manat cərimə; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, 649.2 manat ödənilməmiş hissə, 64.92 manat cərimə; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, 630.36 manat ödənilməmiş hissə, 63.04 manat cərimə; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, 602.4 manat ödənilməmiş hissə, 60.24 manat cərimə; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, 376.44 manat ödənilməmiş hissə, 37.64 manat cərimə olmaqla ümumilikdə 9331.21 manat borcu vardır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, "xxxx" MMC Cavabdeh xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli nisyə alqı-satqı müqavilələri üzrə götürdüyü öhdəliyin yerinə yetirilməsi barədə təklif göndərmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 433.1-ci maddəsinə əsasən, borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 600.1-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini tələb edə bilər. Qətnaməni iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəməyə təqdim olunmuş sübutlarla əsaslandırıraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh iddaçı "xxxx" MMC-nin xeyrinə xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, 296.04 manat ödənilməmiş hissə, 29.60 manat cərimə; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, 360 manat ödənilməmiş hissə, 36 manat cərimə; xx.xx.2025ci il tarixli müqaviləyə əsasən 1074 manat ödənilməmiş hissə, 107.4 manat cərimə; xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən 1043.4 manat ödənilməmiş hissə, 104.34 manat cərimə; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, 957.96 manat ödənilməmiş hissə, 95,80 manat cərimə; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 837.76 manat ödənilməmiş hissə, 83.74 manat cərimə; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, 837.36 manat ödənilməmiş hissə, 83.36 manat cərimə; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, 818.4 manat ödənilməmiş hissə, 81.84 manat cərimə; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, 649.2 manat ödənilməmiş hissə, 64.92 manat cərimə; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, 630.36 manat ödənilməmiş hissə, 63.04 manat cərimə; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, 602.4 manat ödənilməmiş hissə, 60.24 manat cərimə; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, 376.44 manat ödənilməmiş hissə, 37.64 manat cərimə olmaqla ümumilikdə 9331.21 manat məbləğində borc və 113.32 manat dövlət rüsumu tutulmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə xx.xx.2025-ci il tarixli müqavilə üzrə 296,04 manat ödənilməmiş hissə, 29.60 manat cərimə; xx.xx.2025-ci il tarixli müqavilə üzrə 360 manat ödənilməmiş hissə, 36 manat cərimə; xx.xx.2025-ci il tarixli müqavilə üzrə 1074 manat ödənilməmiş hissə, 107,4 manat cərimə; xx.xx.2025-cü il tarixli müqavilə üzrə 1043,4 manat ödənilməmiş hissə, 104,34 manat cərimə; xx.xx.2025-ci il tarixli müqavilə üzrə 957,96 manat ödənilməmiş hissə, 95,80 manat cərimə ;xx.xx.2025-ci il tarixli müqavilə üzrə 837.76 manat ödənilməmiş hissə, 83.74 manat cərimə; xx.xx.2025-ci il tarixli müqavilə üzrə, 837.36 manat ödənilməmiş hissə, 83.36 manat cərimə; xx.xx.2025-ci il tarixli müqavilə üzrə 818,4 manat ödənilməmiş hissə, 81.84 manat cərimə; xx.xx.2025-ci il tarixli müqavilə üzrə 649,2 manat ödənilməmiş hissə, 64.92 manat cərimə; xx.xx.2025-ci il tarixli müqavilə üzrə 630,36 manat ödənilməmiş hissə, 63.04 manat cərimə; xx.xx.2025ci il tarixli müqavilə üzrə 602,4 manat ödənilməmiş hissə, 60.24 manat cərimə; xx.xx.2025ci il tarixli müqavilə üzrə 376.44 manat ödənilməmiş hissə, 37.64 manat cərimə olmaqla, ümumilikdə 9331,21 (doqquz min üç yüz otuz bir manat iyirmi bir qəpik) manat məbləğində borc və 113,32 ( yüz on üç manat otuz iki qəpik) manat dövlət rüsumu tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirməklə 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №e-2(008)-6467/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-6467/2025
12.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver