Məhkəmə qərarları › İş №e-2(008)-6866/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-6866/2024

14.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-6866/2024 14.11.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Paşayeva Adilə Adil qızı, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «pul tələbi» barədə iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı «pul tələbinə» dair iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, 23 ədəd seksiya Hoffmann, Kombi Hoffmann üçün 1194,4 manat ödənilməmiş hissə, 119,6 manat cərimə; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən İMEİ kod **********03692 İphone 11 markalı telefon, Apple Adapter üçün 1125,34 manat ödənilməmiş hissə, 112,66 manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İMEİ kod **********77407 İnfinix Note 30 markalı telefon üçün 494,02 manat ödənilməmiş hissə, 49,98 manat cərimə; xx.xx.2033-cü il tarixli müqaviləyə əsasən, İMEİ kod **********45628 Samsung Galaxy A04E markalı telefon üçün 203,2 manat ödənilməmiş hissə, 20,8 manat cərimə; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, Trimmer wahl üçün 50,15 manat ödənilməmiş hissə, 5,85 manat cərimə olmaqla, ümumilikdə 3376 manat borc və 53,76 manat ödənilmiş dövlət rüsumu olmaqla, Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il, xx.xx.2023-cü il, xx.xx.2024-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli müqavilələrinə əsasən, 23 ədəd seksiya Hoffmann, Kombi Hoffmann, İMEİ kod **********03692 İphone 11 markalı telefon, Apple Adapter, İMEİ kod **********77407 İnfinix Note 30 markalı telefon və İMEİ kod **********45628 Samsung Galaxy A04E markalı telefon və Trimmer wahl almış və nəticədə 3376 manat borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1583,73 manat təşkil edir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə iş materiallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli müqavilənin surətindən müəyyən olunur ki, Cavabdeh "xxxx" MMC-dən 23 ədəd seksiya Hoffmann, Kombi Hoffmann, xx.xx.2023-cü il tarixli müqavilə ilə İMEİ kod **********03692 İphone 11 markalı telefon, Apple Adapter, xx.xx.2024-cü il tarixli müqavilə ilə İMEİ kod **********77407 İnfinix Note 30 markalı telefon, xx.xx.2023-cü il tarixli müqavilə ilə İMEİ kod **********45628 Samsung Galaxy A04E markalı telefon və xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən Trimmer wahl almış və onların dəyərini ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür; -"xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə cədvəlindən müəyyən edilir ki, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən "xxxx" MMC-dən alqı-satqı qiyməti 1715,4 manat olan 23 ədəd seksiya Hoffmann, Kombi Hoffmann üçün cəmi ödənilən məbləğ 521 manat, ödənilməmiş əsas borc 1194,4 manat, cərimə borcu 119,6 manat olmaqla, ümumi ödənilməmiş borc cəmi 1314 manat; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1842,84 manat olan İMEİ kod **********03692 İphone 11 markalı telefon, Apple Adapter üçün cəmi ödənilən məbləğ 717,5 manat, ödənilməmiş əsas borc 1125,34 manat, cərimə borcu 112,66 manat olmaqla, ümumi ödənilməmiş borc cəmi 1238 manat; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən "xxxx" MMC-dən alqı-satqı qiyməti 556,02 manat olan İMEİ kod **********77407 İnfinix Note 30 markalı telefon üçün cəmi ödənilən məbləğ 62 manat, ödənilməmiş əsas borc 494,02 manat, cərimə borcu 49,98 manat olmaqla, ümumi ödənilməmiş borc cəmi 544 manat; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən "xxxx" MMC-dən alqı-satqı qiyməti 406,62 manat olan İMEİ kod **********45628 Samsung Galaxy A04E markalı telefon üçün cəmi ödənilən məbləğ 203,42 manat, ödənilməmiş əsas borc 203,2 manat, cərimə borcu 20,8 manat olmaqla, ümumi ödənilməmiş borc cəmi 224 manat; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən "xxxx" MMC-dən alqı-satqı qiyməti 129,96 manat olan Trimmer wahl üçün cəmi ödənilən məbləğ 79,81 manat, ödənilməmiş əsas borc 50,15 manat, cərimə borcu 5,85 manat olmaqla, ümumi ödənilməmiş borc cəmi 56 manat, cəmi 3376 manat təşkil edir. -xx.xx.2024-cü il tarixli ödəniş cədvəlindən görünür ki, 23 ədəd seksiya Hoffmann, Kombi Hoffmanın aylıq ödəniş məbləği 70,3 manat; xx.xx.2023-cü il tarixli ödəniş cədvəlindən görünür ki, İMEİ kod **********03692 İphone 11 markalı telefon, Apple Adapterin aylıq ödənişi 102,38 manat; xx.xx.2024-cü il tarixli ödəniş cədvəlindən görünür ki, İMEİ kod **********77407 İnfinix Note 30 markalı telefonun aylıq ödənişi 30,89 manat; xx.xx.2023-cü il tarixli ödəniş cədvəlindən görünür ki, İMEİ kod **********45628 Samsung Galaxy A04E markalı telefonun aylıq ödənişi 22,59 manat; xx.xx.2023-cü il tarixli ödəniş cədvəlindən görünür ki, Trimmer wahlın aylıq ödənişi 7,22 manat təşkil edir. -"xxxx" MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, cavabdeh, müqavilənin şərtlərini pozaraq, müqavilədə göstərilən vaxt və qaydaya əməl etmədiyi üçün tərəflər arasında bağlanmış müqavilənin şərtinə uyğun olaraq əlavə peniya hesablanmışdır. Hesblanmış peniya məbləğini qısa zamanda ödəmədiyi halda aidiyyatı üzrə dövlət qurumuna müraciət olunacağı barədə xəbərdar edilmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisəyə nisyə alqı-satqı müqaviləsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin, 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata kecirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. Göründüyü kimi, Cavabdeh xx.xx.2024, xx.xx.2023, xx.xx.2024, xx.xx.2023 və xx.xx.2023-cü il tarixli müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu sazişlə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da sazişin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, bu səbəbdən onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, yaranan əsas borcu və cərimə borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir; 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119, 284-5 və 284.6-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 23 ədəd seksiya Hoffmann, Kombi Hoffmann üçün 1194 (min yüz doxsan dörd) manat, 40 (qırx) qəpik ödənilməmiş hissə, 119 (yüz on doqquz) manat, 60 (altmış) qəpik cərimə borcu; xx.xx.2023-cü il tarixli tarixli müqaviləyə əsasən İMEİ kod **********03692 İphone 11 markalı telefon, Apple Adapter üçün 1125 (min yüz iyirmi beş) manat, 34 (otuz dörd) qəpik ödənilməmiş hissə, 112 (yüz on iki) manat, 66 (altmış altı) qəpik cərimə borcu; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İMEİ kod **********77407 İnfinix Note 30 markalı telefon üçün 494 (dörd yüz doxsan dörd) manat, 02 (iki) qəpik ödənilməmiş hissə, 49 (qırx doqquz) manat, 98 (doxsan səkkiz) qəpik cərimə; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, İMEİ kod **********45628 Samsung Galaxy A04E markalı telefon üçün 203 (iki yüz üç) manat, 20 (iyirmi) qəpik ödənilməmiş hissə, 20 (iyirmi) manat, 80 (səksən) qəpik cərimə; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, Trimmer wahl üçün 50 (əlli) manat, 15 (on beş) qəpik ödənilməmiş hissə, 5 (beş) manat, 85 (səksən beş) qəpik cərimə borcu olmaqla, cəmi 3376 (üç min üç yüz yetmiş altı) manat məbləğində pul və 53 (əlli üç) manat, 76 (yetmiş altı) qəpik dövlət rüsumu "xxxx" MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Adilə Paşayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar