Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-6873/2023 23.11.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi, Məhkəmə iclas katibi X3, İddiaçı “SOKAR-ın İddiaçı nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı Cavabdeh qarşı Sabunçu rayon İcra Hakimiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə neft kəmərinin mühaifzə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi tələbinə dair iddiası üzrə mülki işə Sabunçu Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “SOKAR-ın İddiaçı istismarında olan Sabunçu- Böyükşor Dş DS-200 mm-lik yerüstü neft kəmərinin 0.2-ci km-də, kəmərə paralel 3-cü sırada, kəmərdən təqribən 30 metr aralı məsafədə, neft boru kəmərinin mühafizə zonasında, Sabunçu rayon, Sabunçu qəsəbəsi, İlyas Aslanov 9q, ünvanında cababdeh Cavabdeh tərəfindən inşa edilmş fərdi yaşayış evinin, hasarın və çəpərin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması, ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının bank hesabına ödənilməsi barədə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, SOCAR-ın İddiaçı istismarında ola Sabunçu-Böyükşor DS-200 mm-lik yerüstü neft kəmərinin 0.2-ci km- də, kəmərə paralel 3cü sırada, kəmərdən təqribən 30 metr aralı məsafədə, neft boru kəmərinin mühafizə zonasında, Sabunçu rayon, Sabunçu qəsəbəsi, İlyas Aslanov 9q, ünvanında cababdeh Cavabdeh tərəfindən inşa edilmiş, fərdi yaşayış evi, çəpərlənmə və hasar tikilisi faktları aşkar edilmişdir. Sözügedən fərdi yaşayış evinin qaz sayğacının nömrəsi əsasında “Azəriqaz” İB-nə sorğu verilmiş və müəyyən edilmişdir ki, sözügedən qaz sayğacı iş üzrə Cavabdeh adına rəsmiləşdirilmişdir. Məhkəmə Sabunçu rayon İcra Hakimiyyətini mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb etmişdir. Cavabdeh və üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, lakin onlar məhkəməyə gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmiş, işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdilər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi X4 iddia ərizəsinin məzmununa uyğun izahat verərərk iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş İddiaçı əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023-ci il tarixli aktdan görünür ki, xx.xx.2023-cü il tarixdə 2 saylı qarovulun 1-ci iş növbəsində saat 18:15-də 15-16 saylı postların ərazisində (Sabunçu rayon, Sabunçu qəsəbəsi, İlyas Aslanov 9q) Sabunçu-Böyükşor DS-200 mm-lik yerüstü neft kəmərinin 0.2-ci km-də, 39 T 0409737; ******* saylı koordinat üzrə, kəmərə paralel 3-cü sırada, kəmərdən təqribən 30 metr aralı məsafədə, Cavabdeh tərəfindən köhnədən inşa edilmiş, hasarlanmış, içərisində yaşayış evin yan çöl hissəsində, 10 metr enində və 12 metr uzunluğunda boş ağaclıq ərazisinin köhnədən dəmir torla çəpərin içəri hissəsində yenidən bir hissəsinin dəmir lövhələrlə çəpərlənməsi aşkar edildi. Mühafizə zonası daxilində ğörülən işlətin qanunazidd olduğu izah edilərək çəpərin sökülməsi tələb edildi, lakin o, ağaclıqda oturan ailəsinin görülməməsini məqsədi ilə çəpərin çəkilməsini bildirərək sökməkdən imtina etdi. Faktla bağlı həmin şəxsə əlavə işlərin aparılmamasına dair şifahi xəbərdarlıq edildi və ərazi üzrə İcra nümayəndəsi Arif adlı (əlaqə nömrəsi ***-***-**-**) şəxsə saat 17:43-də məlumat verildi. Məhkəmə hazırlıq iclasında iştirak edən cavabödeh Cavabdeh tikilisinin həmin ərazidə olduğunu təsdiq etmiş, bu səbəbdən tikinti-texniki eksperizasının təyin edilməmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22.2-ci maddəsinə əsasən əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. “Texniki təhlükəsizlik haqqında”Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinin 1-ci bəndinə əsasən əhali və ətraf mühit üçün təhlükə yaradan partlayış-yanğın, radioaktiv və ionlaşdırıcı şüa mənbələrinin, zəhərləyici maddələrin əldə olunması, hazırlanması, emalı, daşınması, istifadə edilməsi və ləğvi ilə məşğul olan istehsal, təchizat, nəqliyyat və sosial təyinatlı obyektlər təhlükə potensiallı obyektlər hesab edilir. Həmin Qanunun 3-cü maddəsinin 1-ci bəndinə əsasən texniki təhlükəsizlik tələbləri bu qanunla, Azərbaycan Respublikasının digər normativ-hüquqi aktları ilə, habelə texnikinormativ sənədlərlə müəyyənləşdirilən, mövcud qaydada qəbul olunan və texniki təhlükəsizliyi təmin edən şərtlərdən, qadağalardan, məhdudiyyətlərdən və yerinə yetirilməsi məcburi olan digər tələblərdən ibarətdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər, məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü, vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Həmin Məcəllənin 56-cı maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67-ci maddəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsindəəldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Məhkəmə qeyd edir ki, torpaq sahələrinin özbaşına tutulmasında, torpaq sahələrində qanunsuz tikintinin aparılmasında təqsiri olan şəxslər qanunvericilikdə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. (TM-nin 110-111-ci mad.) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımı icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparılmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Beləliklə, məhkəmə müəyyən etmişdir ki, iddia olunan torpaq sahəsi “SOKAR-ın İddiaçı istismarındadır, həmin torpaq sahəsinə və orada inşa edilmiş tikiliyə cavabdehin hüquqlarını təsdiq edən hər hansı sübut yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin olunduğuna görə iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu cavabdeh X2 alınaraq “SOKAR-ın İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. “SOKAR-ın İddiaçı istismarında olan Sabunçu-Böyükşor Dş-200 mm-lik yerüstü neft kəmərinin 0.2-ci km-də, kəmərə paralel 3-cü sırada, kəmərdən təqribən 30 metr aralı məsafədə, neft boru kəmərinin mühafizə zonasında, Sabunçu rayon, Sabunçu qəsəbəsi, İlyas Aslanov 9q, ünvanında cababdeh Cavabdeh tərəfindən inşa edilmş fərdi yaşayış evi, hasar və çəpər cavabdehin hesabına sökülərək ərazidən çıxarılsın. İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh alınaraq “SOKARın İddiaçı bank hesabına ödənilsin. Qətnamədən onun rəsmi təqdim edildiyi vaxtdan 1 ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №e-2(008)-6873/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-6873/2023
23.11.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver