Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-6764/2023 01.11.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi X1, iddiaçı "xxxx" MMCnin Cavabdeh qarşı "xx.xx.2021-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********78117 "Xiaomi Poco M3" markalı telefon üçün 185,2 manat ödənilməmiş hissə, 18,8 manat cərimə borcu, xx.xx.2021-ci il tarixli müqavilə üzrə Toshiba Led TV, Sonorous asqı və mini soba Hoffmann üçün 585,98 manat ödənilməmiş hissə, 58,02 manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə "HP" markalı kompüter üçün 1087,8 manat ödənilməmiş hissə, 108,2 manat cərimə, cəmi 2044 manat borcun tutulması" barədə kiçik iddiasına dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı "xx.xx.2021-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********78117 "Xiaomi Poco M3" markalı telefon üçün 185,2 manat ödənilməmiş hissə, 18,8 manat cərimə borcu, xx.xx.2021-ci il tarixli müqavilə üzrə Toshiba Led TV, Sonorous asqı və mini soba Hoffmann üçün 585,98 manat ödənilməmiş hissə, 58,02 manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə "HP" markalı kompüter üçün 1087,8 manat ödənilməmiş hissə, 108,2 manat cərimə, cəmi 2044 manat borcun tutulması" barədə iddia ərizəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı həmin tələbini belə əsaslandırmışdır ki, cavabdeh xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli müqavilərlə üzərinə götürdüyü öhdəlikləri tam icra etməmiş və nəticədə borcu yaranmışdır. Hazırkı iddianın qiyməti beş min manatdan az olduğuna görə məhkəmədə işə sadələşdirilmiş qaydada baxıldı. Məhkəmə tərəfindən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək, iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda, öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməsi ona təklif edilmiş, cavabdeh isə məhkəməyə verdiyi xx.xx.2023-cü il tarixli ərizədə iddiaçıya 2044 manat borcunun olduğunu, borcunu ödəməkdən yayınmadığını və təzə ildən hissə-hissə ödəyəcəyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Əsaslandırıcı hissə: Aşağıdakı hallara görə məhkəmə iddianı əsaslı hesab edir. İşdə olan, iddiaçı "xxxx" MMC və Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli "Müqavilə"dən görünür ki, cavabdeh iddiaçıdan "Xiaomi Poco M3" markalı telefon alaraq 20 ay müddətinə hissə-hissə olmaqla cəmi 618 manat ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan, iddiaçı "xxxx" MMC və Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli "Müqavilə"dən görünür ki, cavabdeh iddiaçıdan Toshiba Led TV, Sonorous asqı və mini soba Hoffmann alaraq 18 ay müddətinə hissəhissə olmaqla cəmi 1171,98 manat ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan, iddiaçı "xxxx" MMC və Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli "Müqavilə"dən görünür ki, cavabdeh iddiaçıdan "HP" markalı kompüter alaraq 18 ay müddətinə hissə-hissə olmaqla cəmi 1989,4 manat ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2023-cü il tarixli "Maliyyə və ödəniş cədvəli"ndən görünür ki, Cavabdeh iddiaçı "xxxx" MMC-yə xx.xx.2021-ci il tarixli müqavilə üzrə cəmi borcu 204 manat təşkil edir. İşdə olan xx.xx.2023-cü il tarixli "Maliyyə və ödəniş cədvəli"ndən görünür ki, Cavabdeh iddiaçı "xxxx" MMC-yə xx.xx.2021-ci il tarixli müqavilə üzrə cəmi borcu 644 manat təşkil edir. İşdə olan xx.xx.2023-cü il tarixli "Maliyyə və ödəniş cədvəli"ndən görünür ki, Cavabdeh iddiaçı "xxxx" MMC-yə xx.xx.2021-ci il tarixli müqavilə üzrə cəmi borcu 1196 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsində deyilir ki, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən, alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə görə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsinə görə isə, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Müəyyən edilir ki, cavabdehin iddiaçıya əsas borcu xx.xx.2021-ci il tarixli müqavilə üzrə 185,2 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 585,98 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə isə 1087,8 manat təşkil edir. İddiaçının tələbi həmin məbləğlərin, eləcə də xx.xx.2021-ci il tarixli müqavilə üzrə 18,8 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 58,02 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə isə 108,2 manat dəbbə pulunun ödənilməsindən ibarətdir. Məhkəmə yuxarıda sadalanan maddi hüquq normalarına əsaslanaraq bu qənaətə gəlir ki, iddiaçı cavabdehə nisyə satılmış malların dəyərini, eləcə də ödənilməsi gecikdirilmiş məbləğə görə dəbbə pulunu tələb etməkdə haqlıdır. Ona görə də iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdən görünür ki, iddiaçı tərəfindən xx.xx.2023-cü ildə ********** nömrəli mədaxil qəbzi ilə 40,44 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyi üçün məhkəmə xərcləri cavabdehə aid edilməli, həmin məbləğ ondan alınaraq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə üzrə 185,2 manat əsas borc və 18,8 manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 585,98 manat əsas borc və 58,02 manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 1087,8 manat əsas borc və 108,2 manat dəbbə pulu, 40,44 manat məbləğində dövlət rüsumu, cəmi 2084,44 manat məbləğində pul alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamədən apellyasiya şikayəti, şikayətin məhkəməyə göndərilməsi "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməklə, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına, qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. X3.
Məhkəmə qərarları › İş №e-2(008)-6764/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-6764/2023
01.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver