Məhkəmə qərarları › İş №e-2(008)-6765/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-6765/2024

18.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-6765/2024 18.12.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X3 qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2 oğlunun iştirakı ilə, İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul tələbinə” dair iddia ərizəsi üzrə mülki işə Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı «pul tələbinə» dair iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən APPLE MACBOOK AİR 15 üçün 2782.31 (iki min yeddi yüz səksən iki manat otuz bir qəpik) manat ödənilməmiş hissə, 499.69 (dörd yüz doxsan doqquz manat altmış doqquz qəpik) manat dəbbə; xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, İMEİ KODU SKWVW36LWPN İPAD PRO 11 markalı planşet üçün 2064.06 (iki min almış dörd manat altı qəpik) manat ödənilməmiş hissə, 307.94 (üç yüz yeddi manat doxsan dörd qəpik) manat dəbbə; xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, ACER ASPİRE 3A315-59G markalı komputer üçün 2020.05 (iki min iyirmi manat beş qəpik) manat ödənilməmiş hissə, 361.95 (üç yüz altmış bir manat doxsan beş qəpik) manat dəbbə borcu ümumilikdə 8036 manat borc, 100.36 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələbi onunla əsaslandırmışdır ki, cavabdeh ilə, "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli müqavilələrə əsasən, APPLE MACBOOK AİR 15, İMEİ KODU SKWVW36LWPN İPAD PRO 11 markalı planşet, ACER ASPİRE 3 A315-59G markalı komputer almış və nəticədə 8036 (səkkiz min otuz altı) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 4000.08 (dörd min manat səkkiz qəpik) manat (18 ay x 185.56 manat + 660 manat ilkin ödəniş), APPLE MACBOOK AİR 15 üçün ümumilikdə, 3282 (üç min iki yüz səksən iki) manat olmaqla ondan, 2782.31 (iki min yeddi yüz səksən iki manat otuz bir qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 499.69 (dörd yüz doxsan doqquz manat altmış doqquz qəpik) manat dəbbə; xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2494.06 (iki min dörd yüz doxsan dörd manat altı qəpik) manat (18 ay x 114.67 manat + 430 manat ilkin ödəniş) İMEİ KODU SKWVW36LWPN İPAD PRO 11 markalı planşet üçün ümumilikdə, 2372 (iki min üç yüz yetmiş iki) manat olmaqla ondan, 2064.06 (iki min almış dörd manat altı qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 307.94 (üç yüz yeddi manat doxsan dörd qəpik) manat dəbbə; xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2223.05 (iki min iki yüz iyirmi üç manat beş qəpik) manat (15 ay x 134.67 manat + 203 manat ilkin ödəniş) ACER ASPİRE 3 A315-59G markalı komputer üçün ümumilikdə, 2382 (iki min üç yüz səksən iki) manat olmaqla ondan, 2020.05 (iki min iyirmi manat beş qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 361.95 (üç yüz altmış bir manat doxsan beş qəpik) manat dəbbə Cəmi ödədiyi məbləğ 1850.77 manat təşkil edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X1 iddia tələbinin məzmununa uyğun izahat verərək, tələbin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli müqavilələr və onlara əlavələrdən görünür ki, Cavabdeh "xxxx" MMC-dən qiyməti 4000.08 manat olan APPLE MACBOOK AİR 15-i, ayda 185,56 manat ödəmək şərti ilə 18 ay müddətinə; qiyməti 2494.06 manat olan olan İMEİ KODU SKWVW36LWPN İPAD PRO 11 markalı planşeti ayda 114.67 manat ödəmək şərti ilə 18 ay müddətinə; qiyməti 2223.05 manat olan ACER ASPİRE 3 A315-59G markalı komputeri ayda 134.67 manat ödəmək şərti ilə 15 ay müddətinə almışdır. "xxxx" MMC tərəfindən verilmiş 11 sentyabr 2024-cü il tarixli maliyyə cədvəlindən müəyyən edilir ki, cavabdehin həmin tarixədək iddiaçıya xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli müqavilələr üzrə cəmi 8036 (səkkiz min otuz altı) manat məbləğində borcu vardır. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli bildirişin surətindən görünür ki, Cavabdeh borca görə öhdəliklərin icrasının həyata keçirməsi qanunla müəyyən olunmuş qaydada tələb olunmuşdur. Müqavilə üzrə öhdəliklərini icra etmədiyi təqdirdə qanunla müəyyən olunmuş qaydada məhkəməyə müraciyət ediləcəyi barədə xəbərdar edilmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisəyə nisyə alqı-satqı müqaviləsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin, 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata kecirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. Göründüyü kimi cavabdeh müqavilələr üzrə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilədə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da sazişin şərtlərini pozmuşdur. Məhkəmə iddiaçı tərəfindən hesablanan cərimələrin cavabdeh borcuna görə tənasübsüz surətdə yüksək hesablanması qənaətinə gələrək qeyd edir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidirlər. Əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. (MM-nin 458.1-ci mad.) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının xeyrinə cəriməyə görə cavabdehdən xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 49 (qırx doqquz) manat dəbbə pulu; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 36 (otuz altı) manat dəbbə pulu; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 30 (otuz) manat dəbbə pulu tutulmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 2782.31 (iki min yeddi yüz səksən iki manat otuz bir qəpik) manat ödənilməmiş hissə, 49 (qırx doqquz) manat dəbbə pulu; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 2020.05 (iki min iyirmi manat beş qəpik) manat ödənilməmiş hissə, 36 (otuz altı) manat dəbbə pulu; xx.xx.2023-cü il tarixli müqavilə üzrə 2064.06 (iki min almış dörd manat altı qəpik) manat ödənilməmiş hissə, 30 (otuz) manat dəbbə olmaqla, cəmi 6981,42 (altı min doqquz yüz səksən bir manat, qırx iki qəpik) manat borc pul tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, dövlət rüsumunun ödənilməsi hissəsində də qismən təmin edilərək 89,81 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 2782.31 (iki min yeddi yüz səksən iki manat otuz bir qəpik) manat ödənilməmiş hissə, 49 (qırx doqquz) manat dəbbə pulu; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 2020.05 (iki min iyirmi manat beş qəpik) manat ödənilməmiş hissə, 36 (otuz altı) manat dəbbə pulu; xx.xx.2023-cü il tarixli müqavilə üzrə 2064.06 (iki min almış dörd manat altı qəpik) manat ödənilməmiş hissə, 30 (otuz) manat dəbbə olmaqla, cəmi 6981,42 (altı min doqquz yüz səksən bir manat, qırx iki qəpik) məbləğində pulun və 89,81 (səksən doqquz manat səksən bir qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar