Məhkəmə qərarları › İş №e-2(008)-7034/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-7034/2024

16.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-7034/2024 16.12.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1 iştirakları ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək:

1. xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən İMEİ KODU **********90443 SAMSUNG GALAXY S23 ULTRA markalı telefon, İMEİ KODU **********61880 SAMSUNG GALAXY S23 ULTRA markalı telefon, SAMSUNG 25W COMPACT CHARGER 2 ƏDƏD, NİNTENDO SVVİTCH OYUN KONSOLU üçün 8247.1 manat ödənilməmiş hissə, 1060.9 manat dəbbə,

2. xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, SAMSUNG WATCH5 PRO BT 45MM qol saatı üçün 679.33 manat ödənilməmiş hissə, 142.67 manat dəbbə;

3. xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, FUJİFİLM İNSTAX MİNİ 12 fotoaparat, FUJİFİLM İNSTAX MİNİ CARD 2 ədəd üçün 350.52 (üç yüz əlli manat əlli iki qəp) manat ödənilməmiş hissə, 77.48 (yetmiş yeddi manat qırx səkkiz qəp) manat dəbbə , ümumilikdə 10558 manat borc, 121.67 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" MMC ilə arasında bağlanmış xx.xx.2023-ci il, xx.xx.2023- ci il və xx.xx.2023-ci il tarixli müqavilələrə əsasən, İMEİ KODU **********90443 SAMSUNG GALAXY S23 ULTRA markalı telefon, İMEİ KODU **********61880 SAMSUNG GALAXY S23 ULTRA markalı telefon, SAMSUNG 25W COMPACT CHARGER 2 ƏDƏD, NİNTENDO SWİTCH OYUN KONSOLU, SAMSUNG WATCH5 PRO BT 45MM qol saatı, FUJİFİLM İNSTAX MİNİ 12 fotoaparat, FUJİFİLM İNSTAX MİNİ CARD 2 ədəd almış və nəticədə 10558 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə:

1. xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 9095.04 manat İMEİ KODU **********90443 SAMSUNG GALAXY S23 ULTRA markalı telefon, İMEİ KODU **********61880 SAMSUNG GALAXY S23 ULTRA markalı telefon, SAMSUNG 25W COMPACT CHARGER 2 ƏDƏD, NİNTENDO SWİTCH OYUN KONSOLU üçün ümumilikdə, 9308 manat olmaqla ondan, 8247.1 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 1060.9 manat dəbbə,

2. xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1228.86 manat SAMSUNG WATCH5 PRO BT 45MM qol saatı üçün ümumilikdə, 822 manat olmaqla ondan, 679.33 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 142.67 manat dəbbə;

3. xx.xx.2023-ü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 526.08 manat FUJİFİLM İNSTAX MİNİ 12 fotoaparat, FUJİFİLM İNSTAX MİNİ CARD 2 ədəd üçün ümumilikdə, 428 manat olmaqla ondan, 350.52 manat ödənilməmiş lıissə, müştəriyə güzəşt olunaraq 77.48 manat dəbbə. Cəmi ödədiyi məbləğ 1573.03 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa. müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə bağlanılmış xx.xx.2023-ci il , xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də. qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən. Ödəniş edilən zaman hesaolanmış penya aşkarlanırsa. Müştərinin ödədiyi məbləğin 50%nə qədər hissəsi penya ödənilməsııminə yönəldilə bilər İddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərərək işə onlranı iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, lakin cavabdeh məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Hazırki işin faktiki halları aşağıdakılardır (sənədlər iş materiallarına əlavə edilmişdir). İddiaçı ilə cavabdehin arasında bağlanmış:

1. xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 9095.04 manat İMEİ KODU **********90443 SAMSUNG GALAXY S23 ULTRA markalı telefon, İMEİ KODU **********61880 SAMSUNG GALAXY S23 ULTRA markalı telefon, SAMSUNG 25W COMPACT CHARGER 2 ƏDƏD, NİNTENDO SWİTCH OYUN KONSOLU üçün 8247.1 manat ödənilməmiş hissə, 1060.9 manat dəbbə,

2. xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1228.86 manat SAMSUNG WATCH5 PRO BT 45MM qol saatı üçün 679.33 manat ödənilməmiş hissə, 142.67 manat dəbbə;

3. xx.xx.2023-ü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 526.08 manat FUJİFİLM İNSTAX MİNİ 12 fotoaparat, FUJİFİLM İNSTAX MİNİ CARD 2 ədəd üçün 350.52 manat ödənilməmiş hissə, 77.48 manat dəbbə borcu hesablanmışdır. İş materiallarında olan maliyyə aryışına əsasən cavabdehin iddiçıya üç müqavilə üzrə 9276,95 manat əsas, 1281,05 manat dəbbə, ümumilikdə 10558 manat borcu yaranmışdır. Borcun ödənilməsinə dair cavabdehə bildiriş göndərilmişdir. Hazırda iddiaçı 10558 manat borcun cavabdehdən tutulmasını istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin qismən qanuni və əsaslı olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir. Beləliklə, iş materialları ilə təsdiq olunmuşdur ki, cavabdeh iddiaçı ilə aralarında bağlanmış müqavilənin şərtlərini pozmuş, müqavilə ilə müəyyən olunmuş qaydada ödənişlər etməmiş, nəticədə iddiaçıya borcu yaranmış və bununla da cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Məhkəmə hesab edir ki, iddia əsas borcun tutulması hissəsində tam təmin olunmalıdır. İddianın cərimənin tutulması hissəsinə gəldikdə isə məhkəmə həmin hissədə iddianın qismən təmin olunmasını əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə iddiaçı tərəfindən cərimənin 1281,05 manat məbləğində hesablanmasının yüksək olmasını nəzərə alaraq hesab edir ki, cavabdehlərdən iddiaçı tərəfindən hesablanmış qeyd olunan cərimə məbləğinin 10 %-i həcmində, yəni 128 manat məbləğində cərimə pulu tutulmasını ağlabatan və ədalətli hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə dörd müqavilə üzrə 9276,95 manat ödənilməmiş hissə, 128 manat dəbbə, cəmi 9404,95 manat borc tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia 9404,95 manat hissədə təmin edildiyindən, 114.04 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalı, 7.63 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət etdi:

İddia qismən təmin edilsin.

1. xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən İMEİ KODU **********90443 SAMSUNG GALAXY S23 ULTRA markalı telefon, İMEİ KODU **********61880 SAMSUNG GALAXY S23 ULTRA markalı telefon, SAMSUNG 25W COMPACT CHARGER 2 ƏDƏD, NİNTENDO SWİTCH OYUN KONSOLU üçün ümumilikdə, 8247.1 manat ödənilməmiş hissə,

2. xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən SAMSUNG WATCH5 PRO BT 45MM qol saatı üçün 679.33 manat ödənilməmiş hissə,

3. xx.xx.2023-ü il tarixli müqaviləsinə əsasən FUJİFİLM İNSTAX MİNİ 12 fotoaparat, FUJİFİLM İNSTAX MİNİ CARD 2 ədəd üçün ümumilikdə, 350.52 manat ödənilməmiş hissə, Cəmi 9276,95 əsas məbləğ və 128 manat dəbbə, ümumilikdə 9404,95 manat borc və 114.04 manat dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş 7.63 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar