Məhkəmə qərarları › İş №e-2(008)-6606/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-6606/2022

28.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-6606/2022 28.10.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Cəfərli Nilufər Arif qızı, İddiaçı MMC-nin Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixinə yaranmış xx.xx.2020-ci tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 163 (yüz altmış üç) manat əsas, 24.40 (iyirmi dörd manat qırx qəpik) manat cərimə borcu olmaqla, cəmi 187.40 (yüz səksən yeddi manat qırx qəpik) manat, xx.xx.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 9.10 (doqquz manat on qəpik) manat əsas, 1.30 (bir manat otuz qəpik) manat cərimə, cəmi 10.40 (on manat qırx qəpik) manat, xx.xx.2020-ci tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 1051 (min əlli bir) manat əsas, 157.6 (yüz əlli yeddi manat altmış qəpik) manat cərimə borcu olmaqla, cəmi 1208.6 (min iki yüz səkkiz manat altmış qəpik) manat, xx.xx.2021-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 161 (yüz altmış bir) manat əsas, 24.10 (iyirmi dörd manat on qəpik) manat cərimə, cəmi 185.10 (yüz səksən beş manat on qəpik) manat, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 1124 (min yüz iyirmi dörd) manat əsas, 168.60 (yüz altmış səkkiz manat altmış qəpik) manat cərimə, cəmi 1292.60 (min iki yüz doxsan iki manat altmış qəpik) manat, ümumilikdə beş müqavilə üzrə 2508.10 (iki min beş yüz səkkiz manat on qəpik) manat əsas, 376 (üç yüz yetmiş altı) manat cərimə, cəmi 2884.10 (iki min səkkiz yüz səksən dörd manat on qəpik) borcun və 48.84 (qırx səkkiz manat səksən dörd qəpik) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən sonuncu aldığı “LENOVO” markalı noutbuka görə 12 ay ödəniş cədvəli üzrə hər ay 87 manat olmaqla, cəmi 1033.80 manat, xx.xx.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu aldığı “XİAOMİ” markalı biznes çantaya və noutbuk aksesuarına görə 12 ay ödəniş cədvəli üzrə hər ay 7 manat olmaqla, cəmi 85.10 manat, xx.xx.2020-ci tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən sonuncu aldığı “Honor” markalı noutbuka görə 18 ay ödəniş cədvəli üzrə hər ay 88 manat olmaqla cəmi 1579 manat və xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən sonuncu aldığı “Xiaomi” markalı telefona görə 12 ay ödəniş cədvəli üzrə hər ay 34 manat olmaqla, cəmi 399 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən sonuncu aldığı “Honor” markalı noutbuka görə 18 ay ödəniş cədvəli üzrə hər ay 75 manat olmaqla, cəmi 1349 manat, ümumilikdə beş müqavilə üzrə 4445.90 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin, Cavabdeh müqavilənin şərtlərini pozaraq, xx.xx.2020-ci il tarixli ********* saylı müqavilə üzrə sonuncu dəfə xx.xx.2021-ci il tarixində 82 manat, xx.xx.2020-ci il tarixli, ********* saylı müqavilə üzrə xx.xx.2021-ci il tarixində 8 manat, xx.xx.2020-ci il tarixli, ********* saylı müqaviləsi üzrə xx.xx.2021-ci il tarixində 88 manat, xx.xx.2021-ci il tarixli, ********* saylı müqaviləsi üzrə xx.xx.2021-ci il tarixində 34 manat və xx.xx.2021-ci il tarixli ********* saylı müqaviləsi üzrə xx.xx.2021-ci il tarixində 150 manat ödəniş etmiş, beş müqavilə üzrə qalıq qalmış 2508.10 manat borcu qaytarmamışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. -İş materiallarında olan xx.xx.2020-ci il , xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2021ci il və xx.xx.2021-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqavilələrinin surətindən müəyyən olunur ki, Cavabdeh İddiaçı MMC-dən götürdüyü avadanlıqların dəyərini ödəmək şərtilə üzərinə öhdəlik götürmüşdür; -İddiaçı MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışından müəyyən edilir ki, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən Cavabdeh İddiaçı MMC-dən ödənilməmiş əsas borcu 163 (yüz altmış üç) manat, cərimə borcu 244 manat olmaqla, ümumi ödənilməmiş borcu cəmi 407 manat; xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən Cavabdeh İddiaçı MMC-dən ödənilməmiş əsas borcu 9.10 (doqquz manat on qəpik) manat, cərimə borcu 13 manat olmaqla, ümumi ödənilməmiş borcu 22.10 manat; xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən Cavabdeh İddiaçı MMC-dən ödənilməmiş əsas borcu 1051 (min əlli bir) manat, cərimə borcu 1576 manat olmaqla, ümumi ödənilməmiş borcu cəmi 2627 manat; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən Cavabdeh İddiaçı MMC-dən ödənilməmiş əsas borcu 161 (yüz altmış bir) manat, cərimə borcu 241 manat olmaqla, ümumi ödənilməmiş borcu cəmi 402 manat; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən Cavabdeh İddiaçı MMC-dən ödənilməmiş əsas borcu 1124 (min yüz iyirmi dörd) manat, cərimə borcu 1686 manat olmaqla, ümumi ödənilməmiş borcu cəmi 2810 manat təşkil edir. -xx.xx.2020-ci il tarixli ödəniş cədvəlindən görünür ki, “LENOVO” markalı noutbuk üçün aylıq ödəniş məbləği 87 manat; xx.xx.2020-ci il tarixli ödəniş cədvəlindən görünür ki, “XİAOMİ” markalı noutbuk üçün aylıq ödəniş məbləği 7 manat; xx.xx.2020-ci il tarixli ödəniş cədvəlindən görünür ki, “Honor” markalı noutbuk üçün aylıq ödəniş məbləği 88 manat; xx.xx.2021-ci il tarixli ödəniş cədvəlindən görünür ki, “Xiaomi” markalı telefon üçün aylıq ödəniş məbləği 34 manat; xx.xx.2021-ci il tarixli ödəniş cədvəlindən görünür ki, “Honor” markalı noutbuk üçün aylıq ödəniş məbləği 75 manat təşkil edir; -İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış məktubdan görünür ki, cavabdehə borcunu tam ödəməyi barədə təklif olunmuş, əks təqdirdə barəsində məhkəmə iddiası qaldırılacağı barədə xəbərdar edilmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisəyə nisyə alqı-satqı müqaviləsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin, 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2- 600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata kecirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. Göründüyü kimi, Cavabdeh xx.xx.2020-ci il , xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilədə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, bu səbəbdən onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, yaranan əsas borcu və cərimə borcunu iddiaçıya ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır; 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir; 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 284-5 və 284.6-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdehdan xx.xx.2020-ci tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 163 (yüz altmış üç) manat əsas, 24.40 (iyirmi dörd manat qırx qəpik) manat cərimə borcu xx.xx.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 9.10 (doqquz manat on qəpik) manat əsas, 1.30 (bir manat otuz qəpik) manat cərimə, xx.xx.2020-ci tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 1051 (bir min əlli bir) manat əsas, 157.6 (bir yüz əlli yeddi manat altmış qəpik) manat cərimə borcu xx.xx.2021-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 161 (yüz altmış bir) manat əsas, 24.10 (iyirmi dörd manat on qəpik) manat cərimə borcu, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 1124 (bir min bir yüz iyirmi dörd) manat əsas, 168.60 (br yüz altmış səkkiz manat altmış qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə beş müqavilə üzrə cəmi 2884.10 (iki min səkkiz yüz səksən dörd manat on qəpik) borcun və 48.84 (qırx səkkiz manat səksən dörd qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar