Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-7028/2024 27.12.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi, Məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı Cavabdehlər Cavabdeh2, Cavabdeh1, Bakı şəhəri 17 saylı Notariat Kontoru, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, nəqliyyat vasitəsinin Qeydiyyat Şəhadətnaməsinin ləğv edilməsi, yeni qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin verilməsi tələblərinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Bakı şəhəri 17 saylı Notariat Kontoruna qarşı iddia ərizəsi ilə (dəqiqləşdirilmiş tələblə) müraciət edərək Cavabdeh2 miras əmlakdakı payından imtinasını əsaslı hesab edərək vərəsəlik haqqında şəhadətnamələrin alınması barədə verilmiş ərizələrin etibarsız hesab edilməsi, 17 saylı Notariat Kontorunda reyestrdə 2V-243 № ilə qeyd edilmiş xx.xx.2023-cü il tarixli, reyestrdə 2V-257 № ilə qeyd edilmiş xx.xx.2023-cü il tarixli Şəhadətnamənin və reyestrdə 2V-182 № ilə qeyd edilmiş xx.xx.2024-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv edilməsi və vərəsəliyə yenidən baxılması öhdəliyinin Bakı şəhəri 17 saylı notariat ofisinin üzərinə qoyulması, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən daşınmaz əmlakın dövlət reyestrində **********18-10301 reyestr nömrəsi ilə Cavabdeh1, Cavabdeh2 və İddiaçı dair aparılmış qeydin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, qanun üzrə vərəsəlik hüququ üzrə xx.xx.2023-cü il tarixli Şəhadətnamədən aydın olur ki, X4 xx.xx.2020-ci il tarixində vəfat etmiş və onun vərəsələri ünvan 1 ünvanında qeydiyyatda olan həyat yoldaşı İddiaçı, ünvan 2 ünvanında qeydiyyatda olan övladı Cavabdeh1, ünvan 3 ünvanda qeydiyyatda olan övladı Cavabdeh2 ünvan 4 müraciət edərək “Emil-İ” firmasında qalmış 80 manat, 8 pay, 100% pul şəklində nizamnamə kapitalındakı paydan miras əmlakdan 1/3 irs almışlar. Qanun üzrə vərəsəlik hüququ üzrə xx.xx.2024-cü il tarixli Şəhadətnamədən aydın olur ki, X4 xx.xx.2020-ci il tarixində vəfat etmiş və onun vərəsələri - oğlu Cavabdeh1 ünvan 4 müraciət edərək Azərbbaycan Respublikasının Milli Depozit Mərkəzinin tərəfindən verilmiş xx.xx.2024-cü il tareixli, 6-1-1/2-109/2024 №-li, məktuba əsasən 1. X7 ASC qiymətli kağızlar dövlət qeydiyyat nömrəsi AZ**********; nominal dəyəri 2(iki) AZN qiymətli kağızların sayı -281200 (iki yüz səksən bir min iki yüz) manat, ödəliklər ilə yüklənmiş qiymətli kağızların sayı 2. Göyçay-Konyak zavodu ASC- qiymətli kağızları dövlət qeydiyyat nömrəsi AZ **********; nominal dəyəri 2 AZN; N qiymətli kağızların sayı- 200654, öhdəliklərlə yüklənmiş qiymətli kağızların sayı 188195 olan payların miras əmlakdan 1/3 irs almışlar. Cavabdeh2 qeyd edilən miras əmlakdakı payından anası İddiaçı xeyrinə imtina etmiş və bu barədə anası ilə razılaşmışlar. Lakin texniki yalnışlıq nəticəsində, xüsusən ana işləri icrasını üzərinə götürən Cavabdeh1 düzgün izah etməmiş və Cavabdeh1 notariat ofisində olarkən hər üçünün vərəsəliyini qəbul etdiyini, bacısı X2 isə miras paydan imtina etdiyini bildirmiş və notarial ofisdə sənədlər ona uyğun hazırlanmış və Cavabdeh1 qardaşı Cavabdeh2 sənədlərin hazır olduğunu sadəcə gəlib qol çəkmək lazım olduğunu bildirmişdir. İddiaçı Cavabdeh2 ev geyimində gələrək diqqət yetirmədən sənədləri imzalamışdır. Rahim yalnız Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinə müraciət etməsi barədə qardaşı tərəfindən bilgiləndiriləndə məlumatı olmuş və dərhal etirazını bildirmişdir. Qeyd edilən mirasdan anasına görə imtina etdiyini onun diqqətinə çatdırmışdır. Məhkəmə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 16 saylı Ucar Ərazi İdarəsini cavabdeh qismində işə cəlb etmişdir. İddiaçının nümayəndəsi (vəkili) Vəkil2 ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, lakin onlar iştirak etməmiş, səbəbləri barədə məlumat verməmiş, işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır (adları çəkilən sənədlər iş materiallarına əlavə edilmişdir). İddiaçı xx.xx.1979-cu il tarixdə X4 ilə nikahlarını bağlamışdır (AZ-İ seriyalı 327409 №-li nigahın bağlanması haqqında şəhadətnamə). Onların üç uşağı doğulmuşdur: xx.xx.1980-ci il tarixdə Məmmədova (Mahmudova) İradə Vaqif qızı, xx.xx.1982-ci il tarixdə Cavabdeh2, xx.xx.1985-ci il tarixdə Cavabdeh1 (971506, 379481 və 491743 №-li doğum haqqında şəhadətnamələr). X3: mülkiyyətində ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 450,60 kv metr olan fərdi yaşayış evi olmuşdur (daşınmaz əmlakın reyestr nömrəsi **********18-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2023); sahibliyində X7 ASC-nin 281200 ədəd səhm, hər birinin nominal dəyəri 2 manat olan (qeydiyyat nömrəsi AZ**********), Göyçay-Konyak zavodu ASC-nin 200654 ədəd səhm, hər birinin nominal dəyəri 2 manat olan (qeydiyyat nömrəsi **********); «Emil-İ» firmasında 80 manat, 8 pay, 100 faiz pul şəklində nizamnamə kapitalında payı olmuşdur. X4 xx.xx.2020-ci il tarixdə ölmüşdür (AZ-İİ seriyalı 120524 №-li ölüm haqqında şəhadətnamə). Onun vərəsələri İddiaçı və Cavabdeh1 tərəfindən müraciətləri əsasında Bakı şəhəri 17 saylı Notariat Kontorunda vərəsəlik işi açılmışdır. Həmin vərəsəlik işi qovluğundan aşağıdakılar görünür. X3 vərəsələrindən arvadı İddiaçı və oğlu Cavabdeh1 xx.xx.2021-ci il tarixdə mirasın qəbulu barədə ərizə vermişlər. X3 vərəsələrindən qızı Məmmədova (Mahmudova) İradə Vaqif qızı xx.xx.2023-cü il tarixdə miras əmlakdan imtina etmişdir. X3 vərəsələrindən oğlu Cavabdeh2 bacısı ilə bir gündə xx.xx.2023-cü il tarixdə miras əmlakdan ona çatası hissəyə dair qanun üzrə vərəsəlik hüquq haqqında şəhadətnamənin verilməsi barədə müraciət imzalamışdır. Bakı şəhəri 17 saylı notariat ofisi tərəfindən vərəsələr İddiaçı, Cavabdeh1 və Cavabdeh2 adına bərabər paylarla aşağıdakı Qanun üzrə vərəsəlik hüquq haqqında şəhadətnamələr verilmişdir: xx.xx.2023-cü il tarixli, reyestrdə 2V-243 № ilə qeyd edilmiş ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 450,60 kv metr olan fərdi yaşayış evinə dair; xx.xx.2023-cü il tarixli, reyestrdə 2V-257 ilə qeyd edilmiş «Emil-İ» firmasında 80 manat, 8 pay, 100 faiz pul şəklində nizamnamə kapitalında payına dair; xx.xx.2024-cü il tarixdə, reyestrdə 2V-182 № ilə qeyd edilmiş X7 ASC-nin 281200 ədəd, hər birinin nominal dəyəri 2 manat olan və Göyçay-Konyak zavodu ASC-nin 200654 ədəd, hər birinin nominal dəyəri 2 manat olan səhmlərə dair. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən daşınmaz əmlakın dövlət reyestrində **********18-10301 reyestr nömrəsi ilə Cavabdeh1, Cavabdeh2 və İddiaçı dair qeyd aparılmışdır. Lakin, səhmlər Milli Depozit mərkəzində, eyni zamanda «Emil-İ» firmasındakı nizamnamə kapitalındakı pay hələ vərəsələrin adlarına rəsmiləşdirilməmişdir. Məhkəmə hazırlıq iclasında iştirak etmiş Cavabdeh2 nümayəndəsi (vəkili) Vəkil1 işin halları ilə izah verərək, qeyd etmişdir ki, Cavabdeh2 əvvəldən niyyəti mirasdan imtina olmuşdur. Ailənin aldığı qərara görə o, anasının xeyrinə imtina etməli idi. Qardaşı onu notariat ofisinə çağırdığında o, tələsik vəziyytdə imtina ərizəsinə imza atdığını ehtimal edərək, ərizənin məzmununa baxmadan ərizəni imzalamış, sonradan Milli Depozit Mərkəzi tərəfindən dəvət olunanda səhvən mirasın qəbulu barədə ərizəni imzaladığını bilmişdir. O, hazırda da anasının xeyrinə imtina edir, onun miras əmlakın heç birindən özünə pay istəmir, iddianı qəbul edir. Məhkəmə hazırlıq iclasında iştirak etmiş Cavabdeh1 işin halları ilə eyni izah verərək, qeyd etmişdir ki, qardaşı Rahim analarının xeyrinə imtina etməli idi, bu ailənin qərarı olmuşdur, Rahimin miras əmlakdan heç bir gözləntisi yoxdur, iddianı qəbul edir. Hazırda iddiaçı Rahimin imtinası əsas götürüb şəhadətnamələrin ləğv edilməsini və vərəsəliyə yenidən baxılmasını, evlə əlaqədar daşınmaz əmlakın dövlət reyestrindəki qeydin ləğv edilməsini istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin əsaslı olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsini əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1247-ci maddəsinə əsasən əgər miras almaq hüququ digər vərəsələrin mirası qəbul etmədikləri halda yaranırsa, miras onun qəbulu üçün müəyyənləşdirilmiş müddətin qalan hissəsi ərzində qəbul edilməli, bu müddət altı həftədən az olduqda isə altı həftəyədək uzadılmalıdır. 1256-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Qeyd edildiyi kimi, Cavabdeh2 miras əmlakın yerləşdiyi ünvanda qeydiyyatdadır, o, ərizə ilə atasının ölümündən üç il sonra müraciət etmiş olsa da, miras əmlakı qəbul etmiş hesab edilmişdir, bu əsasdan o, ərizəni verdiyi gün notarius qanuna riayət edərək qanun üzrə vərəsəlik hüququ barədə şəhadətnaməni vermişdir. Lakin, hazırki işin mübahisəsiz halı ondan ibartədir ki, Cavabdeh2 mirası qəbul etmək niyyəti olmamış, onun niyyəti anasının xeyrinə imtina etmək olmuşdur. Onun bu niyyətini eyni zamanda o hal təsdiq edir ki, o, anası və qardaşı ilə birlikdə 2021-ci ildə notariat ofisinə miras əmlakların qəbul edilməsinə dair müraciət etməmişdir. Cavabdeh2 xx.xx.2023-cü il tarixdə bacısı ilə birlikdə notariat ofisinə getmiş, bacısı mirasdan imtina ərizəsi imzalamış, Rahim isə mirasın qəbulu barədə. Bu əsasdan məhkəmə hesab edir ki, Rahimin də niyyəti mirasdan imtinaya yönəlmiş olmuş, o, isə yanlaışlıqla mirasın qəbulu barədə ərizəni imzalamışdır. Bu halı eyni zamanda bütün ailə üzvləri təsdiq edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinin ikinci cümləsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə cavabdehlərin iddia tələbini etiraf etməsinin işin hallarına uyğun olduğunu, eyni zamanda bu etirafın kiminsə hüququna toxunmadığını nəzərə alaraq, etirafı qəbul edir. Odur ki, məhkəmə hesab edir ki, Cavabdeh2 miras əmlakdakı payından imtinasını əsaslı hesab edərək vərəsəlik haqqında şəhadətnamələrin alınması barədə verilmiş ərizələri etibarsız hesab edilməli, Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin üçü də ləğv edilməli və vərəsəliyə yenidən baxılması öhdəliyi Bakı şəhəri 17 saylı notariat ofisinin üzərinə qoyulmalıdır. Məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixli şəhadətnamə əsasında ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 450,60 kv metr olan fərdi yaşayış evinə dair vərəsələrin adına dövlət reyestrində aparılmış qeyd də ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 220.4-cü maddəsinin ikinci cümləsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh2 miras əmlakdakı payından imtinasını əsaslı hesab edərək vərəsəlik haqqında şəhadətnamələrin alınması barədə verilmiş ərizələri etibarsız hesab edilsin, 17 saylı Notariat Kontorunda reyestrdə 2V-243 № ilə qeyd edilmiş xx.xx.2023-cü il tarixli, reyestrdə 2V-257 № ilə qeyd edilmiş xx.xx.2023-cü il tarixli və reyestrdə 2V-182 № ilə qeyd edilmiş xx.xx.2024-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr ləğv edilsin və vərəsəliyə yenidən baxılması öhdəliyi Bakı şəhəri 17 saylı notariat ofisinin üzərinə qoyulsun. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən daşınmaz əmlakın dövlət reyestrində **********18-10301 reyestr nömrəsi ilə Cavabdeh1, Cavabdeh2 və İddiaçı dair aparılmış qeyd silinsin. Qətnamədən 1 ay müddətində Sabunçu rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №e-2(008)-7028/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-7028/2024
27.12.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver