Məhkəmə qərarları › İş №e-2(008)-6855/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-6855/2024

08.10.2024 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-6855/2024 08.10.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızıın sədrliyi ilə, Məhkəmə iclas katibi X1, Ərizəçinin vəkili(nümayəndəsi) Nümayəndə iştirakları ilə Ərizəçi Bairamov Ruslan Maraqlı şəxs1 qeyd edilməklə mediyasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi X2 Maraqlı şəxs1 qeyd edilməklə ərizə ilə məhkəməyə müraciət edərək Maraqlı şəxs1 ilə arasında Bakı 12 saylı Mediasiya Təşkilatında xx.xx.2023-cü il tarixdə bağlanmış, MŞB/12/00188 nömrəli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh Maraqlı şəxs1 ondan 37800 manat borc almış, sonradan xx.xx.2023-cü il tarixdə 12 saylı Mediasiya Təşkilatında cavabdeh Maraqlı şəxs1 ilə barışıq sazişi imzalamışdır. Həmin sazişin 2-ci bəndinin tələbinə əsasən ondan aldığı 37800 manat pulu 36 ay ərzində hər ayın 18-i tarixində 1050 manat olmaqla ərizəçiyə ödəməyə dair söz versə də öhdəliyini yerinə yetirməmişdir. Bununla yanaşı sazişin 6-cı bəndinə əsasən cavabdeh 10 gün müddətində sazişi 10 gün müddətində könüllü icrasına başlamalı idi. Lakin cavabdeh sazişin üzərindən xeyli müddət keçməsinə və dəfələrlə pulu tələb etməyimə baxmayaraq sazişin icrasından yayınaraq pulu ödəməkdən imtina etmişdir. Bu səbəbdən hüquqi savadım olmadığından mən onun yaşayış yeri üzrə Xətai Rayon Məhkəməsinə müraciət etmiş, ancaq iddia geri qaytarılmışdır. Təxminən 2 ilə yaxın müddətdir ki, cavabdeh öz öhdəliyini yerinə yetirmədiyindən həmin sazişin təsdiq edilməsinə dair məhkəməyə müraciət etməli olmuşdur. Tərəflər məhkəmə iclası barədə məlumatlandırılmış, iş üzrə maraqlı şəxs ərizə ilə müraciət edərək məhkəmə prosesində iştirak edə bilməyəcəyini, iclasın qeyri müəyyən tarixə təxirə salınmasını xahiş etmişdir. Maraqlı şəxs ərizə ilə müraciət etsə də, gəlməməsi barədə heç bir üzrlü səbəb göstərməmişdir. Odur ki, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. Məhkəmə iclasında ərizəçinin vəkili (nümayəndəsi) Nümayəndə ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə ərizəçinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə təmin olunmalı və saziş təsdiq edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır. Bairamov Ruslan və Maraqlı şəxs1 arasında Bakı 12 saylı Mediasiya Təşkilatında xx.xx.2023-cü il tarixdə bağlanılmış MŞB/12/00188 nömrəli barışıq sazişi vardır. Tərəflərin arasında mediasiya sessiyasında aşağıdakı şərtlərlə barışıq sazişi bağlanmışdır:

1. Maraqlı şəxs1 Bairamov Ruslandan 37.800 (otuz yeddi min səkkiz yüz) AZN məbləğində borc pul aldığını qəbul edir.

2. Maraqlı şəxs1 Bairamov Ruslandan aldığı 37.800 (otuz yeddi min səkkiz yüz) AZN məbləğində borc pulu 36 ay ərzində hər ayın 18-i tarixində 1050(bir min əlli) AZN məbləğində pulu Bairamov Ruslana ödəməyi öhdəsinə götürür. Hazırda ərizəçi həmin barışıq sazişinin təsdiq edilməsini istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə tələbin qanuni və əsaslı olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 355-23.1 -ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1 -ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24-cü maddələrinin mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1 -ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-26-cı məddəsinə görə, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun: 34.1-ci maddəsinə görə, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2-ci maddəsinə görə, barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. 34.3-cü maddəsinə görə, əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4-cü maddəsinə görə, barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5-ci maddəsinə görə, barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Göründüyü kimi, xx.xx.2023-cü il tarixli barışıq sazişi qanunvericiliyin tələblərinə zidd olmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, mediasiya prosesi nəticəsində xx.xx.2024-cü il tarixdə Bairamov Ruslan və Maraqlı şəxs1 arasında bağlanmış barışıq sazişi aşağıdakı qaydada təsdiq edilməlidir:

1. Maraqlı şəxs1 Bairamov Ruslandan 37.800 (otuz yeddi min səkkiz yüz) AZN məbləğində borc pul aldığını qəbul edir.

2. Maraqlı şəxs1 Bairamov Ruslandan aldığı 37.800 (otuz yeddi min səkkiz yüz) AZN məbləğində borc pulu 36 ay ərzində hər ayın 18-i tarixində 1050(bir min əlli) AZN məbləğində pulu Bairamov Ruslana ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

Ərizə təmin edilsin. Mediasiya prosesi nəticəsində xx.xx.2024-cü il tarixdə Bairamov Ruslan və Maraqlı şəxs1 arasında bağlanmış barışıq sazişi aşağıdakı qaydada təsdiq edilsin:

1. Maraqlı şəxs1 Bairamov Ruslandan 37.800 (otuz yeddi min səkkiz yüz) AZN məbləğində borc pul aldığını qəbul edir.

2. Maraqlı şəxs1 Bairamov Ruslandan aldığı 37.800 (otuz yeddi min səkkiz yüz) AZN məbləğində borc pulu 36 ay ərzində hər ayın 18-i tarixində 1050(bir min əlli) AZN məbləğində pulu Bairamov Ruslana ödəməyi öhdəsinə götürür. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar